Məhkəmə qərarları › İş №2(102)-2671/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2671/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə inşa edilmiş evə köçürülmə və əmlakın qaytarılması” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “qızıl-zınət əşyalarının alınması” barədə qarşılıqlı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, əmlak və qızıl-zınət əşyaları tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-1698/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkilləri Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı və Cavabdeh1 01 aprel 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 04 aprel 2004-cü il təvəllüdlü Ülvi və 01 avqust 2008-ci il təvəllüdlü Nahid adlı 2 nəfər övladları anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Quba rayonu İ Nügədi Bələdiyyəsinin 26.07.2016-cı il tarixli, 89 saylı məktubundan görünür ki, kənd sakini Cavabdeh1 adına Nügədi Bələdiyyəsi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsi və 0,42 ha pay torpaq sahəsi vardır. Mövcud torpaqlar Cavabdeh1 01.04.2000-ci ilədək, yəni Bələdiyyələr yaranandan verilmiş, ona həmin tarixdən sonra torpaq sahəsi verilməmişdir. Həmin torpaq sahəsində hal-hazırda ümumi sahəsi təxminən 130 kv.m olan bir mərtəbəli yaşayış evi tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu 1-ci Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi təxminən 130 kv.m olan, 2 otaq aynabənd, mətbəx, dəhliz, hamam və sanitar qovşağından ibarət, səkili bir mərtəbəli yaşayış evinə köçürülməsi və iddia ərizəsində göstərilən əmlakların, həmin əmlaklar olmad ıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandrılmışdır ki, o, Cavabdeh1 ilə 1994-cü ildə evlənmiş, nikahımızı 01 aprel 2000-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan 04 aprel 2004-cü il təvəllüdlü Ülvi və 01 avqust 2008-ci il təvəllüdlü Nahid adlı 2 nəfər övladları anadan olmuşdur. Cavabdeh1 ilə birgə nikahda olduğu zaman fərdi yaşayış evi tikmək üçün ona ayrılmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi təxminən 130 kv.m olan, 2 otaq, 1 aynabənd, mətbəx, dəhliz, hamam və sanitar qovşağından ibarət, səkili bir mərtəbəli yaşayış evi tikilmiş və o, özünə məxsus cehiz əmlakını da həmin evə aparmış və 2016-cı ilin iyul ayınadək orad a sabiq həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamışlar. Ona məxsus aşağıdakı əmlaklar halhazırda da orada yerləşir: Divar (stenka) mebeli 1000 manat 2 ədəd şifoner -700 manat 1 ədəd çilçıraq -300 manat, pərdə (tül qubkalı 2 pəncərə üçün) -70 manat, yorğan 4 ədəd-300 manat, döşək 2 ədəd - 300 manat, balış 6 ədəd - 120 manat, odeyal (buxovı taxt üçün)- 400 manat, divan, 2 ədəd kreslo, jurnal stolu, 2 ədəd tumbuçka, 1 ədəd güzgü, 1 ədəd yumşaq oturacaq (yumşaq mebel dəsti) -1.000 manat xalça (Belçika istehsalı) müxtəlif ölçüdə ( 1,2 x 2,5 ölçüdə 4 ədəd; 2,5 x 5 metr ölçüdə 1 ədəd 1.700 manat, sandıq 1 ədəd - 70 manat, stol və 6 ədəd stul - 400 manat, teşt 1 ədəd 100 manat, 2 ədəd emal vedrə - 30 manat, 1 ədəd emal qəfədan - 25 manat, dublyonka 1 ədəd - sarı rəngdə -1.200 manat, dəri gödəkc ə - qara rəngdə - 200 manat, dəri gödəkcə qara rəngdə manto tipli papaqlı - 1.000 manat, samovar (od 10 litrlik) 1 ədəd- 300 manat, şəxsi şəkillərinin və doğum şəhadətnaməsinin olduğu albom. 2016-cı ilin iyul ayında həyat yoldaşı Cavabdeh1 və qayınanası Cavabdeh2 onu evə buraxmamış və övladlarını da əlindən almışlar. Bundan sonra Cavabdeh1 ona qarşı nikahın ləğv olunması barədə iddia vermiş və Quba Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh1 birgə nikahda olduqları dövrdə inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin öz adına olmasından sui - istifadə etməklə evin sənədləşdirilməsini yerinə yetirmir, bununla da evi özbaşına tikili hüquqi rejimində saxlamaqla faktiki olaraq onu yeganə yaşa yış sahəsindən məhrum edir. Halbuki 1 qeyd olunan ev onunla birgə nikahda olduğu vaxtı inşa edilmişdir, orada cavabdehlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmış və həmin evi cavabdehlərin təzyiqi səbəbindən tərk etməyə məcbur qalmışdır. Həmin evə cavabdehlərin evin qapılarının kilidlərini dəyişdirmələri səbəbindən qayıda bilməmiş, nəticədə həm yaşayış sahəsindən, həm də yuxarıda sadaladığım əmlaklarından məhrum olmuşdur. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı oğlanlarım Ülvi Mirzəyev və Nahid Mirzəyev üçün aldığım ümumi çəkisi 60 qram təxmini qiyməti 2700 manat olan sepləri, özünə məxsus çəkisi 100 qram olan qiyməti 4500 manat olan qızıl saat, çəkisi 30 qram olan qiyməti 1600 manat olan bir ədəd barmaqçanın və ya onun dəyərinin, birgə nikah dövründə çək ilmiş şəkillər olan albomu və özünə məxsus Nokia markalı təxmini qiyməti 350 manat olan mobil telefonu, oğlum Nahid üçün aldığım “Sony Ericson” markalı təxmini qiyməti 250 manat ədəd mobil telefonun və ya onların dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Ona görə ki, o, həmin evi nikah dövründə deyil, ondan əvvəl 1992-ci ildən tikməyə başlamış, 0,08 ha torpaq sahəsi hələ sovet ittifaqı vaxtından ona verilmişdir. Həmin sahədə olan tikili hələ tam bitməmiş, hələ də tikilməkdədir. Evin döşəməsi yoxdur, işıq çəkilməyib, qaz yoxdur bir sözlə yaşayış üçün yarasızdır. Həyətyanı torpaq sahəsinin ətrafı adi məftillərlə çəkilib. Qapısı olmadığından ora d əmir qoymuşdur. Bildirmək istəyir ki, o, həmin evdə heç bir gündə olsa nə tək, nə də ki cavabdehlə birlikdə yaşamamışdır. O, ailə qurarkən cavabdeh İddiaçı ata evinə gəlin gətirmişdir. Onlar həmişə həmin evdə yaşamışlar. Cavabdeh İddiaçı xəstəliyi olduğu üçün onu Rusiya Federasiyasına apararaq müalicə etdirmişdir. Müalicə apanldıqdan sonra onların 2 övladları dünyaya gəlmişdir. Uşaqlar Rusiya Federasiyasında doğulmuşdur. Cavabdeh İddiaçı onun nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edəcəyindən xəbər tutaraq cehiz əşyalarını atasının evindən həmin yarımtikiliyə aparmışdır. Qeyd edir ki, həmin yarımtikilinin açarları onda olmamışdır. Açarlar həmişə cavabdehdə olub. Cavabdehi heç kim atasına məxsus birlikdə yaşadıqları evdən qovmayıb, o öz istəyi ilə həmin evdən çıxıb. Cavabdeh ailəli olduqları zaman oğlanlarına ümumi çəkisi 60 qram olan seplər, özümə çəkisi 100 qram olan qızıl saat, çəkisi 30 qram olan bir ədəd barmaqça almışdır. Həmin qızıl zinət əşyaları cavabdehin gəlin köçdüyü atasına məxsus evdə olmuş, cavabdeh həmin qızıl-zinət əşyaları nikah pozulanda aparmışdır. Bundan başqa cavabdeh həmçinin onların birgə nikah dövründə çəkdikləri şəkillər olan albomu və özünə məxsus Nokia markalı təxmini qiyməti 350 manat olan mobil telefonu, oğlu Nahid üçün aldığı “Sony Ericson” markalı təxmini qiyməti 250 manat ədəd mobil telefonu aparmışdır. Məhkəmədə şahid X8 bildirdi ki, İddiaçı ilə bir məhlədə yaşayırıq. Aynurə ilə atalarımız əmi oğlanları olub. O, Cəfərin bacısının yoldaşıdır. Mübahisəli evi qayınatası 1989-cu ildə tikib. 1988-ci ildən 2010-cu ilədək o, Rusiyada olub. Evin tikildiyi ərazi atılmış yer idi. Keçən yay həmin evin önündən keçmişdir. Həmin evdə yaşayış olmadığını bütün kənd təsdiq edə bilər. Məhkəmədə şahid X1 bildirdi ki, Aynurənin əmisi arvadıdır və Cavabdeh1lə qonşudur. Mübahisəli yaşayış evi onun yaşadığı evin yanında yerləşir. Həmin evdə heç kim yaşamayıb. 1-2 gün Aynurə həmin evdə yaşadığından ərim ona evlərindən işıq vermişdi. Aynurə səhərlər uşağı məktəbə yola salırdı deyə işıq istəyirdi. Lakin 1-2 gün sonra o, işığı kəsmişdir. Məhkəmədə şahid X3bildirdi ki, o,Cəfərin dayısı oğludur. Mübahisəli evdə Cəfər 1 gün belə yaşamayıb. Atası evin bünövrəsini qoymuşdu, sonradan həmin evi tikdilər. Aynurə həmin evdə 1 həftə tək yaşayıb. Həmin evdə yaşayış üçün şərait yoxdur. O evin tikintisindəki ustaları o, işlətmişdir. Aynurənin atası həmin e və heç vaxt gəlməyib. Məhkəmədə şahid X4 bildirdi ki, Aynurənin qohumuyam. Aynurə mübahisəli evdə 6-7 ay yaşayıb. Bildiyimə görə Aynurə həmin evə tək yaşayıb, Cəfər həmin evdə yaşamayıb. Cəfəri birinci dəfədir ki görür. Məhkəmədə şahid X5 bildirdi ki, qızı Aynurənin qardaşının yoldaşıdır. 2015-ci ildə Aynurə balaca uşağı ilə mübahisəli evdə tək yaşayırdı. O, həmin evə qonaq gedərkən Aynurədən başqa heç kimi görməmişdir. Aynurə işığı əmisigildən almışdı. Quba rayon Məhkəməsinin (hakim İlqar Məmmədov) 17 yanvar 2020-ci il tarixli 2(027)255/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X2 divar (stenka) mebeli - 1.000 manat, 2 ədəd şifoner -700 manat,1 ədəd çilçıraq -300 manat, pərdə (tül qubkalı 2 pəncərə üçün) -70 manat, yorğan 4 ədəd- 300 manat, döşə k 2 ədəd - 300 manat, balış 6 ədəd - 120 manat, (odeyal buxovı taxt üçün)- 400 manat, divan, 2 ədəd kreslo, jurnal stolu, 2 ədəd (tumbuçka), 1 ədəd güzgü, yumşaq oturacaq (yumşaq mebel dəsti) -1.000 manat, xalça (Belçika istehsalı) müxtəlif ölçüdə ( 1,2 x 2,5 ölçüdə 4 ədəd; 2,5x5 metr ölçüdə 1 ədəd)-1.700 manat, sandıq 1 ədəd - 70 manat, stol və 6 ədəd stul - 400 manat, teşt 1 ədəd 100 manat, 2 ədəd emal vedrə - 30 manat, 1 ədəd emal qəfədan - 25 manat, samovar və albom alınıb İddiaçı verilməsi, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 130 kv.metr olan birmərtəbəli yaşayış evinə köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Quba rayonu 1-ci Nügədi kəndində yerləşən Cavabdeh1 fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsində inşa edilmiş evdə az müddətdə olsa da, övladı ilə yaşamış və ona məxsus əmlaklar hazırda da həmin evdədir. Məhkəmədə ilkin iddia üzrə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmiş, o barədə sübutları məhkəməyə təqdim etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və o barədə sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32,1, 34.1, Azərbaycan Respublikası Mülki Məcəllənin 217.2, 225.1, 225.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2apelya siya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1lə 1994-cü ildə ailə qurmuş, cehiz əmlakını Cavabdeh1 atasında məxsus fərdi yaşayış evinə aparmış, 2016-cı ildə İddiaçı özü cehiz əmlakını mübahisəli yarımtikiliyə aparmış, həmin yarımtikilini kilidləmiş, açar isə İddiaçı özündə olmuşdur. Göründüyü kimi həmin evlilikdən ayrılığa qədər 2016-cı ilə qədər 22 il vaxt keçmiş, əslində isə bu vaxta kimi İddiaçı gətirdiyi cehiz əmlakı işlənib sıradan çıxmalı olduğu halda (normal halda), məhkəmə qətnaməsində həmin cehiz əmlakı göstərilmiş və onların heç bir sübut a əsaslanmadan qiymətləri də göstərilmiş, cehiz əmlakı İddiaçı özündə olduğu halda yenidən onlardan alınıb ona verilməsi qət edilmişdir. Mübahisəli yarım tikili Cavabdeh1 İddiaçı ilə nikahından əvvəl tikilmiş, evin içi təmir edilmədiyi üçün, evə qaz, su, elektrik xətti çəkilməmiş, ümumiyyətlə evdə yaşayış olmamışdır. Bunu məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq edə bilərlər. Tərəflər bir gün də olsa həmin evdə yaşamamış, ümumiyyətlə yaşayış üçün yararsız bir evdə hazırkı dövrdə yaşamaq mümkün deyildir. İddiaçı 1994-cü ildən gəlin köçüb yaşadığı Cavabdeh1 atasına məxsus evdən 2016-cı ildən çıxaraq yaşamaq üçün atası evinə getmiş, Cavabdeh1 iki uşağı ilə atasına məxsus evdə yaşamışdır. İddiaçı atası evində yaşamağa yeri vardır. Faktiki olaraq İddiaçı 2016-cı ildən Cavabdeh1 xəbərsiz öz cehiz əmlakını mübahisəli yarım tikiliyə aparmış, həmin tikilinin qapısını bağlamış, onu da həmin evə buraxmır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) 08 sentyabr 2020-ci il tarixli 2(105)-1698/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Quba rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli 2(027)-255/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh1 01 aprel 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Quba Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi isə onun keçmiş həyat yoldaşı Cavabdeh1 mülkiyyət ində olmuşdur. Mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, iş materialları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikah münasibətlərində olduqları zaman tikilmişdir. İddiaçı mübahisəli evdə az müddətdə olsa da övladı ilə yaşamış və ona məxsus əmlaklar hazırda da həmin evdədir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə haqlı olaraq iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi barədə gəldiyi hissədə iddianı qismən təmin etmişdir. Belə ki, tərəflərin izahatından müəyyən edilmişdir ki, iddiaçının əmlaklarının bir qismi hazırda mübahisəli evdədir. Eyni zamanda Apelyasiya instans iyası məhkəməsi cavabdeh tərəfin əmlak tələbinə dair göstərdiyi dəlilə, əmlakların dəyərinin yüksək göstərilməsinə, qiymət verərək qeyd etmişdir ki, qətnamə ilə həmin əmlakların iddiaçıya verilməsi, qətnamədə həmin əşyaların olmadığı təqdirdə onlarının dəyərinin verilməsi göstərilmişdir ki, bununla da cavabdeh tərəfindən qeyd edilən əmlakların qaytaracağı təqdirdə, onların dəyərinin hansı məbləğdə yazılması heç bir əhəmiyyət kəsb etməyəcəkdir. Apelyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibət bildirirək hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, qarşılıqlı iddia tələbində qeyd edilən əmlakların ilk iddia üzrə İddiaçı tərəfindən aparılmasına dair h ər hansı sübut təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinad etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il 2(105)-1698/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki halları araşdırılmamışdır. Belə ki, evə köçürülmə iddiaları o zaman təmin o luna bilər ki, şəxs həmin evdə yaşasın, onun başqa yerdə yaşamağa yeri olmasın, o məcburi surətdə evdən çıxsın, həmin evə qayıda bilməsin. Mülki işin materiallarında olan sübutlarından və şahid ifadələrindən görünür ki, iddiaçı həmin evdə yaşamamış, istəsəydi də yaşaya bilməzdi ona görə ki, ev yaşayış üçün hazır vəziyyətdə deyildir onun hamam və, elektriki, suyu və qazı yoxdur. Şəxs həmin evdə yaşamışdırsa onun evdən kim çıxarda bilərdi ki, hansı ki, həmin evin qapısının açarı iddiaçının özündədir, bunu iddiaçı Quba Rayon Məhkəməsində məhkəmə iclaslarında etiraf etmiş, məhkəmə tərəfində evə baxış zamanı iddiaçı özü qapını açmış, evə baxışa şərait yaratmışdır. Belə olan təqdirdə əgər iddiaçının cehiz əmlakı həmin evdə ola-ola, evin qapısının açarı iddiaçının özündə olduğu halda, hansı evə k öçürmədən söhbət gedə bilər ki, iddiaçı evə gedib-gəlməkdə sərbəstdir və ona maneə yoxdur. Göründüyü kimi, iddia üzrə evə köçürmənin əsası belə yaranmamışdır. Evə köçürmənin əsası yaranmadığı halda, yəni cehiz əmlakı həmin evdə olduğu halda, evin açarı onda olduğu halda, istədiyi vaxt evə gedib-gəldiyi halda hansı köçürmə iddiası təmin edilə bilər. Bundan başqa, iddiaçı ilə Cavabdeh1 arasında nikah məhkəmə qaydasında pozulmamışdan əvvəl, münasibətlər pozulan vaxtdan iddiaçı özü atasına məxsus evdə tək yaşamış, həmin evin hər bir şəraiti olmuş, onun hazırkı yarımtikiliyə heç bir ehtiyacı olmamışdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-734/2017 nömrəli, 09 oktyabr 2017-ci il tarixli qətnaməsində olan Quba rayon İcra Hakimiyyətinin ] 389/1 saylı, 03 mart 2 017-ci il tarixli rəyindən görünür ki, İddiaçı heç bir yerdə işləmir, valideynlərinin himayəsində olmaqla, atası Allahverdi Qurbanova 1 məxsus kürsülü 1 mərtəbəli, 1 aynabənd, 3 otaqdan ibarət evdə tək yaşayır. Yəni göründüyü kimi İddiaçı hazırkı evdə heç bir ehtiyacı yoxdur, o həmin evdə yaşamır. Bundan başqa Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsində cehiz əmlakının alınması ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Çünki, iddiaçı cehiz əmlakı tələbi ilə məhkəməyə müraciət etmiş, cehiz əmlakını gəlin köçdüyü atama məxsus evə gətirmişdir. Ondan sonra həmin cehiz əmlakından bir hissəsini yaşayış üçün yararlı olmayan mübahisəli yarımtikiliyə aparmışdır. Yarımtikilinin açarları da özündədir. İstədiyi vaxt həmin evə gedib gələ bilər. Belə olan halda cavabdehlərdən hansı c ehiz əmlakı tələb edilə bilər. 1994-cü ildə ailə qurmuşlar, 2020-ci ildə iddiaçı cehiz əmlakı tələb edir, 26 ilə hansı cehiz əmlakı qala bilər? Göründüyü kimi, iddiaçının əslində iddia vermək üçün subyektiv hüququ yoxdur. İddiaçı ilə mən Cavabdeh1 arasında bağlanmış nikah pozularkən, iki uşağım mənim yanımda qaldığına görə məndən qisas almaq üçün bu iddiaları qaldırır. Prosessual hüquq normalarının pozulması ilə bağlı-Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən Quba Rayon Məhkəməsinə təqdim edilmiş sübutlara-İddiaçı mübahisəli yarımtikilidə yaşamaması ilə bağlı, həmin yarımtikilidə yaşamaq üçün şərait olmaması ilə bağlı məhkəməyə təqdim edilmiş sübutlara (icra nümayəndəliyindən alınmış arayışlar) və şahid ifadələrinə hüquqi qiymət verməmişdir. Şirvan Apelyasiya Məhkəməsi işi natamam araşdırmı ş, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Cavadehlər 07.06.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq kassasiya şikayətindən imtina etdiklərini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtinanın yazılı ərizədə ifadə olunmalı olduğundan, müvafiq ərizə isə məhkəməyə təqdim edilmədiyindən məhkəmə kollegiyası teleqramı kassasiya şikayətindən imtina kimi qəbul etməmiş və Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80 Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və o nlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən və qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin cehiz əmlak tələbi üzrə hissəsi ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hissədə maddi, prosessual hüquq normalarının təl əblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin cehiz əmlakın tərkibi, onun dəyəri, iddiaçının özünün sahiliyində olması barədə dəlilləri üzrə apellyasiya məhkəməsi heç bir araşdırma aparmamış, 22 il ərzində istifadə edilmiş cehiz əmlakın mövcud olub-olmaması, mövcuddursa, hansı vəziyyətdə olmasını, onun dəyərini müəyyən etmədən və həqiqətən də həmin əmlakların cavabdehlərdə olmasını aydınlaşdırmamışdır. Halbuki apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığından, həmçinin apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlanması apellyasiya məhkəməsinin vəzifəsi olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin normalara riayət edilib-edilməməsini apellyasiya məhkəməsi yoxlamalı idi. Kassatorun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının həqiqətən tələb olunan əşyaların cavabdehdə olmasını və əşyaların göstərilən qiymətdə olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, onun tərəfindən təqdim edilən sübutlar düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci mad dəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğ u barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hü quq normalarına görə özünə məxsus əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Ona görə də qətnamə cehiz əmlak hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.2 77.1, 88-ci maddələrinin tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Qətnamə nin iddiaçının evə köçürülməsi hissəsi ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmış və işdə olan sübutlara qiymət verilmişdir, həmin hissədə qətnamənin ləğvi üçün əsaslar iş üzrə müəyyən ediməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1698/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi, ilkin iddianın cehiz əmlaka dair hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə( evə köçür ülmə hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar