Məhkəmə qərarları › İş №2(102)-2662/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2662/2023

12.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2662/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, Lənkəran rayonu 1 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşıı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlamadan imtina, müqavilənin forma şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Seyidağa qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Lənkəran rayonu Kərgəlan kəndində yerləşən 0.16 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur.

3. İddiaçı ilə Cavabdeh 5 oktyabr 2021-ci il tarixdə nikah bağlamışlar.

4. İddiaçı torpaq sahəsi və yaşayış evini xx.xx.2022-ci ildə notarial qaydada təsdiqlənmiş müqavilə əsasında Cavabdeh bağışlamışdır. Daşınmaz əşya xx.xx.2022-ci ildə dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır.

5. Lənkəran Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh Seyidağa qızına və Lənkəran rayonu 1 saylı Dövlət Notariat Ofisinə, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ilə müraciət edərək, 03 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və daşınmaz əmlak ev və torpaq sahənin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayon 1 saylı Notariat Ofisində onun və Cavabdeh Seyidağa qızı tərəfindən imzalanmış 03 fevral 2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın D övlət Reyestrindən Cavabdeh Seyidağa qızının adına verilmiş Çıxarışın ləğv edilməsini, həmin evin və torpaq sahəsinin Cavabdeh Seyidağa qızının qeyri-qanuni sahibliyindən azad edilməklə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə keçmiş arvadı Nəzakət vəfat etdiyindən, tək qalmaması üçün yenidən ailə qurmağa məcbur olmuşdur. Qohumların məsləhəti ilə qonşu Bəlləbur kəndində yaşayan Cavabdeh Seyidağa qızı ilə xx.xx.2021-ci il tarixdə evlənmişdir. Cavabdeh əvvəlki nikahından iki azyaşlı uşağı vardır. Bir müddət, yəni bir-iki ay mehriban dolanmış, həmin müddət ərzində o bir qadın, arvad kimi ona hörmət etmiş, qayğısına qalmışdır. O, hesab etmişdir ki, qalan ömrünü bu qadınla başa vuracaq, onun qayğısın a qalacaq, qadın kimi onun təmizliyini görəcəkdir. Bu müddət ərzində cavabdeh şirin dilini işə salır, öhdəsinə düşən arvad öhdəliyini yerinə yetirir və həmişə ona demişdir ki, ondan başqa digər varisin yoxdur, ata-babadan və keçmiş arvaddan qalan evi, torpaq sahəni ona bağışlasın. Cavabdeh onu əmin etmişdir ki, ona qarşı həmişə mehriban olacaq, qayğısında daim qalacaqdır. Odur ki, onunla razılaşmışdır ki, mülkiyyətində olan, ümumi sahəsi 77 kv.metr fərdi yaşayış evi və evin yerləşdiyi 0,16 ha torpaq sahəsini ona bağışlasın. Bağışlamadan öncə cavabdeh təkrarən ona söz vermişdir və inandırmışdır ki, öhdəsinə düşən bütün öhdəliklərini, əsasən ömrünün sonuna kimi ona sadiq qalacaq, ona hörmət edəcək, qayğısına qalacaqdır. Odur ki, qeyd etdiyi xüsusi mülkiyyətində olan daşınmaz əmlakını cavabde hə bağışlamaq üçün onunla birlikdə Lənkərann rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd etdiyi idarədə hansı vəzifədə işləyən cavabdehin qohumu Azad adlı şəxsin səyi ilə lazımi sənədləri toplayıb, Lənkəran rayon 1 saylı Notariat ofisinə sənədləri təqdim etmişdir. Notariat kontoru mülkiyyətində olan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,16 ha torpaq sahəsini 03 fevral 2022-ci il tarixli "Daşınmaz Əmlakın Bağışlaması" müqaviləsi əsasında Cavabdeh Seyidağa qızına bağışlamağını rəsmi şəkildə qeydə alınmışdır. Bağışlama müqaviləsindən dərhal sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət teyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə sənədləri təqdim edib, ona bağışladığı əmlakı öz adına keçirib, r əsmiləşdirmiş və bu barədə həmin əmlaka çıxarış almışdır. Cavabdeh ondan gizlətdiyinə görə həmin çıxarışın reyestr nömrəsi və tarixi ona məlum deyildir. Həmin sənədin surətini əldə etmək üçün Reyestr Xidmətinə və Notariat Kontoruna müraciət etsə belə, ona verməkdən imtina etmişlər. Cavabdeh ona mənsub olan daşınmaz əmlakı öz adına qeyd etdirdikdən sonra onun əsl üzünü görüb, hansı məqsədlə onunla ailə qurub evlənməyinə razı olduğunu başa düşmüşdür. Artıq bir aydan çoxdur ki, onlar ər-arvad kimi yaşamırlar. Onun bu hərəkətlərini ona qonşu olan qohumları eşidib, şahidi olurlar. Cavabdeh ilə yaşamaq mümkün deyil, onun hərəkətlərinə dözə bilmir. Nikah qeydinin pozulması tələbi ilə Lənkəran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Seyidağa qızı onu aldatmış, aldatma yolu ilə ona məxsus olan mülkiyyətində olan daşınmaz əmlakını ələ keçirmiş, bağışlama müqaviləsi əsasında söz verdiyi öhdəliyinin icrasından əsassız olaraq imtina edir. Bu müddət ərzində dəfələrlə çalışmışdır ki, onu başa salsın, mehribançılıq pərdəsini aradan götürməsinlər, o, hətta ona qulaq asmaqdan çəkinir, evdən çıxardıb, qovmaqla onu hədələyir.

8. Məhkəmə iclasında Cavabdeh Seyidağa qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə nikaha girməmişdən əvvəl başqa bir şəxslə nikahda olmuş və onun həmin nikahdan iki övladə vardır. Əvvəlki nikahdan olan əri vəfat edikdən sonra Lənkəran rayonunun Bələbur kəndində valideynlərinə məxsus evdə yaşamış və fərdi əməklə məşğul olmuşdur. 2021-ci ildə iddiaçı ona elçi göndərərək onunla evlənmək istədiyini, onun uşaqlarına da öz övladları kimi baxacağına söz vermişdir. O, bir qədər fikirləşdikdən sonra iddiaçı ilə ailə qurmağa razılıq verərək 26 iyul 2021-ci il tarixdə iki uşağı ilə iddiaçının Lənkəran rayonu Kərgəlan kəndində yerləşən evinə köçərək ər-arvad kimi yaşamağa başlamışlar. Nigahlarını isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. O, iddiaçının evinə köçərkən ev şəraitsiz olmuş və o, öz vəsaiti hesabına evi təmir etdirərək yaşayış üçün yararlı vəziyyətə salmış, ev üçün otaqların pərdələrini, yataq mebel dəstini, iki çarpayı, karniz və s. almışdır. Həmin evin təmirinə demək olar ki, 10.000 manat pul xərcləmişdir. Həmin pulları dövlət tərəfindən uşaqlara ayrılmış sosial təminat pulu olmuşdur. O, iddiaçı ilə mehriban yaşamış, onun qayğısına qalmış, həyat yoldaşı kimi bütün vəzifələrini bu günkü günə kimi həyata ke çirir. İddiaçı yaşlı adam olduğuna görə övladları olmasa da gələcəkdə qardaşları tərəfindən ona problem yaradılacağından ehtiyat etdiyini bildirərək xüsusi mülkiyyətində olan evi ona bağışlamaq istədiyini bildirmiş və o da etiraz etməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Lənkəran rayon Notariat ofisinə gedəkək iddiaçının mülkiyyətində olan Lənkəran rayonunun Kərgəlan kəndində yerləşən ümumi sahəsi 77 kv.m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,16 hektar torpaq sahəsinin ona bağışlanması barədə müqavilə bağlamışlar. Müqavilə bağlandıqdan sonra iddiaçı onu DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə aparmış, oradan ona həmin evin onun mülkiyyətinə verilməsi barədə çıxarış almışdır. İddiaçı evi ona bağışlayarkən aralarında heç bir şərt olmamış və o, heç bir ö hdəlik götürməmiş, evin ona bağışlamasını xahiş etməmiş, iddiaçı öz təşəbbüsü ilə evi ona bağışlamışdır. Son vaxtlar iddiaçı qohumu 15 yaşında olan Nişanə Əliyeva ilə evlənmək istədiyin bildirmiş, o iddiaçının zarafat etdiyini güman etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, iddiaçı aralarında olan nikahın pozulması və bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində qeyd edilən ittihamları qəbul etmədyini bildirmiş, İddiaçı könüllü surətdə mülkiyyətində olan evi ona bağışlamış və o, iddiaçıya heç bir vəd verməmişdir. Hazırda da o, iddiaçı ilə bir evdə yaşadığını, onun təmizliyinin qeydində qaldığını qeyd etmişdir. Bunları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 12 sentyabr 2022-ci il tarixli, 2(049)-1983/2022 nömrəli qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia təmin edilməmişdir.

10. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan mübahisə bağışlama müqaviləsi ilə əlaqədardır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir.

11. Mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavil ədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir.

12. Mülki Məcəllənin 673.1-673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

13. Qanunvericiliklə bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün əsasların mövcudl uğunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olumamışdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 328, 666.1, 668.1-668.1.5. 670.1, 670.3, 673.1-673.1.3, 673.2-ci maddələrinə, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi plenumunun 19 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

16. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ona qarşı qaldırdığı iddia ərizəsi və ona əlavə olunan sənədləri aldıqdan sonra evə gəlib təkrarən söyüb təhqir edərək, başına nə kimi oyunlar açacağı ilə hədələyib, ilk sözü o olmuşdur ki, “artıq sən gecikmisən, özünə respublikasda ad-san qazanmış vəkil məni müdafiə edəcək və qələbə çalacaq”. Onun bu sözlərinə əhəmiyyət verməyib, məhkəmə haqqı-nahaqqa verməyəcəkdir. Məhkəmə qanuni əsaslarla verdiyi iddia tələbinin rədd olunması barədə tamamilə əsassız bir qətnamə çıxarmışdır. Qətnamədən görünür ki, Cavabdeh Seyidağa qızı iddianı qəbul etməmiş, bağışlama müqaviləsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmiş, evi öz adına keçirtdikdən sonra evdə 10 min manatlıq təmir işi görmüş, o, iddiaçı ilə mehriban yaşamış, qayğısına qalmış hal-hazırda da onunla mehriban yaşayır, paltarlarını yuyur-yeməyini bişirir və sair xidmətlər göstərir. Bütün bunlar absurddur. Çünki artıq 4-5 aydır ki, ər-arvad kimi yaşamırlar, ayrı-ayrı qazanlardan istifadə edirlər. Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında qeyd edilir ki, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı həmişə mehriban olacağı və daim qayğısına qalacağı öhdəliyini öz üzərinə götürməmişdir. Məhkəmə cavabdehin öz üzərinə ölən günə kimi ona baxacağı, qayğı göstərəcəyi öhdəliyini üzərinə götürmədiyi qəna ətinə gəlmişdir. Məhkəmə həmin qətnaməni çıxarmaqla "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi və eyni zamanda 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin cavabdehin bağışlama müqaviləsi ilə əlaqədar öz üzərinə hər hansı bir öhdəlik götürməməsini səsləndirməsini əsas götürərək, iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Qətnaməni alan cavabdeh tərəf ondan ruhlanaraq artıq ona bağışlanmış daşınmaz əmlakın satışı ilə maraqlanır, evi və torpaq sahənin satılması üçün müştəri axtarır. Məqsədi əmlakı sataraq puluna Lənkəran şəhərində və ya Bakı şəhərində özünə ev almaqdır. Evi satmaqdan ötrü hətta qapıya "Ev satılır" və telefon nömrəsini qeyd etməklə elan yapışdırmışdır. Qeyd etdiyi kimi cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyini əsassız olaraq icra etməkdən imtina etdiyinə görə 03 fevral 2022-ci il tarixdə notariat kontorunda bağlanan daşınmaz əmlakın bağışlama müqaviləsindən imtina etməsi barədə məhkəmədə iddia qaldırmışdır. Müqavilədən imtina etməsinə baxmayaraq özünə məxsus olmuş fərdi yaşayış evində ayrıayrı otaqda yaşamalı oldular.

17. Şirvan Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(106)195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək id dia təmin olunmuş, İddiaçı bağışlamadan imtinasının qəbul edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evin bağışlanmasına dair İddiaçı ilə Cavabdeh arasında 3 fevral 2022-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və onun əsasında Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 fevral 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********23-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, həmin əmlak üzərində İddiaçı hüquqlarının bərpa edilməsi, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunan ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh sahibliyindən azad edilməklə, İddiaçı oğuna təhvil verilməsi qət olunmuşdur.

18. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında yaranan mübahisə məhz bağışlamanın öhdəliklə şərtləndirilib - şərtləndirilməsini müəyyən etməklə həllini tapmalıdır. Bağışlamanın isə öhdəliklə şərtləndirildiyi işin faktiki hallarından savayı, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə təsdiqini tapır. Belə ki, cavabdeh izahatında göstərir; "Həmin vaxt Vahab ona yalvarırdı ki, gəl bir ailə kimi yaşayaq, mənə qulluq et, mən də sənə evimi bağışlayacam. 2022-ci ilin mart ayına qədər iddiaçı ilə münasibətləri bir ailə kimi yaxşı olub. İddiaçı onu məhkəməyə verənə qədər hər şey yaxşı olub".

19. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı müqabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olmuşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin sonrakı mərhələdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xitam verilmişdir.

20. Kollegiya işin müəyyən olunan hallarına yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından qiymət verərək hesab etmişdir ki, hədiyyə verən (iddiaçı) hədiyyə alanın (cavabdeh) onun qayğısına daim qalacağı müqabilində mülkiyyətində olan daşınmaz əmlakını hədiyya alana bağışlasa da, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduğundan, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etmədiyindən, hədiyyə verənin hazırki tələblə məhkəmədə iddia qaldırmağa haqqı vardır və qeyd edilən hal Mülki Məcəllənin 673.1-ci maddəsi baxımından hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

21. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 397.1, 397.3, 404.1, 404.2, 666.1, 668.1-668.1.5, 670.1, 670.3, 673.1-673.1.3, 416.2-ci maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına, MPM-nin 4.1, 14.1, 14.2, 77.1, 88, 119.1, 384.0.2, 385.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının yaxın qohumlarının məhkəmədə şahid qismində verdikləri izahatlarını q ətnamədə qeyd etməməklə və iddiaçı ilə aralarında yaranmış mübahisənin onların hüquqlarını pozmamasını və bağlanılmış bağışlama müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun olmaqla notarial qaydada təsdiqləndiyini və müqavilə bağlanan zaman hər hansı bir qeyd, şərt və öhdəliyin qoyulmaması hallarını araşdırmamış, müqavilədə nəzərdə tutulmayan öhdəliyi məhkəmə özünün mülahizəsi əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

24. Bundan başqa, məhkəmə onun tərəfindən məhkəmə iclasında verilmiş izahatında iddia tələbini qəbul etməyini əsassız olaraq qeyd etmişdir. Bu hal ona qətnaməni alan zaman məlum olduqdan sonra dəfələrlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək məhkəmə iclasının video görüntüsünü və ya tərəflərin verdiyi izahatların səs yazılarının ona təqdim edilməs ini xahiş etsə də, məhkəmə bunu təmin etməmişdir.

25. Həmçinin, məhkəmə Mülki Məcəllənin 670.3, 670.4-cü maddələrinin tələblərini kobud surətdə pozmaqla müqavilənin özündə heç bir qeyd və şərt olmadığı halda guya cavabdeh tərəfindən öhdəliyin icra edilməməsini göstərmişdir.

26. Digər tərəfdən, məhkəmə qətnaməsini əsaslandırarkən istinad etdiyi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini pozmaqla söz və ifadələrə hərfi mənada yanaşmış, qeyd olunan hallara dair heç bir araşdırma aparmamışdır. Belə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində bağışlamanın hər hansı bir şərtlə həyata keçirildiyi qeyd olunmasa da, işin müəyyən olunan faktiki hallarından və tərəflərin izahatlarından hədiyyə verənin əmlakını bağışlamaqda əsil niyyətinin hədiyyə alanın daim onun qayğısına qalacağı mü qabilində hədiyyə predmeti ilə hədiyyə alanın əvəzsiz zənginləşdirilməsi olmuşdur. Hədiyyə alan isə hədiyyəni qəbul edənədək hədiyyə verəni bağışlama müqabilində üzərinə götürdüyü öhdəliyi icra edəcəyinə inandırmışdır. Lakin sonrakı mərhələdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş, bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməkdən yayınmış, nəticədə ailə münasibətlərinə xitam verilmişdir.

27. Bundan əlavə, iddiaçı tərəfin iddia ərizəsi və apellyasiya şikayətində göstərdikləri tamamilə yalan və uydurmadır. Apellyasiya instansiyası məhkəməsi isə kifayət qədər ziddiyyətli olan məqamlara nəinki hüquqi qiymət verməmiş, həmçinin, həmin hallara dair heç bir münasibət bildirməmişdir. Halbuki, həmin hal araşdırılmış olsa idi, iddia tələbinin rəddi barədə qətnamə qəbul edilmiş olardı.

28. Eyni zamanda, iddiaçı tələbini əsaslandırmaq üçün istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının bu formada izahatı ağlabatanlıq baxımından inandırıcı deyildir. Bütün bunlara görə, iddiaçı tərəfindən izahatının işin mübahisələndirilən halına dair hissəsi həqiqi sayılmamalı və mötəbər sübut kimi qəbul edilməməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3:

30. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə:

32. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaş ması müqavilə sayılır.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

38. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir c avab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

39. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

40. Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Prosessual Məcəllə:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

50. Belə ki, iddiaçı mübahisəli daşınmaz əşyanı bağışlamaqdan imtina etdiyini bildirərək yaşayış sahəsinin özünün mülkiyyətinə qaytarılmasını tələb edir (§ 6-7).

51. Cavabdeh isə etiraz edərək iddianın təmin edilməsi üçün qanuni əsasların olmadığını bildirir (§ 8).

52. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

53. Mübahisə predmeti olan daşınmaz əşyaya dair tərəflər arasında bağışlama müqaviləsinin bağlanması və mülkiyyət qeydinin həmin əqd əsasında dövlət reyestrində cavabdehin adına dəyişdirilməsi işin mübahisəsiz hallarıdır (§ 4).

54. Həmin qeydin iddiaçının adına qaytarılması üçün bağışlamadan imtinanın əsaslarının mövcudluğu isə mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfəindən müəyyən olunmalıdır.

55. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi hər hansı haldan asılı edilməmişdir. Eyni zamanda bağışlamadan imtinaya əsas verən hallar aşkar edilmir (§ 1013).

56. Apellyasiya məhkəməsi isə qeyd etmişdir ki, tərəflər arasındakı bağışlama öhdəli klə - hədiyyə alanın daim hədiyyə verənin qayğısına qalacağı ilə şərtləşdirilmişdir. Buna baxmayaraq hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur (§ 18-20).

57. Qanuna əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (§ 38).

58. Bununla yanaşı, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər (§ 39).

59. Göründüyü kimi, bağışlama b ir qayda olaraq cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alananın hədiyyə verən tərəfindən zənginləşdirilməsidir. Odur ki, bağışlamanın hansısa xüsusi bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları yeni hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni bildirilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir.

60. Məlum olduğu kimi müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək - hüquq və vəzifələri müəyyənləşdirmək, dəyişdirmək və ya xitam etmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (§ 33-35).

61. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtl ə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (§ 32, 37).

62. Odur ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir.

63. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edil məli olan bütün şərtlər mühüm sayılır (§ 36).

64. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, digər tərəfdən notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığını qeyd etmişdir (§ 19).

65. Belə olan halda, məhkəmə həmin şərti hansı hüquqi əsasla razılaşmanın tərkib hissəsi saydığını və hətta ona riayət edilməməsinin bağışlamadan imtinaya səbəb olduğunu əsaslandırmamışdır.

66. Kollegiya vurğulayır ki, müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtiblənən əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Odur ki, müqavilənin ləğv edilmə əsası kimi hüquqi baxım dan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir.

67. Kassasiya məhkəməsi onu da qeyd edir ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alannın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir (§ 40). Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir.

68. Nəzərə alınmalıdır ki, bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə normanın məqsədinə də uyğun deyil.

69. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi ü çün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür (§ 42).

70. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda qeyd qeyd edilənləri nəzərə almamış, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual normaların tələblərini pozmuşdur (§ 44-45).

71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərar ın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

72. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

73. Bu qaydalara riayət edilməməsi İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 30-31).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar ar adan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

75. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

76. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilərək təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilm əlidir.

77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-195/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar