Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2660/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 vəkili Abdullazadə Turan Elşad oğlunun və Cavabdeh1 vəkili X28 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Əhmədov) xx.xx.2015-ci il tаrixli, 2(007)-**/2015 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Bakı şəhəri 1 saylı X34, Cavabdeh1, X14, Cavabdeh6, X10 və X15 qarşı “V1saylı evin ½ hissəsi üzərində miras qoyan X16 məxsus payın iddiaçının mərhum əri X31 tərəfindən miras kimi qəbul etmə faktının müəyyən olunması, həmin paya dair Bakı şəhəri 1 saylı X41 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.1984-cü il tarixdə reyestrdə 2kn “N” 2038 sayla qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan SSR rayon, şəhər X9 İcraiyyə Komitəsinin texniki inventarlaşdırma bürosunun xx.xx.1984-cü il tarixli, 30/617 saylı qeydiyyat vəsiqəsinin mübahisəli evin ½ hissəsinin Cavabdeh1 və X17 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, miras əmlakın ½ hissəsinin 1/3 hissəsi üzərində Ca vabdeh1, 1/3 hissəsi üzərində X17 və 1/3 hissəsi üzərində isə iddiaçının paylarının müəyyən olunması” tələbinə dair iddiası təmin edilərək, X5 miras qalmış V1saylı evin ½ hissəsinin, onun qanun üzrə birinci növbəli vərəsələri olan Cavabdeh1 və X30 ilə yanaşı, birinci növbəli vərəsəsi olan X31 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 1 saylı X41 tərəfindən Cavabdeh1 adına verilmiş və reyestrdə 2kn “N” 2038 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1984-cü il tarixli, 1956/84 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, Cavabdeh1 və X17 V1saylı evin ½ hissəsi üzərində mülkiyyət hüququna dair texniki inventarlaşdırma bürosunda aparılmış xx.xx.1984-cü il tarixli, 30/617 saylı qeydiyyat vəsiqəsinin həmin hissədə etibarsız hesab edilməsi, Cavab deh1, X17 və X2 hər birinin V1saylı evin ½ hissəsindəki payının 1/3 hissədə müəyyən edilməsi, iş üzrə iddia verilərkən dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaitinin cavabdehlər Bakı şəhəri 1 saylı X29, Cavabdeh1, X6, Cavabdeh6, X3 və X7 X2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, A.Hüseyn, E.Şamayev) xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X4 cav abdehlər Bakı şəhəri 1 saylı X34, Cavabdeh1, X14, Cavabdeh6, X10 və X15 qarşı “mirasın qəbul etmə faktının müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras əmlakda payların müəyyən olunması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı evin ½ hissəsi üzərində miras qoyan X16 məxsus payın mərhum həyat yoldaşı X32 tərəfindən miras kimi qəbul etmə faktının müəyyən olunması, həmin paya dair xx.xx.1984-cü ildə 1 saylı X41 tərəfindən verilmiş 2kn “N” 2038 qeydiyyat nömrəli vərəsəlik şəhadətnaməsinin və Bakı şəhəri XDC İK-nın texniki inventar bürosunun verdiyi 30/617 saylı qeydiyyat nömrəli xx.xx.1984-cü il tarixli qeydiyyat vəsiqəsinin evin ½ hissəsinin X33 və X18 adlına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, miras əmlakın mübahisəli evin miras ol an ½ hissəsinin 1/3 hissəsi üzərində X19, 1/3 hissəsi üzərində X18 və 1/3 hissəsi üzərində onun pay hüquqlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili X28 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar Bakı Apellyasiya Məhkəməsi tərəfindən sübut olunmamışdır. Belə ki, mülki işin materiallardan göründüyü kimi * saylı evin ½ hissəsi cavabdehin atası X8 mülkiyyətində olmuş, onun xx.xx.1973-cü ildə vəfatından sonra birinci növbəli vərəsələri olaraq cavabdeh və qardaşı X30 faktiki qəbul edərək idarə etdikləri miras evə dair paylarını uzun müddət öz a dlarına rəsmiləşdirə bilməmişlər. Buna səbəb isə üçüncü vərəsə olan qardaşları X20 "şizofreniya paranoid forma, orta proqredit tip gedişli" psixi xəstəlikdən əziyyət çəkməsi və 1971-ci ildən 6-8 ay 1 saylı Psixiatriya Xəstəxanasında müalicədə olması və xəstəxanadan evə yazıldığı müddətdə isə nə cavabdeh, nə də ki, mərhum qardaşı R onu əziyyət çəkdiyi xəstəliyi bağlı özləri ilə notariat kontoruna apara bilməmələri olmuşdur. Bu səbəbdən də 1984-cü ildə cavabdeh qardaşı Rəhmanla birlikdə vərəsəlik şəhadətnaməsini almaq üçün notariat kontoruna müraciət edərkən ərizədə miras evə ondan başqa X17 vərəsə olduğunu göstərmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə almamışdır ki, hələ apelyasiya şikayətinə əlavə edilmiş 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Baş həkimi A.Rəsulovun xx.xx.20 16-cı il tarixli, 718 saylı məktubundan göründüyü kimi həqiqətən də X31 xx.xx.1971-xx.xx.1971-ci il, xx.xx.1972, xx.xx.1972-ci il, xx.xx.1973-xx.xx.1973-cü il, xx.xx.1974-xx.xx.1975-ci il, xx.xx.1975- xx.xx.1975-ci il, xx.xx.1977- xx.xx.1975-ci il, xx.xx.1977- xx.xx.1978-ci il, xx.xx.1978- xx.xx.1979-cu il, xx.xx.1985- xx.xx.1986-ci il, xx.xx.1993- xx.xx.1993-cü il tarixlərdə 1 saylı Respublika Psixiatriya Xəstəxanada "şizofreniya paranoid forma, orta proqredit tip gedişli" diaqnozu ilə müalicədə olmuşdur. İddiaçı İdrisin şizofreniya xəstəliyindən əziyyət çəkdiyini, hərəkətlərini dərk etmədiyini, fəaliyyət qabiliyyətinin olmadığını bilə-bilə onun bu vəziyyətindən istifadə edərək, gələcəkdə istifadə etdikləri yaşayış sahəsinə yiyələnmək məqsədi ilə onunla nikaha girmişdir. Əgər həqiqətən də İdrisin iddiaçı ilə nikaha girmək niyyəti olmuş olsaydı, ən azından cavabdehdən bu faktı gizlətməzdi və həyat yoldaşını yaşadığı evə qeydiyyata salmaq üçün ona müraciət edərdi. Bununla əlaqədar cavabdeh vaxtı ilə Nizami rayon məhkəməsində iddiaçıya qarşı qardaşı X20 fəaliyyət qabiliyyəti olmayan şəxs olmuş hesab edilməsi və iddiaçı ilə bağlanmış nikahın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Hazırki qətnamənin qeyri-qanuniliyi və qeyri-obyektivliyi onunla sübuta yetirilir ki, məhkəmə qətnamədə cavabdehin məhkəmə iclaslarında verdiyi izahatını yanlış əks etdirmiş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, 30 il şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən qardaşı ilə iddiaçının arasında bağlanmış nikahı əsas kimi qəbul edərək iddiaçını qardaşı İdrisin miras əmlakdakı payına vərəsə tanımaqla səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 saylı qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X4, cavabdehlər Cavabdeh1, X26, Cavabdeh6, X21 və X27 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ünvan 1 ünvanlayaraq işə onların nümaytəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkə mə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X28 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 vəkili Abdullazadə Turan Elşad oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halı kimi müəy yən etmişdir ki, mübahisəli evin ½ hissəsi üzərində mülkiyyət hüququ iddiaçının qayınatası və cavabdehlərin atası X12 məxsus olmuşdur. X22 xx.xx.1973-cü il tarixdə ölmüşdür. Atasının ölümündən sonra onun qızı X23 öz payından qardaşları İdris Kerbalayevin, Cavabdeh1 və (cavabdehlər Zaur, Zəhra və Zaid Kərbalayevlərin mərhum ataları) Rəhman Kerbalayevin xeyrinə imtina etmiş, həmin şəxslər isə evdə yaşamaqla mirası faktiki qəbul edib idarə etməyə başlamışlar. xx.xx.1984-cü il tarixdə cavabdeh X35 Kontoruna müraciət edərək mübahisəli evdə yaşayan atasının öldüyünü, atasının ölümündən sonra həmin evin miras qaldığını, miras qalmış əmlaka ondan başqa qardaşı (o vaxt sağ olan) Rəhman Kerbalayevin vərəsə olduğunu, onlardan başqa vərəsələrin olmadığını və buna görə də qeyd etdiyi evə “Qanun üzrə və rəsəlik hüququ haqqında şəhadətnamə” verilməsini xahiş etmişdir. Bundan sonra Rəhman Kerbalayev və Eldar X1 qanun üzrə vərəsələri kimi hər birinin payı bərabər olmaqla şəhadətnamə verilmişdir. İddiaçı R.X25 ilə 1999-cu ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və mübahisəli evə gəlin köçüb orada İdris Kerbalayev ilə birgə yaşamışdır. İdris Kerbalayev 2014-cü il tarixdə öldükdən sonra da İddiaçı mübahisəli evdə yaşamağa davam etmişdir. Bundan sonra Cavabdeh1 iddiaçının evdən çıxarılması barədə iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmiş və həmin vaxt iddiaçıya məlum olmuşdur ki, Eldar Kərbalıyev mübahisəli evə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almış, Cavabdeh1 həmin şəhadətnamə əsasında mübahisəli evin ½ hissəsinə dair özünün və Rəhman Kerbalayevin mülkiyyət hüququnu qeydə aldırmışdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 “İdris Kerbalayevin ölən günədək fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi barədə” ərizəsi rədd edilmişdir. İş materialları ilə təsdiq olunur ki, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. O cümlədən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh1 həmin iş üzrə cavabdehlər İddiaçı və Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etiba rsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, sözügedən məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, Cavabdeh1 qardaşı İdris Kerbalayevin fəaliyyət qabiliyyətli olmadığını və onunla İddiaçı arasında bağlanmış nikahın formal xarakter daşıdığını bəyan etsə də, bu dəlillər iş materiallarında olan məhkəmə qərarları ilə üst-üstə düşmür. İdris Kerbalayevin tam fəaliyyət qabiliyyətli şəxs olması qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Eyni zamanda, onunla İddiaçı arasında bağlanmış nikahın etibarsız hesab edilməsini təsdiq edən və qanuni qüvvəyə minmiş heç bir məhkəmə qərarı mövcud deyi l. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi Cavabdeh1 bilə-bilə Notariat Kontoruna yanlış məlumat verməklə digər vərəsə olan İdris Kerbalayevin vərəsəliyə çağırılmaq üçün tədbirlər görmədiyini, X37 Kerbalayevin xeyrinə vərəsəlikdən imtina etməsi faktının sübuta yetirilmədiyini, həmçinin ataları öldükdən sonra İdris Kerbalayevin də miras əmlakı faktiki surətdə qəbul etdiyini nəzərə alaraq, Cavabdeh1 və Rəhman Kerbalayevin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” və Texn iki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, 30/617 nömrəli “Qeydiyyat vəsiqəsinin” mübahisəli evin 1/2 hissəsinin Cavabdeh1 və R.Kerbalayevin adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi, iddiaçının onların hər birinin mübahisəli evin 1/2 hissəsinin 1/3 hissəsi üzərində payının müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin (1964-cü il tarixli) 532-ci maddəsinə görə, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə görə, v ərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Həmin Məcəllənin 556-cı maddəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooper ativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina.vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 562-ci maddəsinə əsasən, miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Həm in Məcəllənin 44-cü maddəsinə əsasən, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, etibarsız sayılan əqd, bağlandığı vaxtdan etibarsız hesab olunur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, cavabdeh apelyasiya instansiyasında olduğu kimi, hazırda da qardaşının fəaliyyəti qabiliyyəti olmayan şəxs olmasına, iddiaçı ilə qardaşı arasında olan nikahın əslində etibarsız olmasına istinad etsə də, apelyasiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, cavabdehin bu barədə dəlilləri iş materiallarında olan məhkəmə qərarları ilə üst-üstə düşmür. İdris Kerbal ayevin tam fəaliyyət qabiliyyətli şəxs olması qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Eyni zamanda, İ.Kerbalayevlə İddiaçı arasında bağlanmış nikahın etibarsız hesab edilməsini təsdiq edən və qanuni qüvvəyə minmiş heç bir məhkəmə qərarı mövcud deyil. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məc əllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasas iya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2660/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2660/2020
30.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver