Məhkəmə qərarları › İş №2(102)-2666/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2666/2019

15.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2666/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2666/2019 15 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 və vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)11528/2018 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L. Talıbova) 06 iyul 2018-ci il tarixli, 2(011)-1065/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” MMC-dən 27.06.2013-cü il tarixli, 49HS nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 747000 manat faiz borcu, cəmi 3.747.000 manat, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 120 manat xərc, 84 manat notariat xərcləri və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh3 məxsus, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ilkin satış, qiyməti 2.116.800 manat müəyyən olunması, Cavabdeh2 məxsus ünvan 2a yerləşən qeyri-yaşayış binasının satış qiyməti 7.896.000 manat müəyyən olunması, Cavabdeh2 məxsus ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin sat ış qiyməti 11.716.147 manat müəyyən olunması, X3 məxsus ünvan 4 *** ərazisində yerləşən 60.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 1.500.000 manat müəyyən olunması, tələbin ipoteka qoyulmuş Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə, Cavabdeh2 məxsus ünvan 2a yerləşən qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisəyə. X3 məxsus ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi, ünvan 2a yerləşən qeyri-yaşayış binası, ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisə, X3 məxsus ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsi açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı-nin xeyrinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi, ünvan 2a yerləşən qeyriyaşayış binası, ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisə, X3 məxsus ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova, F.F.Babayev və E.M.Həsənov) 13.11.2018-ci il tarixli, 2(103)-11528/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000.000 manat əsas, 775.072 manat faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 120 manat rüsumun, 84 manat notariat xərclərinin İddiaçı-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti kimi Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə, Cavabdeh2 məxsus ünvan 2a yerləşən qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisəyə, X3 məxsus ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti he sabına borcun İddiaçı-yə ödənilməsi, ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı mübahisənin aidiyyəti üzrə baxılması üçün inzibati-iqtisadi məhkəməyə göndərilməsinə dair tərəflərindən verdikləri vəsatət təmin edilməmişdir. Halbuki, mübahisə iqtisadi xarakterli olduğundan inzibatiiqtisad məhkəməsində baxılmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR: Mə hkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 vəkilin dediklərinə uyğun izahat vermişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə borclu “xxxx” MMC arasında imzalanmış 27.06.2013-cü il tarixli, 49HS nömrəli kredit müqaviləsinə əsasən, Bank borcluya illik 6% olmaqla 84 ay müddətə 3.000.000 manat məbləğində kredit vermişdir. 22.05. 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi ipoteka ilə yüklü etmişdir. 22.05.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2a yerləşən qeyri-yaşayış binası və ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü etmişdir. 08.07.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı kimi X2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. Cavabdehin banka olan borcun məbləği Bankın təqdim etdiyi maliyyə arayışı və Azərbaycan Resp ublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2018cil il tarixli 931 saylı ekspert rəyi əsasında hesablanmış, həmin arayışın və rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmaması ilə bağlı hər hansı qeyd və sübut yoxdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranı n gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçi kdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, sonrakı ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə ipoteka müqaviləsi bağlanan zaman Cavabdeh3 mülkiyyətində olan ünv an 1 ünvanında yerləşən əmlak kompleksini, Cavabdeh2 mülkiyyətində olan ünvan 2a yerləşən qeyri-yaşayış binasını və ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisəni və X2 mülkiyyətində olan ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsinin ipoteka ilə yüklü qoyulmasına razılıq vermişlər. Bank ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Mülki Mə cəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, bankla “xxxx” MMC arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, h əmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi digər cavabdehlərə məxsus olan daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Belə ki, “xxxx” MMC-nin 05.06.2018-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 2.116.800 manat; ünvan 2a yerləşən qeyri-yaşayış binasının bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 7.896.000 manat, ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisənin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 11.716.147 manat; ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsinin bazar qiymətlərinə uyğu n olaraq dəyəri təqribən 1.500.000 manat təşkil edir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka qoyanlar ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi 3.035.080 manat; ünvan 2a yerləşən qeyri-yaşayış binası 4.420.817 manat, ünvan 3anında yerləşən əmlak kompleksi kimi müəssisə 10.993.100 manat; ünvan 4 *** ərazisində yerləşən 60 ha torpaq sahəsi 15.090.143 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında əmlakların ilkin satış qiyməti müəyyən olunmuş, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı apellyator əmlakların qiymətinin fərqli olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İş materiallanndan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X6 fiziki şəxslərdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır və Cavabdeh2 apellyasiya şikayəti əsassızdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri də əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.11.2018-ci il tarixli, 2(103)-11528/2018 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişiklik edilmədən saxlanı lsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar