Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2660/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, pul tələbi, sübutetmə yükü) 10.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-68/2025 nömrəli, 01 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə 10 sentyabr 2025-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X28 Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, etibarlılıq müddəti 2024-cü ilin mart ayınadək təyin edilmiş, 4169-7413-4182-4256 nömrəli plastik kartın surətindən onun Cavabdeh məxsus (sahibliyində və istifadəsində) olması təsdiq edilir.(mülki iş İ cild, iş vərəqə 4);
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi tərəfindən qəbul edilmiş 04 aprel 2022-ci il tarixli zərər çəkmiş qismində tanıma haqqında qərarın mahiyyətindən X18 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması (mülki iş İ cild, iş vər əqə 5-6);
3. X18, X12 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə çıxarılmış Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmündən zərərçəkmiş şəxs İddiaçı münasibətdə 5060 (beş min altmış) manat pul vəsaitinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodu üzrə məhkumların təqsiri sübuta yetirilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq onlara elan edilmiş ittihamdan çıxarılmışdır. (mülki iş İ cild, iş vərəqə 7-200); 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən verilmiş 04 oktyabr 2021ci il tar ixli, BPM885875P nömrəli qəbzdən 4576 (dörd min beş yüz yetmiş altı) manat pulun və PBM885896P nömrəli qəbzdən 285 (iki yüz səksən beş) ABŞ dollarının M(285 ABŞ dolları x 1.70 manat = 484 manat) İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. (mülki iş İ cild, iş vərəqə 201). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 30 sentyabr 2024-cü ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdəh Cavabdeh 5060 (beş min altmış) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2021-ci ilin yanvar ayında Gəncədə Sveta adlı xanımla tanış oldu. O onu Cavabdeh ilə tanış etdi. Cavabdeh onu Ocosa pul yatırım etməyə dəvət etdi. Ocos şirkətinin kripto valyuta ilə məşğul olan bir şirkət olduğunu və dünya birjasına koin cıxarmaq istədiklərini dedi. Bu şirkətin dövlət qeydiyyatından keçmiş, vergi ödəyicisi olan, iso sertifikatlı olduğunu və dövlətin yüksək rütbəli şəxslərinin bu şirkətə pul yatırım etdiyini dedi. Bu şirkətə pul yatırım etməklə pul qazana biləcəyini bildirdi. Lakin, o, Cavabdeh təhriki sayəsində 2021-ci ilin aprel ayında Cavabdeh "xxxx" vasitəsilə 800 azn göndərdi, iki ay sonra o ona 1200 azn geri göndərdi. Bu onda ona qarşı inam yaratdı. 1200 azn üstünə 600 azn qoyub 1800 azn ona göndərdi, o da 2021-ci ilin ilin sentyabrında 2500 azn geri verdi. Həmin vaxt o, Ocosdan uzaqlaşdı. Bir müddət yatırım etmədi. X3 2000 azn verib geri ala b ilmədiyi üçün o 2000 azn təkrar qazanmaq üçün Nəzmiyyə ilə əlaqə saxlayıb ondan Ocosa pul yatırım etməyə ona kömək etməsini xahiş etdi. Cavabdeh ilk vaxtlar onu qəbul etmək istəmirdi. Sonra dedi ki, bir şərtlə səni qəbul edər ki, gərək pulunu öz şəxsi hesabına deyil, başqa şəxslərin kimliyini tapıb onların adına hesab açaraq pulu o hesablara yatırım edəsən. İddiaçı, buna ilk vaxtlar razı olmadı. Sonra Nəzmiyyənin şərtini qəbul etdi. Tanış adamların kimliyini xahiş edib aldı. Ocos saytında yeni hesablar açdı. Həmin şəxslərə xahiş edərək onların öz rizası ilə kimliklərini alıb ocosda hesab açmışdı. Cavabdeh 2021-ci ilin oktyabrın 3-də 5060 azn Unibank vasitəsi ilə göndərdi, 2021 ci ilin dekabrın 7-də 8700 azn geri verməli idi. Həmin vaxt ona aid olan ocos saytında açılmış hesablara qeydiyyat dan keçmədi. İddiaçı Nəzmiyyə ilə əlaqə saxlayıb pulunu geri istədi. Cavabdeh onunla əlaqə saxlayıb, “narahat olma bizə güvən dedi. Vaxt tamam olanda 8700 azn sənə geri vərəcəyik”- dedi. Lakin 2021-ci ilin noyabrın 17-də X18 Baş Mütəşəkkil tərəfindən həbs olundu. O vaxt Cavabdeh ilə əlaqə saxlayıb pulunu geri qaytarmasını istədi. Cavabdeh dedi ki, pulu şirkət verəcək pulunu geri verməkdən imtina etdi, onu təhqir etdi, hər yerdən bloka atdı. İddiaçı məcbur qalıb Baş Prokurorluq, Daxili işlər Nazirliyi, Prezident Administrasiyasına, Baş Mütəşşəkilə şikayət ərizəsi verdi. Zərəçəkmiş qərarı aldı. Həmin vaxt Asif adlı şəxs onunla əlaqə saxlayıb dedi ki, vatsapda zərərçəkmişlər qurupu yaradın, birləşib mübarizə aparın. Lakin, Azərbaycan Rəspublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsir i sübuta yetirilmədiyi üçün X15, X8 və X6 elan edilmiş ittihamdan ona görə elan edilmiş 5060 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmışdır.
7. Naxçıvan MR Babək Rayon Məhkəməsinin (hakim İsmayıl Günay) 28 yanvar 2025ci il tarixli, 2(079)-26/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh 5060 (beş min altmış) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdi.
8. Məhkəmə qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ibtidai araşdırma orqanının qərarı ilə X13 tamah niyyəti ilə tanışı X12 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müş tərilərin etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xəyal Yaxyayev və Gülara Abdullayeva əlaqəli qaydada 2021-ci ilin yanvar ayından etibarın hüquqi şəxs kimi dövlət qeydiyyatın alınmayan və dövlət reyestrinə daxil edilməyən “Ocus” adlı şirkətin və mövcud olmayan kriptovalyutanın beynəlxalq vlayuta bazarında satışı ilə məşğul olan və mərkəzi ofisi X10 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə güya həmin pul məbləğlərini “Ocus” adlı şirkətin X4 hesabına köçürdüklərini, güya həmin p ulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində İddiaçı birbaşa maddi və mənəvi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan zərərçəkmiş şəxs qismində tanınmışdır.
9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmü ilə Azərbaycan Rəspublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X15, X8 və X6 elan edilmiş ittihamdan zərərçəkmiş şəxs İddiaçı 5060 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları təqsirliliyi sübuta yetirilmədiyindən ittihamdan çıxarılmışdır.
10. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən et mişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 5060 manat pulu (285 ABŞ dolları (285*170=484 manat və 4576 manat olmaqla)) Cavabdeh verməsi işin mübahisəsiz halıdır.
11. Məhkəmə iddiaçının izahatını, sözügedən yazılı sübutları hərtərəfli tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən tələb olunan məbləğ cavabdehin Cavabdeh hesabına köçürülməsi hərtərəfli qiymətləndirilmiş sübutlarla tam sübuta yetirilmişdir.
12. Lakin, cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmiş, iddiaya qarşı etiraz irəli sürülməmişdir.
13. Belə ki, İddiaçı 5060 manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır.
14. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 5060 (beş min altmış) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 1091.1, 1091.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin iyul ayında tanışı Zeynalova Sevil tərəfindən Ocos şirkətinə dəvət almış, işlə tanış olmaq üçün şirkətin rəsmi işçisi onu qazanc planı ilə tanış etmişdir. Yat ırılan pulun 2 ay müddətinə 50 faiz artacağını, şəxsi dəvət olarsa həmin yatırımdan 15 faizə qədər qazanc əldə olunacağını demiş, şirkətin baş ofisinin ABŞ-da olduğu vurğulamış, Azərbaycanda isə rəsmi qeydiyyatdan keçdiyi, vergi ödəyicisi olduğu deyilmişdir. Onun yaranan suallarını isə Xəyal Yəhyayev özü cavablamış, deyilənləri bir daha təsdiqləmiş və tam əminlik vermişdi. Hər bir yatırımçıya yatırım edilən pulun qarşılığında hazırda birjada olmayan, sonradan isə birjaya girəcək ocos coini veriləcəyi deyildi. O, imkansızlıqdan 25 dollarlıq paket üçün coin almışdır. Hesabını açmışlar və həqiqətən öz hesabında 25 dollar coini görmüşdür. Evə gəlmiş daha ofisə getməmişdi, çünki düşünürmüş ki, artsa belə 37 dollar olacaq. Bu da ona maraqlı gəlməmişdi. X29 mərkəzdə 11-ci mərtəbə, 69-cu otaqda ye rləşirdi. Qeydiyyata düşdüyü vaxtdan 1 aydan çox müddət keçmişdi. Üst sponsorları tez - tez ona yazıb ofisə getməyini bu işin incəliklərini bilməyinin vacibliyini vurğulayıblar. Lakin o, 2 ayı tamam olanda ofisə getmişdir. Ona həqiqətən pulunun 37 dollar olduğunu göstərmişlər. Ofisdə olduğu müddətdə çox çalışıb ki, bəlkə şübhəli bir şeylər görmüş olar, lakin əksinə çox sayda ziyalı insanlar, hətta orqan işçilərinin böyük məbləğdə yatırımlar etdikləri görmüş, bu da onu çox təəccübləndirmiş, şübhələrini az da olsa azaltmışdı. Yenə də düşünüb ki, heç kəsi bu işə dəvət etməyəcək, qorxurmuş ki, birdən insanları aldatmış olarlar. Bu səbəbdən öz yatırımının üstünə əlavə pul qoyub təkrar 50 dollar coin alıb evə gəlib. Yenə də gözləmə mövqeyində olmuş, bəlkə nə isə şübhəli hal görmüş olar deyə ara- sıra ofisə gedirmiş. Bu minvalla 2-ci yatırımı, yəni 50 dollar coini artıb 75 dollar oldu. Bu onda bir az da şübhələri azaldıb və o, bacısının qazanması məqsədi ilə onu da bu işlə tanış etməyi düşünmüş, bacısı gəlmiş, telefonunu açıb qazanclarını göstərmiş, o da inanıb 100 dollarlıq coin almaq istəyib və 2 rəfiqəsini də üzv etmişdir. Vaxt gəlmiş bacısı da 50 faiz qazanc götürmüşdü. Beləcə o da əlavə 5, 6 tanışına belə bir şirkət olduğu barədə demişdir. Lakin seçimi onların özlərinə buraxmış və böyük yatırım etməyi məsləhət görmürdü. Hər bir işdə risk olacağını çox yaxşı anlayırmışdir. Bir müddət sonra sosial şəbəkədən X14 adlı Gəncə şəhər sakini ilə tanış olmuşdur. O da qazanmaq niyyəti ilə 25 dollar özünə coin (birjada olmayan kriptovalyuta) aldı. Şirkətin şərtinə görə yatırdıqları məbləğ dən 50 faiz, dəvət etdikləri insanın yatırımından isə 15 faiz qazanc əldə olunurmuşdur. Svetlana pula çox ehtiyacı olduğunu demiş və bu işi reklam etməklə məşğul olacağını bildirmişdi. Svetlana da 37 dollar qazanc əldə etdikdən sonra o da onun kimi bu işə inanmışdır. Qısa müddətə ona Gəncədən İddiaçı ilə tanışlığından və bu iş barədə onunla razılığa gəldiyi barədə dedi. Belə ki, Vüsalənin bacısı Aygün Aslanova Bakıda yaşayırdı və gəlib işlə yerində tanış olmalıydı ki, nəyin düz və ya yalan olduğuna şahid olsun. Onun əlaqə nömrəsini Aygünə vermişlər, daha sonra onlar şirkətdə görüşmüşlər. Aygün 2 uşağı ilə (4-6 yaş) gəlmişdir. Aygünü bu işlə şirkətin əməkdaşı Yeganə Məmmədova tanış etmişdir. Çox bəyəndiyini demiş və 2000 manat yatırım edərək Svetlananın sisteminə qeydiyyata düşmüşdür. 300 dollar coin öz adına, qalan məbləğə isə yoldaşının və bir tanışının adına coin sifariş etmişdir. 1 coin 1 dollara satılırdı. Aygün ona bu yatırımı xəstə uşaqlarının müalicəsi üçün yatırdığını bildirmiş və demişdir ki, yoldaşının xəbəri yoxdur. Həmçinin bildirmişdir ki, uşaqlar danışa bilmir, loqopedə aparır və çox pul gedir. Hər iki aydan bir faizləri götürüb uşaqlarını müalicəyə aparmalıdı. Ondan xahiş edib ki, onun coinlərinin alınıb, satılmasına kömək etsin, belə ki, ofisə tez-tez gəlmək imkanı yoxdur. Bacısı Vüsalənin isə onun sisteminə nəfər kimi yazılacağını və bunun üzərindən qazanacağını demişdir. Svetlana bütün gəlir yerlərini Aygünə və Vüsaləyə izah etmişdir. Şirkət Aygünün istəyinə uyğun olaraq coinlər verib. Aygün gedəndən 1 gün sonra Vüsalə də Gəncədən onun hesabına pul göndə rib deyə, onun da pulunu şirkətə ödəyib, qarşılığında isə coinlər alıb. Vüsalənin adına olan hesabına 300 dollar, “Loqin Vusalə06”, qalanları isə atası, anası və qardaşının hesablarına yerləşdirildi. Hər bir açılan hesabın loqini, (sistemin adı) parolu və pin kodu olur. Vüsalənin və bacısının login, parol və pin kodları onlara təqdim olunub. Bundan sonra Vüsalə baxıb, ona təşəkkürün bildirib. Ona gedən 3 nəfərdən 15 faiz, 24 saat ərzində sistemdə görsənib. Vüsalə ona sual verib ki, o, 300 dollar yatıranda bacısı Aygünə nə getdi? Bu sual onu heyrətləndirib. Cavabı 45 dollar deyib, amma bu sənin pulundan kəsilib verilməyib. Şirkətin şərtinə görə hər kəs öz dəvət etdiyi insanın yatırımından 15 faiz qazanır deyib və bildirib ki, “paxıllıq etmə, o, sənin bacındır”. Vüsalənin müddəti başa çatand a (paketlər 2 ay, 75, 90 gün və s.) onun təkrar yatırım etməsinə şərait yaratmamasını qərara alıb. Ona onlardan heç bir qazanc gəlmirmiş, sadə insanlıq naminə kömək edirmiş. Aygündən Sevtlana qazanıb, Vüsalədən bacısı Aygün qazanıb. Aygün də, Svetlana da pula çox ehtiyacı olduğunu deyib, Bakıda ofisə əlləri çatmadığını və onların coinlərinin şirkətə təhvil verilib pullarının geri hesablarına göndərilməsinə kömək etməyi ondan xahiş ediblər. Şirkət rəhbəri Xəyal Yahyayev də bölgədə olan insanlara bu qaydada kömək edilməsini bizdən tələb edirdi. Bütün şirkət eyni qaydada fəaliyyət göstərirdi. Yəni bölgələrdən göndərilən pul hər birimnin hesabına göndərilirdi, o pul şirkətin direktoru Xəyal Yahyayevə verilirdi, qarşılıgında 1 ədədi 1 dollar olmaqla coin alınırdı. Bu minvalla vaxt gəldi, yatır ımların müddəti başa çatdı. Aygün şirkətə gəlib yatırımlarından əldə etdiyi 50 faiz paket artımını və 15 faiz şəxslərdən gələn faizləri, coin kimi şirkətə təhvil verib əldə etdiyi 1200 manat pulu aldı. Pulunun kökünü isə əvvəlki qaydada təkrar coin aldı, yəni yatırım etdi. Vüsalənin coinləri isə şirkətə təhvil verildi. Şirkətin verdiyi pulu, yəni kök pulu və qazancı ilə birlikdə onun kart hesab nömrəsinə (4169 7414 6346 7579) 1200 manat göndərib. Vüsalə pullarını almış və özü də bunu ifadəsində təsdiq etmişdir. Vüsalə pulunu alıb ona təşəkkürünü bildirmişdir. Özü isə ondan xahiş etmişdir ki, bir daha onu narahat etməsin. Bunu da onunla izah etmişdir ki, o onun nəfəri deyil, vaxtını çox alır və onu yorur. Bacısına paxıllığını üzünə vurmayıb. Vüsalə söz verib, amma sözünü tutmamışdır. 3-4 gü n sonra ona zəng edib, təkrar coin almaq istədiyini bildimişdir. O israrla bacısı Aygünü də bu məsələyə qatdı. Aygün bacısının yatırımından qazanırdı deyə bu dəfə də Vüsalənin yatırımına kömək etməyini ondan xahiş etmişdir. O vaxtlar Aygünə rəğbəti daha çox olmuşdur. Sonda Vüsalə təkrar yatırım etməyə nail olmuş və şərt kəsmişdir ki, bu son olacaq. Bu dəfə bacısına görə razılaşmışdır. Vüsalə 1800 manat məbləği onun hesab nömrəsinə göndərmişdir. O, həmin pulu üst sponsoru Mahir İsmayılova vermişdir. O da Xəyal Yəhyayevə verib coin alıb və Vüsalənin hesablarına öz istəyinə uyğun olaraq yerləşdirmişdir. 300 dollarlıq öz adına, qalan coinləri isə əvvəlki kimi atasının, anasının və qardaşının adındakı hesablara bölüşdürmüşdür. İkinci yatırımın da müddəti başa çatmışdır. Bu müddət ərzində Vüsalə onu dəfələrlə əsəbləşdirmiş, ona yaxşılıq etdiyinə çox təəssüflənmişdir. Bu barədə Svetlana və Aygünə də demişdir. Bu qədər təmənnasız yardımına baxmayaraq bir daha layiq olmadığını sübut etmişdir. Aygünün paketlərinin də vaxtı bitdikcə (60, 75, 90 gün) coinlərini şirkətə təhvil verib, əldə olan kök və faizlərini hesabına göndərirmişdir. Belə ki, Aygün də faizləri hesab edəndə 15 qəpik düz hesablamayıb dediyi üçün, onun da bacısı kimi yaxşılığa qiymət vermədiyini görüb və qəti olaraq Svetlanaya demişdir ki, bu insanlar təhlükəlidirlər, onlardan gələn qazancdan imtina etsin. Onların 3-cü dəfə yatırımlarına kömək etməyəcəyini deyib. Üç dəfə Aygün Aslanovanın hesab nömrəsinə (5243 7544 1029 8770) şirkətdən qazandığı pulları göndərmiş (təqribən 3000-4000 AZN qazanc əldə edib). Vüsaləyə isə şirkətin verdiyi 2500 manatı onun kartına göndərmişlər. Ona zəng edib təşəkkürünü bildirmişdir. O da ona xeyir işlərə xərcləməsini arzu edib və öncədən də xəbər etdiyi kimi bir daha onu narahat etməməsini xahiş etmişdir. Lakin 4 gün olmamış ona zəng edib coin almaq istədiyini demişlir. O “axı biz razılaşmışdıq ki, sən məni narahat etməyəsən” demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Kobud da səslənsə ona qarşı kobud olmağa məcbur edərək “rədd ol” demişdir. Bu dəfə onu təhdid edərək kömək etməsə Xəyal Yahyayevə ondan şikayət edəcəyini demişdir. Həmin dövrdə Xəyal müəllim coinin birjaya girməsi üçün insan sayının artmalı olduğunu demişdir. Özü şirkətin marağına zidd hərəkət edən bir nəfər kimi nüfuzunu itirəcəyindən qorxub və sonda susmuşdur. Vüsalə şirkətdə 8 aydan çox müddət də fəaliyyətdə olmuş, o, qruplarda olduğu üçün bütün qazanc növlərini, yatırım qaydalarını, gəlirləri çox yaxşı bilirmişdir. O, ayrı-ayrı şəxslərin də adına hesab yaradıb yatırım edə biləcəyini öyrənmişdir. Əvvəlki hesablarında qısa müddətli paketlər ( məs: 3 dəfə 60 gün 25 dollar, 3 dəfə 60 gün 50 dollar, 3 dəfə 60 gün 100 dollar, 3 dəfə 75 gün 300 dollar, 3 dəfə 90 gün 500 dollar) bitdiyi üçün, o uzun müddətli (150 günlük) paketləri seçmirdi. Bu səbəbdən daha tez pul çıxarmaq üçün 4 nəfər Samux rayon sakinləri Pakizə Alməmmədova, Osman Əliyev, Elşad Əliyev və Rəna İsmayılovanın şəxsiyyət vəsiqələrini əldə etmiş onların adına hesab yaratmaq niyyətini güdmüşdü. O dövrdə belə hallar çox olub deyə, o artıq etiraz edə bilməmişdir. Vüsalə bacısından daha çox qazansın deyə üçüncü dəfə yatırım e tməyi qərara almışdır. O, 800 manat, bacısı isə 2000 manat yatırımla başlamış, buna görə də Aygün daha çox qazanc əldə etmişdir (3000 - 4000 manat ). Vüsalə arzusunu reallaşdıraraq yuxarıda adlarını qeyd etdiyi insanların şəxsiyyət vəsiqələrini onun votçapına göndərib. Hesablar açılıb, şirkətdən daha öncə qazandığı 1200+2500 manat məbləğin üstünə əlavə edərək hesabına 5060 manat göndərmişdir. Göndərdiyi pulu o, üst sponsoru Mahir İsmayılova, sonuncu isə pulu Xəyal Yəhyayeva verib 2976 coin aldı. Pakizə Alməmmədovanın hesabına 300 dollar coin, İsmayılova Rənaya 850 dollar coin, Əliyev Osmana 900 dollar coin, Əyyubov Elşada 926 dollar coin yatırılıb və bu bölgüləri Vüsalə edib. Onlar bərabər bu işləri görüb yekunlaşdırıblar. Vüsalə öz telefonunda bütün hesablara bir də baxıb, bütün yatırımla rın düz olduğunu təsdiqləyib və təşəkkürünü bildirib. Noyabr ayının əvvəllərində Vüsalə ona zəng edib, bankda 10000 manat pulu olduğunu, onu coin olaraq almasını istədiyini deyib, hətta ondan zəmanət istəyib. Təbii ki, özü çox əsəbləşib, “biz insanlar heç həyatımızdan sığortalanmamışıq, o ki qala öz marağın üçün etdiyin sənin yatırımına niyə o zəmanət versin ki?”. O qədər mi məni ağılsız hesab edirsən. Qazandığın pulları məgər mənimlə mi bölürsən? Vüsalə, sən bu tamahınla uzağa gedə bilməzsən. 10000 manat yatırım etmək böyük riskdir” deyib. Vüsalə Mahir müəllimlə danışıb, sonuncu notariusdan zəmanət verməyə də razı olub, lakin sonradan Vüsalə bu mövzuya bir daha qayıtmayıb. Noyabrın 10-da Vüsalə ona zəng edərək Xəyal Yəhyayevin nömrəsini istəyib. Özü ona “neynirsən onun nömrəsini, 9 aydır bu şirkətdəsən, mən isə 1 il 3 aydır. Heç bir dəfə də olsun Xəyal Yəhyayevlə danışmamışam” deyib. Vüsalə də yatırımçı olduğundan hüquqları bərabər olub, buna görə də onun xahişini yerə salmayıb. Xəyal müəllimin nömrəsini tapıb ona göndərib. X23 razılaşıb, daha sonra 10000 manat onun dostundan adını eşitdiyi Elsevərin kartına atır. Noyabrın ayının 17-də Xəyal Yəhyayevi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs etdilər. İki gün keçməmiş Vüsalə ona zəng etmiş və ona “ya 5060 manatı qaytaracaqsan, ya da qəbz əlimdədir, bununla səni gedib şikayət edəcəyəm” deyib. Özü isə ona deyib ki, “axı sən çox yaxşı bilirsən ki, o pula ay yarımdı 4 nəfər şəxsin adına yatırım etmisən”. Bir neçə gündən sonra Gülarə Abdullayeva həbs olundu. Vüsalə dediyi kimi ondan şikayət edib. 202 1-ci ilin noyabr ayının 27-si onu izahat üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Vüsalə Möhsümova deyib ki, 5060 manat onun barəsində, 10000 manat isə Xəyal Yəhyayevin barəsində şikayətçidir. O, telefon danışıqlarını, dəlilləri göstərib. O vaxtlar sistem hələ bağlanmamışdı. Onun 4 hesabını da açıb, yatırımları gördülər. Aydın oldu ki, pul təyinatı üzrə xərclənib. Vüsalə özü də sübut üçün bütün hesablarını skrin edib saxlayıb, yəni coinlər sistemdə idi. Vüsalə öz ifadəsində təsdiq edir ki, dekabrın 7-si saxta coinləri öz hesabına transfer edib. Həmçinin onun kim tərəfindən dəvət olunduğu və şikayətinin olub-olmaması soruşulub, Vüsalə isə “xeyir” cavabını verib. Onu Ocosa çağıran insan Vüsaləni orada məcburi saxlamamışdı. Burada olan 15000 insan öz tamahlarının qur banı olub. Onları aldadanlar isə dələduzluqları sübuta yetirilən Gülarə Abdullayeva, Xəyal Yəhyayev və Yeganə Məmmədova, Kənan Mustafayev olub. 3 ildən artıq Bakı Ağır Cinayətlər Məhkəməsində iş getdi. 15000 yaxın insanın Gülarə Abdullayeva, Xəyal Yəhyayev və Yeganə Məmmədova tərəfindən aldadıldığı sübuta yetirildi, Xəyal Yəhyayevə 15 il, Gülarə Abdullayeva və Yeganə Məmmədovaya 12 il hökm oxundu. Cavabdeh şəxslər həbs olunub. Bu artıq onların ikinci dələduzluğu idi. 15000 insanın cavabdehi Xəyal Yəhyayev və Gülarə Abdullayeva olduğu halda Vüsalənin aldığı coinlərin cavabdehi necə olur ki, o olur? Özü şirkət rəhbəri deyil, coini yaradanlardan deyil, saytı da o idarə etməyib. Vüsalənin şirkətdən qazandığı və üzərinə az məbləğ əlavə etməklə göndərdiyi 5060 manatı X25 Yəhyayevə verib, müqabil ində 2976 coin alınmış və 4 hesaba yatırılıb. Ocosun reklam saytı var idi. Bir neçə şəxslər sayıtdan qeydiyyata düşüb coin alıblar. O insanlar da məhkəmədə Xəyal Yəhyayevdən pullarını tələb edirdilər. Deyir ki, Xəyala əgər sən bu şirkəti yaratmasa idin, bu coinin satışın təşkil etməsəydin mən də 15000 insan kimi ziyana düşməyəcəydim. 15000 insan kütləsindən sadəcə 216 nəfər şikayətçi oldu. İnsanların çoxu utandığından, tutduğu mövqeyindən çəkinərək, bir qismi ümidindən ki, bəlkə düzələr deyə şikayət etmədilər. Kim kimdən şikayət etsin ki, bu işə hər kəs yaxınları və doğmaları ilə başlayıb. Vüsalə də məndən yox, bacısı Aygündən şikayətçi ola bilərdi. O, bacısının nəfəri olub onu qazandırıb onu yox. Bu işə nə onu, nə də Aygünü o çağırmamışdır. Gəncədən Svetlana çağırıb. Sonda 15000 insanın a ldadıldığı və etibardan sui-istifadə etməsi sübuta yetirildi. Buna baxmayaraq Vüsalə onu təhqir edib və hədə qorxu gəlməkdən çəkinməyib.
18. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-68/2025 nömrəli, 01 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(079)-26/2025 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimləri X16 (sədrlik edən və məruzəçi), X1 və X11 ibarət tərkibdə)
19. Belə ki, mübahisənin işdə olan sübutlar əsasında araşdırılması zamanı müəyyən edilmişdir ki, X13 tamah niyyəti ilə tanışı X12 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından suiistifadə və aldatma yolu ilə özgənin əml akını ələ keçirmək barədə razılıq əldə edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xəyal Yaxyayev və Gülara Abdullayeva əlaqəli qaydada 2021-ci ilin yanvar ayından etibarən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “Ocus” adlı şirkətin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan və mərkəzi ofisi X10 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək, müştərilərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “Ocus” adlı şirkətin X4 hesabına köçürdüklərini, həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməkl ə aldatmış, bu üsulla cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində İddiaçı birbaşa maddi və mənəvi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan ibtidai araşdırma orqanının 04 aprel 2022-ci il tarixli müvafiq qərarı ilə o, zərərçəkmiş şəxs qismində tanınmışdır.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmə əsasən X15, X9 və X6 elan edilmiş ittihamdan İddiaçı (həmçinin digər şəxslər) 5060 (beş min altmış) manat pul vəsaitinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları üzrə onların təqsiri sübuta yetirilmədiyi üçün çıxarılmışdır.
21. Kollegiya hesab etmişdir ki, Cavabdeh həmin cinayət işi üzrə ci nayət prosesinin tərəfi olmadığından Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmünün bu mülki iş üzrə sübut kimi tətbiqindən söhbət gedə bilməz. Lakin apellyasiya şikayətində göstərilən faktları nəzərə alaraq kollegiya onu da bildirməyi zəruri hesab etmişdir ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər X18, X12 və X6 irəli sürülən ittihamla bağlı İddiaçı 5060 (beş min altmış) manat ziyan vurulması sübuta yetmədiyindən, iddiaçının tələbinin həmin şəxslərə bağlılığı aradan qalxmış olur. Bu isə özlüyündə cavabdehin apellyasiya şikayətində İddiaçı tələbinin dolayı yolla X18, X12 və X2 əməlləri ilə əlaqələndirməsinin əsaslı olmadığını deməyə imkan vermişdir.
22. Yuxarıda qeyd edilən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin G əncə filialı tərəfindən verilən 04 oktyabr 2021-ci il tarixli, BPM885875P nömrəli qəbzdən 4576 (dörd min beş yüz yetmiş altı) manat pulun və PBM885896P nömrəli qəbzdən isə 285 (iki yüz səksən beş) ABŞ dollarının İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülməsi müəyyən edilsə də, apellyasiya şikayəti verən tərəf iddiaçının bu pulun müqabilində 2976 koin almasını apellyasiya şikayətinin dəlili kimi qeyd etmiş, lakin həm bununla, həm də onun hesabına köçürülmüş pulun yaradılmış şirkətin hesabına köçürülməsi və ya iddiaçıya geri qaytarılması ilə bağlı da sübut təqdim edə bilməmişdi. Cavabdeh kollegiya sübut kimi təqdim etmək istədiyi X13 5060 (beş min altmış) manat pulun onun tərəfindən əldə edilməsi ilə bağlı sübutu isə məhkəmə təqsirlilik prezumpsiyasınun mahiyyətini, həmçinin Azərbaycan Res publikası Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmü ilə bağlı qeyd edilənləri nəzərə alaraq qəbul etməmişdi.
23. Beləliklə, mülki iş materiallarından Cavabdeh hərəkətinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsasının olması sübuta yetirilmir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1092.1, 1092.2-ci maddələrinə və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” mart 2019-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti v erərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-68/2025 nömrəli, 01 may 2025-ci il tarixli qətnaməsi ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətin dəlliləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
30. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandı ran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. Maddə 1092.1 və 1092.1.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4.Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əd alətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinə hüquqi qiymət verilmiş, toplanmış sübutlara səlahiyyətləri çərçivəsində qiymət verməklə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
45. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunan sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
47. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkə məsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv ar aşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-68/2025 nömrəli,01 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.