Məhkəmə qərarları › İş №2(102)-2664/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2664/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2664/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: İddiaçı İlk iddia üzrə cavabdeh: Cavabdeh İlk iddia üzrə iddia tələbi: mənzilin boşaldılaraq istifadəyə verilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia üzrə iddia tələbi: mülkiyyət hüququnun müəyyən olunması Açar sözlər: qarşılıqlı öhdəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili X8, Cavabdeh, vəkili və nümayə ndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Qanun üzrə vərəsəlik hüququ 25.01.2017-ci il tarixli haqqında şəhadətnaməyə əsasən, İddiaçı 21.06.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsidir. Miras əmlak ünvan 1 ünvanında yerləşən “xxxx” MTK-da mərhum X3 məxsus paydan ibarətdir. İddiaçı tərəfindən 05.11.2018-ci il tarixdə Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mərtəbəli binada 100A nömrəli mənzilin 3 gün müddətinə boşaldılaraq onun istifadəsinə verilməsi barədə müvafiq tədbirlər görülməsi, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işdə olan 25.02.2005-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, fiziki şəxs X6 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 165 kv.m olan 100 nömrəli mənzili izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi Cavabdeh verməyi, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri olan 57.750 ABŞ dolları pulu (manat ekvivalenti ilə) ödəməyi öhdələrinə götürmüşdülər. “xxxx” MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 5-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 140,8 kv.m, yaşayış sahəsi 84,9 kv.m olan 4 otaqlı 100 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir və sonuncunun “xxxx” MTKya borcu yoxdur. Eyni zamanda, həmin binanın 100A nömrəli mənzili də Cavabdeh sahibliyindədir. “xxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş 17.11.2014-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, 100A nömrəli mənzil (mansard) Cavabdeh məxsusdur və qeydiyyatda heç kim yoxdur. Fiziki şəxs X6 bağlanmış 10.10.2003-cü il tarixli, 048 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 165 kv.m olan 100A nömrəli mənzili X7 verməyi, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri o lan 37950 ABŞ dolları ödəməyi öhdələrinə götürmüşdülər. “X16” tərəfindən 19.06.2017-ci il tarixdə verilmiş və İddiaçı tərəfinən imza və möhürlə təsdiqlənmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən “X16” yaşayış binası X3 məxsusdur. Bu binanın 5-ci giriş, 11-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqlı 100A saylı mənzilin pay dəyəri payçı X9 tərəfindən tam ödənilmiş və sonuncunun “X16”ə borcu yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2018-ci il tarixli, 2(005)146/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Cavabdeh cəlb edilməklə, mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, X9 ilə X6 arasında bağlanmış 10.10.2003-cü il tarixli, 048 nömrəli müqavilənin etibarlı olmaması nəticəsinə gəlinmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2018-ci il tarixli, 2(005)146/2018 nömrəli xüsusi qərardadından görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Cavabdeh cəlb edilməklə, evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiaçı X4 hərəkətlərində cinayət tərkibinin olub-olmamasının və həmin şəxsin məsuliyyətə cəlb olunması məqsədilə iş üzrə xüsusi qərardadın çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin baş müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş 19.12.2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla İddiaçı əməlində hər hansı bir cinayətin, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci mad dəsinin tərkibi olmadığından 03.05.2018-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, X9 və İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilən 10 saylı, çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbədə 4 otaqdan ibarət 165 kv.m sahəsi olan 100A saylı mənzilin və həmin evin üst mərtəbəsində yerləşən mansardın zəbt edilməsi sübuta yetirilmədiyindən işin həmin hissəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi,həmçinin Bakı şəhəri, Nərima nov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilən 10 saylı, çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbədə 4 otaqdan ibarət 165 kv.m sahəsi olan 100A saylı mənzil və həmin evin üst mərtəbəsində yerləşən mansardla bağlı Cavabdeh, X9 və İddiaçı arasında baş vermiş mübahisənin mülki xarakterli olduğundan həmin məsələnin həlli ilə bağlı məhkəməyə mülki iddia qaydasında müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, hazırki mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, 100A saylı mansardla bağlı yaranmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası X1 vərəsəsi olduğunu əsas gətirərək həmin mansardın onun i stifadəsinə verilməsini tələb edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə həmin ünvanda 100 saylı mənzilə və 100A saylı mansarda dair onunla “xxxx” MTK arasında müqavilənin bağlanmasını, həmçinin göstərilən əmlakların dəyərinin onun tərəfindən ödənilməsini əsas gətirərək həmin müqavilənin, əmlakların dəyərinin ödənilməsi faktının, həmçinin mübahisəli əmlakın onun sahibliyində və istifadəsində olması faktının təsdiq edilməsini tələb edir. İddiaçı həmin mansarda dair X9 ilə aralarında müqavilə bağlanmasını əsas gətirsə də, həmin məsələyə dair müvafiq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və onlar arasında bağlanmış müqavilənin etibarsız olması qənaətinə gəlinmişdir. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin boşaldılaraq onun əməli istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı ümumi sahəsi 168 kv.m olan 4 otaqlı, 100 A saylı mənzilin pay qismində əvəzli qaydada ona verilməsinə dair onunla X6 arasında 25.02.2005- ci il tarixli müqavilənin bağlanması və mənzilin dəyərinin tam məbləğdə ödənilməsi faktının təsdiq edilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzilə dair bağlanmış 25.02.2005-ci il tarixli müqavilənin ona qaytarılması vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2020 saylı iş üzrə 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Ələkbərov) ilk və qarşılıqlı iddia rədd edilmişd ir. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Qarşılıqlı iddia hissəsində qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı həmin əmlakın dəyərinin Cavabdeh tərəfindən ödənilməsi, həmin əmlakın onun qanuni sahibliyində və istifadəsində olmasına dair müvafiq müqavilənin bağlanması faktı müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atası X6 (21.06.2016-cı il tarixdə vəfat etmişdir) tərəfindən Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh atası tərəfindən inşa edilmiş Bakı şəhəri Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mər təbəli binada 100 saylı mənzildə yaşayır. Həmçinin, cavabdeh həmin binada yaşadığı mənzillə qonşu olan 100A saylı mənzili isə özbaşına olaraq zəbt etmişdir. Eyni zamanda, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun olmaması barədə nəticəyə gəlmiş məhkəmə həmin yaşayış binasının onun mərhum atası tərəfindən inşa edilməsini nəzərə almamışdır. Bundan başqa cavabdehin qarşılıqlı iddia tələbi ilə bağlı 17.11.2014-cü il tarixli, 103 saylı arayış onun mərhum atası Ş.Hüseynov həbsdə olarkən qohumları Ə.Bayramov tərəfindən Cavabdeh şifahi sözləri əsasında 100 saylı mənzilə münasibətdə verilmişdir. Cavabdehin 100A saylı mənzilə heç bir aidiyyəti yoxdur. Həmin arayış cavabdehə verilərəkən o, heç bir yazılı sənəd təqdim etməmişdir. Bu səbəbdən, qətnamənin qismən, ilkin iddia tələbini n təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etməkdə haqlı olsa da, qarşılıqlı iddia tələbi ilə bağlı kifayət qədər mötəbər sübutların təqdim edilməməsinə əsaslanmaqla qarşılıqlı iddia tələbini təmin etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin mənzilin ona məxsus olması ilə bağlı kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin mənzilə dair mərhum xxxx Hüseynovla 25.02.2005-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış, həmin vaxt mənzilin dəyərini 1 kv.m 175 ABŞ dolları olmaqla cəmi 28875 ABŞ dollarını tam ödəmiş, o vaxtdan da həmin mənzildə yaşa mışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7085/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov, A.V.Tanrıverdiyev, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən -qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, 100 A nömrəli mansard tipli mənzilə dair Cavabdeh sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X1 varisi kimi İddiaçı üzərinə qoyulması qət edilmişdir. Qətnamə onunla əsasl andıriılmışdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video ya zıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2) Cavabdeh öz iddia tələbi ilə bağlı “xxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş 17.11.2014-cü il tarixli, 103 nömrəli arayışı, həmin mənzil üçün mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzlərini və şahid ifadələrini təqdim etmişdir. “xxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş 17.11.2014-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, 100A nömrəli mansard Cavabdeh məxsusdur və qeydiyyatda heç kim yoxdur. Birinci instasnsiya məhkəməsi həmin arayışa dair qeyd etmişdir ki, həmin sənəd Cavabdeh mübahisəli əmlaka dair qanuni sahiblik, istifadə hüquqlarının müəyyən edilməsi üçün əsas ola bilməz. A pellyasiya məhkəməsi isə bununla razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı öz iddia tələbi ilə bağlı qeyd edilən arayışla yanaşı sübut kimi şahid ifadələrini və mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzlərini də təqdim etmişdir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən arayışla yanaşı sübut kimi təqdim edilən şahid ifadələri və mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzləri kifayət qədər əsaslı sübut olmaqla yanaşı təkzibedilməzliklə bağlı tələblərə cavab verdiyi üçün arayışın həqiqiliyi şübhə doğurmur. Bundan əlavə, idd iaçı öz apellyasiya şikayətində göstərmişdir ki, həmin arayışın atası xxxx Hüseynov həbsdə olarkən qohumları Ə.Bayramov tərəfindən Cavabdeh şifahi sözləri əsasında 100 saylı mənzilə münasibətdə verilmişdir. Cavabdehin 100A saylı mənzilə heç bir aidiyyəti yoxdur. Həmin arayış cavabdehə verilərəkən o, heç bir yazılı sənəd təqdim etməmişdir. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili ilə bağlı heç bir əsaslı sübut təqdim etmədiyindən onun bu dəlili tamamilə əsassızdır. Müəyyən edilir ki, Cavabdeh mənzilin qanuni sahibi və istifadəçisidir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 10, 100A nömrəl i mansard tipli mənzili həmin binanın tikintisini həyata keçirən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan xxxx Hüseynovdan 22.02.2005-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq əldə etmiş, mənzilin dəyərini tam ödəmiş, mənzili təmir etdikdən sonra həmin mənzilə köçərək orada yaşamış, mənzil-kommunal xərcləri (işıq, qaz və sair) ödəmiş, həmin mənzilə dair bağlanmış müqavilə və maliyyə arayışı orderin verilməsi bəhanəsi ilə Cavabdeh alınaraq geri qaytarılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Hazırkı halda qarşılıqlı iddia tələbinin əsaslı olması və təmin edilməsi iddiaçının apellyasiya şikayətin in təmin edilməsini istisna edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İlk iddia üzrə cavabdeh tərəfindən həmin mənzilin ona məxsus olması ilə bağlı məhkəməyə təqdim etdiyi sənədlər qarşılıqlı iddia ərizəsinin təmin olunması üçün sübut hesab edi lə bilməz. Belə ki, həmin sənədlər müxtəlif vaxtlarda Cavabdeh tərəfindən özünün yaşadığı 100 saylı mənzilə dair hüququndan istifadə edilərək müxtəlif üsullarla əldə olunmuşdur. Məhkəmə sübutları tədqiq edərkən ilk iddia üzrə cavabdehin mənzil üzərində sübyektiv hüququnu müəyyən edən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin və maliyyə arayışının olmamasını nəzərə almalı idi. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh, vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əld ə edirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsnə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar