Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2666/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətn Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:lizinq obyektinə vurulmuş maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)1874/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətlə (lizinq verən) Cavabdeh2 (lizinq alan) arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı daxili lizinq müqaviləsinə əsasən “lizinq verən” lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən, qiyməti 17.000 manat olan “Suzukı Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. 2. 29 dekabr 2019-cu il tarixli, 1901/0662 ZM-01 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 İddiaçı MMC qarşısında 29 dekabr 2019-cu il tarixli, 190 1/0662 saylı daxili lizinq müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür.
3. Bakı şəhər, Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)3729/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC mülkiyyətində olan “Suzukı Kizashi” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC qaytarılması, Cavabdeh2 və Cavabdeh1 11.900 manat əsas lizinq borcunun, 4240 manat lizinqdən istifadəyə görə faiz borcunun, 400 manat penyanın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 16.570 manat pulun müştərək qaydada tutularaq İddiaçı MMC xeyrinə tutulması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 19 aprel 2022-ci il tarixli, 2(103)1873/2022 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC xeyrinə müştərək qaydada 11.900 manat əsas, 4.240 manat lizinqdən istifadəyə görə faiz, 400 manat hesablanmış penya olmaqla, cəmi 16.570 manat borcun tutulması hissəsində dəyişdirilmiş, həmin hissədə əsas borcun 2.150 manat, faiz borcunun 2.224 manat və penya borcunun 215 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 5. “SMS radar” xidmətindən əldə olunmuş məlumatlara əsasən “Suzukı Kizashi” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilə görə 05 aprel 2020-ci il, 0 4 may 2020-ci il, 17 may 2020-ci il, 23 may 2020-ci və 25 iyul 2020-ci il tarixlərdə inzibati tənbeh tətbiq edilməsi barədə qərarlar tərtib edilmiş, törədilmiş inzibati xətalara görə avtomoibilin sürücüsünə 624 manat inzibati cərimə növündə intizam tənbehi tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı daxili lizinq müqaviləsinə əsasən cavabdehlərin sahiblik və istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Suzukı Kizashi” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehlər tərəfindən vurulmuş 19.222,02 manat maddi ziyanın, t örədilən inzibati xətalara görə tətbiq edilən 624 manat cərimənin, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 lizinq müqaviləsinə 2 nömrəli Əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 27% mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda avtomobil istismara yararsız vəziyyətdədir. Edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh2 vurduğu ziyanı ödəmir və avtomobili qəsdən yararsız vəziyyətə saldığını bildirir. Belə ki, C avabdeh2 etibarnamə əsasında istifadəsinə verilmiş avtomobili qəsdən məhv etmiş və sözü gedən avtomobilə vurduğu ziyanı aradan qaldırmaqdan qərəzli olaraq yayınmışdır. Bundan əlavə “Suzukı Kizashi” markalı, **-PF-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 istifadəsində olduğu müddət ərzində onun tərəfindən yol hərəkəti qaydaları dəfələrlə pozulmuş və barəsində inzibati protokollar tərtib edilmişdir. Belə ki, “SMS radar” xidmətindən əldə edilmiş məlumatlara əsasən cavabdeh X1 05 aprel 2020-ci il, 04 may 2020-ci il, 17 may 2020-ci il, 23 may 2020-ci il və 22 dekabr 2020-ci il tarixlərdə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Törətdiyi inzibati xətalara görə Cavabdeh2 tətbiq edilən cərimələr 624 manat təşkil etmişdir. 29 dekabr 2019-cu il tarixli, 1901/0662 saylı daxili lizinq müqavi ləsinin 7.9-cu bəndinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır.
8. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli, 9/3502 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara görə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816 manat müəyyən edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)2063/2022 saylı qətnaməsi ilə (hakim C.Musayeva) id dia Cavabdeh1 münasibətdə rədd edilmiş, Cavabdeh2 münasibətdə qismən təmin edilərək, maddi zərərə görə 13.440 (12.816+624) manat, ödənilmiş dövlət rüsumuna görə 150 manatın 102 manat hissəsinin, cəmi 13.542 manat pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə digər hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin, habelə cavabdehin təqsirinin olması müəyyən edilmişdir. Beləliklə, lizinq obyekti sayılan nəqliyyat vasitəsi cavabdehin təqsiri üzündən zədələndiyindən, o, lizinq obyektinə dəymiş zərər üzrə tam şəkildə maddi məsuliyyət daşımalıdır. Baş vermiş zərərin mə bləğinin müəyyən edilməsi üçün təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən 2010-cu il buraxılışlı “Suzuki Kizashi” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816 manat müəyyən edilmişdir.
11. İşdən görünür ki, mübahisəli avtomovil Cavabdeh2 təqsiri üzündən cərimə meydançasına təhvil verilmiş, daha sonra uzun müddət ərzində (hal-hazıradək) istismar olunmadan (sürülmədən) açıq hava şəraitində saxlanılmış, bu da avtomobilin ehtiyyat hissələrinin surətlə aşınmasına və köhnəlməsinə səbəb olmuşdur.
12. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, lizinq alanın yalnız 11 oktyabr 2022-ci il tarixli ziyan aktına əsasən məsuliyyət daşımalı oldu ğu qənaətinə gəlmək üçün əsas yoxdur. Lizinq alan tərəflər arasında bağlanmış müqavilənin 11.3 və 11.11-ci bəndlərinə əsasən lizinq obyekti sığortalansa da yol-nəqliyyat hadisəsi baş verdiyi barədə lizinq verənə və sığortaçıya məlumat vermək üzrə vəzifəsini icra etmədiyindən sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsini tələb etmək hüququnun həyata keçirilməsi mümkün olmamışdır.
13. Məhkəmə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan avtomobilə Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 12.816 manat təşkil etdiyini nəzərə alaraq qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi zərərə görə Cavabdeh2 12.816 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
14. Məhkəmə “Suzukı Kizashi” markalı, 99-PF778 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən çoxnömrəli yol hərəkəti qaydalarının pozulması nəticəsində hesablanmış 624 manat məbləğində cərimələr qismində çıxış edən maddi zərərlə əlaqədar qeyd etmişdir ki, 05 aprel 2020-ci il, 04 may 2020-ci il, 17 may 2020-ci il, 23 may 2020-ci il və 25 iyul 2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır. Belə ki, lizinq alan Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında iddianı həmin hissədə etiraf etdiyini bildirmişdir. Belə olan halda 624 manat məbləğində maddi zərər ondan iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə iddianı digər Cavabdeh1 münasibətdə rədd edərkən qeyd etmişdir ki, hazırda iddiaçı məhz daxili lizinq müqaviləsinin müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin ondan da tutulmasını xahiş etmişdir. Halbuki, zaminlik müqaviləsinin müvafiq bəndində konkret göstərilən hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir. Zaminlik müqaviləsində öz əksini tapan əsas şərtlər aydın müəyyən olunmalı, digər müqaviləyə istinadı mücərrəd olmamalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətini həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən dəqiq göstərilməlidir. Belə ki, zaminin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşımalı olması ilə bağlıdır. Zamin müqavilə münasibətlərindən irə li gəlməyən əsaslarla məsuliyyət daşıya bilər, lakin bu kimi hallar zaminin məsuliyyətini artıran hallar kimi zaminlik müqaviləsində aydın şəkildə qeyd edilməlidir.
16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 324.5, 404.1, 419.2, 448.1, 448.2 və 748-7.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən zamin Cavabdeh1 münasibətdə də ləğv edilməsi, iddianın ona münasibətdə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 29 dekabr 2019-cu il tarix li, 1901/0662 saylı daxili lizinq müqaviləsi üzrə lizinq alananın öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 öz üzərinə Cavabdeh2 ilə birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Həmin müqavilənin 1.1. bəndinə əsasən “lizinq alan”-nın “lizinq verən” qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün “zamin” və “lizinq alan”nın “lizinq verən” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “zamin” və “lizinq alan” lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penya) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə etmədiyi hallarda “lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, zaminlik icrasını təmin etdiyi lizinq müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən lizinq müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və lizinq müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən zaminlik müqaviləsinə dəyişiklik və əlavələrin edildiyi, lizinq müqaviləsi üzrə öhdəlikdə borclunun dəyişdiyi hallara da şamil olunur. Lizinq müqaviləsi üzrə öhdəlik hər hansı bir formada və məzmunda dəyişdirildikdə, buna görə “zamin”nin razılığı tələb olunmur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103)-1738/2023 saylı qətnaməsi ilə (hakimlər F.Abdıyev sədrlik edən, məruzəçi, X.Sarıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, e-2(006)-2063/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı daxili lizinq müqaviləsinin müvafiq maddələrinə istinadən avtomobilə dəymiş zərərin həmçinin, cavabdeh zamindən tutulmasını xahiş edir. Lakin zaminlik müqaviləsində zaminin lizinq verən qarşısında məsuliyyətinin yaranması əsasları lizinqin lizinq müqav iləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğdə qaytarılmamasından, lizinqin faizinin lizinq müqaviləsində nəzərdə tutulmuş müddətlərd əvə məbləğdə ödənilməməsindən, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulunun (cərimə və penya) ödənilməməsindən, lizinqdən məqsədli təyinatına görə istifadə edilməməsindən və lizinq müqaviləsinin şərtlərinin lizinq alan tərəfindən pozulmasından ibarət olmuşdur. Lakin müqavilənin müvafiq bəndində konkret göstərilən bu hallar arasında zaminin lizinq predmetinə dəymiş zərər üzrə lizinq verən qarşısında məsuliyyət daşıması halı müəyyən edilməmişdir.
21. Zamin imzaladığı müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində də məhz lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və la zımi qaydada icra olunmaması zaminin məsuliyyətinin yaranması əsası kimi göstərilmiş və öhdəliyin icra edilməməsi hallarına lizinq, faiz və dəbbə pulunun ödənilməməsi, habelə lizinqdən məqsədli təyinatına uyğun istifadə edilməməsi aid edilmiş və bu yanaşma müqavilə üzrə müxtəlif bəndlərdə təkrarlanmışdır. Lizinq obyektinin yol-nəqliyyat hadisəsi, habelə istismar nəticəsində zədələnməsi də onun təyinatına uyğun istifadə edilməməsi anlamına gəlmir. Əksinə lizinq obyektinin təyinatı üzrə istifadə edilməsi məhz onun idarə olunması yolu ilə istismar edilməsindən ibarətdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilmiş “və lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasına mənfi təsir edə bilən hallar” ifadəsi qeyrimüəyyənlik baxımından iddiaçının hazırda iddia etdiyi halı əhatə etmir, bu səbəbdən həmin müqaviləni tərtib etmiş, o cümlədən belə bir qeyri-müəyyən şərti müqaviləyə daxil etmiş iddiaçının ziyanına (əleyhinə) təfsir edilməlidir. Bu baxımdan zaminin lizinq obyektinin yararsız vəziyyətə salınması, habelə yol hərəkəti qaydalarının pozulması nəticəsində lizinq alan barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə görə lizinq alanla birgə və eyni həcmdə məsuliyyət daşıması barədə iddiaçının dəlilləri əsassızdır. Zaminlik müqaviləsi ilə zaminin konkret olaraq bu növ zərərə (nəqliyyat vasitəsinin yararsız vəziyyətə salınması və inzibati qərarlarla cərimənin tətbiq edilməsi) görə hər hansı məsuliyyəti müəyyən edilməmişdir. Başqa sözlə, zaminlik müqaviləsi çərçivəsində tərəflər arasında belə bir şə rt üzrə hər hansı razılıq əldə edilməmişdir. Bu da öz növbəsində iddiaçının zaminə qarşı hazırkı iddiasının rədd edilməsini şərtləndirir.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 324.5, 404.1, 419.2, 470.1, 472.1, 472.2, 474.1, 748.7.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)-105/2024 saylı qərarı ilə (hakimlər- G.Ə.Nurməmmədov sədrlik edən, məruzə çi, Z.B.Babayev və A.H.Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2(103)1738/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
25. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış Daxili lizinq və zaminik müqavilələrinin şərtlərini təfsir edərkən səhvə yol vermiş, lizinq predmeti olan avtomaşına lizinq alan tərəfindən vurulmuş zərərə görə zaminin məsuliyyət daşımaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İşdə olan və lizinq verən İddiaçı MMC, lizinq alan Cavabdeh2 və zamin Cavabdeh1 tərəfindən imzalanmış Daxili lizinq müqaviləsinin 10.3-cü bəndinə görə lizinq alan lizinq obyektinin təhvil-təslim xarakterini daşıyan 1 nömrəli Əlavədə göstərilən lizinq obyektini bütün növ zərərlərdən qorumağı öhdəsinə götürür. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə görə bu müqavilə ilə lizinq alanın lizinq verən qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən lizinq müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən etmişdir. İcrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu lizinq verən və lizinq alan arasında bağlanmış Daxili lizinq müqaviləsi ilə müəyyən edilir. Zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmas ına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu (cərimə və penyə) ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyır. Belə ki, zamin lizinq obyektini bütün növ zərərlərdən qorunmasında, lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmasında lizinq verən qarşısında lizinq alanla birgə məsuliyyət daşıyır. İş materiallarına görə isə lizinq alan Cavabdeh2 etiraf etmişdir ki, lizinq obyekti olan avtomaşın cərimə meydançasına qoyularkən güzgüdə qırıq, qapıda əziklik, həmin vaxtı tərtib edilən təhvil-təslim aktında qeyd edilən vəziyyətdə olmuşdur, avtomaşındakı zədələrin avtoqəza nəticəsində olması isə iş material ları ilə müəyyən edilmir. Törədilmiş inzibati xətalara görə avtomaşının sürücüsünə 624 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiqi də Cavabdeh2 təqsiri üzündən baş vermişdir.
26. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5, 404.1, 419.2, 470.1, 472.1, 472.2, 747.1, 748.7-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)-1874/2024 saylı qətnaməsi ilə (hakimlər-V.N.Sadıqov sədrlik edən və məruzəçi, M.Ə.Rüstəmli və A.Ə.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in 2(006)-2063/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh2 maddi zərər üzrə 13.440 (12.816+624) manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh2 maddi zərərin əvəzi qismində 9.522 manat (8898 manat təmir-bərpa xərci, 624 manat inzibati cərimə) pulun İddiaçı MMC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)2063/2022 nömrəli iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin Cavabdeh1 yönəlmiş iddia tələbinin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin olunaraq, avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 8.898 manat (təmir-bərpa xərci) pulun həmçinin müştərək qaydada Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə tutulması, Cavabdeh1 yönəlmiş iddia tələbinin “inzibati xətalara görə 624 manat məbləğində cərimənin Cavabdeh1 da tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, zamin lizinq alanla birgə məsuliyyət daşıdığı üçün avtomobilə vurulmuş zərər hər ikisindən müştərək qaydada tutulmalıdır.
29. Vurulmuş ziyan məbləğinə aid iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi "xxxx" QSC tərəfindən tərtib edilmiş ilkin qüsur aktına görə avtomobilin təmir-bərpa xərci 19.222,02 manat məbləğdə müəyyən edilmişdir.
30. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası nəticəsində avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.816 manat məbləğində müəyyən edilmişdir.
31. Belə ki, iddiaçı tərəf avtomobilin görülmüş təmir işlərinə dair elektron qaimə ləri təqdim etmişdir. Təqdim edilmiş 23 sentyabr 2022-ci il tarixli qaiməyə əsasən 2.230 manat, 06 oktyabr 2022-ci il tarixli qaiməyə əsasən 3.890 manat, 16 noyabr 2022-ci il tarixli qaiməyə əsasən isə 2.778 manat ödənilmişdir.
32. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi qaimələrə əsasən müəyyən edilmişdir ki, avtomobilin təmiri üçün ümumilikdə 8.898 (2230+3890+2778) manat sərf edilmişdir.
33. İddiaçının nümayəndəsi “inzibati xəta haqqında” protokollara münasibətdə bildirmişdir ki, İnzibati xəta haqqında protokollarda adları göstərilən şəxslərdən Əmir Zeynalov təsisçinin şəxsi sürücüsü, Baba və Fərdi adlı şəxslər isə mühafizəçilərdir. Həmin şəxslər avtomobilin təmiri ilə məşğuldurlar və ehtiyat hissəsi almaq üçün getdikdə avtomobildən istifadə etmişlər.
34. Belə ki, 2023-cü ilin yanvar ay ından etibarən sözügedən avtomobil müxtəlif şəxslər tərəfindən müxtəlif ərazilərdə, hətta yalnız Bakıda deyil, Quba rayonu ərazisində belə istifadə edilmiş, fərqli vaxtlarda olmaqla 2023-cü ildən etibarən bir il ərzində avtomobil idarə olunarkən sürücülər tərəfindən inzibati xətalar törədilmişdir. Belə olan halda avtomobilin təmiri üçün lazım olduqda qeyd olunan şəxslər tərəfindən avtomobilin istifadə edilməsi barədə iddiaçının dəlilləri ağlabatan və inandırıcı hesab edilmir. Bir il ərzində avtomobilin mütəmadi olaraq müxtəlif ərazilərə məhz təmir məqsədi ilə istifadə edilməsi ağlabatan və real hesab edilmir. Aşkardır ki, mübahisəli avtomobil uzun müddətdir istifadədir, avtomobilin davamlı olaraq istifadə edilməsi belə qəanətə gəlməyə əsas vermişdir ki, artıq avtomobil tam təmir olunmuşdur. İddiaçının bu barədə dəlilləri əsassızdır.
35. Beləliklə avtomobilə vurulmuş ziyana görə iddiaçının düşdüyü real zərər (təmir üçün çəkilmiş xərclərə dair qaimələrə əsasən) ümumilikdə 8.898 manat olmuşdur. Ona görə də avtomobilə vurulmuş zərərə görə tutulmalı olan məbləğ 8.898 manat müəyyən edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı apellyasiya baxışının predmetini cavabdeh Samirə Eyvazoya aid hissədə qətnamənin yoxlanılması təşkil etsə də, avtomobilə vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb bölünməz olduğundan, tutulmalı olan zərərin məbləği 8.898 manat müəyyən edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır.
37. Bundan başqa iddiaçı törədilən inzibati xətalara görə tətbiq edilən 624 manat məbləğində cərimənin də cavabdehlə rin hər ikisindən tutulmasını tələb etmişdir. 05 aprel 2020-ci il, 4 may 2020-ci il, 17 may 2020-ci il, 23 may 2020-ci il və 25 iyul 2020-ci il tarixli inzibati təbeh tətbiq edilməsi barədə qərarlara əsasən inzibati xətanın törədilməsi avtomobilin Cavabdeh2 istifadəsində olduğu zaman baş verdiyi işin mübahisələndirilməyən halıdır.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 624 manat məbləğində maddi zərərin Cavabdeh2 tutulması barədə qəanəti əsaslı olmuşdur. Belə ki, Cavabdeh2 avtomobili idarə edərkən törətdiyi inzibati xətaya görə cəmirənin zamindən tutulması əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq bu hissədə iddia tələbini təmin etməmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbayca n Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 470.1, 472.1, 472.2, 747.1, 748-7.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ekspert rəyinə əsas olan və iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən ilkin qüsur aktının tərtib edilməsi tarixi göstərilməmişdir. Ona görə də qeyd edilən qüsurların yaranması müddəti müəyyən edilməsi də mümkün deyil. Həmçinin qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməli olan hissələrin həqiqətən də qəza ilə bağlı olduğu müəyyən edilməmişdir. Həmin qüsurların avtoqəza ilə əlaqəli olduğuna dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Avtomobilin hansı vəziyyətdə olduğu barədə şəkilləri də mülki işə əlavə edilməmişdir. Ekspert rəyində qeyd edilən bir çox qüsurlar qəzaya aid edilə bilməz, məsələn: pultun bloku, pult, arxa amortizator, starter, filterlər və sair. Ona görə də, ekspert rəyində qeyd edilən qüsurların əgər avto-qəza ilə əlaqəli deyilsə, belə olan halda zərər sığorta şirkəti tərəfindən ödənilməlidir. Beləliklə, i ddiaçının həmin avtomobildən yalnız faydalanmaq məqsədi olduğundan məhkəməyə yalnış məlumatları təqdim etmişdir. İddiaçının sonuncu iclasda məhkəmə kollegiyasının tələbi ilə avtomobilin təmir işlərinə dair təqdim etdiyi qaimələrin tarixlərindən görünür ki, avtomobilin təmiri üçün ödəmələr cavabdehin istifadəsindən alındığı vaxtdan 2 il müddət keçdikdən sonra həyata keçirilmişdir. Həmçinin, dəfələrlə məhkəmədən avtomobildəki qüsurların hansı şəraitdə, nə vaxt, hansı qüsurların avto-qəza nəticəsində baş verməsini müəyyən edilməsi üçün məhkəmə avto-texniki ekspertizasının təyin edilməsi xahiş olunsa da, vəsatəti təmin olunmamışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qeyri-müəyyən sübutlara istinad edərək əsassız qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
42. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur.
46. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
47. Maddə
751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.
48. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
49. Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin öd ənilməsi barədə iddiaları da qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 kassasiya şikayətində tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq işin hallarını düzgün müəyyən etmiş olsa da, tətbiq edilməli normaları tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozub.
58. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(006)-3729/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, lizinq obyekti olan “Suzuki Kizashi” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 istifadəsindən alınaraq İddiaçı MMC-nə qaytarılması, habelə Cavabdeh2 və Cavabdeh1 əsas lizinq borcuna görə 11.900 manat, lizinq obyektindən istifadəyə görə hesablanmış faiz borcuna görə 4.240 manat, hesablanmış peniyaya görə 400 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 16.570 manat pulun tutulub İddiaçı MMC-nə ödənilməsi qət edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-1873/2022 saylı qətnaməsi ilə sözügedən qətnaməyə qismən dəyişiklik edilərək, əsas lizinq borcunun məbləği 2.150 manat, faiz borcunun məbləği 2.224 manat, hesablanmış peniyanın məbləği isə 215 manat məbləğdə müəyyən edilib və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılıb.
59. Eyni zamanda işin mübahisələndirilməyən digər hallarından, o cümldən 05 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsindən, iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış 27 dekabr 2021-ci il tarixli pretenziya məktubundan, avtomobilin müvəqqəti dayanacaqda yerləşdirilməsinə dair DYP tərəfindən tərtib edilmiş 05 avqust 2020-ci il tarixli Aktdan, habelə iddiaçı tərəfindən icra məmuruna ünvanlanmış 25 avqust 2021-ci il tarixli məktubdan görünür ki, sözü gedən nəqliyyat vasitəsi 04 dekabr 2020-ci il tarixdən iddiaçının sahibliyində, istifadəsindədir. Yəni həmin nəqliyyat vasitəsi 05 avqust 2020-ci il tarixdə müvəqqəti dayanacaqda yerləşdirilib və 04 dekabr 2020-ci il tarixdə isə iddiaçı tərəfindən həmin daynacaqdan götürülüb. 60. 05 mart 2022-ci il tarixdə iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərib ki, qeyd olunan nəqliyyat vasitəsi Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq geri qaytarıldıqdan sonra məlum olub ki, avtomobil qəzalı vəziyyətdədir və istifadəyə tam yararsız haldadır. Ona görə də göstərilənləri əsas tutaraq, cavabdehlərdən avtomobilə vurulmuş maddi ziyana görə 19.222,02 manat, törədilən inzibati xətalar üzrə tətbiq edilən cəriməyə görə 624 manat iddia edir.
61. Göründüyü kimi iddiaçı, Cavabdeh2 lizinqə veril miş sözügedən nəqliyyat vasitəsinin istifadəyə yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş maddi zərərə görə 19.222,02 manat, inzibati xətalar qaydasında tətbiq olunmuş cəriməyə görə 624 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 05 mart 2022-ci il tarixdə, yəni nəqliyyat vasitəsi Cavabdeh2 geri alındıqdan 1 il, 3 ay sonra müraciət edib.
62. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
63. Həmin Məcəllənin 751-ci maddəsində göstərilir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq ed ilir.
64. Həmin Məcəllənin 697.4-cü maddəsinə görə, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
65. Sadalanan normaların mənasına görə qanunda nəzərdə tutulan altı aylıq müddət kəsici müddətdir və lizinq verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Yəni, lizinq verənin lizinqə verilmiş əşyanın pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşmüş sayılır.
66. Çünki Mülki Məcəllənin 697.4-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əşyanın pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsinə əsas verən halları bildiyi gündən altı ay ərzində həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
67. Nəzərə alınmalıdır ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
68. Qeyd olunmalıdır ki, kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunur və bunun üçün mübahisə tərəfinin ərizə verməsinə zərurət yoxdur. Həmçinin kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıl a və kəsilə bilməz.
69. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda sadalanan maddələrin tələblərini pozub, iddiaçının cavabdehlərdən maddi zərərin əvəzinin ödənilməsi barədə iddiasının müddəti onun nəqliyyat vasitəsini geri aldığı andan, yəni 04 dekabr 2020-ci il tarixdən başlayıb və iddiaçı hazırkı iddia ilə məhkəməyə 05 mart 2022-ci il tarixdə müraciət etməklə altı aylıq müddəti keçirdiyi üçün, bu hüquqa artıq xitam verilib.
70. Ona görə də kassasiya şikayəti təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul olunmalı, iddia- maddi zərərin əvəzi qismində id diaçının xeyrinə Cavabdeh2 Əhməd oğlundan 9.522 manat (avtomobilin təmir-bərpa xərcinə görə 8.898 manat; inzibati cəriməyə görə 624 manat); həmçinin müştərək qaydada avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində Cavabdeh1 8.898 manat pulun tutulması hissəsində rədd edilməlidir.
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2024-cü il tarixli, 2(103)-1874/2024 saylı qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. İddia - maddi zərərin əvəzi qismində İddiaçı xeyrinə Cavabdeh2 Əhməd oğlund an 9.522 manat (avtomobilin təmir-bərpa xərcinə görə 8.898 manat; inzibati cəriməyə görə 624 manat); həmçinin müştərək qaydada avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində Cavabdeh1 8.898 manat pulun tutulması hissəsində rədd edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.