Məhkəmə qərarları › İş №2(102)-2664/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2664/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2664/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tapşırıq müqaviləsi, pul tələbi) 10.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1943/2025 nömrəli 12 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır.

2. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən o, qohumu Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Daha sonra Eyvaz ona zəng edərək göndərdiyi 93000 manata 2 (iki) ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısa müddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Eyvaza zən g edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Eyvazdan tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır.

3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Qafar ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Qafarın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Qafar ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Qafarın həyat yoldaşı Salahova Çinarəyə vermişdir. O, İddiaçı yalnız 42000 manat pul almışdır, həmin pulu da Qafarın həyat yoldaşı Çinarə xanıma vermişdir. bundan əlavə aralarında pul məsələsi olmamışdır.

4. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, həyat yoldaşı Cavabdeh və İddiaçı arasında olan d anışıqlara qarışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Qafar onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Eyvazla bankdan götürdükdən sonra Eyvaza təhvil vermişdir.

5. Əsgərov Hicran Xeybər oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, Cavabdeh onun qonşusudur. İddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Eyvaza təhvil vermişdir.

6. İddiaçı ilə nikahda olan X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, 2014-c ü ildə İddiaçı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Qafar RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 (bir) il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Qafarın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Qafarın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Qafar onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Qafar pulu göndərən kimi ona zəng edərək hansı məblə ğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Eyvaz da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Qafar orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Qafarın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Qafar Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Qafar iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparm ışdır. Qafarın göndərdiyi bütün pulları Eyvaz ona gətirib çatdırmış və sonra həmin pulları Qafar ondan almışdır. Qafar Azərbaycana gəldikdə Eyvazın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Qafarla mübahisə etmiş, Qafar onu döymüş və demişdir ki, Eyvazın da, onun da başına oyun açacaq.

7. Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovniki A.Mahmudovun xx.xx.2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, İddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İ ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 ABŞ dolları və 50.500 manat olmaqla, ümumilikdə 93.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. İddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Eyvazla məsləhətləşən zaman Eyvaz əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. İddiaçı Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəkilində vermişdir. İddiaçı həmin pulun bir hissəsini Eyvazın həyat yoldaşı X6 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsi ilə Cavabdeh göndərmişdir. X5 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq Cavabdeh verdiklərini bildirmişlər. Eyvaz iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evl əri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Eyvaz iddiaçıya zəng edərək bildirmişdir ki, iddiaçının göndərdiyi 93000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməm iş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İzahatında Cavabdeh qeyd etmişdir ki, guya İddiaçı ona hissə-hissə olmaqla ümumilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, Cavabdeh həyat yoldaşı X6 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu izahat verərək bildirmişlər ki, İddiaçı X5 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 AB Ş dolları məbləğində pulu Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X4 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, ev 22, mənzil 15 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018-ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır.

10. Cavabdeh iddiaya etirazında qeyd edilir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, a ralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı Çinarəyə verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı Çinarəyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh hal-hazırda İddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı tərəf cavabdehin 42000 manatla bağlı poli s orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələnd ə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab etmişdir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşı, cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə X15 ilə ailə qurmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına getmişlər, orada 3 övladları dünyaya gəlmişdir. Qafar Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin ata-anasına, bacısına xəbər vermədən özünə ev almaq məqsədilə Cavabdeh 2017ci ildən etibarən hissə-hissə olmaqla 93000 manat məbləğində pul göndərmişdir. X33 etibarından sui-istifadə edərək biri öz adına, digəri həyat yoldaşı X4 adına olmaqla iki ev almışdır. O, atası və anası bu hadisədən sonradan xəbər tutmuşlar. Hətta atası Eyvaza təşəkkür etmişdir. X2 3 uşağı ilə birlikdə həmin evdə yaşamağa başlamış, qardaşı Qafar isə işlə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. Qafar Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə pul göndərməyə davam etmiş və Eyvaz 2022-ci ildə ikinci evi almışdır. Hətta Eyvaz həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3000 manat da almışdır. Amma sonradan kirayə pulunu Qafara göndərməmişdir. 2022-ci il mart ayında Qafar gələndə Eyvaz evl ərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Qafar həmin evlərin satılıb 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Buna əməl etmədiyi üçün o, atası, anası və Qafar Eyvazın evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, Eyvaz onları 102 qaynar xəttinə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə Eyvazın evini tərk etmişlər. Qafar atasına Eyvazdan borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Hesab etmişdir ki, qardaşı Qafar böyük səhv etmiş, Eyvaza həddən artıq etibar etmiş, öz yaxınlarına belə demədən ona ev alması üçün pul göndərmişdir. Hətta uşaqlarını bağçaya aparıb-gətirməyi belə Eyvaza etibar etmişdir. Bu məqsədlə Eyvazın avtomobil alması üçün ona 30 00 manat kömək etmişdir. Bir müddət sonra qardaşı X31 arasında münasibət yaranmasından şübhə etmiş və bundan sonra Eyvazdan evlərin sənədlərini, pulunu tələb etməyə başlamışdır. Eyvaz ikinci evi satmış, lakin Qafarın pulunu yenə də qaytarmamışdır. Pulların Qafar tərəfindən Eyvaza göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin Eyvaza verilməsinə tam əmindir. Hesab etmişdir ki, həmin 93000 manat pul Eyvazdan alınaraq Qafara verilməlidir.

12. Şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, iddiaçı onun oğlu, cavabdeh isə bibisi oğludur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Oğlu Rusiyada yaşayır, oğlunun hissə-hissə olmaqla 93000 manat pulu Eyvaza göndərdiyini və Eyvazın onun üçün iki ev aldığını 2022-ci ildə öyrənmişdir. Hətta bunu eşidəndən sonra Eyv aza təşəkkür etmişdir. Bir müddət sonra Qafar televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi Eyvazın özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün Qafar evlərin satılaraq verdiyi 93000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Hətta o, qızı, yoldaşı və Qafarla birgə Eyvazın evinə getmişlər. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və Eyvaz polisə zəng edəcəyi ilə hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün Qafar pulu Eyvaza onun iştirakı ilə verməmişdir. Qafarın evləri almasından 2022-ci ildə xəbərdar olmuşdur. Oğlu Qafarın dediyinə görə, oğlu ona sürpriz etmək istəmişdir.

13. Şahid qismində dindirilmiş X16 ifadə verərək bildirmişdir ki, idd iaçının ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur, Eyvazı isə onların xeyir-şər məclislərində görmüş, şəxsən bir dəfə toyda üz-üzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini Mirvariyə bildirmişdir. Mirvari isə qardaşı Qafarın ev satdığını demiş və məlumat üçün Qafarın telefon nömrəsini ona vermişdir. Qafarla telefon danışığı zamanı Qafar Eyvaza müraciət etməsini məsləhət görmüşdür. Eyvaza zəng edib evin qiymətinin 50000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin Qafara məxsus olduğunu, qiyməti də onun müəyyən etdiyini demişdir. Növbəti gün Eyvaza telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, Qafar ilə Eyvaz arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə Qafarla telefon danışıqları zamanı Qafar ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir.

14. Şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu ifadə verərək bildirmişdir ki, cavabdeh onun qonşusudur, iddiaçı isə cavabdehə görə tanımışdır. O, Eyvazla Qafarı bir dəfə öz maşını ilə Şirvan şəhərinə aparmışdır. Onlar arasında münasibətlər yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Eyvaz Rusiyada rus rublunun inflyasiyası səbəbindən Qafarın pul göndərəcəyini bildirmişdir. Eyvaz pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bilmirdi deyə, Qafar 27 və 29 dekabr 2021-ci il tarixlərində hissəhissə olm aqla ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu onun adına göndərmişdir. O, həmin pulu Eyvaza təhvil vermişdir. Eyvaz isə həmin pulu Qafarın ailəsinə, yəni həyat yoldaşına çatdıracağını bildirmişdir.

15. Şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. 2014-cü ildə ailə qurduqdan sonra Rusiyaya köçüb orada yaşamışlar. 2021-ci ilin avqust ayında Qafar onu və uşaqları Azərbaycana göndərmişdir. Qafarın Bakıda ev almaq fikri var idi, uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən Qafar telefonla ona Eyvaz əmi vasitəsilə pul göndərəcəyini demişdi. Onun uşağı həmin vaxt balaca olduğu üçün Qafar pulu Eyvaz əmiyə göndərir, Eyvaz əmi isə pulu qəbzləri ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər hal-hazırda ondadır və q əbzləri məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci ildə 10000 dollar, xx.xx.2021-ci ildə 9990 dollar, xx.xx.2022-ci ildə 5000 dollar pulu Qafar Eyvaz əmiyə göndərmiş, Eyvaz əmi də ona təhvil vermişdir. Bunlardan başqa Qafar tərəfindən Eyvaz əmiyə hər hansı pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana gələn Qafar ondan 37000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği Eyvaz əmiyə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. Qafarın əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzyiqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023-cü ildə Qafar onlara bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər Qafar 2018-ci ildə Eyvazın vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra Eyvaza məxsus evdə kirayədə yaşamışdır. Qafarla Eyvazın münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi zəmində mübahisədir. Belə ki, Qafar onunla nikahı pozulmadan Eyvazın qohumu olan qadınla ailə qurmaq istəyirdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda ünvan 1 ünvanında ye rləşən, Eyvazın ailəsinə məxsus evdə kirayədə yaşayır. Qafarın Eyvaza ev almaq məqsədilə guya 93000 manat pul göndərməsi və həmin pula Eyvaz tərəfindən ev alınması həqiqətə uyğun deyildir.

16. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(002)716/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim-Fuad Hüseynov)

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlu və X6 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı Ç.Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid H.Əsgərovun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid Ç.Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid M.Miriyevin, bacısı şahid M.Miriyevanın, ailə dostu Ş.Hüseynovanın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğini n verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27 məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı Ç.Salahovanın ifadəs i ilə təkzib olunur. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.6, 385.1, 394-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı işə baxmış birinci instansiya məhkəməsinə bildirmişdir ki, onun anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə diski sübut kimi qəbul etməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)-4256/2024 nömrəli qət naməsi ilə (hakimlər: Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçının cavabdehə Rusiya Federasiyasından “Zolotaya korona” və “Contact” pul köçürmə sistemləri ilə Hicran Əsgərov və Sevinc Mustafayeva vasitəsilə 42.000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının arvadı Çinarə Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid Hicran Əsgərovun ifadəsi, habelə iddiaçının arvadı olan şahid Çinarə Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır.

23. İddia tələbinin 51.000 manata dair hissəsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının atası Mirbaba Miriyev, bacısı Mirvari Miriyeva, ailə dostu Şölə Hüseynovanın şahid ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin veri lməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür.

24. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 məktubları, eyni zamanda iddiaçının arvadı Çinarə Salahovanın ifadəsi ilə təkzib olunur.

25. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır.

26. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, onun (hazırda mərhum) anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski Rayon Məhkəməsinə təqdim etsə də, birinci instansiya məhkəməsi diski sübut kimi qəbul etməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, qeyd edilən disk apellyasiya baxışı zamanı məhkəmə tərəfi ndən dinlənilmiş və bu zaman müəyyən edilmişdir ki, həmin danışıq MPM-in 95.2-ci maddəsinin tələbi pozulmaqla yazılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin diski sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 324, 385, 386, 394, Mülki Prosessul Məcəlləsinin 14.2, 77.1, 95-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. İddiaçı qeyd etmişdir ki, cavabdehə inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə cavabdehə 93.000 manat pul göndərmişdir. Həmin 93.000 manatı bir hissəsini 25.000 ABŞ dolları və bir hissəsini isə 50.500 manat şəkilində vermişdir. Cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 11-cü Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və cavabdeh 93.000 manatdan iddiaçıya 42.000 manat borclu olduğunu izahatında etiraf etmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısında cavabdeh ona ev almaq üçün iddiaçı tərəfindən 40.000 manatdan çox pul verildiyini etiraf etdiyi halda məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş, səs yazısının kimə məxsus olduğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməmişdir. Məhkəmə şahid ifadələrinə d üzgün qiymət verməmiş, MPM-nin 88-ci maddəsinin pozuntusuna yol vermişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-102/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)4256/2024 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apelyasiya baxışına qaytarılmışdır. (X3 (məruzəçi), X32 və X18 ibarət tərkibdə)

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyinə mübahisəyə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq v erildiyini və bu tapşırıqla bağlı 42.000 manat məbləğində pul göndərildiyini qəbul etdiyindən MPM-nin 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır. İşdən görünür ki, tərəflər arasındakı mübahisəli məsələ verilmiş tapşırığın məzmunu ilə bağlıdır. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının həyat yoldaşına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısı təqdim etmişdir.

32. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPMnin 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildir işlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid Ç.Salahovanın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olubolmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021ci ildən pozulmasının şahidin özünün Qaradağ RPİ TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə t əsdiq edildiyini, 2023-cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.2, 778.3, 779.1; Mülki Prosessual Məcəlləsi 14.2, 76.1, 76.2, 77.1, 88, 95.2, 106.3, 194.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandır mışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verərək iddiaçının cavabdehə onun üçün 2 ev alması məqsədilə hissə-hissə 93000 manat pul verdiyini, həmin pulun bir qismini əlbəəl, bir qismini isə müxtəlif şəxslərin adına göndərməklə verdiyini bildirmiş, cavabdehin 42000 manat pulu aldığını Polis Bölməsində izahatında etiraf etdiyini, Eyvazın həmin pulu kimə verməsinin iddiaçıya aidiyyətinin olmadığını, pulu Eyvaza verdiyindən Eyvazdan tələb etdiyini qeyd etmiş, qeyd edilənlərə əsasən iddia tələbinin əsaslı olduğunu bildirmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştira k edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz etmiş və cavabdehin iddiaçıdan 42000 manat pul aldığını, lakin həmin pul ev almaq məqsədi ilə deyil, iddiaçının keçmiş həyat yoldaşı Çinarə Salahovaya vermək məqsədi ilə göndərildiyini və cavabdehin də həmin pulları qəbzləri ilə birlikdə Çinarə Salahovaya təqdim etdiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehə 93000 manat pul verdiyini qeyd etsə də, pulu nə vaxt, hansı vasitələrlə verdiyini sübut edəcək dəlillər təqdim edə bilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin adına hər hansı mənzilin qeydiyyata alınmadığının, onun həyata yoldaşının adına olan mənzilin isə 2018-ci ildə qeydiyyata alındığını, iddiaçının isə pulu 2021-ci ildə verdiyini bildirdiyini qeyd etmişdir. Qeyd edil ənlərə əsasən, apellyasiya şikayətini əsassız hesab etdiyini və təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X13 pulun verilməsində və alınmasına şəxsən iştirak etmədiyini bildirmiş, lakin pulun cavabdehə ev almaq məqsədilə verildiyini, cavabdeh tərəfindən iki ev alındığını, həmin evlərdən birində hal-hazırda Çinarə Salahovanın yaşadığını qeyd etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X15 iddiaçı tərəfindən 42.000 manat pulun 27 dekabr 2021, 29 dekabr 2021 və 07 yanvar 2022-ci il tarixlərində üç dəfəyə cavabdehə göndərildiyini, cavabdeh isə həmin pulları gətirib ona verdiyini qeyd etmiş, həmin puldan özünün 5000 manatı xərclədiyini, 2022-ci ilin sentyabr ayında Qafarın Azərbaycana gəldiyini, dava salaraq ondan pulları istədiyini, Qafarın həmin pula ev alacağını inandığından qalan pulu Qafara verdiyini, daha sonra isə Qafarın zəng vuraraq həmin pula bacısının adına ev aldığını dediyini bildirmişdir.

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (X1 (sədrliyi və məruzəsi ilə), X28 və X10 ibarət tərkibdə) 12 may 2025-ci il tarixli, 2(103)-1943/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-716/2024 saylı işi üzrə 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Lakin iddiaçı tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının arvadına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. Tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmiş, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X8 etirafı ilə öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1943/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti, iddia ərizəsi, apellyasiya şikayəti və kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində izahatı alınmış və cavab deh 93.000 manatdan iddiaçıya 42.000 manat borclu olduğunu izahatında etiraf etmişdir. Lakin işə baxan məhkəmə bunu nəzərə almadan qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 324.6.Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

46. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aş ağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

48. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

49. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbu l etməsindən sonra qüvvəyə minir. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir

50. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

51. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üç ün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

52. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qət namə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrarən baxılarkən kassasiya məhkəməsinin əvvəlki icraatı nəticəsində verilmiş göstərişlər icra edilməmiş, qətnamə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

62. Belə ki, iddiaçı cavabdehə tapşırıq verdiyini, tapşırığa əsasən onun icrası üçün 93.000 manat pul göndərdiyini, cavabdeh tərəfindən pul qəbul olunsa da tapşırığın icra edilmədiyini, göndərilmiş pul məbləğinə cavabdehin özünə mənzillər aldığ ını, hazırda isə mənzilləri və ya pulu ona qaytarmaqdan imtina etdiyini göstərir.

63. Cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42.000 manat məbləğində göndərilmiş pulu qəbul etdiyini, həmin pul məbləğinin iddiaçının həyat yoldaşına təhvil verdiyini, onun iddiaçıya hər hansı borcunun olmadığını, iddiaçıya mənzillər alınması ilə bağlı vəzifəsinin olmadığını göstərmişdir.

64. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə iddiaçı Rusiya Federasiyasında olarkən cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlu və həyat yoldaşı X6 vasitəsilə cavabdehə xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 42.000 manat pul göndərmişdir. İddiaçının bu məbləğdən artıq vəsait göndərdiyi cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı bu barədə ya zılı sübutlar təqdim etməmişdir.

65. Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında da göstərmişdir ki, cavabdeh 42.000 manat məğləğində pulun qəbul olunmasını etiraf etdiyindən MPM-nin 106.3-cü maddəsi baxımından iddiaçı bu halı sübut etmək vəzifəsindən azad olunur.

66. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiqi kimi məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısını təqdim etmişdir.

67. Səs yazısının sübut olaraq qəbul edilməli olmamasına dair birinci apellyasiya icraatında məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPM-nin 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başq a şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz.

68. Məhkəmə iddiaçının təqdim etdiyi şahidlərin (atası M.Miriyev, bacısı M.Miriyeva, tanışları Ş.Hüseynova) ifadələrini iddiaçı tərəfə yaxın olduqlarından və pul məbləğinin verilməsində bilavasitə iştirak etmədiklərindən mötəbər sübut hesab etməmişdir.

69. Bununla bağlı əvvəlki kassasiya icraatında məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə mü əyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki bəzən tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar (qohumlar) da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər (məsələn, ailə üzvləri, qohumlar və ya yaxın dostlar arasındakı mülki hüquq münasibətlərində, ər-arvad arasındakı əmlak mübahisəsində və sair). Hazırkı halda da tərəflər arasında qohumluq münasibəti olduğundan onlar arasındakı razılaşma ilə bağlı dig ər qohumların məlumatlı olması mümkündür.

70. Həmçinin məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz.

71. Hakimin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı mövqeyi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər. İşə baxmış məhkəmə cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş, Ç.Salahovanın ifadəsini cavabdehin etirazında istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul etmiş və göstərmişdir ki, onun ifadəsi pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə təsdiq edilir.

72. Nəticə olaraq kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Ç.Salahovanın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olub-olmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021-ci ildən pozulmasının şahidin özünün Qaradağ RPİ TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə təsdiq edildiyini, 2023-cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur

73. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı mübahisənin həlli üçün, məhkəmənin vəzifəsi təqdim olunmuş sübutlara kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq qiymətləndirmə aparılmalı olduğu halda belə qiymətləndirmənin aparılması təmin olunmalı idi.

74. Lakin ap ellyasiya məhkəməsi göstərişlərlə bağlı hər hansı araşdırma aparmadan hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmasına, iddiaçının tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməməsinə əsaslanmaqla tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlmişdir. Sonda apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilmişdir ki, onun da icra edildiyi X8 etirafı ilə öz təsdiqini tapmışdır.

75. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısındakı məlumatlar, iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri hazırkı işin halları ilə bağlıdır. Bu yazıdakı məlumatların və şahid ifadələrinin mötəbərliyi isə işdə olan digər sübutların qiymətləndirilməsindən sonra müəyyən oluna bilərdi ki, apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmə aparmamışdır.

76. Göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçının təqdim etdiyi sübutlara qiymət verilmədən iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsini mövqeyinin təkrarən müdafiə olunması əsaslı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MP M-in 217.3, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

77. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 20 11-ci il tarixli Qərarı).

78. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

79. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul e tdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

80. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

81. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

82. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, a raşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2025-ci il tarixli, 2(103)-1943/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar