Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2667/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin iddiası, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr; mənzildən çıxarılma; mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən çıxarılma» tələbinə dair ilkin iddiası, qarşılıql ı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2191/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə X5 xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuş, mübahisəli Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilini birgə nikahda olduqları müddətdə əldə etmişlər. Mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2008-ci ildə X2 adına qeydiyyata alınmışdır.
2. Cavabdeh1 Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.x x.2013-cü il tarixli ərizəsində X3 məxsus olan Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilin satılmasına razılıq vermişdir.
3. Həmin ərizənin verilməsindən 3 aya yaxın müddət keçdikdən sonra X5 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzil 120000 manata İddiaçı satılmışdır.
4. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.
5. Səbail Rayon Məhkəməsinin 03 mart 2014-cü il tarixli 2(009)-391/2014 saylı qətnaməsinə əsasən cavabdeh X2 Bakı şəhəri, Xanlar küç. 47 saylı evin 15 saylı mənzildən çıxarılması və mənzilin İddiaçı təhvi l verilməsi qət edilmişdir. X5 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. X5 10 mart 2015-ci ildə vəfat etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)22/2016 saylı qətnaməsi ilə (hakim A.Tağıyev) Cavabdeh1 iddiası təmin edilərək, X5 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair 11 oktyabr 2013-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair İddiaçı adına verilmiş, qeydiyyat tarixi 23 oktyabr 2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)-6644/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)22/2016 saylı qətnaməsi dəyişdirilərək, iddiaçı Cavabdeh1 120000 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(102)-178/2019 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli, 2(103)-6644/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçı Cavabdeh1 kassasiya şikayəti əsassız olduğundan təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)3656/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova) cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-22/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(102)-6067/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 10 a prel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun şəkildə əsaslandırılmışdır.
10. Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş ediblər.
11. Qarşılıqlı iddia ə rizəsi belə əsaslandırılıb ki, mübahisəli mənzil onların valideynləri X5 və Cavabdeh1 tərəfindən nikahda olduqları dövrdə - 10 dekabr 2003-cü il tarixdə alınıb, mənzilin mülkiyyətçisi ataları X5 olub. Mənzildə 2003-cü ildən birlikdə yaşayıblar və 10 mart 2015-ci ildə ataları A.Rəhimov qəflətən vəfat edib. Onun vəfatından sonra məlum olub ki, A.Rəhimov İddiaçı 11 oktyabr 2013-cü il tarixdə borc müqaviləsinə əsasən 150.000 manat borc almış və həmin gün sözügedən mənzilin alğı-satqısına dair formal müqavilə bağlamışlar. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən anası Cavabdeh1 yaşadıqları mənzilə mülkiyyət hüququ tanınıb və onlar pasport qeydiyyatına alınıblar. Sözügedən mənzilə 2003-cü ildən köçməklə bu günə kimi yaşamaqla mənzilə istifadə hüququ əldə ediblər.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(009)964/2024 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, ilkin iddia üçün ödənilən 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia üçün ödənilən dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilməsi qət edilmişdir (hakim - İlkin Rüstəmli).
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xanlar küçəsi 47 saylı evin 15 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 övladları ilə birlikdə iddiaçıya məxsus evə hər hansı hüq uqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə edir.
14. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabehin ona məxsus əmlakın boşaldılmasını tələb etməkdə haqlıdır.
15. Məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddiasının təmin edilməsi üzrə yuxar ıda göstərilən əsaslara istinad edərək hesab etmişdir ki, İddiaçı iddiası təmin olunduğu halda, yəni cavabdehin və onun övladlarının mübahisəli mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaları müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi özüözlüyündə əsassızdır və təmin edilməməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 İmaməddən qızının cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh1 məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Sözügedən qərar ilə iddia rədd edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, Ali Məhkəmənin gəldiyi yekun mövqeyə əsasən sözügedən mənzil barəsində Azər Rəhimov ilə İddiaçı arasında bağlanmış 2013-cü il tarixli alğı-satqı müqaviləsi etibarlı müqavilədir və Cavabdeh1 həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Burdan belə bir nəticəyə gəlmək olar ki, həmin alğı-satqı müqaviləsi bağlanarkən X5 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini İddiaçı keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, İddiaçı isə mənzilin mülkiyyətini əldə etm işdir. Belə olan halda onun ailə üzvləri sayılan hazırki qarşılıqlı iddia üzrə iddiaçıların sözügedən mənzilə olan istifadə hüquqları həmin vaxtdan itirilmiş sayılmışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152, 157 və 178-ci, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdehlər apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(009)-964/2024 saylı qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, cavabdehlərin iddiaçıya məxsus evə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqla, həmin evdən istifadə etməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, həmin mənzili X5 10 dekabr 2003-cü ildə almışdır. X2 həyat yoldaşı Cavabdeh1 və qızları-xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh3 2003-cü ildən mübahisəli ünvanda yaşayırlar və mənzildən istifadə edirlər. Azər Rəhimov 11 oktyabr 2013-cü il tarixdə İddiaçı borc müqaviləsinə əsasən 150000 manat borc pul almış və həmin gün yəni, xx.xx.2013-cü il tarixə yaşadığı və mülkiyyətçisi olduğu mənzilin alğı-satqısına dair formal müqavilə yazmışlar. A.Rəhimov borc aldığı 150000 manat pulu qaytara bilmədiyindən İddiaçı, Azər Rəhimovun mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və iddia tələbləri təmin edilmişdir. A.Rəhimov pulu qaytara bilmədiyindən vaxt qazanmaq üçün mənzildən çıxarılmasına dair məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətləri vermişdir. A.Rəhimov 10 mart 2015-ci ildə qəflətən vəfat etmiş və bundan sonra cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları mənzilin Azər Rəhimov tərəfindən aldığı borc pulun müqabilində formal olaraq İddiaçı adına alğı-satqı etmişdir. İddiaçı mənzili 11 oktyabr 2013-cü il tarixdə alğı-satqı edəndən sonra aldığı mənzili təhvil almamışdır. İddiaçı ümumiyyətlə mübahisəli mənzilin ünvanını belə bilməmiş və Azər Rəhimovun ölümündən sonra ünvanı tanımışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə da ir mülkiyyət hüququ tanınmış və ondan sonra Cavabdeh1 və hər iki qızı mənzilə pasport qeydiyyatına alınmışdır. Məhkəmə qətnamədə qarşılıqlı iddia tələbini rədd etməsini belə əsaslandırmışdır ki, məhkəmə eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddiasının təmin edilməsi üzrə yuxarıda göstərilən əsaslara istinad edərək hesab edir ki, İddiaçı iddiası təmin olunduğu halda,yəni cavabdehin və onun övladları nın mübahisəli mənzilə hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yaşamaqları müəyyən edildiyindən,qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilməməlidir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2191/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-964/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov).
22. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam olaraq razılaşan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 139, 146, 152, 157 və 228-ci, Mənzil Məcəlləsinin 16-cı və Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119, 233 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri
23. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh3 (vəkil X1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-2191/2025 saylı qətnaməsinin ləğv edilərək İddiaçı ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş ediblər.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən anaları Cavabdeh1 yaşadıqları mənzilə mülkiyyət hüququ tanınıb və onlar pasport qeydiyyatına alınıblar. Sözügedən mənzilə 2003-cü ildən köçməklə bu günə kimi yaşamaqla mənzilə istifadə hüququ əldə ediblər. Apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdehlərin mənzildən istifadə hüquqları nın mövcudluğu müəyyən edilmir və tanınması üçün heç bir hüquqi əsas mövcud deyil (təqdim edilmir). Cavabdehlərin dəlilləri digər mübahisələrdən irəli gəlir və orada yaşamaqdan irəli gəlir ki, məhkəmə bunlara qiymət verməkdə səlahiyyətli deyildir və bu məsələ qanunla hüquqları müdafiə edilən mülkiyyətçinin iradə ifadəsi ilə biləvasitə bağlıdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində qeyd edilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə dair mülkiyyət hüququ t anınmış və ondan sonra Cavabdeh1 və hər iki qızı mənzilə pasport qeydiyyatına alınmışdır.
25. Qətnamədən həmçinin Cavabdeh1 da (vəkil-Vəkil) kassasiya şikayəti vermişdir.
26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh-Cavabdeh1 keçmiş həyat yoldaşı Azər Rəhimovla xx.xx.2013-cü il tarixdə Bakı şəhər 38 saylı Notariat kontorunda bağlanmış Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzilinə dair alğı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv edilmişdir. Həmin qətnaməyə görə A.Rəhimovun mənzili satmaması, İddiaçı 150.000 manat borcun əvəzinə girov qismində öz aralarında formal alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh1 2023-cü ildən - mübahisəli mənzilin alındığı gündən hal-hazıra kimi həmin mənzildə digər cavabdehlərlə birgə yaşayırlar. Cavabdeh1 m ərhum əri A.Rəhimov dələduzluğa görə əvvəllər məhkum edilmiş, o başqa şəxslərdən də böyük məbləğdə pul alaraq qaytarmamış və aldığı pulun müqabilində mübahisəli mənzilin sənədlərini və mənzilin satılması və ya bağışlanılması barədə səlahiyyət verən ümümi etibarnamə vermişdir. Belə şəxslərdən də biri X8 olmuşdur. A.X4rşı notariat qaydada borc qismində verdiyi 80.000 manat pulun tələbi üzrə Səbail Rayon Məhkəməsinin 12 may 2009-cu il tarixli qətnaməsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli qətnaməsində birbaşa qeyd edilmişdir ki, Azər Rəhimovun arvadı notariat qaydasında razılıq vermədiyindən 80 min manat borcun əvəzinə mənzilin alğı-satqısı baş tutmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxi l olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Maddə
29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, h abelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
33. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaql a).
34. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur.
35. Maddə 152.3. stifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
37. Maddə
157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
41. Maddə 223.1. Birgə mülkiyyət hüququna əş yanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
42. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
43. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
44. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
45. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
46. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvl əri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 53. maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymə tləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
62. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətin də irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
63. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin bəzi dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
64. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə dair mülkiyyət hüququ tanındığı və bundan sonra Cavabdeh1 mübahsəli mənzilə pasport qeydiyyatına alındı ğı barədə kassatorların dəlili, qətnamənin ləğvinə əsas vermir.
65. Çünki əvvəla, istinad edilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli, 2(009)-22/2016 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-3656/2019 saylı qətnaməsi ilə ləğv edilmiş və Rəna Rəhomovanın iddia tələbi təmin edilməmişdir.
66. Bundan başqa, şəxsin mənzildə qeydiyyata alınması faktı da mənzildən istifadə hüququnun yaranması üçün əsas sayılmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. 67. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanı lmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarı).
68. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
69. Mülkiyyət hüququ alğı-satqı müqaviləsi notariatda rəsmiləşdirildiyi və daşınmaz əmlakın dövlət reyestrində alıcının adına qeydiyyatdan keçdiyi anda əvvəlki sahiblərin (yəni ər və arvadın) mülkiyyət hüququna xitam verilir. Beləliklə, ər və arvadın mülkiyyət hüququ əmlak alıcının adına qeydiyyata alındığı anda itirilir. Kassator Cavabdeh1 birgə nikah müddətində əldə edilmiş əmlakın satılmasına razılıq bildirib və bu razılıq əsasında mənzilin özgəninkiləşdirilməsi ilə onun mənzilə sahiblik, istifad ə və sərəncam hüquqlarına xitam verilmişdir. Buna görə də kassator Cavabdeh1 mənzilə hər hansı hüququ qalmamışdır.
70. Kassatorlar Nəzrin və Cavabdeh3ların mənzildən istifadə hüququ ilə bağlı qeyd olunmalıdır ki, onların mənzildən istifadə etməsi, mənzil üzərində valideynlərinin mülkiyyət hüququ ilə bağlı olub. Baqşa sözlə valideynləri tərəfindən mənzilin özəlləşdirilməsi ilə onların mənzildən istifadə hüquqlarına da xitam verilib. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 xx.xx.1995-ci il təvəllüdlü, Cavabdeh3 isə xx.xx.1998-ci il təvəllüdlü olmaqla, mənzil satılan zaman 18 yaşları tamam olmamışdır. Buna görə onlara münasibətdə Mənzil Məcəlləsinin 228.4-cü maddəsinə istinad olunması üçün hüquqi əsas yoxdur.
71. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
72. Kollegiya b ildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2191/2025 nömrəli, 7 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.