Məhkəmə qərarları › İş №2(102)-2660/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2660/2019

18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2660/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)-11867/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim F.Məmmədov) 29.06.2018-ci il tarixli, 2(011)148/2018 nömrəli qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada gecikən əsas məbləğ üzrə 15097.27 ABŞ dolları, faiz borcu üzrə 8134.53 ABŞ dolları, dəbbə pulu üzrə 500 ABŞ dolları, sığorta haqqı borcu üzrə 740 ABŞ dolları, cəmi 24471.8 (iyirmi dörd min dörd yüz yetmiş bir ABŞ dolları səksən sent) ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçı QSC-nə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsiqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hak imlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) 20.11.2018-ci il tarixli, 2(103)-11867/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(011)-148/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 13387.56 manat əsas, 8367 manat mükafat, 500 manat dəbbə pulu, 1258 manat sığorta pulu olmaqla, cəmi 23512.56 manatın tutularaq “xxxx” MMC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizə ilə 26.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.04.2014-cü il tarixli 2069T/14/B saylı X2 Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliklərin yerinə yetirilməməsi nəticəsində müştərək qaydada dəymiş ziyan üzrə 15097.27 ABŞ dolları gecikmə, 8916 ABŞ dolları faiz, 11708 ABŞ dolları dəbbə pulu, 740 ABŞ dolları sığorta haqqı borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, frontal yükləyicinin cavabdehin istifadəsindən alınaraq İddiaçı QSC-nə qaytarılması barədə qətnamə icra olunduqdan, 29.09.2015-ci il tarixdə lizinq obyekti lizinq verənə təhvil verildikdən sonra, lizinq obyektini sataraq növbəti xeyir götürməsinə baxmayaraq, iddiaçının əlavə olaraq cavabdehdən pul tələb etməsi və məhkəmənin iddianı qismən təmin etdiyi hissə əsassızdır və həmin hissədə ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən qaytarılmış lizinq predmetinə münasibətdə öhdəliklərin xitam edilməsi məsələsində birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara qiymət verilməsi hissəsində səhvləri araşdırıb düzgün qiymət vermək əvəzinə, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların mövcudluğunu nəzərə almamış, Azərbaycan Respublikasının MPM-nin 9.3, 88 və 217-ci maddələrinin tələblərini pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş norm anı isə düzgün təfsir etməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2018-ci il tarixli, 2(103)11867/2018 nömrəli qətnaməsinin iddianın təmin edilməsi hissəsində də ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi, Cavabdeh1, onun vəkili X1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 20.11.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29.06.2018-ci il tarixli, 2(011)-148/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 13387.56 manat əsas, 8367 manat mükafat, 500 manat dəbbə pulu, 1258 manat sığorta pulu olmaqla, cəmi 23512.56 manatın tutularaq “xxxx” MMC-nə ödənilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 14.04.2014-cü il tarixli ********** saylı X2 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 21% ödəmək şərti ilə qiyməti 42077 manat təşkil edən 1 ədəd «XCMG ZL 50 G» markalı, 2013-cü il buraxılışlı frontal yükləyici lizinqə vermişdir. Lizinq müqaviləsinin təminatı olaraq İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 14.04.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 07.2 015-ci il tarixli 2(011)-3849/2015 saylı qətnaməsi ilə iddiaçı «xxxx» Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.04.2014-cü il tarixli ********* saylı X2 müqaviləsinə əsasən Cavabdeh1 istifadəsində olan 2013 olan AZ U-437 dövlət qeydiyyat nişanlı frontal yükləyicinin cavabdehin istifadəsindən alınaraq «xxxx» Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir. Qətnamə icra olunaraq, 29.09.2015-ci il tarixdə lizinq obyekti lizinq verənə təhvil verilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddədə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərl ə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab etmişdir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi əsassız olduğuna görə həmin tələblər qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan baş qa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Lakin iddiaçı xarici hüquqi şəxs deyil və onunla Cavabdeh1 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə cavabdehin pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Kollegiya hesab etmişdir ki, lizinq obyektinin qiyməti və ödənişlərin miqdarı ilə bağlı qeyrimüəyyənlik iddiaçının ziyanına (əleyhinə) təfsir edilməlidir. Çünki müqavilənin şərtləri onun tərəfindən müəyyən olunmuşdur. Bundan başqa kollegiya nəzərə almışdır ki, iddiaçı tərəfindən cavabdehə 42077 manat ödənilməklə lizinq obyekti əldə olunmuş, sonradan isə bazar dəyəri 53642,27 ABŞ dolları müəyyən edilməklə cavabdehin istifadəsinə verilmişdir. Bundan sonra, yəni 2015-ci ildə baş vermiş 2 dəfə ardıcıl devalvasiyadan sonra Azərbaycan manatı ABŞ dollarına nisbətdə dəyərini təxminən 2 dəfədən artıq itirmiş, nəticədə isə cavabdeh əlverişsiz vəziyyətə düşmüşdür. Halbuki, Mülki Məcəllənin 420.2-ci maddəsində təsbit olunmuşdur ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, lizinq obyektinin dəyəri 42 077 manat kimi qəbul edilməli və borc məbləği də həmin valyuta ilə hesablanmalıdır. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı təqdim edilən 11.06.2018-ci il tarixli maliyyə arayışına əsasən isə müəyyən olunmuşdur ki, əgər lizinq müqaviləsi manatla tərtib edilsəydi, Cavabdeh1 29.09.2015-ci il tarixə lizinq obyekti ehtiyata götürülən zaman X2 müqaviləsi üzrə gecikən borcu əsas məbləğdən 13387,56 manat, faiz 8367 manat, sığorta 1258 manat, dəbbə pulu 11533 manat, cəmi borc 65152,53 manat təşkil edərdi. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı maliyyə arayışında qeyd olunan məbləğdə əsas borc, mükafat məbləği (faiz) və sığorta ödənişinin ödənilməsini tələb etməkdə haqlıdır. İşin hallarını, yəni lizinq obyektinin qiymətini, lizinq müqaviləsinin bağlanılması tarixini və lizinq obyektinin qaytarıldığı tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, 11533 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 500 manat məbləğində müəyyənləşdirilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər apelyasiya şikayəti üzrə kassatorun dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11867/2018 saylı, 20.11.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar