Məhkəmə qərarları › İş №2(102)-267/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-267/2020

14.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-267/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X2 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X3, cavabdehin nümayəndəsi X6 və vəkili X8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2019-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-3471/19)İddiaçı cava bdeh «xxxx» QSC-nə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiаsı təmin еdilərək, «xxxx» QSC-nin Ucar 7 saylı X9 18 saylı Şəki EŞR-in böyük elektrik mexaniki İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında 14.01.2019-cu il tarixli 10 saylı əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı 14.01.2019-cu il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən «xxxx» QSCapellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-11649/19) apel lyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin 04.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» QSCyə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» QSC-nin 7 nömrəli X1 bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14.01.2019-cu il tarixli əmrinin ləğv edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə «xxxx» QSC-nin Ucar 4 saylı X5 18 saylı Şəki EŞR-də böyük elektrik me xaniki vəzifəsinə bərpa edilməsinə dаir qətnаmə qəbul olunmasını хаhiş еtmişdir. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, o, uzun müddət «xxxx» QSC-nin Ucar 7 saylı X9 18 saylı Şəki EŞR-də böyük elektrik mexaniki vəzifəsində işləmişdir. Lakin rəhbərlik tərəfindən ona bildirilmişdir ki, təqaüd alan işçilərin işdən azad edilməsi ilə bağlı göstəriş verilmişdir. O da güzəştli şərtlərlə əmək pensiyası aldığından 14.01.2019-cu il tarixdə «xxxx» QSC-nin Ucar 7 saylı X12 ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. Lakin sonradan məlum olmuşdur ki, sözügedən göstəriş bir sıra kateqoriyalı şəxslərə, eləcə də məcburi köçkünlərə şamil edilmir. Həmin göstəriş Şuşa şəhərindən məcburi köçkün olduğundan ona da şamil edilməmişdir. Bu səbəbdən, o, 24.01.2019-cu il tarixdə əmək fəaliy yətini davam etdirmək istəyi ilə bağlı ərizə ilə «xxxx» QSC-nin Ucar 7 saylı X12 müraciət etmişdir. Lakin ərizəsi nəzərə alınmamış, «xxxx» QSCnin Ucar 7 saylı X13 tərəfindən 14.01.2019-cu il tarixdə işdən azad edilmişdir. Həmin əmrin surəti və əmək kitabçası hələ də ona təqdim olunmamışdır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili S.Xudaquliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xa hiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. Cavabdehin nümayəndəsi F.Babayev və vəkili Ş.Əliyev kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 sentyabr 2019cu il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlan ılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın rədd olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh «xxxx» QSC arasında 03.02.2016-cı il tarixdə 120 saylı əmək müqaviləsi bağlanmış və İddiaçı «xxxx» QSC-nin Ucar 7 saylı X9 18 saylı Şəki EŞR-də böyük elektrik mexaniki vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 14.01.2019-cu il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə «xxxx» QSC-nin Ucar 7 saylı X7 rəisinə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin öz xahişi əsasında 14.01.2019-cu il tarixdən ləğv olunmasını xahiş etmişdir. «xxxx» QSC-nin Ucar 7 saylı X9 14.01.2019-cu il tarixli 10 saylı əmrinə əsasən İddiaçı ilə bağl anmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən ləğv edilmişdir. Eyni tarixdə tərəflər arasında əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma bağlanmışdır. İddiaçının bildirdiyinə görə, onun işdən öz xahişi ilə azad edilməsinə dair ərizə verməsinə səbəb, təqaüd alan şəxslərlə bağlanmış əmək müqavilələrinin ləğv edilməsi barədə göstərişin ona bildirilməsi olmuşdur. Əks təqdirdə, o, işdən azad edilməsinə dair ərizə verməzdi. Belə ki, o, əmək fəaliyyətini davam etdirmək istəmiş, iş yerindən məmnun olmuş, işdən azad olunmaq barədə ərizə vermək fikrində və niyyətində olmamışdır. Sonradan öyrənmişdir ki, yuxarıdan verilən göstərişin Şuşa şəhərindən məcburi köçkün kimi ona aidiyyəti yoxdur. Bu səbəbdən, 16.01.2019-cu il və 18.01.2019-cu il t arixlərdə «xxxx» QSC-yə teleqram ünvanlayaraq, daha sonra isə 24.01.2019- cu il tarixdə «xxxx» QSC-nin Ucar 7 saylı X9 rəisinə ərizə təqdim etməklə verdiyi ərizənin ləğv edilməsi, əmək fəaliyyətinin davam etdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin onun bu qanuni tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 2 və 4-cü hissələrinə istinad etməklə iddiaçının birinci ərizəsinin etibarsız hesab edilməsi barədə sonradan verdiyi ərizəsini nəzərə almayan cavabdehin hərəkətlərini əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəs i ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə brinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə Əmək Məcəlləsinin 69-cu maddəsini tətbiq edib iddianın təmin etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 14.01.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin məhz həmin gün ləğv edilməsini xahiş etmişdir. Bundan əlavə işə baxan məhkəmə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin hansı səbəbdən verməsinə dair qeyd etdiklərinə hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının tələbində və məhkəmədə verdiyi izahatlarında təqaüdçü olduğu üçün əmək müqaviləsini ərizəsində göstərdiyi gün ləğv etmək arzusunda olduğunu bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda və s. bir sıra hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşin hallarından görünür ki, iddiaçı özü ərizə yazaraq öz istəyi ilə işdən azad edilmişdir. Həmçinin işdən azad olunacağı təqdirdə 5 aylıq əmək haqqı ödəniləcəyi barədə razılıq (saziş) əldə edilmişdir. Həmin məbləğ «xxxx» QSC tərəfindən iddiaçının hesabına köçürülməklə iddaçı tərəfindən alınmışdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçının hüquqlarının pozulmasını təsdiq edən sübutlar və iddia tələbinin əsaslı olaraq təmin olunması üçün heç bir hüquqi əs aslar mövcud deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qanuni sayıla bilməz və ona görə də ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tət biq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyas ı hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsini n tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 sentyabr 2019-cu il tarixli, 2(103)-11649/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar