Məhkəmə qərarları › İş №2(102)-2663/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2663/2024

13.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2663/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şərur rayonu 2 saylı Notariat Ofisinə qarşı (X16 və X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X16 və X22 cəlb olunmaqla) “mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması” tələbinə dair m ülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-107/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X15 ilə X18 arasında xx.xx.1960-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir.

2. Birgə nikahlarından xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1957-ci il təvəllüdlü X23 və xx.xx.1960-cı il təvəllüdlü X20 doğulmuşlar.

3. Həmçinin X6 birinci nikahından xx.xx.1946-cı il təvəllüdlü oğlu - X22 doğulmuşdur. X17 anası X36 olmuşdur.

4. X15 xx.xx.1988-ci il tarixdə, arvadı – X18 xx.xx.2009-cu il tarixdə, oğlu - X23 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişlər.

5. X3 qalan miras əmlak ünvan 1 ünvanında yerləşən 0.1268 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 54.70 kv.m olan fərdi yaşayış evi olmuşdur.

6. İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış **********933 nömrəli xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən Şərur şəhərində qeydiyyatda olan xx.xx.1988-ci ildə vəfat etmiş atası X3 miras qalmış əmlakı qəbul etdiyini bildirmişdir. Miras əmlak Naxçıvan MR ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edilmişdir. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə X33 şəhadətnamə verilməsini xahi ş etmişdir.

7. Şərur rayonu 2 saylı notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarına əsasən ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ərizəsinə əsasən mərhum X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan İddiaçı mirasın qəbul edilməsi üçün müddəti ötürdüyünə görə Qanun üzrə X33 Şəhadətnamə verilməsindən imtina edilmişdir.

8. X20 tərəfindən Ukrayna Respublikasında verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən 1913-cü il təvəllüdlü atası X15 18 mart 1988-ci ildə, 1926-cı il təvəllüdlü anası X18 isə 26 noyabr 2009-cu ildə vəfat etmişdir, hər ikisi vəfat edənədək Azərbaycan Respublikasında daimi yaşamışlar. Vərəsəliyin açılması vaxtı və yeri ona məlum olmuşdur. O, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və bununla bağlı məhkəmə qaydasında iddia irəli sürmək niyyəti olmamışdır. Vərəsəlik hüquqlarının qanun və vəsiyyətnamə üzrə vərəsə olanın, yəni vəsiyyət edənlərin oğlunun xx.xx.1954-cü il təvəllüdlü İddiaçı adına rəsmiləşdirilməsinə heç bir etirazı olmamışdır.

9. Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 274 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən X15 vəfat etdikdən sonra onun aşağıdakı tərkibdə vərəsələri qalmışdır: X18 - arvadı (vəfat edib), İddiaçı – oğlu, X23 –oğlu (vəfat edib), X20 – oğlu.

10. X22 xx.xx.2023-cü il tarixdə Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək, nümayəndəlik tərəfindən verilmiş arayışa düzəliş edilməsini, özünün də X6 vərəsəsi kimi tanınmasını və yeni arayışda vərəsə kimi qeyd olunmasını xahiş etmişdir. Həmin nümayəndəlik tərəfindən verilmiş 110 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X15 vəfat etdikdən sonra onun vərəsələri bu tərkibdə müəyyən edilmişdir: X18 - arvadı (vəfat edib), X23 – oğlu (vəfat edib), X22 – oğlu, İddiaçı – oğlu, X20 – oğlu. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Şərur rayonu 2 saylı Notariat Ofisinə (bundan sonra – cavabdeh və ya Notariat Ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi ünvan 6 ünvanında yerləşən 54.70 kv.m. ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hü ququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, atasından qalmış miras əmlakı xx.xx.1988-ci il tarixdə atası vəfat edəndən faktiki olaraq vərəsə kimi qəbul etmiş və həmin evdə ailəsi ilə birgə yaşayaraq əmlakı idarə etməyə başlamışdır. O, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilməmişdir. Bununla bağlı qonşuları da şahidlik edə bilər. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Mərhum atası mərhum anası ilə uzun müddət ayrı yaşamalarına baxmayaraq, o, həyat yoldaşı ilə atası ilə birgə yaşamış və təsərrüfat işlərini birgə aparmışlar. X2 həmin dövrdə Ukrayna Respublikasında öz ailəsi ilə birlikdə yaşamış, mərhum anası X12 isə həmin dövrdə mərhum qardaşı X23 ilə birgə Ş əki şəhərinin üzümçülük sovxozu adlanan kənddə yaşamışdır. Həmin miras qalmış fərdi yaşayış evinin bütün təsərrüfat işlərini aparmış və köhnə ev olduğu üçün yenidən təmir işlərini görməyə başlamışdır. Atasının ölüm xəbərini mərhum anasına bildirdikdən sonra anası Şərur şəhərinə köçmüş və mərhum atasından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlakda onunla birlikdə yaşamağa başlamışdır. Miras qalmış əmlakı xx.xx.1988-ci il tarixdə faktiki olaraq vərəsə kimi qəbul etməsinə baxmayaraq, həmin sözügedən əmlaka dair X33 şəhadətnamə almaq üçün 11 dekabr 2020-ci il tarixdə ərizə ilə Notariat Ofisinə müraciət etmiş, ərizəsinə cavab olaraq Notariat Ofisinin 10 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən müraciətinin icrasından imtina edilmişdir. Mərhum atasından miras qalmış fərdi yaşa yış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyindən istədiyi zaman müraciət edərək vərəsəlik şəhadətnaməsi ala biləcəyini düşünmüşdür. O, Notariat Ofisinin imtinası ilə razı olmamışdır. Notariat Ofisinin notariusu onun mirası faktiki olaraq 18 mart 1988-ci il tarixdə qəbul etməyinı araşdırmadan ona X33 şəhadətnamə verməkdən imtina etmişdir. Qeyd edilən fərdi yaşayış evi onun ata yurdu olmuş, həmin evdə böyüyüb boya-başa çatmışdır. Hal-hazırda mərhum atası X6 iki vərəsəsi qalmışdır. İddiaçı özü və X2. X2 vərəsə kimi mərhum atasından miras qalmış əmlakdan özünə çatası paydan iddiaçının xeyrinə imtina etmişdir.

13. X22 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

14. Üçüncü şəxs R.Rəhimova məhkəmə iclasında izahatında X4 Abbasın a rvadı olduğunu, 2003-cü ildə Abbasla ailə qurduqlarını, Şərur şəhərində ərinin yaşadığı ata evinə köçdüyünü, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, evləndikdən təxminən 5-6 il sonra 2009-cu ildə qaynanası Bulqeyisin vəfat etdiyini, ondan sonra orada yaşamağa davam etdiklərini, Abbas vəfat etdikdən sonra uşaqları ilə həmin evdə yaşamağa davam etdiklərini, 2022-ci ilin noyabr ayında ev qəzalı vəziyyətdə olduğu üçün uşaqları ilə evdən çıxdıqlarını və Şahtaxtı kəndinə gedib, hal-hazırda orada yaşadıqlarını bildirdi.

15. Üçüncü şəxs A.Abdullayev izahatında Abdullayev Həşimin birinci arvadından olan oğlu olduğunu, anasının adı X24 olduğunu, 1949-cu ildə anasının onu atasının yanında qoyaraq getdiyini, sonradan atasının Bulqeyis ilə evləndiyini, onu Bulqeyis böyütdüyünü, 1965 -ci ildə hərbi xidmətə getdiyini, 1968-ci ildə qayıtdığını, atasının evində yaşamağa başladığını, 1970-ci ildə ailə qurduğunu və Şahtaxtı kəndində başqa evə köçdüyünü, bu günə qədər orada yaşadığını, 1988-ci ildə atası vəfat edəndə Rübabə adlı qadınla evli olduğunu, Bulqeyisdən rəsmi qaydada olmasa da faktiki ayrıldığını, Bulqeyisin qardaşı Abbasın ailəsi ilə Şəki şəhərinə gedərək orada yaşadığını, atasının xəstə olduğunu, tez-tez atasının yanına gedib-gəldiyini, həmin vaxt Məhəmmədəlinin hərbi qulluqçu olduğunu, Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, atasının vəfatı barədə Məhhəmmədəliyə və Abbasa xəbər verdiyini, Məhəmmədəlinin, Abbasın və Bulqeyisin yas mərasiminin 2-ci gün gəldiklərini, atasının dəfn xərclərinin ödənməsi üçün pul yığdığını, yas mərasiminə öz pulunu xərcləndiy ini, atasının vəfatından sonra Məhəmmədəlinin Sumqayıta qayıtdığını, çünki iş yerinin orda olduğunu, həmin evdə Abbas və Bulqeyisin yaşamağa başladığını, daha Şəki şəhərinə qayıtmadıqlarını, atasının yas mərasimindən sonra həmin evdə yaşamadığını, orada hər hansı bir təsərrüfat işi aparmadığını, çünki yaşayış yerinin Şahtaxtı kəndində olduğunu, mirasın qəbulu ilə bağlı notariusa müraciət etmədiyini, Bulqeyis rəhmətə gedəndən sonra həmin evdə Abbasın və ailəsinin yaşadığını bildirmişdir.

16. Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(110)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Qarayev) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yer ləşən miras əmlak X10 məxsus olmuş, o, xx.xx.1988-ci tarixdə öldükdən sonra onun vərəsələri olan arvadı X18, uşaqları X23, X22, İddiaçı, X20 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər. Lakin İddiaçı iddia ərizəsində atasının ölüm xəbərini mərhum anasına bildirdikdən sonra anası X18 mərhum atasından miras qalmış ünvan 6 ünvanında yerləşən miras əmlaka köçərək onunla birlikdə yaşamağa başladığını etiraf etsə də, özünün vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinin mirası kütləsinin qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktiki başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunver iciliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən 22 ilə yaxın müddət keçdikdən sonra notariusa, 25 ildən artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmədə şahid qismində ifadə verən iddiaçının qardaşı X22 atası rəhmətə gedəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, o, gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını bildirmişdir ki, buda ərizəçinin atasını ölümündən sonra uzun müddət həmin miras əmlakda yaşaması iddiasının ağlabatan olmaması qənaətinə gəlməyə əsas vermişdir. Həmçinin iddiaçının nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlər X21 və X47 isə miras əmlakın yalnız İddiaçı tərəfi ndən qəbul edildiyini, orada yaşadığını, anası X7 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, iddiaçı atası rəhmətə gedən sonra anasının həmin evə köçərək orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Belə olan təqdirdə şahidlər X13 və X37 ifadələri işin faktiki hallarına uyğun olmadığından məhkəmə onları sübut kimi qəbul etməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə atası X6 xx.xx.1988-ci tarixdə öldükdən sonra ondan qalmış miras əmlakı qəbul etməsini təsdiq edən heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas vermişdir ki, iddiaçı mirası qəbul etməyə yönələn heç bir hərəkət etmədiyindən mirası qəbul etmək hüququnu itirmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.2000-ci il tarixədək qüvvədə olan) 528, 532, 552-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1243, 1255, 1273-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi qətnamədə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Halbuki, o, dəfələrlə məhkəməyə miras əmlakı hələ 1988 -ci ilin martından qəbul etdiyini bildirmiş, məhz birinci instansiya məhkəməsi belə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanuni olduğundan iddiaçı haqsız olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara yox, məhz öz mülahizəsinə istinad etmişdir. Göründüyü kimi iş materiallarında yer alan mübahisələndirdiyi qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə yox, iddia tələbinin tam təmin edilməsinə əsas olmuşdur.

22. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, sözügedən miras əmlakın iddiaçı tərəfi ndən faktiki qəbul etdiyini və öz payının müəyyən olunduğu təsdiq edəcək daha bir yazılı sübut tərəflərindən əldə olunmuşdur. Həmin yazılı sübut birinci instansiya məhkəməsində üzürlü səbəblərdən təqdim olunmamışdır. Ona görə ki, həmin vaxtı bu yazılı sübutun əldə olunması mümkün olmamış və hazırki iş üzrə əlaqəli olduğu sonradan aşkar olunmuşdur. Belə ki, Azərbaycan SSR adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989-il nömrəli 21 noyabr 1989cu il tarixli qətnaməsi ilə iddiaçı X5 (miras qoyanın həyat yoldaşı, iddiaçının anası) cavabdeh İliç Rayon VVAQ şöbəsindən “nikahın etibarsız hesab edilməsi və X11 məxsus şəxsi yaşayış evindən pay tələbinə dair” iddiası təmin edilərək, X19 ilə X14 ilə (nikahdan sonra Abdullayeva Rübabə) aralarında 3 mart 1988-ci ildə İliç Rayon VVAQ şöbəsində bağl adıqları və reyestrdə qeydə alınmış nikah etibarsız hesab edilmiş, İliç şəhəri Həzi Aslanov küçəsində yerləşən sahəsi 29.6 kv.m. sahədən, bir otaq və bir koridordan ibarət yaşayış evi və yardımçı tikililərlə birlikdə X5 şəxsi mülkiyyətinə verilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsi qətnamə qəbul edərkən belə nəticəyə gəlmişdir ki, X35 Abdullayeva arasında qeydə alınmış nikah etibarsız hesab edildiyinə görə Həşim Abdullayevin şəxsi mülkiyyətində olmuş hazırda İliç şəhəri Həzi Aslanov küçəsində yerləşən ümumi sahəsi 29.6 kv.m olan yaşayış evi yardımçı tikililərlə birlikdə X5 şəxsi mülkiyyətinə verilməlidir. Belə ki, birinci növ vərəsələr Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlər miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina edirlər. Göründüyü kimi iddiaçı miras əmlakı faktik i olaraq qəbul etməklə yanaşı həmçinin sözügedən 2-263-1989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi ilə də miras əmlakda olan öz payının olması faktı müəyyən edilmişdir. Lakin iddiaçının anası qətnamə ilə mülkiyyətinə verilmiş sözügedən miras əmlakı sağlığında öz adına rəsmiləşdirmədiyi üçün iddiaçı atasından qalmış miras əmlakın faktiki qəbul etdiyi barədə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Həmçinin miras əmlak ********** qeydiyyat nömrəsi ilə X8 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi barədə iddiaçının məlumatı olsa da lakin həmin qətnamənin hazırki vərəsəliklə əlaqəli olduğunu bilməmiş və həmin qətnamənin sonradan qardaşı Nifdalı tərəfindən ona verildikdən və araşdırma nəticəsində həmin qətnamənin hazırkı iş üzrə əlaqəli olduğunu aşkar etmişdir.

23. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-94/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.Kuimova (sədrlik edən və məruzəçi), S.Bəylərli və N.Zeynalova) İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, qət etdi hissəsində göstərilmiş “iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üç ün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin” hissəsinin xaric edilməsi qət edilmişdir.

24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin mübahisəli halları ilə bağlı apellyasiya icraatı zamanı tədqiq olunan iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından mərhum X6 ölümündən sonra ona münasibətdə miras qalmış Şərur şəhəri, Həzi Aslanov, 2 ünvanında ümumi 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m. ümumi sahədən ibarət olan fərdi yaşayış evinin hər hansı əsasla iddiaçı tərəfindən qəbul olunması, eyni zamanda mərhum X15 tərəfindən adıçəkilən miras əmlaka dair vəsiyyətnamənin qoyulması halı müəyyən olunmamışdır. İş üzrə iddiaçı istər iddia ərizə sində, istərsə də verilmiş apellyasiya şikayətində mərhum X3 miras qalmış adıçəkilən əmlakı qəbul etdiyini iddia etsə də, məhkəməyə təqdim etdiyi Notariat Ofisinə verdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünmüşdür ki, o, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddəti buraxmış və belə olan halda da haqlı olaraq Notariat Ofisinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona X33 şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş üzrə iddiaçı iddia ərizəsində göstərdiyi sözügedən fərdi yaşayış evini vərəsə kimi faktiki olaraq qəbul etdiyini, istədiyi zaman müraciət edərək vərəsəlik şəhadətnaməsi ala biləcəyini qeyd etsə də, kollegiya mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məsələyə münasibət bildirilməsinin hazırkı baxılan tələb çərçivəsində mümkünsüzlüyünü iddiaçının diqqətinə çatdırmağı zəruri hesab etmişdir.

25. Miras əmlakın faktiki olaraq iddiaçı tərəfindən qəbul olunmasına gəlincə, ilk növbədə məhkəmə kollegiyası qeyd etmişdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X10 məxsus olmuşdur. İddiaçının nümayəndəsinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin verdiyi izahatlardan, birinci instansiya məhkəməsində işə baxılarkən dindirilən şahid ifadələrindən və digər iş mate riallarından aydın olmuşdur ki, iddiaçı mərhum atası X6 xx.xx.1988-ci il tarixdə ölümündən sonra onun yas mərasimində iştirak etmiş, atasının ölümündən keçən vaxt ərzində, ümumiyyətlə, ondan miras qaldığını iddia etdiyi əmlakdan istifadə və ona sahiblik etməmiş, öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, miras əmlakı lazımi vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək kimi addımlar atmamışdır. Yəni konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini göstərməmişdir. İstər birinci instansiya məhkəməsində icraat zamanı, istərsə də kollegiyada apellyasiya şikayətinə baxılması zamanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 atası rəhmətə gedəndə qardaşı Məhəmmədəlinin Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, hərbi qulluqçu olduğunu, ona atasının ölüm xəbərini verdiyini, Məhəmmədəlinin yasın 3-ü günü gəlib yas mərasimində iştirak etdikdən sonra işi ilə əlaqədar geri qayıtdığını, yas mərasimindən sonra Məhəmmədəlinin bir gün də olsun atasının evində yaşamadığını, onun təqribən 1999-2001–ci illərdə rayona qayıdaraq orada işlədiyini, lakin həmin vaxt atasının evində yox kirayə ev tutub qaldığını, yasdan sonra həmin evdə əvvəlcə Bulqeyisin sonra Abbasın yaşamağa başladıqlarını, daha Şəki şəhərinə qayıtmadıqlarını, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında Abbasla ailə qurduqlarını, Şərur şəhərində Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə gəlin köçdü yünü, orada yaşadıqlarını, nikahlarından iki uşaqları Bulqeyis və Həşimin doğulduğunu, qayınanası Bulqeyis vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, evə aid olan bütün ödənişlərin Abbas tərəfindən ödənildiyini bildirmişlər

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə şahidlər X25 və X47 verdikləri izahatlarında isə miras əmlakın yalnız iddiaçı tərəfindən qəbul edildiyini, orada yaşadığını, anası X7 isə 1990-cı ildən sonra həmin evə gələrək orada yaşamağını qeyd etməklə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə zidd ifadələr vermişlər. Belə ki, iddiaçı atası rəhmətə gedəndən sonra anasının həmin evə köçərək onunla orada yaşadığını, mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi Nümayəndə elektrik v ə qaz sərfiyatına görə ödənişlərin, həmçinin telefon və məişət tullantılarının daşınmasına dair ödənişlərin iddiaçı tərəfindən qarşılanmasını qeyd etsə də, bunu təsdiq edəcək qəbzləri və ya iddiaçının mərhum atası X15 tərəfindən miras qalmış əmlaka sahiblik və istifadə edilməsi barədə kollegiyaya heç bir mötəbər sübut təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmçinin iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya instansiyasında verdiyi izahatında əvvəlcə atasının həmin əmlakda 1999-2002-ci illərdə yaşadığını, 2002-ci ildə 2-ci dəfə ailə qurub Sumqayıta köçdüyünü bildirsə də, sonra isə bu hissədə izahatını dəyişərək atasının 1989- cu ildən hərbidən çıxdığını, 1992-ci ildə Qarabağa getdiyini, 1996-cı ilədək atası Həşimin evində yaşadığı barədə ziddiyyətli izahatlar vermişd ir. Kollegiya qeyd etmişdir ki, onun göstərdikləri işin araşdırılmış halları və apellyasiya şikayətinə baxılması zamanı dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatı ilə tam təkzib edildiyindən sübut kimi qəbul oluna bilməz.

28. Apellyasiya şikayətində qeyd edilən “...birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etmədiyini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyini, maddi və prosessuаl hüquq normalarının tətbiqində səhvə yol verildiyini, bütün bunların isə mübahisələndirdiyi qətnamənin tam ləğv edilməsinə əsas olması...” barədə göstərdiyi dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətində bu pozuntu halları sadəcə sadalanmış konkret həmin pozuntuların nədə ifadə olunduğu göstərilməmişdir. Belə olan halda isə kollegiya hesab etmişdir ki, bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145, 1147, 1151, 1159, 1243, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Ko llegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası heç bir araşdırma aparmamış, iddiaçının məhkəməyə təqdim etdiyi sübuta münasibət bildirməmişdir. Lakin, məhkəmə üçüncü şəxslərin verdiyi izahatları sübut kimi qəbul edib hesab etmişdir ki, “iş üzrə obyektiv a raşdırma aparıb”, həqiqəti müəyyən etmişdir. İddiaçıya və iş üzrə şahidlərə münasibətdə çəkişmə və müəyyənlik prinsipinin pozulması, təqdim edilmiş sübutlara nədənsə düzgün qiymət verilməməsi və digərinə isə ümumiyyətlə münasibət bildirilməməsi, iddiaçının müraciətlərinə hər hansı hüquqi qiymət verilməməsi səbəbindən məhkəmə aktı tam qərəzli, ziddiyyətli olmuşdur.

32. Ziddiyyətlər ilə bağlı kassator qeyd etmişdir ki, iş üzrə iki məhkəmə aktı mövcud olmuşdur. Bu qətnamələrdə məhkəmələr üçüncü şəxslərin yalan izahatlarına və verdikləri yalan ifadələrə əsaslanmışlar. Həmçinin birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dəvət edilən şahidlərin ifadələrinə məhkəmə tərəfindən təhrif edilərək düzgün hüquqi qiymət verilməmişdir. Şahidlər iş üzrə iddiaçının miras əmlakı miras qoyanın ölümündən sonra faktiki sahiblik və idarə etdiyinin şahidi olmuşlar və bu barədə də məhkəməyə ifadə vermişlər. Lakin məhkəmə şahidlərə şahid olmadıqları hal üzrə suallar verməklə, əsas məqsəd şahidlərin verdikləri ifadələri şübhə altına salmaq olmuşdur. Bunu təsdiq edəcək birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audio və video yazıları mövcud olmuşdur. Həmçinin iddiaçı ərizə ilə müraciət edərək, hazırki iş üzrə qanuni qüvvəsini almış Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263- 1989 nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsinin birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunun hesab edilməsini, həmin qətnamədə göstərilən faktların sübut kimi qiymətləndirilməsini və mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasını məhkəmə kollegiyas ından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına qanuni qüvvəsini almış Azərbaycan Sovet Sosialist Respublikası adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2- ***-**** nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsi təqdim edilmiş və iddiaçının nümayəndəsi sözügedən qanuni qüvvəsini almış qətnamə üzrə izahat verərək bildirmişdir ki, həmin qətnaməyə əsasən iddiaçı X5 (miras qoyanın həyat yoldaşı, iddiaçının anası) cavabdeh İliç Rayon VVAQ şöbəsindən “nikahın etibarsız hesab edilməsi və X10 məxsus şəxsi yaşayış evindən pay tələbinə dair” iddiası təmin edilərək, X15 ilə X14 ilə (nikahdan sonra Abdullayeva Rübabə) aralarında 3 mart 1988-ci ildə İliç Rayon VVAQ şöbəsində bağladıqları və reyestrdə qeydə alınmış nikah etibarsız hesab edilmiş, İliç şəhəri, Həzi Aslanov küçəsində yerləşən sahəsi 29.6 kv.m sahədən, bir otaq və bir koridordan ibarət yaşayış evi və yardımçı tikililərlə birlikdə (iş üzrə hazırki miras əmlak) X5 şəxsi mülkiyyətinə verilmişdir. Naxçıvan Şəhər Xalq Məhkəməsi qətnaməsində göstərmişdir ki, X35 Abdullayeva arasında qeydə alınmış nikah etibarsız hesab edildiyinə görə Həşim Abdullayevin şəxsi mülkiyyətində olmuş hazırda İliç şəhəri, Həzi Aslanov küçəsində yerləşən ümumi sahəsi 29.6 kv.m olan yaşayış evi yardımçı tikililərlə birlikdə (iş üzrə hazırki miras əmlak) X5 şəxsi mülkiyyətinə verilməlidir. Belə ki, birinci növ vərəsələr Məhəmmədəli, Abbasəli və Nifdalı Abdullayevlər miras evdən anaları Bilqeyis Abdullayevanın xeyrinə imtina etmişlər. Göründüyü kimi miras əmlakı iddiaçı 1989-cu ildə məhkəmə qətnaməsinə əsasən mi ras əmlakı faktiki qəbul etdiyindən öz payından anası X5 xeyrinə imtina etmişdir. Mirasın qəbul edilməsi faktı artıq 1989-cu ildə hətta məhkəmə qərarına əsasən də tanınmışdır. Sözügedən qətnaməni birinci instansiya məhkəməsinə təqdim edilməsi iddiaçının imkanı xaricində olmuşdur. Çünki həmin qətnaməni iddiaçı sonradan əldə etdiyindən birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Lakin işə baxan məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən bu qətnaməyə heç bir münasibət bildirməmiş və heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərkən, mülki iş materiallarında iddiaçının nümayəndəsinin təqdim etdiyi məhkəmə iclasında digər sübutlarla yanaşı tədqiq edilməli olan Azərbaycan Sovet Sosialist Respublika sı adından Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989-il nömrəli 21 noyabr 1989-cu il tarixli qətnaməsini nədənsə müəyyən etməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Kollegiya mülki işin mübahisəsiz hallarını müəyyən etməklə bərabər eyni zamanda qeyd edir ki, işin mübahisəli halları iş üzrə iddiaçının iddia tələbində qeyd etdiyi kimi, mərhum atası X6 ölümündən sonra miras qalmış Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi ünvan 6 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin atasının ölümündən sonra faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunmasıdır.” Əgər məhkəmə mirasın faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsini müəyyən etmək niyyətində olsaydı, onun təqdim etdiyi qanuni qüvvəsini almış 1989-cu il tarixli Naxçıvan şəhər Xalq Məhkəməsinin qətnaməsinə öz qətnaməsində münasibətini bildirərdi. Həmçinin kollegiya qətnamədə qeyd etmişdir ki, “Beləliklə, kollegiya sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda sadalanan normalara əsaslanmaqla iş üzrə iddiaçının iddia tələbində göstərdiyi faktların öz təsdiqini tapmadığı qənaətinə gəlir. Yəni tədqiq olunmuş iş materialları ilə iddiaçının mərhum atasından miras qalmış əmlakın onun tərəfindən formal və ya qeyri-formal üsullarla qəbul edilməsi müəyyən olunmamışdır.” Bir daha açıq-aydın görünmüşdür ki, iddiaçının təqdim etdiyi iş üzrə sübutları məhkəmə kollegiyası işə qərəzli yanaşmaqla bərabər görməzdən gəlmişdir. Belə olmasaydı işin faktiki halları ilə iddia tələbi tam təmin edilməli idi. Nəticədə məhkəmə tərəfin dən bir sıra maddi və prosessual normalar ciddi şəkildə pozulmuşdur.

33. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) (hakimlər Z.Əliyev (məruzəçi), A.Abbasov və V.Məmmədov) 2(102)-67/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

34. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasının protokoluna yazılan qərarla Naxçıvan Şəhər Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli qətnaməsinin surəti mülki işə əlavə olunmuşdur. Buna baxmayaraq apellyasiya məhkəməsi qətnaməyə heç bir münasibət bildirməmişdir. Halbuki, iddia tərəfinin istinad etdiyi məhkəmə aktının sübut kimi qəbul edilib-edilməməsinə və mübahisənin həllinə təsirinə məhkəmə tərəfindən qiymət verilməli idi.

35. Kollegiya həmçinin qeyd etmişdir ki, hazırkı işdə mübahisə vərəsəlik hüquqları ilə bağlıdır. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəflərin vərəsəlik və mülkiyyət hüquqlarının düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün halları, o cümlədən H.Abdullayevin ölümü ilə açılan miras kütləsini, vərəsələrin kimliyini, həmin mirasın vərəsələr arasında bölüşdürülməsini, bu zaman iddiaçının təqdim etdiyi Naxçıvan Şəhər Xalq Məhkəməsinin 2-263-1989 nömrəli, xx.xx.1989-cu il tarixli qətnaməsinin nəzərə alınmalı olub-olmadığını, nəzərə alınarsa həmin məhkmə aktının işin həllinə təsirini, o cümlədən H.Abdullay evin mirasının X1, bu zaman X17 atasından qalan mirasa vərəsəlik hüquqlarının necə həll olunduğu, Bilqeyis Abdullayevanın xx.xx.2009-cu ildə ölməsi ilə mübahisənin obyekti üzrə həmin tarixdə qüvvədə olan qanunla mirasın açılmasını, həmin miras üzrə vərəsələrin dairəsini, onların qanunla müəyyən edilmiş müddətdə mirasdan imtina edib-etmədiklərini, bu konteksdə vərəsə Nifdalı Abdullayevin xx.xx.2021-ci il tarixli ərizəsinin mirasdan imtina, yoxsa başqa məzmundan iradə ifadəsi olduğunu və digər zəruri hallar hərtərəfli şəkildə araşdırılmalıdır. Bu zaman bütün vərəsələrin işdə iştirakı təmin olunmalı və çəkişmə prinsipinə əməl edilməklə, toplanmış sübutlar əsasında iddiaya mirasın açıldığı anda qüvvədə olan maddi hüquq normaları əsasında yekun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin qüvvə də olduğu dövrdə açılan miras üzrə o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

36. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3, 4-cü hissəsinə, 29-cu maddəsinin 7-ci hissəsinə, 60-cı maddəsinin 1ci hissəsinə, 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 530, 532, 552-ci, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151, 1159.1.1, 1160, 1166, 1193, 1255, 1256-cı, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.1, 217.2, 217.3, 220.4, 416.1- ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər M.Allahverdiyev (sədrlik edən və məruzəçi), M.Həsənov və S.Novruzov) iddiaçının nümayəndəsi Nümayəndə şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(110)-142/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan və tədqiq olunmuş iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində ünvan 6 ünvanında yerləşən 54.70 kv.m. ümumi və 0.1268 ha torpaq sahəsindən ib arət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbinin əsasını mirasın onun tərəfindən faktiki qəbul olunmasının məhkəmə tərəfindən müəyyən edilməsi təşkil edir və vərəsəlik hüququnun tanınması da məhz həmin tələbin tərkib hissəsi olduğundan kollegiya da hazırki tələbə məhz miras əmlakın iddiaçı tərəfindən qəbulu faktının müəyyən edilməsi çərçivəsində baxmışdır. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Buna baxmayaraq birinci i nstansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin rədd olunması barədə qətnamə çıxarmışdır.

39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.6, 372.7, 392.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 259.0, 259.0.10, 261.0-261.0.1, 306.1, 306.4, 307, 311-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsini onunla əsaslandırmışdır ki, mübahisə MPM-in 30-cu fəslində təsbit olunmuş xüsusi icraat növünə aiddir və həmin Məcəllənin 307-ci maddəsində qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə tələbi kimi qiymətləndirilməlidir. Hazırki iş MPM-in 30-cu fəslində təsbit edilmiş xüsusi icraat növünə aid edilə bilməz. Bu baxımdan, iş üzrə mübahisə vərəsəlik hüquqları ilə bağlı olduğundan iddiaçı haqlı olaraq məhkəməyə iddia icraatı qaydasında müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

43. Maddə

60. Hüquq və aza dlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Baxılan iş üzrə birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin rədd olunması barədə qətnamə çıxarmışdır

30. Apellyasiya instansiyası məhkəməsi göstərilən hallara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsini tətbiq etmişdir.

31. İş üzrə iddia hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (mirasın qəbulunun müəyyən edilməsi) barədədir. Mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.

32. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.

33. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.

34. Lakin istinad ol unan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir.

35. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir.

36. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).

37. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hü quqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

38. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır.

39. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir.

40. Məhkəmə kollegiyası hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəm ədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.

41. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsas ən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

42. Bu baxımdan apellyasiya instansiya məhkəməsi haqlı olaraq baxılan iş üzrə icraatı mümkünsüz hesab edərək iş üzrə icraata xitam vermişdir.

43. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(108)-107/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar