Məhkəmə qərarları › İş №2(102)-2665/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2665/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2665/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorların nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh7 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-1824/2018, hakim F.V.Abdıyev) İddiaçı-nin Cavabdeh3 XXX oğlu, Cavabdeh4, Cavab deh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh7 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh3 XXX oğlundan 2.000 manat məbləğində pul və 200 manat məbləğində penya, Cavabdeh1 3.000 manat məbləğində pul və 200 manat məbləğində penya, Cavabdeh2 2.000 manat məbləğində pul və 200 manat məbləğində cərimə, X1 3.650 manat məbləğində pul və 200 manat məbləğində cərimə, Cavabdeh7 3.000 manat məbləğində pul və 200 manat məbləğində penyanın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11432/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Cavabdeh1 və Cavabdeh7 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdı r. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh7 verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: “Mətanət-A” şirkəti ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən sonuncu, “Mətanət-A” şirkətinin sifarişi əsasında gips məhsullarının müqavilədə göstərilən parametrlərə uyğun yeni istehsal texnologiyalarını, o cümlədən onların sınaq-stend modullarını hazırlayaraq təhvil verməyi, “Mətanət-A” şirkəti isə yerinə yetirilən işlərin dəyərini bu müqavilədə müəyyən edilmiş qaydada ödənilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin dəyəri 24.000 manat təşkil etmişdir. İddiaçı-nin “xxxx” xx.xx.2014-cü il tarixli əmri ilə MMC-nin analitik ekspertiza qrupunun rəhbəri Cavabdeh4 gips məhsulları i stehsal edən yeni texnologiya layihəsinə 3 ay müddətinə layihə rəhbəri təyin edilməsi, gips məhsulları istehsal edən yeni texnologiya layihəsinə mütəxəssislərin cəlb edilməsi, onlarla “xidmət müqaviləsi”nin bağlanması və bu müqavilələrə İddiaçı-nin səlahiyyətli nümayəndəsi kimi imza etməsi, İddiaçı-nin analitik ekspertiza qrupunun rəhbəri Cavabdeh4 xidməti müqavilə əsasında xidmət göstərən mütəxəssislərin xidməti tapşırıqlarının özü tərəfindən təyin edilməsi, işlərin tam görülməsinə görə məsuliyyət daşıması və işlərin görülməsi barədə hər ay İddiaçı-nin rəhbərliyinə yazılı hesabatın verilməsi, ona 3 ay ərzində bu layihənin idarə edilməsi məqsədi ilə hər aya görə 1.000 manat məbləğində vəsaitin ayrılması əmr edilmişdir. xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə “Mətanət A” şirkəti t ərəfindən "İddiaçı” MMC-yə müvafiq olaraq 8.000 manat və 8.000 manat məbləğində pul ödənilmişdir. Sifarişçi İddiaçı (səlahiyyətli nümayəndə Cavabdeh4) ilə icraçı Cavabdeh6 arasında xx xxxxxx 2014-cü il tarixdə 150 manat dəyərində, həmin MMC ilə icraçı Cavabdeh3 XXX oğlu arasında xx xxxxx 2014-cü il tarixdə 4.000 manat dəyərində, icraçı Cavabdeh7 arasında xx xxx 2014-cü il tarixdə 6.000 manat dəyərində, xx xxxxxx 2014-cü il tarixdə isə 2.000 manat dəyərində, həmin MMC ilə icraçı Cavabdeh2 arasında xx xxxxx 2014-cü il tarixdə 3.000 manat dəyərində, həmin MMC ilə icraçı Cavabdeh1 arasında xx xxxxx 2014cü il tarixdə 5.000 manat dəyərində xidmət müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə sifarişçi İddiaçı tərəfindən müvafiq ödənişlər edilmişdir. xx xxxxxxxx 2017-ci il tarixdə İddiaçı Cav abdeh3 XXX oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X2 və Cavabdeh7 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ödənilmiş məbləğin geri qaytarılması və peniyanın ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, Cavabdeh4 İddiaçınin adından bütün hərəkərləri etmək səlahiyyəti müəyyən edildiyi halda, onun tərəfindən təqdim e dilmiş təhvil-təslim aktı sübut kimi qiymətləndirilməməklə ziddiyyətli nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci mad dəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş materialları ilə müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilələr mahiyyət etibarı ilə podrat müqaviləsi olmaqla, cavabdehlər sifarişçinin sifarişi ilə işləri yerinə yetirməyi və sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun müqabilində icraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdələrinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, ü çüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh7 aid texniki tapşırıqdan və təhvil-təslim aktlarından görünür ki, onun tərəfindən ikinci tapşırıq xx.xx.2014cü il tarixdə icra edilməli olduğu halda, xx.xx.2014-cü il tarixdə icra olunmuşdur. Üçüncü tapşırıq qismində xx.xx.2014-cü il tarixədək tədqiqatların aparılmasının müəyyən edilməsinə baxmayaraq, bu tapşırığın icra edilməsini əks etdirən xx.xx.2015-ci il tarixli təhvil-təslim aktında tədqiqat nəticələrinin korrektə edilməsi göstərilmişdir. Bütün bunlar müqavilənin və ona əlavə edilmiş texniki tapşırıqların Cavabdeh7 tərəfindən lazımi qaydada icra edilməməsinə dəlalət edir. Qeyd edilən təhvil-təslim aktları iddiaçının möhürü ilə də təsdiq edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan hallar eyni zamanda Cavabdeh1 da şamil edilir. Texniki tapşırıq ümumiyyətlə tam icra edilməmiş, üçüncü tapşırığın icrası ilə bağlı təhvil təslim aktı da yoxdur. Göründüyü kimi, cavabdehlər Cavabdeh7 və Cavabdeh1, İddiaçı ilə aralar ında bağlanmış müqavilələr üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu halda, onların hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onlar risk dairələrinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və müqavilə üzrə iddiaçı tərəfindən onlara verilmiş pul vəsaitlərini geri qaytarmalıdırlar. Digər tərəfdən, Cavabdeh4 tərəfindən yeni texnoloji qurğunun tərkibində olan ayrı-ayrı hissələrin iddiaçıya təhvil verilməsinə dair təhvil-təslim aktı təqdim edilmişdir. Həmin aktda cihazların A.X.Bayramov tərəfindən qəbul edilməsi və imzalanması göstərilmişdir. Apellyasiya məhkəməsinin iclasın da iştirak edən iddiaçının nümayəndəsi həmin aktı qəbul etməyərək, izahatında A.X.Bayramovun İddiaçı-nin əməkdaşı olmadığını, təqdim olunmuş aktın surət olduğunu və iddiaçı tərəfindən möhürlənmədiyini bildirərək, aktı sübut kimi qəbul edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi həmin aktı sübut kimi qəbul etməmişdir. Apellyasiya məhkəməsi dəbbə pulunun tutulmasına dair tələbə münasibətdə hesab etmişdir ki, müqavilələrin şərtlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi Cavabdeh7 və Cavabdeh1 münasibətdə cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutuaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar