Məhkəmə qərarları › İş №2(102)-2669/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2669/2022

05.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2669/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi və s. tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 2(103)86/2021 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadından üçüncü şəxs Mədətova İranə Çingiz qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi və bu haqda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 12 saylı Notariat Kontoruna həvalə olu nmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Üçüncü şəxslər Mədətova İranə Çingiz qızı və X7 ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan mərhum bibiləri X3 bütün mövcud miras əmlakı üzərində Mədətova İranə Çingiz qızı və X4 vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Üçüncü şəxs X5 cavabdehlər İddiaçı1, İddiaçı2, Cavabdeh, Mədətova İranə Çingiz qızı, X6 (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan xalası X3 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlk iddia üzrə Cavabde hlər İddiaçı1, İddiaçı2, Mədətova İranə Çingiz qızı, X7, X2 (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5333/2016 saylı iş üzrə 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) ilk iddia, qarşılıqlı iddia, üçüncü şəxslərin müstəqil iddiası, həmçinin üçüncü şəxs X1 iddiası təmin edilərək İddiaçı1 payı 2/10, İddiaçı2 payı 2/10, Cavabdeh payı 2/10, Mədətova İranə Ç ingiz qızının payı 1/10, X4 payı 1/10 və X1 payı 2/10 olmaqla miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

6. Üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, vərəsəlik hüququnun müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-86/2021) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni - Mədətova İranə Çingiz qızının və X4 hər birinin payının 1/10 olmaqla m üəyyən edilməsi hissəsində ləğv edilmiş, Mədətova İranə Çingiz qızının payı, X4 payı, Maraqlı şəxs payı və X8 payı hər birinə 1/20 olmaqla miras qoyan X3 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.

8. Üçüncü şəxs Mədətova İranə Çingiz qızı Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-86/2021) kassasiya şikayəti geri qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, poçt göndərişlərinin izləməsindən görünür ki, qətnamə üçüncü şəxs X9 24 avqust 2021-ci il tarixdə çatdırılmışdır, lak in üçüncü şəxs Mədətova İranə Çingiz qızı kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətdən 3 ay keçdikdən sonra elektron kabinet vasitəsi ilə vermişdir. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

11. Üçüncü şəxs İ.Mədətova kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(103)-86/2021 saylı qərardadının ləğv olunması, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Üçüncü şəxs Mədətova İranə Çingiz qızı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya ins tansiyası məhkəməsi işə baxarkən prosessual qanun pozuntularına yol vermişdir.

13. Məhkəmə qətnaməsi İ.Mədətovaya 24 avqust 2021-ci il tarixində verilməmişdir. Bununla bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Bununla bağlı üçüncü şəxs aidiyyəti poçt şöbəsinə gedərək məsələni aydınlaşdıraraq müəyyən etmişdir ki, həmin ərəfələrdə ona məhkəmə tərəfindən bəzi sənədlər göndərilsə də o, Bakı şəhərində olmadığından həmin sənədlər evdə yoxdur qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra isə o, rəsmi surətdə həmin qətnamənin alınması üçün 30.11.2021-ci il tarixində məhkəmənin inzibati binasına gedərək qətnaməni əldə etmiş və bundan sonra 2 ay müddətində yəni 30.01.2022-ci il tarixində həmin qətnamədən kassasiya şikayətini təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə tərəfindən qətnamənin İ.Mədətovanın daha öncədən alması iddia edilsə də bu barədə iş materiallarında mövcud olan hər hansı bir mötəbər sübuta istinad edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

16. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, k assasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından üçüncü şəxs kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi poçt göndərişlərinin elektron izlənilməsi sistemi əsasında müəyyən etmişdir ki, qətnamə 24.08.2021-ci il tarixdə üçüncü şəxsə (sistemdən çıxarışda “İ.Mədətova” kimi qeyd olunub) rəsmi qaydada verilmişdir. Üçüncü şəxs qətnaməni 30.11.2021-ci il tarixdə aldığını qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

22. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Mədətova İranə Çingiz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-86/2021 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar