Məhkəmə qərarları › İş №2(102)-2671/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2671/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) 11.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2710/2021 nömrəli, 05 may 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim: V.Quliyev) 2(005)-2214/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2710/2021 saylı, 22 aprel 2021-ci il tarixli qət naməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), E.Kazımov və V.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(005)- 2214/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2710/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2710/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(103)-2710/21 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.

6. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(102)-7019/2021 saylı qərarı ilə şikayət qeyrimümkün sayılmış (şikayətin qanunla müəyyən olunmuş formasına və qaydasına riayət olunmaması əsası ilə), buna müvafiq olaraq da şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 15 dekabr 2021-ci il tarixli qərardadı ilə qaytarılmışdır.

7. Cavabdeh yenidən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə əlavə edərək, müddətin bərpa olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(102)1694/20 22 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Bundan sonra, yəni 12 iyun 2022-ci il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya riayət edilmədən verilmədiyindən, eyni zamanda həm kassasiya şikayəti, həm də buraxılmış prosessual müddətin bərpasına dair ərizə qanunvericiliyin tələblərinə uyğun qaydada imzalanmadığından kassasiya şikayəti və buraxılmış p rosessual müddətin bərpasına dair ərizə qaytarılmışdır.

10. Həmin qərardadda cavabdehə və onun nümayəndəsinə (vəkilinə) izah olunmuşdur ki, kassasiya şikayəti qanunvericiliyin tələblərinə riayət olunmaqla verildikdə mümkün sayıla bilər. İşdən isə görünür ki, cavabdeh tərəf qanunvericiliyin tələblərinə uyğun olmayan çoxsaylı şikayətlər vermiş, məhkəmə kollegiyasının (həmçinin kassasiya instansiyasının) qərardadlarına baxmayaraq, çatışmazlıqlar aradan qaldırılmadan yenidən analoji şikayətlər verilməkdə davam etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası MPMnin 174.5-ci maddəsinin tələblərini cavabdehin və onun vəkilinin diqqətinə çatdırmağı zəruri hesab etmişdir.

11. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən elektron kabinet vasitəsi ilə eyni kassasiya şikayəti və müddətin bərpası barədə əri zə yenidən verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti və şikayət üzrə müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Kassasiya şikayə tinin forması” başlıqlı Əlavə 3-də müəyyən edilmiş) əməl edilmədən verilmişdir.

15. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalı olduğundan, hazırda müddətin bərpa edilib-edilməməsi barədə də hər hansı qərar qəbul etmək mümkün deyildir və həmin məsələyə qanunvericiliyin tələblərinə uyğun şəkildə kassasiya şikayəti təqdim olunduğu zaman baxıla bilər. Çünki MPM-nin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 407.1, 408.1 və 408.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazı n dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, 23 avqust 2022-ci ildə elektron kabinet vasitəsi ilə ərizə verərək, bildirmişdir ki, 12 iyun 2022-ci ildə müddətin bərpası barədə ərizə vermişdir, qətnamədən kassasiya şikayəti isə 2021-ci ildə verilmişdir və həmin kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir, həmçinin, ərizələr elektron kabinet vasitəsi ilə verilib və ASAN imza ilə imzalanıb, burada ərizələrin düzgün imzalanmamasından söhbət gedə bilməz. Son ərizəni 23 avqust 2022-ci ildə verməyinə baxmayaraq, 2023-cü ilin may ayına qədər bu ərizəyə Bakı Apellyasiya Məhkəməsində baxılmamışdır. Dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin qaynar telefon xəttinə zəng etdikdən sonra, nəhayət xx.xx.2023-cü ildə bu barədə qərardad qəbul olunmuşdur. Lakin yenə qərardadda kassasiya şikayətinin və müddət bərpası barədə ərizənin geri qaytarılmasını qərara alınmışdır. Məhkəmə ərizəyə qiymət vermək əvəzinə yenə də 2022ci ilin avqust ayında vermədiyi kassasiya şikayətinin geri qaytarılmasından bəhs edir. Məhkəmə sadəcə olaraq onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2/103/-2710/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa olunması barədə ərizəsinə qiymət verərək, ya müddəti bərpa etməli, ya da etməməli idi. Lakin məhkəmə bunu ona görə etməmişdir ki, müddətin bərpa olunubolunmamasından asılı olmayaraq, 23 avqust 2022-ci ildə verilmiş müddət bərpası barədə ərizəyə niyə 2023-cü ilin may ayında baxılması sualı ortaya çıxacaqdır. Bu sualın ortaya çıxmaması üçün müddət bərpası barədə ərizəyə qiymət verməyib, bunun əvəzində isə 2022-ci ilin avqust ayında vermədiyi kassasiya şikayətinin geri qaytarılması barədə qərardad verib.

19. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2/103/-2710/2021 saylı qətnaməsi cavabdehin adına səhvən ilkin instansiyada – Nərimanov Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh vəkili və nümayəndəsi olmuş X3 (Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən R.İldırımzadə prosesdə iştirak etməmişdir, vəkili və nümayəndəsi kimi Bakı Apellyasiya M əhkəməsində prosesdə Vəkil iştirak etmişdir) ünvanına – ünvan 2nun sübutu kimi onu göstərir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-2710/2021 saylı qərardadını da yenə də Cavabdeh adına həmin ünvana - ünvan 4na qərardadın ünvanına göndərildiyi X4 whatsapp vasitəsi ilə məlumat vermişdir və sənədlərin şəkillərini ona atmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsin in nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.

22. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassa siya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsa slandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə apellyasiya məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini, mülki iş materiallarını öyrənib müəyyən etmişdir ki, cavabdehin kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsində müəyyən olunmuş qaydalara (həmin forma MPM-in 3 saylı Əlavədə müəyyən olunur) uyğu n deyildir, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

29. Eyni zamanda apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kassasiya şikayəti müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun olmadığından, həmin şikayət üzrə müddətin bərpa edilməsinə dair ərizənin müzakirəsi yolverilən hesab edilə bilməz.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək qeyd edir ki, apellyasiya məhkəməsi qətnamədən verilmiş kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmiş, prosessual normaların tələblərini düzgün tətbiq etmişdir. Qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən iba rət olması göstərilməmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2710/2021 nömrəli, 05 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar