Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2663/2021 02.04.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)-4089/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X1 verdikləri kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: Cavabdeh və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)-4089/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən məlum oldu ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)-4089/2018 saylı qətnaməsindən kassasiya şik ayəti vermək üçün xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş, qətnamənin surəti xx xxxxxxx 2020-ci ildə məhkəmə tərəfindən cavabdehə göndərilmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti vermişdir. İş materiallarından görünür ki,cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli məhkəmə iclasında şəxsən iştirak etmiş və 2(103)-4089/2018 saylı qətnamə onun iştirakı ilə elan olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilmişdir. Cavabdeh 7700 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddia çı verilməsi qət olunmuşdur. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsi xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Cavabdeh və vəkili X2 verdi kləri kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinin uyğunluğunu yoxlayır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərara alıram: Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)4089/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X1 verdikləri kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2663/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2663/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver