Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2661/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cvabadeh qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2661/2022 (açar sözlər: mənzildən çıxarılma, ailə münasibətlərinə xitam verilməsi) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2509/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh qızının kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1saylı fərdi yaşayış evi ********* qeydiyyat nömrəsi ilə 05.09.2014-cü il tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) adına qeydiyyata alınmışdır.
2. İddiaçı ilə qızı (bundan sonra “cavabdeh”) 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində 24 may 2017-ci il tarixdə nikah bağlayıblar. Birgə nikahdan uşaqları yoxdur.
3. Cavabdeh iddiaçının mülkiyyətində olan evə köçüb.
4. Quba Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub.muşdur.
5. Mübahisə cavabdehin iddiaçının mülkiyyətində olan evdə yaşamaqda davam etməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1saylı fərdi yaşayış evindən cavabdehin çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə artıq bir evdə yaşamaları mümkün olmadığından, cavabdehdən evindən çıxmasını tələb etsə də, sonuncu evdən çıxmır. Hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehin heç bir qanuni əsası olmadan iddiaçıya məxsus evdə yaşamağa hüququ yoxdur. İddiaçının mülkiyyətçi kimi hüquqları bərpa edilməli və cavabdeh evdən çıxarılmalıdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddianı qismən qəbul edərək göstə rib ki, iddiaçı ilə 2017-ci ildə rəsmi nikaha daxil olub, elə həmin ildə də cavabdehin mülkiyyətində olan evə qeydiyyata düşüb. Evdən o halda çıxar ki, iddiaçı evə görə çəkdiyi xərci ona ödəsin. Belə ki, evin təmiri üçün 15 min manata yaxın pul xərcləyib. Həm də yaşamağa başqa yeri yoxdur.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsi ilə ddia təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Elçin Kazımov)
12. Birinci instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən müəyyən edib ki, ünvan 1saylı fərdi yaşayış evi 2014-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçının cavabdehlə 24 may 2017-ci il tarixdə bağladığı nikah Quba Ra yon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulub.
13. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, iddiaçı ona məxsus olan ünvan 1saylı fərdi yaşayış evindən cavabdehin çıxarılması tələbində haqlıdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 157.2, 157.4, 239.2, 240.1 və 240.2-ci maddələri ilə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə cavabdehin mübahisəli evə iddiaçının razılığı əsasında köçməsini, cavabdehin şəxsi vəsaiti hesabına evi əsaslı təmir etməsini nəzərə almayıb.
17. Sumqayıt Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 2(105)-2509/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, GülnarəTağızadə)
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli evin tikilməsi və əsaslı təmiri üçün 15.000 manatdan artıq pul xərclədiyini, evin yenidən qurulmasına və əsaslı təmirinə çəkdiyi xərcin ona ödəniləcəyi təqdirdə evdən çıxmağının mümkün olduğunu bildirsə də, onun iddiaçıya qarşı belə bir tələbi olmayıb. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri: - istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən Mülki Məcəllənin 225.4-cü madəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tələblərini nəzərə almayıblar; - məhkəmələr nəzərə almayıb ki, ev iddiaçının adına qeydiyyata alınmazdan 3 il əvvəl iddiaçı cavabdehi həmin ünvana köçürmüş, cavabdehin şəxsi vəsaiti hesabına fərdi yaşayış evində tamamlama və yenidən qurma işləri aparılmışdır; - yerində müayinə aparmaqla evdə cavabdehin dediyi tari xlərdə onun vəsaiti hesabına rekonstruksiya işləri aparmasını müəyyən edə bilərdilər; - həmçinin cavabdehin başqa yaşayış yerinin olmaması nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2 Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyan ı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsi nin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
27. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halına görə ünvan 1saylı fərdi yaşayış evi 2014-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdehlə 24 may 2017-ci il tarixdə nikaha daxil olub və bu nikah Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulub. Başqa sözlə, tərəflər arasında ailə münaisəbətlərinə xitam verilib.
28. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlik də yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcllənin 30.4-cü maddəsinə gösər isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
30. Hazırki işdə də iddiaçının cavabdehlə ailə münasibətlərinin pozulması, yəni cavabdehin iddiaçıdan lərdən özünün saxlanılmasını tələb etmək hüq uqu olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün məhkəmələrin gəldiyi nəticə yuxarıda göstəriələn maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.
31. Məhkəmə kollegiyası kassasiya şikayətini dəlillərini hazırki mübahisənin həlli baxımından əsaslı saymır.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2509/2021 nömrəli, 28 sentyabr 2021-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.