Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2669/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2669/2019 17 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli 2(103)11868/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-5095/2018) iddiaçılar İddiaçı1 və İddiaç ı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilin açıq hərracdan satılaraq paylar üzrə bölünməsi tələbinə dair iddiası təmin edilərək N saylı mənzilinin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin 4/12 hissəsinin İddiaçı1, 1/12 hissəsinin İddiaçı2, 5/12 hissəsinin Cavabdeh1, 1/12 hissəsinin Cavabdeh2, 1/12 hissəsinin Cavabdeh3 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı evin 147 saylı mənzilinin 1/12 hissəsi İddiaçı2, 1/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi C avabdeh3, 4/12 hissəsi İddiaçı1, 5/12 hissəsi Cavabdeh1 mülkiyyətindədir və bu hüquqlar işin 20-ci səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq olunur. Hazırkı iş üzrə iddiaçılar bundan əvvəl cavabdehlərə qarşı mənzilin naturada bölünməsi barədə iddia qaldırmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 09 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. 2017-ci ilin aprel ayında iddiaçılar yenidən məhkəməyə müraciət edərək mənzilin hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin paylara uyğun bölünməsi barədə iddia qaldırmış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuş, həmin qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. 201 8-ci ilin may ayında İddiaçı1 və İddiaçı2 yenidən mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin paylarına uyğun olaraq onların arasında bölünməsi barədə məhkəmədə iddia qaldırmış və iddia yuxarıda göstərilən qaydada təmin edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlərdən Cavabdeh1 kassasiya şikayəti verərək mənzilin onların istəyinə zidd olaraq bölünməklə bununla maddi və prosessual hüquq normalarının pozulmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı v ə yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 20-ci maddəsinin müddəalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. (220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.(220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. ( 220.6.). İş materiallarından görünür ki, mübahisə predmeti olan ümumi əmlakın bölünməsi barədə tərəflər arasında razılaşma yoxdur, ümumi əmlakdan payın ayrılması mümkün deyildir və bu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Beləliklə, ümumi mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması üçün qanunda müəyyən olunmuş digər imkanlardan istifadə etmək mümkün olmadığından, məhkəmə mübahisənin son həlli imkanı kimi əmlakın açıq hərracdan satı lması və əldə olunacaq pul vəsaitinin paylarına uyğun olaraq tərəflər arasında bölünməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, mübahisə qanunun tələblərinə uyğun, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə həll edildiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2669/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2669/2019
17.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver