Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2671/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X1 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2575/2022 nömrəli, 21 may 2024-cü il tarixli qərardadından Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 nömrəli mənzildən cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(011)8343/2021 nömrəli qətna məsi ilə iddia təmin edilmişdir. (hakim Aygün Həsənova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdehlərdən Cavabdeh6 məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(103)-2575/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh6 (bundan sonra cavabdeh) həmin qətnamədən kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır (prosessual müd dətin ötürülməsi əsası ilə).
7. Həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1212/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmamışdır.
8. Hazırda cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli 2(103)-2575/2022 nömrəli qətnaməsindən yenidən kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı onu aldatmış, evdən çıxarmayacağı barədə vədlər vermiş, nəticədə onda iddiaçıya qarşı inam formalaşmış, bu səbəbdən qətnamədən vaxtında kassasiya şikayəti verməmiş, nəticədə müddəti ötürmüşdür, hətta qətnamə bugünədək icra olunmamışdır. Qeyd olunanlara əsasən, buraxılmı ş müddətin üzrlü hesab olunaraq bərpa olunmasını xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakimlər Rafael Eyvazov – sədrlik edən və məruzəçi, Günay Axundova, Cəmilə Musayeva)
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müddətin üzrlü səbəblərdən ötürülməsinin əsası kimi - iddiaçının onu aldatmasını, yəni mübahisəli evi ondan tələb etməyəcəyinə dair vəd verməsini və s. göstərmişdir. Cavabdeh irəli sürdüyü dəlilləri əsaslandırmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, həmin dəlillər özü-özlüyündə prosessual müddətin bərpa olunması üçün yetərli və əsaslı sayıla bilməz.
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki vaxtda ərizənin təmin olunması üçün prosessual əsaslar mövcud deyildir. Qətnamədən kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəblərdən 1 ildən çox müddətdə ötürüldükdən sonra onun formal mülahizələrlə bərpa edilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. 12.Apellyasiya instansiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə, «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. Cavabdeh6 (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, ötürülmüş müddətin üzrlü hesab edilməklə bərpa edilməsi, kassasiya şikayətinin icraata qəbul olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə nəzərə almamışdır ki, onun kassasiya şikayəti vermə hüququ qətnaməni rəsmi surətdə aldıqdan sonra başlayır.
20. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisə olunan qətnamə 13 aprel 2022-ci il tarixli reyestrlə onun ünvanına göndərilmiş, lakin həmin ünvanda yaşamamağı barədə məlumatla geri qaytarılmışdır və onun yaşayış yerini guya dəyişdirməsi barədə məhkəməyə məlumat verməməyini əsas kimi götürmüşdür. Halbuki, qeyd edilən ünvan ünvan 1an mənzildir və iddia ərizəsində də onun və digər cavabdehlərin həmin mənzildən çıxarılması tələb olunur. Belə olan halda onun həmin mənzildən yaşayış yerini dəyişməsi haqqında olan məhkəmənin mülahizəsi absurddur. O, həmin ünvanı heç vaxt dəyişməmişdir və bu günə kimi də həmin ünvanda yaşayır.
21. Qeyd edilən məhkəmənin qətnaməsi icraya yönəlsə də, iddiaçı heç vaxt qətnamənin icrasını tələb etməmiş və onları həmin evdən çıxarmayacağını bildirmişdir. Belə ki, 1990-cı ildə ermənilər Bakını tərk edərkən həmin evi onun həyat yoldaşı- digər Cavabdeh3 ilə birgə nikah dövründə öz pul vəsaiti hesabına əldə etmişlər. Qeyd edilən ev həyat yoldaşı tərəfindən bu iş üzrə İddiaçı adına rəsmi qeydiyyatdan keçsə də, bu günə kimi həmin evdə o və ailə üzvüləri yaşamışdır. İddiaçı onları aldatmışdır ki, qeyd edilən ev onun mülkiyyətinə keçsə də həmin evi o onlardan tələb etməyəcək. Məhz buna görə onlara qarşı qaldırmış iddia üzrə hər hansı fəal hərəkət etməmişlər. Hətta Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən kassasiya şikayətini belə vaxtında verməmişlər. İddiaçı onları aldadaraq həmin qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinə nail olmuşdur.
22. Bütün bunlar onu göstərir ki, qeyd edilən qətnamədən kassasiya şikayəti vermə müddətinin üzürlü hesab edilməsi üçün kifayət qədər əsaslar var. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştir ak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir
26. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
27. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
28. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
29. Maddə 135.2. Məhk əmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
30. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ü nvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
31. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
32. Maddə 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.
33. Maddə 137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu mə hkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
34. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
35. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, mübahisələndirilən qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir sübut təqdim edilməmişdir, ərizədə göstərilən hallar isə öz-özlüyündə prosessual müddətin bərpası üçün əsas ola bilməz.
21. Kollegiya hesab edir ki, prosessual müddətin bərpasından imtina barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslıdır və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
22. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişd irilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2575/2022 nömrəli, 21 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.