Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2663/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3ə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Cavabdeh3ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 mart 2025-ci il tarixli, 2(103)-889/2025 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh3 Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamı ilə M.B.Əhmədzadə küçəsi 4 nömrəli binanın həyətində yerləşən, 26 kv.m sahəsi olan daş qarajın, həmin binanın 19-cu mənzilində yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Sərəncamda qeyd olunur ki, sözügedən qarajdan vətəndaş İddiaçı uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını mütəmadi ödəyir. Sərəncamla həmçinin qərara alınmışdır ki, vətəndaş İddiaçı xəbərdarlıq edilsin ki, tikinti və abadlıq işləri ilə bağlı lazım gəldikdə qaraj sökülə bilər.
2. Həmin qaraja dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli texniki pasport tərtib edilmişdir.
3. Cavabdeh3 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh2 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 nömrəli, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsinə əsasən, tərəflər arasında Bakı şəhərinin Baş planına uyğun olaraq Heydər Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binalarının inşa olunması ilə əlaqədar Ağa Neymətulla küçəsi 29/89 saylı yaşayış binasının sökülməsi və sakinlərin köçürülməsi üçün həmin yerdə müasir yaşayış binasının inşa edilməsi, yeni tikiləcək binada köçürülən sakinlərin əvvəlki mənzillərinin və ya qeyri-yaşayış sahələrinin müqabilində yeni mənzillərlə və ya qeyri-yaşayış sahələri ilə təmin olunması məqsədilə, vətəndaş İddiaçı Ağa Neymətulla kü çəsi 29/89 saylı binanın həyətində ona məxsus, ümumi sahəsi 28,2 kv.m olan qarajının əvəzinə, həmin ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində bir avtomobil yeri üçün ümumi sahəsi 30,0 kv.m olan qarajla təmin olunması barədə zəmanət müqaviləsi imzalanmışdır.
4. Müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirmək “Sifarişçi və zəmanət verən” Cavabdeh3in öhdəlikləri kimi müəyyən edilmişdir.
5. Müqavilənin 2.2.1 və 2.2.2-ci bəndində, nəzərdə tutulan mənzilin və ya qeyriyaşayış sahəsinin verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrini n sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək “Podratçı” Cavabdeh2 MMC-nin öhdəlikləri olaraq müəyyən edilmişdir. 6. “Sifarişçi” Cavabdeh3 ilə “Podratçı” Araz-2011 A” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”nə əsasən sifarişçi Nərimanov rayonu, Heydər Əliyev prospekti 83-85 ünvanda bir ədəd 7 mərtəbəli, 132 mənzilli yaşayış binasının inşa olunması və ətraf ərazidə abadlıq işlərinin aparılmasının satın alınması üçün icraçının 18.732.210 manat məbləğində tender təklifini qəbul etmişdir.
7. Cavabdeh3in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, Heydər Əliyev prospektinin yenidənqurulma sı layihəsi çərçivəsində söküntüyə məruz qalmış fərdi qarajın müqabilində qonşu sahədə sökülüb yenidən tikilmiş yaşayış binasının zirzəmisindəki qaraj sahəsinin bir hissəsi ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Lakin sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədlərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh3ə qarşı (Cavabdeh2 MMC və Azərbaycan Respublikası Maliyyə Na zirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmış, qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh3 daşımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 3nın həyətində yerləşən və ümumi sahəsi 23,6 kv.m olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində iddiaçıya verilməli olan 30 kv.metrlik qaraja görə ümumilikdə 50.000 manat maddi kompensasiyanın və ötən 9 ildən çox müddət ərzində iddiaçının əsassız olaraq incidilməsi nəticəsində onda yaranmış stres və əsəb gərginliyi nəticəsində vurulmuş mənəvi ziyana görə isə 10.000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə tərəfindən iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh3 də cavabdeh qismində mülki işə cəlb edilmişdir.
12. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, xx.xx.2014-cü il tarixli 31/89 №-li üçtərəfli zəmanət müqaviləsi əsasında 2014-cü il t arixdə adıçəkilən ünvanda söküntü işləri həyata keçirilmiş və ərazidə yeni müasir yaşayış binaları inşa edilmişdir. Lakin iddiaçı ilə bağlanmış zəmanət müqaviləsinin şərtlərinə riayət olunmamış, ona hər hansı məlumat verilmədən və faktiki olaraq müqavilə öhdəliyi pozularaq inşa edilmiş yaşayış binalarının layihə sənədlərində müvafiq dəyişikliklər aparılmış və bununla da yeraltı mərtəbə sahəsi ləğv edilmişdir. İddiaçının dəfələrlə Cavabdeh3ə, eləcə də Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hadisənin törədilməsindən 7 il keçməsinə baxmayaraq, hər hansı bir əməli tədbir həyata keçirilmədiyindən İddiaçı məhkəməyə müraciət etmişdir. Müqavilə öhdəlikləri icra edilm əyərək iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə ki, qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının altında qaraj sahəsi inşa edilməmişdir. Faktiki olaraq İddiaçı aldadılmışdır və müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən də İddiaçı hazırda qarajı yox, qarajın dəyərini tələb edir.
13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(005)4205/2023 nömrəli qərardadı ilə mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 3 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 27.000 manat müəyyən edilmişdir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)491/2024 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiq olunan obyektə baxış keçirmiş, lakin iş üzrə tədqiqat obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)491/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində İddiaçı verilməli olan 30 kv.metr sahədən ibarət qeyri-ya şayış sahəsinin (qarajın) dəyəri olan 27.000 manat pul və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul, cəmi 29.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Cavabdeh3dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 270 manat məbləğində pulun 131 manatının cavabdehlər Cavabdeh2 MMC və Bakı şəhəri Cavabdeh3dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun cavabdehlər Bakı şəhəri Cavabdeh3 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim N.N.Tağıyeva).
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirilən ünvanda yerləşən və cavabdehlər tərəfindən sökülmüş qaraja mülkiyyət hüququ qeydə alınmasa da, onun həmin qeyri-yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Cavabdehlər isə onunla müqavilə bağlayaraq iddiaçıya məxsus qarajın sökülməsi müqabilində 30 kv.m. avtomobil yeri üçün qeyri-yaşayış sahəsi verməyi öhdələrinə götürmüşlər.
19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus qarajın sökülməsi və əvəzinin hər hansı bir formada ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Buna əsas kimi isə yeni tikilən binanın layihəsində dəyişiklik edilməsi və qaraj sahəsinin nəzərdə tutulmaması göstərilmişdir. İddiaçı Cavabdeh3ə qarşı kompensasiya ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qərardad onunla ə saslandırılmışdır ki, həmin iddiaya cavab verməli olan subyekt Cavabdeh3 ola bilməz, belə ki, tikintini həyata keçirən şirkət Cavabdeh2 MMC olmuşdur.
20. Məhkəmə qeyd edib ki, hazırda tərəflər arasında bağlanmış mülki hüquqi müqavilənin icra edilməməsi məsələsi araşdırıldığından həmin qərardad hazırki iş üzrə preyudisial xarakter daşıya bilməz.
21. Cavabdeh3in məsuliyyəti ilə əlaqədar qeyd olunmuşdur ki, o, müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, yalnız işlərin maliyyələşdirilməsi üzrə deyil, eyni zamanda “Podratçı” tərəfindən işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna baxmayaraq, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Halbuki, onun zəmanət verən qismində müqavilənn tərəfi olması hər bi r pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə vurğulanmalıdır ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün Dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir.
22. Digər Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkilinin, MMC-nin hər hansı bir təqsirinin olmaması, onların sadəcə onlara verilmiş layihə əsasında tikintini həyata keçirmələri dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin dəlillər əsassız olmaqla, müqavilə öhdəliklərinin icra edilməsindən yayınmaq məqsədi daşıyır. Belə ki, qeyd olunduğu kimi, tikinti müddətində söküntüyə mə ruz qalan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə (sahibinə) müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin verilməsini təmin etmək podratçı olan Cavabdeh2 MMC-nin öhdəliklərindən biri olmuşdur. Lakin həmin öhdəlik onun tərəfindən icra edilməmişdir.
23. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus əmlakın sökülməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl edilməməklə sökülmüş əmlakın əvəzinin iddiaçıya verilməməsi qanunsuz olmuşdur. Cavabdehlər müqavilənin bağlanmasından xeyli müddət keçsə də, öz öhdəliklərini icra etməmiş, onların icrasından yayınmışlar. İddiaçının isə müqavilə ilə ona verilməsi nəzərdə tutulan əmlak mövcud olmadığından onun dəyərinin öd ənilməsini tələb etmək hüququ yaranmışdır.
24. Beləliklə, qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 31/89 saylı müqavilə üzrə həm “Sifarişçi və zəmanət verən” Cavabdeh3in, həm də “Podratçı”nın Cavabdeh2 MMC-nin müqavilə ilə müəyyən edilən öhdəlikləri olmuş və müqavilənin icra edilməməsi ilə hər iki tərəf müqavilə öhdəliklərini pozmuşdur, bu hal isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
25. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. Hazırki mülki iş üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və bu səbəbdən də iddiaçının mülkiyyətində olan qaraj sahəsindən məhrum olunması müəyyən edildiyindən və yeni inşa edilmiş binada qaraj sahəsi nəzərdə tutulmadığından, həmin avtomobil yeri üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin dəyəri iddiaçıya ödənilməlidir.
26. Müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli qiymətləndirmə rəyi ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (qarajın) mövcud tarixə bazar dəyəri 27.000 manat olaraq müəyyən edilmişdir. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərə görə qarajın dəyəri olan 27.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
27. Ekspert rəyində də qeyd edildiyi kimi, qiymətləndirilməsi təl əb olunan qeyriyaşayış sahəsi (qaraj) mövcud olmadığından, o cümlədən təqdim edilən sənədlərdə obyektin bəzi texniki göstəriciləri barədə dəqiq məlumatlar verilmədiyindən ekspert, müaqvilədə verilməsi nəzərdə tutulmuş 30 kv.m. sahəsi olan qarajların qiymətini araşdıraraq, internet resurslarına, bu sahədə nəşr edilən qəzet, jurnal və s. daşınar əmlak bazarındakı vəziyyəti xarakterizə edən analoji bazar məlumatlarına, etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinadən obyektin nəzəri olaraq qiymətləndirilməsini həyata keçirmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçini n qeyd edilməlidir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.
29. Həmçinin qeyd edilməlidir ki, iddiaçının vəsatətinə əsasən, məhkəmə əmtəəşünaslıq eksrpertizası təyin edilsə də, əmlakın ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizas ının aparılmasından imtina edilmişdir.
30. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsindən məhrum olması, müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq onun icra edilməməsi, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu proseslər zamanı keçirdiyi stress və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, xüsusilə müqavilənin bağlanmasından uzun müddət keçməsini, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2.0 00 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 5.3, 6, 21.1, 21.2, 152.1, 385, 425.1, 442, 443.1, 443.2443.3, 448.2-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli, “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına, həmçinin Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı”, “Artiko İtaliyaya qarşı” qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli qərarına, “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın ona münasibətdə təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü də qeyd edir ki, dəfələrlə Cavabdeh3ə və Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə iddiaçıya dəymiş ziyan ödəniləcəkdir. Lakin hər hansı bir tədbir görülmədiyindən məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin qətnamə qismən - "xxxx" MMC-yə münasibətdə tam qanunsuz və əsassızdır. Cavabdeh3 müqavilənin tərəfi, sifarişçi və zəmanət verən olmaqla, öhdəliyini yerinə yetirməmiş, qaraja görə kompensasiyanı vətəndaşa ödəməmişdir. Halbuki, onun zəmanət verən qismində m üqavilənin tərəfi olması hər bir pozuntuya görə məsuliyyəti öz üzərinə götürməsi anlamına gəlir. Xüsusilə qeyd edir ki, İcra Hakimiyyəti tərəflər arasındakı münasibətlərin hər hansı bir mərhələsində bu öhdəliyini inkar etməmiş, əksinə onun tərəfindən iddiaçıya ünvanlanmış məktublardan da göründüyü kimi, iddiaçının qarajla təmin edilməsi baş tutmadığı üçün dövlət büdcəsindən vəsait ayrılacağı təqdirdə kompensasiyanın ödəniləcəyini qeyd etmişdir. "xxxx" MMC-nin öhdəliyi təqdim edilmiş layihə üzrə dövlət sifarişinin yerinə yetirilməsi olmuş və həmin layihə üzrə "xxxx" MMC öhdəliyini yerinə yetirmiş, binaları inşa edərək sifarişçi Cavabdeh3ə təhvil vermiş və sifarişçi öz mülahizəsinə görə həmin binalarda olan mənzil və qeyri-yaşayış sahələrinə dair sərəncam vermişdir. "xxxx" MMC-nin layihədən kənara çıxmaq, əlavə qeyri-yaşayış sahələri inşa etmək və ya onlara dair hər hansı sərəncam vermək səlahiyyəti olmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almadan səhv edərək "xxxx" MMC-nin guya öhdəliklərin icrasından yayındığı nəticəsinə gəlmişdir. Mənəvi zərərin ödənilməsi məsələsinə gəldikdə isə hesab edir ki, iddiaçının qarajdan məhrum olunmasında, iddiaçının məhkəmələrə və müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalması və nəticədə müəyyən mənəvi iztirablar keçirməsi "xxxx" MMC-yə heş bir aidiyyatı yoxdur. Müraciətlərin özündən də görünür ki, iddiaçı bu illər ərzində qarajla bağlı birdəfə də olsun ki, "xxxx" MMC-yə yox, yalnız İcra hakimiyyəti orqanlarına müraciət edib və İcra Hakimiyyəti orqanları tərəfindən hüquqlarının pozulmasını göstərib. Beləliklə hesab edir k i, cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək iddiaçının mülkiyyət hüquqlarını pozmamış və ona maddi və mənəvi zərər yetirməmişdir.
34. Qətnamədən həmçinin cavabdeh Bakı şəhəri Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Bakı şəhəri Cavabdeh3in apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq pozuntularına yol verilməklə çıxarıldığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması səbəbindən qanunsuz və əsassızdır, buna görə də qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2014-cü il tarixli, 31/89 nömrəli üçtərəfli zəmanət müqaviləsinin 1.2-ci bəndinə əsasən, iddiaçıya məxsus yuxarıda adıçəkilən qarajın əvəzinə ünvan 5 ünvanda inşa olunacaq yeni yaşayış binasının zirzəmisində 1 avtomobil yeri üçün ümumi sahəsi 30 kv.m. olan qarajın iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin məlumat üçün bildirilir ki, yaşayış binasının (A.Neymətulla prospekti 29/89) zirzəmisində qaraj sahəsinin tikintisi layihədən çıxarıldığından öhdəliyin icrası təmin edilməmişdir. Layihədə olunan dəyişiklik Cavabdeh3 ilə razılaşdırılmamışdır. Həmin Müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, mülkiyyətçilərə yeni binada veriləcək yaşayış və ya qeyri-yaşayış sahələrinin sənədlərini rəsmiləşdirərək mülkiyyətçiyə təhvil verilməsi “Podratçı”nın (Cavabdeh2 MMC) öhdəliyi kimi qeyd olunmuşdur.” Göründüyü kimi, iddiaçı ilə bağlanmış zəmanət müqaviləsinə əsasən, nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi Cavabdeh3 deyil, məhz Cavabdeh2 MMC-yə aid olan öhdəlikdir. Qeyd olunanlara əsasən Cavabdeh3 cavabdeh qismində çıxış edə bilməz və ona qarşı hər hansı tələb yönələ bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlük məsələsinə baxılan zaman Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-1(112)517/2023 nömrəli qərardadını nəzərə almamışdır. Halbuki, Bakı İnzibati Məhkəməsində İddiaçı Cavabdeh3ə qarşı və hazırki iş üzrə Cavabdeh2 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyətində olan ünvan 4nın həyətində yerləşən və ümumi sahəsi 23.6 kv.m. olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində ona verilməli olan 30 kv. metrlik qaraja görə ümumilikdə 50 000 manat kompensasiyanın, vurulmuş mənəvi ziyana görə isə 10 000 manatın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyünə baxılarkən, Bakı İnzibati Məhkəməsi bütün halları düzgün qiymətləndirərək iddianı mümkün saymamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü i ltarixli, 21(103)-2427/2023 nömrəli qərardadı ilə qüvvədə saxlanılmışdır. Həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Nərimanov İcra Hakimiyyəti deyil, Cavabdeh2 MMC daşıyır. İddia tələbinin əsasını da müqavilə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Müqavilənin şərtlərinə əsasən, “Sifarişçi və zə manətverən” öhdəlikləri yalnız müqavilədə nəzərdə tutulmuş, “Podratçı” tərəfindən həyata keçirilən bütün işlərin maliyyələşdirilməsini təmin etmək və işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi ilə bağlı deyildir. İddiaçının tələbi müqavilənin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi olduğundan, tələb də müqavilə üzrə qaraj sahəsinin iddiaçıya təhvil verməli olan şəxsə qarşı yönəlməlidir. Yuxarıda qeyd olunanlara əsasən mənəvi zərərlə bağlı iddianın da tam əsassız olması təsdiq olunur. Odur ki, 2.000 manat məbləğin cavabdehlərdən, o cümlədən Cavabdeh3dən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin qətnaməsi əsassız və qanunsuzdur. Bu hissədə də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəllənin 21ci maddəsini iş üzrə səhv tətbiq edərək maddi hüquq pozuntula rına yol vermişdir. bu tələb də Cavabdeh3ə qarşı hissədə təmin edilməzdi. Beləliklə, Nərimanov Rayon Məhkəməsi 04 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3in iddiaçıya qarşı ziyanın vurulması hansı hərəkətlərdə ifadə olunmasının mötəbər sübutlarla təsdiq edilməli olmasını nəzərə almamışdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 3 mart 2025-ci il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)491/2024 nömrəli qətnaməsi cavabdeh Bakı şəhəri Cavabdeh3ə aid hissədə ləğv edilmiş, iddiaçının cavabdeh Bakı şəhəri Cavabdeh3ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata iş ə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir (sədrlik edən M.Rüstəmli, hakimlər A.İsgəndərov və S.Səlimova).
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 03 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)491/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən M.Rüstəmli, hakimlər A.İsgəndərov və S.Səlimova). 38.1 Apellyasiya instansiyası məhkəməsi Cavabdeh Bakı şəhəri Cavabdeh3ə aid hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə işin icraatına xitam verilməsi barədə gəldiyi nəticəni belə əsaslandırıb ki, hazırki iş üzrə iddiaçı həm də Bak ı şəhəri Cavabdeh3in hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu iddia edir. 38.2 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 38.3 Göründüyü kimi, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. 38.4 Apellyasiya instansiya məhkəməsi onu da qeyd edib ki, Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 38.5 Lakin iş materiallarından aydın olur ki, iddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh3ə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun iddiası mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmələrin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Ona görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh3 daşımır. 38.6 Belə olan halda, iddianın Cavabdeh3ə qarşı o lan hissəsi üzrə apellyasiya instansiya məhkəməsi hesab edib ki, iddiaçıya bu tələblə inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməli olmasının izah edilməsinə də zərurət yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir: 38.1. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən göründüyü kimi, nəzərdə tutulan qarajın iddiaçıya verilməsini təmin etmək və mülkiyyətçilərə yeni binada veriləcək qeyri-yaşayış sahələrinin sənədlərini rəsmilədirərək mülkiyyətçiyə təhvil vermək Cavabdeh2 MMC-nin öhdəliyidir və mülki qanunvericiliyin tələblərinə əsasən MMC onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 38.2. İşdən görünür ki, iddiaçıya dəymiş maddi zərərin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü tarixli mütəxəssis rəyi alınmış, müqavilə üzrə iddiaçıya təhvil verilməli olan qarajın mövcud tarixə bazar dəyəri 27.000 manat müəyyən edilmişdir. 38.3. Göstərilənlərə əsasən məhkəmə kollegiyası öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzinin Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin bu hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlib. 38.4. Kollegiya həmçinin hesab edib ki, birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə 2.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya tutmaqda haqlı olmuşdur. 38.5. Belə ki, iddiaçı qanu ni sahibliyində olan qarajdan məhrum edildikdən sonra uzun müddət cavabdeh tərəfindən ona yeni qaraj və ya onun dəyəri təqdim edilməmiş, iddiaçı bununla bağlı dövlət qurumlarına müraciət etməyə, o cümlədən inzibati məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Bunun nəticəsində onun tərəfindən mənəvi iztirablar keçirməsi şübhə doğurmur. 38.6. Kollegiya hesab edib ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində kompensasiya ağlabatan və ədalətlidir.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 443.3, 448.1, 448.2, 452.2-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Cavabdeh3ə qarşı iddia üzrə icraata xitam verilməsi haqqında qərardaddan verilmiş kassasiya şikayəti üzrə icraat
40. Cavabdeh2 MMC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməsini, işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi məhz cavabdehlərə münasibətdə müqavilədən irəli gələn öhdəliklərin icrası və bununla ba ğlı törəmə tələb olan mənəvi ziyan tələbindən ibarət olmuşdur. Beləliklə, iddia tələbinin əsasını müstəqil olaraq dəymiş ziyan yox, məhz müqavilə öhdəliklərinin icrası təşkil edir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarını və İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsini tətbiq etməsi tamamilə əsassız olmuş, məhkəmə istinad olunan qərarı və qanunvericilik normasını düzgün tətbiq etməmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində Cavabdeh3in inzibati orqan kimi inzibati aktları nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş ziyanın mübahisələndirilməsindən gedir. Lakin hazırki vəziyyətdə iddia tələbinin əsasını Cavabdeh3in məhz mülki hüquq subyekti kimi öhdəli klərini icra etməməsindən irəli gələn ziyan və öhdəliklərini icra etməməsi faktı, yəni vətəndaşa məxsus daşınmaz əmlakı müvafiq layihə çərçivəsində kompensasiya etməsi öhdəliyinin icra etməməsi təşkil edir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1420/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-889/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
43. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli i lə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
44. Hazırki mübahisə Cavabdeh3 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh2 MMC (“Podratçı”) və iddiaçı (“Zəmanətalan”) arasında xx.xx.2014-cü il tarixində bağlanmış 31/89 nömrəli zəmanət müqaviləsi əsasında həmin müqavilə münasibətlərindən yaranıb. İddiaçı tələbində Cavabdeh3ə qarşı iddiasını həmin orqanın müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. Başqa sözlə, iddia inzibati orqan olan Cavabdeh3 qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi, eləcə də inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi barədə deyil, müqavilə öhdəliklərinin yerinə yetirilmə(mə)si ilə bağlıdır.
45. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının Cavabdeh3ə qarşı pul tələbi iddiasının əsasında həmin orqanın hər hansı inzibati aktı, hərəkət və ya hərəkətsizliyi durmur. Tələbin əsasını Cavabdeh3in də tərəf olduğu müqavilə öhdəliklərinin yerinə yetirilməsi təşkil edir. Bu isə o deməkdir ki, Cavabdeh3ə qarşı olan hazırki iddia tələbi İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinini təsiri altına düşmür. Bu baxımdan, iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi düzgün olmamşdır.
46. Həmçinin müəyyən edilib ki, iddiaçı eyni məsələ ilə bağlı Cavabdeh3ə qarşı (Cavabdeh2 MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2-1(112)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
47. Həmin iş üzrə iddianın mümkün sayılmamasının əsası kimi də ona istinad edilib ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yeni tikiləcək binada iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsi Podratçı "xxxx" MMC-nin öhdəliyidir. Buna görə də, həmin sahənin verilməsi ilə bağlı müqavilənin icrasına öhdəliyi Bakı şəhəri Cavabdeh3 daşımır.
48. Qeyd edilən qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)2427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılm ışdır.
49. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan iş üzrə də məhkəmələr iddianı Bakı şəhər Cavabdeh3ı qarşı mümkün saymayarkən, tərəflər arasında bağlanmış müqaviləyə əsaslanaraq həmin müqavilə üzrə İcra Hakimiyyətinin öhdəlik daşımamasını qeyd etmişlər.
50. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlib ki, apellyasiya instansiya məhkəməsinin İnzibati Prosessual Məcəllənin 2.2.7-ci və MPM-in 261.0.1-ci maddələrinə əsasən iş üzrə icraat xitam verməsi düzgün olmamışdır. Hazırki işin müəyyən edilmiş halları baxımından Bakı şəhər Cavabdeh3ə qarşı iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Apellyasiya məhkəməsinin cavabdeh Araz-2011 A” MMC-yə qarşı iddia tələbinin qismən təmin olunmasına aid qətnnamədən verilmiş kassasiya şikayəti üzrə icra at Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. Cavabdeh2 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh3 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh2 MMC (“Podratçı”) və İddiaçı (“Zəmanətalan”) arasında bağlanmış 31/89 nömrəli, xx.xx.2014-cü il tarixli zəmanət müqaviləsindən aydın olur ki, müvafiq ərazinin abadlaşdırılması, tkinti işlərinin aparılması tapşırığı üzrə Cavabdeh3 sifarişçi, Cavabdeh2 MMC isə podratçı qismində çıxış etmişdir. MMC podratçı qismində ərazidə sifarişçinin verdiyi tapşırığa uyğun olaraq söküntü, tikinti və abadlıq işləri aparmış, si farişçi isə görülmüş işləri qəbul etmiş, həmin işlərdə hər hansı nöqsan, qüsur və ya layihədən kənaraçıxma ilə bağlı irad, pretenziya bildirməmişdir. Halbuki, sifarişçinin Mülki Məcəllənin 756, 763, 765, 773-cü maddəsinə müvafiq olaraq işin nəticəsini qəbul etməmək və ya qüsurların aradan qaldırılmasını tələb etmək hüququ olmuşdur. Həmçinin, Cavabdeh3in Sabir Rüstəmova (iddiaçının atasına) ünvanladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktublarda qeyd olunmuşdur ki, sonradan layihə sənədlərində müvafiq dəyişikliklər aparılaraq yeraltı mərtəbə sahəsi ləğv edilmiş və məhz bu səbəbdən İddiaçı yeni sahə ayrılması mümkün olmamışdır. Dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərcləri hesabına Rayon İcra Hakimiyyətinə bu kimi məqsədl ərlə əlavə vəsait ayrılacağı təqdirdə həmin şəxsə kompensasiya ayrılması məsələsinə baxılıb həllinə köməklik göstərilə bilər. Göründüyü kimi, sifarişçi Cavabdeh3 podratın nəticələri üzrə aparılmış söküntü işlərinin özünün risk dairəsində olduğunu qəbul etmiş, vətəndaşın müraciəti əsasında podratçıya hər hansı irad və ya pretenziya bildirməmiş, əksinə sifariş nəticəsində yerinə yetirilmiş tapşırığın, görülmüş işlərin doğurduğu nəticələrin hüquqi tərəf müqabilinin məhz özü olduğunu qəbul etmişdir. Belə olan halda podratçının sifarişçi tərəfindən bəyənilmiş, qəbul edilmiş və hər hansı nöqsan müəyyən edilməmiş işlərinə görə podratçının maddi məsuliyyətə cəlb edilməsi tamamilə əsassızdır.
53. Cavabdeh2 MMC-nin əməlində hər hansı hüquqa zidd element və ya təqsir mövcud olmamış, MMC bütün işlər i məhz sifarişçi Cavabdeh3in sifarişi, tender şərtləri və layihə çərçivəsində aparmışdır. Bununla yanaşı, Mülki Məcəllənin 1097.5-ci maddəsində müəyyən edilmişdir ki, zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa onun əvəzini ödəməkdən imtina edilə bilər. Belə ki, digər Cavabdeh3ə münasibətdə, iddiaçıya məxsus qarajın söküntüsü, yuxarıda qeyd olunduğu kimi yerli icra hakimiyyəti orqanının sifarişi, onunla bağlanmış müqavilə və təsdiqlənmiş layihə çərçivəsində aparılmışdır. İddiaçıya münasibətdə isə Cavabdeh3 Başçısının xx.xx.2007-ci il tarixli, 619 nömrəli sərəncamından görünür ki, sərəncam ilə həmçinin qərara alınmışdır ki, vətəndaş İddiaçı xəbərdarlıq edilsin ki, tikinti və abadlıq işləri ilə bağlı lazım gəldikdə qaraj sökülə bilər. Beləliklə, iddiaçıya tikinti və abadlıq işlər i ilə bağlı lazım gəldikdə ona verilmiş qarajın sökülməsi ehtimalı qabacaqdan məlum olmuş və məhz həmin qaraj ona belə şərtlə verilmişdir. İddiaçı isə istinad olunan sərəncamın qeyd olunan hissəsi ilə razılaşmış və onu heç vaxt mübahisələndirməmişdir. Beləliklə, iddiaçı hələ 2007-ci ildə ona verilmiş qarajın nə vaxtsa söküləcəyi ehtimalı ilə razılaşmışdır. Belə olan halda, həmin söküntü işlərini şərti olaraq dəymiş zərər kimi qəbul etsək belə, yenə də bu söküntü məhz iddiaçının özünün hələ 2007-ci ildə razılaşdığı ehtimal və şərt əsasında baş verdiyindən onun sonradan iddiaçı tərəfindən mübahisələndirilməsi vicdanlılıq prinsipinə ziddir.
54. Məhkəmə tərəfindən "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 nömrəli qiymətləndirmə rəyi sübut kimi qəbul edilmiş, məhkəmə tərəfindən həmin rəyə tənq idi yanaşılmamış, qabaqcadan hüquqi əhəmiyyətli fakt kimi qəbul edilmişdir. Halbuki, iş üzrə tədqiqat obyekti olan əmlak yerində saxlanılmadığı və mövcud olmadığı halda onun həmin MMC tərəfindən qiymətinin müəyyən edilməsi həm nəzəri, həm də praktiki cəhətdən mümkün deyil. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 1.1.4-cü maddəsindən aydın olur ki, qiymətləndirmə obyekti mövcud olan hər cür əmlak ola bilər. Mövcud olmayan əmlak qiymətləndirmə fəaliyyətinin obyekti ola bilməz. Təsadüfi deyildir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-491/2024 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tədqiq olunan obyektə baxış keçirilmiş, lakin iş üzrə tədqiq at obyekti yerində saxlanılmadığından, eyni zamanda ilkin vəziyyətinə dair hər hansı məlumat olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü tarixli, 0135 nömrəli qiymətləndirmə rəyindən görünür ki, qiymətləndirmə aparmış ekspertə müəssisə rəhbərliyi tərəfindən bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməmiş, ekspertdən iltizam alınmamışdır. Belə olan halda həmin rəyin mötəbərliyi və əsaslılığı həm də prosessual baxımdan şübhə doğurur.
55. İddiaçının onun üçün gözlənilən olan qarajın söküntü işləri ilə bağlı hər hansı mənəvi iztirab və s. keçirməsi, MMC-nin podrat müqaviləsi üzrə sifarişçinin tapşırıqla rını yerinə yetirməsi arasında səbəbli əlaqə, habelə MMC-nin təqsiri müəyyyən olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
57. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
59. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habe lə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
61. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
62. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
63. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
64. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
65. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
66. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
67. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
68. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışını n predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
79. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələr i ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
80. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
81. İşdən göründüyü kimi iddiaçının cavabdeh Bakı şəhəri Cavabdeh3ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair hissədə iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-889/2025 saylı, 03 mart 2025-ci il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1420/ 2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və işin sonrakı prosessual hərəkətlərinin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
82. İşin bu vəziyyətində, iddia tələbinin Bakı şəhəri Cavabdeh3ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair hissəsinə Cavabdeh2 MMC-yə qarşı hissədən ayrılıqda baxılmasının mümkünlüyü, başqa sözlə "xxxx" MMC-yə qarşı hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni qüvvədə qaldığı halda Cavabdeh3ə qarşı iddia üzrə icraatın davam etdirilməsinin yolverilənliyi barədə məsələyə aydınlıq gətirilməlidir.
83. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Cavabdeh3ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi üzrə icraatın davam etdirilməsi mümkündür və bu hissədə işə yenidən baxan məhkəmə, iddia t ələbi üzrə zərərin Cavabdeh3dən də tutulmalı olduğu nəticəyə gələrsə, qəbul edəcək qətnamədə pulun müştərək qaydada tutulmalı olduğu barədə bənd əlavə edə bilər.
84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
85. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götü rmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
87. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 mart 2025-ci il tarixli, 2(103)889/2025 saylı qətnaməsi dəyişdirilməd