Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2670/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli 2(103)11813/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş 2(006)-2865/2018) iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş avadanlıqlara yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 13 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə 18.413,05 manat əsas borc, 3.734,27 manat faiz borcu, cəmi 22.147,32 manat məbləğində pulun, 23 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 26.027,28 manat əsas borc, 4.148,56 manat faiz borcu, 436,41 manat dəbbə pulu, cəmi 30.612,25 manat məbləğində pulun Cavabdeh alınaraq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri N əsimi rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2008-ci il tarixdə kredit müqaviləsinə əsasən bank Cavabdeh 60 ay müddətinə illik 7 faiz olmaqla 300.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 13 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh arasında 13.06.2008-ci il tarixli girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 580.000 manat məbləğində avadanlıqlar banka girov qoyulmuşdur. 23 fevral 2016-cı il tarixdə bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2 4 ay müddətinə illik 16 faiz olmaqla 29.152 manat məbləğində borc verilmişdir. 2018-ci ilin mart ayında “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 13 iyun 2008-ci il tarixli müqavilə üzrə cəmi 24.542,55 manat, 23 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə cəmi 30.612,25 manat məbləğin borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, 13.06.2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş avadanlıqların hərracda satılaraq əldə olunan məbləğin borcun təminatı kimi “xxxx” ASC-nin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabd eh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işə kredit müqavilələri üzrə əsas və faiz borcları hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti tə min olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh 13 iyun 2008-ci il və 23 fevral 2016-cı il tarixli kredit müqavilələrini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüqu qu vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilələrdə nəzərdə tutulmuş məbləğlərin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin ic ra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən bankın iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab etmişdir. Kollegiya yuxarıda göstərilənlər lə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2018-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2670/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2670/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver