Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2672/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsi, əsassız varlanma 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-670/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Hyundai” markalı **-SC*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır.
2. X6 xx.xx.2022-ci il tarixində Bakı şəhər notariat ofisində Cavabdeh nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir.
3. Təmsil olunan mülkiyyətçi X6 tərəfindən etibar edilən İddiaçı 11 sentyabr 2022-ci il tarixdə verilmiş etibarnaməyə əsasən, mülkiyyətçiyə məxsus "HundaiSantafe" minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 ay 8 gün müddətinə, 19 avqust 2023-cü il tarixinədək idarə etmək, bağışlamaq, üzərində sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətləri etmək İddiaçı etibar edilmişdir.X6 xx.xx.2022-ci il tarixində Bakı şəhər notariat ofisində Cavabdeh nəqliyyat vasitələrinə sərəncam verilməsi h aqqında etibarnamə vermişdir. 4. 11 sentyabr 2022-ci il tarixli etibarnamə əsasında "HundaiSantafe" minik markalı **SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı səlahiyyətlər təmsil olunan Cavabdeh tərəfindən İddiaçı ötürülmüşdür. 5. 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən,21 iyul 2023-cü il tarixdə X6 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək 21 iyul 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib, ona məxsus “Hyundai” markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin Ağcabədi rayonu, Qaradolaq kənd sakini İddiaçı etibarnaməsiz idarə etməsini bildirmiş, avtomobil duracağa yerləşdirilmədiyi üçün əsəbləşib özünüyandıracağı barədə məlumat vermiş və avtomobilin duracağa yerləşdirilməsini xahiş etmişdir. Toplanmış materiald a cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat və ödənilmiş dövlət rüsumuna görə 150 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2022-ci tarixində Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı ünvan 1 ünvanında yaşayan Cavabdeh "Hyundai" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili sövdələşmə aparmaqla 20000 manata almışdır. Həmin vaxt onların yanında qardaşları X, Xvə oğlu Xolmuşdur. Aldığı avtomaşına görə Cavabdeh 1 9900 manat nağd pul vermişdir. Maşının texniki şəhadətnaməsi tanımadığı X2 adına olmuşdur. Cavabdeh avtomobili baş etibarnamə ilə ona satmışdır. Həmin vaxtdan, yəni 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək avtomobil onun istifadəsində olmuşdur. 19 iyul 2023-cü il tarixində tanımadığı qadın ona zəng edərək istifadəsində olan "Hyundai" markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olmasını, həmin avtomobili X3 19 avqust 2022ci il tarixdə 19000 manata satmasını və pulunu X1 ala bilmədiyindənşikayətlənmişdir. Seymurun da sözügedən avtomobili Cavabdeh satdığını ona bildirmişdir. 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ev 68, mənzil 14-də yaşayan X6 ilə Ağcabədi rayonu Polis şöbəsində görüşmüşdür. X avtomobilin ona məxsu s olmasınıvə avtomobili duracağa yerləşdirilməsini tələb etmişdir. Bundan əlavə DİN-nin 102 saylı qaynar xəttinə və Ağcabədi rayon Polis şöbəsinə bu barədə şikayət etmişdir. Ağcabədi rayonu Polis şöbəsində tədqiqat bölməsinin təhqiqatçısı araşdırma aparmışdır. Araşdırmada onların izahatları alınmış və mübahisə mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməsi qərara alınmışdır.
8. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 13 sentyabr 2022-ci tarixdə tanışı X etibarnamə ilə idarə etdiyi "Hyundai" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili X vasitəsi ilə İddiaçı satmışdır. Maşının satışından əldə etdiyi 19900 manat pulu da X vermişdir. Avtomobili iddiaçıya satarkən ona avtomobilin qadın adına olduğunu və tez bir zamanda adlarına keçirmələri lazım olduğunu demişdir. Lakin bir ilə yaxın müddətində iddiaçı avtomobili sənədləşdirməmişdir. O, ona verilən etibarnamədən istifadə edərək satış etmişdir. Onun heç bir günahı yoxdur. Pulu iddiaçıdan özü almış və X adlı şəxsə vermişdir. İddiaçı X görməmiş və onu tanımamışdır. Hazırda o, özü də X qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır.
9. Beyləqan Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 19.900 manat məbləğində pulun və 150 manat ödənilmiş dövlət rüsumununun alınıb iddiaçıya verilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh qeyd olunan avtomobili iddiaçıya etibarnamə əsasında satmış, lakin avtomobilin mülkiyyətçisi həmin avtomobili iddiaçıdan geri almışdır. Bununla da iddiaçı ilə c avabdeh arasında müqavilə baş tutmamış, iddiaçı avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir.
11. Belə olan halda, iddia tələbi əsaslıdır. İddiaçı iddia ərizəsində avtomobili 20.000 manata aldığını göstərsə də, məhkəmə iclasında verdiyi izahatında avtomobili 19.900 manata aldığını bildirmişdir. Həmçinin məhkəmə iclasında izahat verən cavabdeh də avtomobili iddiaçıya 19.900 manata satdığını etiraf etmişdir. Ona görə də məhkəmə iddianın 19.900 manat təmin edilməsini əsaslı hesab etmişdir.
12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 567, 568.1, 573.1, 573.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində alğı-satqı müqaviləsi barədə maddi hüquq normasına istinad etsə də, məhkəməyə alğı-satqı müqaviləsini təqdim etməyib. Edə də bilməzdi, çünki iddiaçı ilə arasında heç bir alğı-satqı müqaviləsi bağlanmayıb, belə bir müqavilə mövcud deyil. Ona görə də iddiaçının və məhkəmənin Mülki Məcəllənin 567-ci maddəsinə istinad etməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 567-ci maddəsini düzgün tətbiq etməyib. Qətnamədə Mülki Məcəllənin alğı-satqı ilə bağlı 567-ci, 568.1-ci və 573-cü maddələrinə istinad edilib. Lakin həmin maddələrə istinad olunmasının heç bir əsası yoxdur, çünki ortada heç bir alğı-satqı müqaviləsi yoxdur. Mülki Məcəllənin 385-ci maddəsi düzgün tətbiq edilməyib. Heç bir öhdəlikdən söhbət gedə bilməz. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbləri pozulub. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq edilməli olan qanunu tətbiq etməyib. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbləri pozulub. Pulu ondan tələb edir.Pulu iddiaçıdan alıb X vermişdir. Onda pul yoxdur. Hazırda özü də X ə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır, çünki X əsassız varlanmaqlaonamaddi zərər vurub. X ona pulu qaytarmalıdır ki, pulu iddiaçıya versin. Mülki Məcəllənin 1091.2-ci, 21-ci, 1096-cı və 1097-ci maddələrinin tələbləri pozulub. Belə ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxıb, tətbiq ed ilməli olan qanunu tətbiq etməyib. Məhkəmə iclasında verdiyi izahat nəzərə alınmayıb. İddianı qəbul etməyərək məhkəmə iclasında izahatında da bildirmişdir ki, 13 sentyabr 2022-ci tarixdə tanışı X1 etibarnamə ilə idarə etdiyi “Hyundai” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili X vasitəsilə baş etibarnamə ilə İddiaçı vermişdir. İddiaçı verdiyi 19900 manat pulu X vermişdir. Avtomobili iddiaçıya verərkən ona avtomobilin başqa bir şəxsə X4 məxsus olduğunu, belə ki, avtomobilin həmin şəxsin adına qeydiyyata alındığını və tez bir zamanda adlarına keçirmələri lazım olduğunu demişdir. Lakın bir ilə yaxın müddətdə iddiaçı avtomobili sənədləşdirməyib. Avtomobil 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək iddiaçının istifadəsində olub. 19 iyul 2023-cü il tarixdə X iddiaçıy a zəng edərək avtomobili X 19 avqust 2022-ci ildə 19000 manata verdiyini, lakin pulunu ondan ala bilmədiyindən şikayətlənib. İddiaçı heç nə edə bilməyəcəyini deyib. Bundan sonra, X 21 iyul 2023-cü il tarixdə Ağcabədi rayon polis şöbəsinə müraciət edərək ona məxsus “Hyundai” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı etibarnamə olmadan idarə etdiyini, avtomobil duracağa yerləşdirilmədiyi üçün əsəbiləşib özünü yandıracağını bildirib. X avtomobilin duracağa yerləşdirilməsini xahiş edib. Lakin işdə cinayət tərkibinin olmaması əsası ilə 31 iyul 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Nəticədə X avtomobili iddiaçıdan geri alıb. Məhkəmə nəzərə almayıb ki, ona maddi zərər vurulub.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(106)-670/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi) Pərviz Əhmədov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(020)-70/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 21 iyul 2023-cü il tarixdə X6 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, həmçinin DİN-nin 102 xidmətinə zəng edib, ona məxsus “Hyundai” markalı **-SG-*** dövlət qey diyyat nişanlı avtomobilin Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı tərəfindən idarə olunduğunu aşkar etdiyini bildirib, saxlanılıb duracağa yerləşdirilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı X6 izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında tanıdığı X7 adlı şəxsə avtomobilini yenisi ilə əvəz etmək istədiyini bildirmişdir, çünki əvvəllər də Seymurdan bir-neçə dəfə avtomobil almışdır. “Hyundai” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə X vermiş, X isə öz növbəsində avtomobili 20000 manata sataraq, onun üçün “KiaSonrento” markalı avtomobil gətirəcəyinə söz vermişdir. Sonradan bir-neçə dəfə Seymurdan ona avtomobil gətirməsi ilə maraqlanmış, X isə hər dəfə müxtəlif bəhanələr gətirərək onun üçün alınan avtomobilin gəmidə olmasını, yaxın günlə rdə gələcəyini demişdir. Sonradan X verdiyi avtomobilinin bir-neçə şəxsə satıldığını öyrənmiş, məlum olmuşdur ki, X onun avtomobilini satsa da, əvəzinə ona avtomobil verməmişdir. Buna görə də, etibarnamələri ləğv etdirib DİN-nin BDYPİ-yə müraciət etmişdir. Avtomobilinin Ağcabədi rayon Qaradolaq kəndində olduğu müəyyən edilmiş və üzərinə həbs qoydurmuşdur. 20 iyul 2023-cü il tarixdə Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı evinə gəlmiş, avtomobilin ona məxsus olmasını bildirib duracağa yerləşdirilməsini tələb etmiş, Allahverən isə avtomobili Şakir adlı şəxsdən 22500 manata aldığını demişdir. Avtomobili İddiaçı tanımadığı Şakir adlı şəxs satmışdır. X isə ona avtomobilin pulunu ödədiyini desə də, X ona pul verməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 13 sent yabr 2022-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhər sakini Cavabdeh “Hundai Santafe” minik markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 22000 manata almış, texniki şəhadətnamə isə X2 adına olmuşdur. Şakir avtomobili baş etibarnamə ilə ona satmış, həmin vaxtdan da avtomobil onda olmuşdur. 19 iyun 2023-cü il tarixdə tanımadığı bir qadın ona zəng edib avtomobilin ona məxsus olmasını, həmin avtomobili X7 adlı şəxsə 19 avqust022-ci ildə 20000 manata satdığını və pulunu X ala bilmədiyini, X avtomobili X, X də ona satdığını demişdir. X pulunu almaq üçün avtomobili qaytarıb X vermişdir, hazırda avtomobilin harada olmasını bilmir.
17. İşin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, mübahisəli "HundaiSantafe" minik markalı ** -SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsus olmaqla X X oğlunun, sonradan isə 21 avqust 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. Sonrakı tarixdə, yəni 11 sentyabr 2022-ci il tarixli etibarnamə əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətlər təmsil olunan Cavabdeh tərəfindən İddiaçı ötürülmüşdür. Nəqliyyat vasitəsinin mülkiyyətçisi X avtomobilini satmaq üçün etibar etdiyi X adlı şəxs tərəfindən aldadıldığını, avtomobili satılsa da, pulunun ona ödənilmədiyini bildirib avtomobillə bağlı verilən bütün etibarnamələri ləğv etdirmiş, həmçinin DİN-nin BDYPİ-nə müraciət edərək avtomobilin üzərinə həbs qoydurmuşdur. Hazırkı mübahisə tərəflərinin birinci instansiyaməhkəməsində verdiyi izahatlarından, cavabdehin etirafından müəyyən olunur k i, mübahisəli nəqliyyat vasitəsinə görə İddiaçı tərəfindən Cavabdeh 19900 manat məbləğində pul verilmişdir.
18. Hazırkı mübahisənin obyektini təşkil edən nəqliyyat vasitəsinə dair mülkiyyətçi X ilə vəkalət alan X arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, sonuncu mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsini sataraq, dəyərinə iddiaçı üçün “Kia Sorento” markalı nəqliyyat vasitəsi almaq kimi üzərinə vəzifə götürmüşdür. Lakin sonuncu mülkiyyətçinin bu tapşırığını kifayət qədər vicdanla icra etməli olduğu halda, mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsinə dair cavabdehə etibarnamə vermiş, faktiki olaraq isə sataraq əldə etdiyi vəsait hesabına nə mülkiyyətçi üçün vəd etdiyi avtomobili almış, nədəki satdığı avtomobilin dəyərini mülkiyyətçiyə vermişdir. Bununla v əkalət alan şəxs olaraq vəkalət verən şəxsə zərər yetirmişdir ki, bunun üçün məsuliyyət daşımalıdır. Sonrakı mərhələdə isə mübahisənin obyektini təşkil edən avtomobilə dair etibar edilmiş başqasına etibaretmə qaydasında hərəkət edən cavabdeh səlahiyyətləri iddiaçıya ötürmüş, bu zaman səlahiyyətləri başqa şəxsə verməsi barədə etibarnamə verənə məlumat verməmişdir. Nəqliyyat vasitəsinə dair verilən bütün etibarnamələr mülkiyyətçi tərəfindən ləğv olunaraq, avtomobil axtarışa verildiyindən, bununla da iddiaçı avtomobil üzərində sahiblik və istifadə hüquqlarını itirdiyindən, cavabdeh həmin avtomobilin dəyəri kimi iddiaçıdan almış olduğu pul məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur.Cavabdehə münasibətdə sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma baş v erdiyindən, cavabdeh məhrum olunanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1, 362.2, 363.3, 364.1, 364.2., 364.4, 365.1.3, 777.1, 777.2, 778.1, 779.1, 782.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin öz qətnaməsindəəsassız varlanmailə bağlımüəddalara istinad etməsi əsassızdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuniəsas və ya müqaviləəsası olmur. Hüquqiəsas olmadan varlanma,həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonra aradan qalxmış əsasa söykənir. 13 sentyabr 2022-ci il tarixdə cavabdeh tanışı X etibarnaməilə idarəetdiyi mübahisəli avtomobili Seymurun vasitəsiilə iddiaçıya satmışdır. Maşınınsatışından əldə etdiyi 19.900 manat pulu da Seymura vermişdır. Avtomobiliiddiaçıyasatarkən onaavtomobilin qadın adına olduğunu vətez birzamanda adlarına keçirməklərinin lazım olduğunu demişdir. Lakin bir ilə yaxın müddətində iddiaçı avtomobili sənədləşdirməmişdir. O, ona verilən etibarnamədən istifadə edərək satış etmişdir. Bu hal Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003) -1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapıb. Həmin qətnamədə qət edilib ki, X9 oğlundan 16.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 138 manat dövlət rüsumu olmaqla, cəmi 16.138 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X ödənilsin. Şirvan Apellyasiya Məhkəməsi işi tam,ədalətli və hərtərəfli araşdırmış olsaydı bu halı müəyyən edərdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
24. Maddə 362.2. Notarial for ma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
25. Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
26. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
27. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyə t qoyur.
28. Maddə 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.
29. Maddə 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsininəsaslarından biridir.
30. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür;
31. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqaviləvəkalətalanıntapşırığıqəbuletməsindənsonraqüvvəyəminir;
32. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir;
33. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır;
34. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
35. Maddə 1091.1. Əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
36. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
37. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs.
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli “Hundai Santafe” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 məxsus olmaqla X5, sonradan isə 21 avqust 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. Sonrakı tarixdə, yəni 11 sentyabr 2022-ci il tarixli etibarnamə əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətlər təmsil olunan Cavabdeh tərəfindən İddiaçı ötürülmüşdür. Nəqliyyat vasitəsinin mülkiyyətçisi X avtomobilini satmaq üçün etibar etdiyi X adlı şəxs tərəfindən aldadıldığını, avtomobili satılsa da, pulunun ona ödənilmədiyini bildirib avtomobillə bağlı verilən bütün etibarnamələri ləğv etdirmiş, həmçinin polisə müraciət edərək avtomobilin üzərinə həbs qoydurmuşdur. Hazırkı mübahisə tərəflərinin birinci instansiya məhkəməsində verdiyi izahatlarından, cavabdehin etirafından müəyyən olunur ki, mübahisəli nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən cavabdehə 19.900 manat məbləğində pul verilmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin obyektini təşkil edən nəqliyyat vasitəsinə da ir mülkiyyətçi Xa ilə vəkalət alan X arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Belə ki, sonuncu mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsini sataraq, dəyərinə iddiaçı üçün “Kia Sorento” markalı nəqliyyat vasitəsi almaq kimi üzərinə vəzifə götürmüşdür. Lakin sonuncu mülkiyyətçinin bu tapşırığını kifayət qədər vicdanla icra etməli olduğu halda, mülkiyyətçiyə məxsus nəqliyyat vasitəsinə dair cavabdehə etibarnamə vermiş, faktiki olaraq isə sataraq əldə etdiyi vəsait hesabına nə mülkiyyətçi üçün vəd etdiyi avtomobili almış, nədəki satdığı avtomobilin dəyərini mülkiyyətçiyə vermişdir. Bununla vəkalət alan şəxs olaraq vəkalət verən şəxsə zərər yetirmişdir ki, bunun üçün məsuliyyət daşımalıdır. Sonrakı mərhələdə isə mübahisənin obyektini təşkil edən avtomobilə dair eti bar edilmiş başqasına etibaretmə qaydasında hərəkət edən cavabdeh səlahiyyətləri iddiaçıya ötürmüş, bu zaman səlahiyyətləri başqa şəxsə verməsi barədə etibarnamə verənə məlumat verməmişdir. Nəqliyyat vasitəsinə dair verilən bütün etibarnamələr mülkiyyətçi tərəfindən ləğv olunaraq, avtomobil axtarışa verildiyindən, bununla da iddiaçı avtomobil üzərində sahiblik və istifadə hüquqlarını itirdiyindən, cavabdeh həmin avtomobilin dəyəri kimi iddiaçıdan almış olduğu pul məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmişdir. Ona görə də cavabdehə münasibətdə sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma baş verdiyindən, cavabdeh məhrum olunanın, yəni iddiaçının tələbi ilə əldə etdiklərini qaytarmalıdır.
53. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin k assasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2(106)-670/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.