Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2672/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X3 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 qızının və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(103)-10045/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı C avabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı torpaq sahəsi və onun üzərindəki ev mərhum X2 tərəfindən alınmışdır. Lakin bundan bir müddət sonra qonşuluqda yaşayan Cavabdeh2 həmin torpaq sahəsini və evi zəbt etmişdir. Atası dəfələrlə ondan torpaq sahəsini və evi boşaltmasını tələb etsə də, o, buna əhəmiyyət verməmişdir. X2 29.03.2016-cı il tarixdə vəfat etmişdir. Hazırda o, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun hüquqi varisidir. Atasının vəfatından sonra da o, dəfələrlə Cavabdeh2 həmin tor paq sahəsini və evi tərk etməsini tələb etsə də, o nəinki oranı tərk etmiş, hətta sonradan eşitdiyinə görə qanunsuz olaraq 65000 manata həmin torpaq sahəsini və evi Cavabdeh1 satmışdır. Hazırda orada Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə qeyri-qanuni olaraq yaşayır. O, dəfələrlə Cavabdeh1 evi X1 tərəfindən aldadılaraq aldıqlarını və evin ona məxsus olduğunu bildirsə də və evdən çıxmalarını tələb etsə də, onlar da buna məhəl qoymurlar. Bu mənada hesab edir ki, mübahisəsi gedən torpaq sahəsi və onun üzərindəki evlə bağlı onun əldə etdiyi hüquq mülkiyyət hüququnun özünə bərabər tutulmaqla həmin hüquqla eyni səviyyədə qorunmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəl lədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 31 may 2018-ci il tarixli 2(008)-4184/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (Fuad Talışinski – məruzəçi və sədrlik edən, hakimlər Zaur Əliyev, Rafael Eyvazov) 03 dekabr 2018-ci il tarixli 2(103)10045/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(008)-4184/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 03.12.2018-ci il tarixli 2(103)-10045/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən isə müvafiq araşdırmalar aparılaraq, müvafiq orqanlara sorğular verilsə də, iş üzrə yenə də qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Bakı şəhər Sabunçu Bələdiyyəsinə edilmiş müraciətə əsasən, Bələdiyyə tərəfindən verilmiş 04 dekabr 2018-ci il tarixli, 114 №-li arayışdan da görünür ki, hazırda cavabdehlər tərəfindən zəbt edilmiş ünvan 2 ünvanında yerləşən sənədsiz evlərdən 257,5 kv.m torpaq sahəsində yerləşən 188,7 kv.m tikinti sahəsi üçün Sabunçu Bələdiyyəsində vergi öd əyicisi kimi İddiaçı qeydiyyata alınmış və vergilər onun tərəfindən ödənilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin torpaq sahəsi və onun üzərindəki tikili ilə bağlı heç bir sənədləri yoxdur. Mübahisəsi gedən torpaq sahəsi və onun üzərindəki evlə bağlı iddiaçı əldə etdiyi hüquq mülkiyyət hüququnun özünə bərabər tutulmaqla həmin hüquqla eyni səviyyədə qorunmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsa sən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Azərbaycan Respublikası Sabunçu Bələdiyyəsinin 102 №-li 25 oktyabr 2018-ci il tarixli məktubuna əsasən Bakı şəhər Sabunçu rayon Sabunçu qəsəbəsi döngə 1 ünvanında sənədsiz tikililər mövcuddur. Tikililərin yerləşdiyi torpaq sahələrinin sənədləri olmadığı üçün hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim olunması imkan xaricindədir (səh.52), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2175/2005 saylı 29 avqust 2005-ci il tarixli qətnaməsinin surətinə əsasən Cavabdeh2 həyat yoldaşı və 4 uşağı ilə birlikdə Bakı şəhəri Sabunçu qəsəbəsi şəhər şossesi küçəsi döngə 1, 3 saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir, Azər İşıq ASC-in **********90000 kodlu abonent barədə sənədin və bildirişin surətinə əsasən ünvan Sabunçu, Sabunçu Şəhər şossesi Ev(Bina):1029, eləcədə X1 və Cavabdeh2 adı qeyd edilmişdir (səh.57), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.11.2018-ci il tarixli **********75 №-li məktubuna əsasən ünvan haqqında ətraflı məlumat (sahəsi) verildikdən sonra sorğuya yenidən baxıla bilər (səh.63), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ya nında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20.11.2018-ci il tarixli **********07 №-li məktubuna əsasən ünvan haqqında daha dəqiq məlumat (sahə və s.) verildikdən sonra sorğuya yenidən baxıla bilər (səh.69), Azərbaycan Respublikası Baki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 19.11.2018-ci il tarixli 7-4603/17 saylı məktubuna əsasən sorğuda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı məlumat olmadığından, müraciətin müsbət həlli imkan xaricindədir (səh.71). İş üzrə apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən də lilləri formal mülahizə xarakteri daşıdığından, habelə daşınmaz əmlakın mövcudluğu və hər hansı hüquqla iddiaçıya aidiyyəti sübuta yetirilmədiyindən əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçü n işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikd irlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia qaldırılan zaman mübahisə predmetini təşkil edən ev və həyətyanı torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilmədiyindən, onun həmin ev və torpaq sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının subyektiv hüququnun olmadığına görə onun iddia üzrə irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac olmamasına dair qənaəti ilə də razılaşır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılma sından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MM-nin: - 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İ ddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (157.8-ci maddə nəzərə alınmaqla) təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə 1-ci dispozisiya şərtinin mövcudluğu, yəni tələb edilən torpaq sahəsi və onun üzərindəki evə iddiaçının hər hansı hüququnun (mülkiyyət, sahiblik və ya istifadə) mövcudluğu müəyyən edilmir. İddiaçının iddiasını əsaslandırmaq üçün istinad etdiyi “xxxx” MMC- nin 08.08.2014cü il tarixli hesabat cədvəli, onun 2013,2014-cü illərdə əmlak və torpaq vergisi ödəməsinə dair ödəniş qəbzi və hətta kassasiya şikayətinə əlavə edilmiş Sabunçu Bələdiyyəsinin 04 dekabr 2018-ci il tarixli, 114 №-li arayışı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas verən sübut kimi qəbul edilə bilməz. Belə ki, Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirili r. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığın a dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi əsasları qanun la dəqiq müəyyən edilmişdir və bu hal başqa sübutlarla təsdiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci mad dəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərindəki evin iddiaçıya aidiyyəti qanunla müəyyən edilmiş sübutlarla təsdiq olunmadığından, həmin torpaq sahəsi və evə dair cavabdehlərin də hər hansı hüqumüəyyənedici sənədi olmadığı halda belə, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Buna görə də, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.12.2018-ci il tarixli 2(103)-10045/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2672/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2672/2019
22.04.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver