Məhkəmə qərarları › İş №2(102)-2673/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2673/2021

19.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2673/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X adına X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi, iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh X adına X4 nümayəndəsi və vəkili X18 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 21 oktyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İ ddiaçı 02 aprel 2007-ci ildən cavabdeh təşkilatda böyük laborant kimi əmək fəaliyyətinə başlamış və onunla 05 yanvar 2010-cu ildə 5 illik, 05 yanvar 2015-ci ildə 1 illik, 05 yanvar 2016cı ildə 1 illik, 05 yanvar 2017-ci ildə 1.5 illik, 05 iyul 2018-ci ildə 1 illik və 05 iyul 2019-cu ildə isə 6 aylıq müddətli əmək müqavilələri bağlanmışdır.

2. Cavabdehin 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmri ilə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə müddəti qurtarmasına görə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası 22.01.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir.

3. İddiaçı hazırkı tələblə 01.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı c avabdeh X adına X2rşı ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, X4 direktorunun işdən azad edilməyi ilə bağlı 07.01.2020-ci il tarixli, 01-k saylı əmrini ləğv edib onu həmin tarixdən öz əvvəlki işinə (9-cu dərəcə ilə böyük laborant vəzifəsi) bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti (AMEA) cənab xə ərizə ilə müraciət etmiş və bu işin AMEA daxilində həll edilməsini, etdiyi müraciətin cavabını gözləmişdir. İşə bərpa ilə bağlı müraciəti araşdırılmaq üçün AMEA-nın Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktoru, professor verilmiş və onun tərəfindən 065/10-18 saylı, 14.02.2020-ci il tarixli rəsmi cavab ünvanl anmışdır. Həmin cavabın göndərildiyi zərfin üstündəki möhürdən göründüyü kimi bu məktub 29 may 2020-ci il tarixində Şamaxı rayon Poçtuna çatmış - ona isə 30 may 2020-ci il tarixində verilmişdir. Görünür ki, bütün dünyanı bürümüş Koronavirus Pandemiyasına görə ona ünvanlanmış həmin məktub Bakıdan Şamaxıya çox gec yola salınmışdır. AMEA Həmkarlar Təşkilatı işə bərpa ilə bağlı müraciətini tam araşdırmış, həqiqətən də işi ilə bağlı AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu açıq şəkildə qeyd etmişdir. Həmin məktubda bildirilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən çox olduğuna görə işəgötürənin AR ƏM-nin 73.1-ci maddəsinin tələbinə əsasən onun əmək müqaviləsinə xitam verməsi əsassızdır. Bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyə edil mişdir. Bundan sonra X16 ərizə ilə müraciət etmişdir. Beləliklə, məhkəməyə təqdim etdiyi sənədlər sübut edir ki, ŞAR-ın rəhbərliyi onunla 05 yanvar 2010-cu il tarixdən fasiləsiz olaraq 10 il müddətli əmək müqavilələri bağlamışdır. Odur ki, AR ƏM-in 45-ci maddəsinin 5-ci bəndinə əsasən nəinki indi, hətta 2016-cı ildən etibarən onun bu əmək müqavilələri müddətsiz hesab olunmalıdır. Bu səbəbdən ŞAR-ın direktorunun onu AR ƏM-nin 73.1-ci maddəsi ilə əmək fəaliyyətinə xitam verməsi tam əsassızdır. İş materiallarına daxil etdiyi çıxarış epiqrizinin surətindən göründüyü kimi keçən ildən etibarən səhhətində yaranmış problemlərdən əziyyət çəkir. Bu səbəbdən 25.04.2019-04.05.2019-cu il müddətlərində Respublika Klinik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Sonra keçən ilin sonunda 09.12.201924.1 2.2019-cu il tarixlərində, daha sonra isə eyni diaqnozla bu il 24.01.2020-03.02.2020-ci il tarixlərində X11 stasionar müalicələrdə olmuşdur. 07.01.2020-ci il tarixdə işdən azad edilsə də əmək kitabçası ona bu ilin mart ayında Koronavirus Pandemiyasına görə güclü Karantin rejimi müddətində göndərilmişdir. Həmin vaxtlarda gəliş-gediş çox çətin idi. Digər tərəfdən həyat yoldaşı və özü işsiz olduğuna görə sənədlərinin bir hissəsi isə doğulduğu Bərdə rayonunda qaldığına görə həmin sənədləri əldə edib, toplamaq mümkün olmamışdır. Bundan başqa, X5 öz işinə bərpa olunmasını Azərbaycan Milli Elmlər Akademiyasının öz daxilində həll olunmasını istəmiş, ona görə də AMEA X24 Mehdiyevə ərizə göndərmişdir. Həm də məhkəməyə təqdim olunması üçün ona mötəbər sübutlar lazım olmuşdur. Nəhayət AMEA Həmkarlar T əşkilatının sədri hüquq elmlər doktoru cənab Habil Qurbanov tərəfindən ona 065/10-18 saylı, 14.02.2020-ci il tarixli cavab məktubu 29 may 2020-ci il tarixdə Şamaxı poçtuna daxil olmuş və 30 may 2020-ci il tarixdə ona verilmişdir. Həmin vaxtdan götürdükdə məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Bundan dərhal sonra X22 Müfəttişliyinə də ərizə ilə müraciət etmiş, 30 iyun 2020- ci il tarixdə özü və X4 rəhbərliyi X22 Müfəttişliyinə dəvət olunmuş, araşdırma başlamışdır. Onun X5 (ŞAR) öz işindən qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı X16 etdiyi müraciətə həmin X8 Ərazi Şöbəsindən **********4 saylı, 21.07.2020-ci il tarixli cavab göndərilmişdir. Həmin cavabda açıq şəkildə yazılmışdır ki, ŞAR-ın rəhbərliyi onu əsassız olaraq işdən azad edib, ŞARda fasiləsiz müddətli əmək müqaviləsi 10 il olduğuna görə AR Əmək Məcəlləsinin 45ci maddəsinin 5-ci bəndinə əsasən orada əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Odur ki, ŞAR-m rəhbərliyinin onunla bağlı 07.01.2020-ci il tarixli, 01-k saylı əmri ləğv edilərək öz işinə bərpa olunmalıdır. Bundan əlavə, ŞAR-ın direktoru Namiq Cəlilovun onunla bağlı Əmək Qanunvericiliyinin tələblərini pozaraq belə qanunsuz hərəkət törətməsi inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən X21 AR İnzibati Xətalar Məcəlləsinin 196.2-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə görə X barəsində 08 iyul 2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin maddəyə görə vəzifəli şəxs 1500 manatdan 2000 manatadək cərimə edilir. X21 bu barədə özü 23.0 7.2020-ci il tarixdə ictimaiyyətə məlumat yaymış və Respublikada fəaliyyət göstərən demək olar ki, bütün saytlarda və rəsmi mətbuatda bu barədə məlumat verilmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili X iddia tələbini qəbul etməyərək birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində onunla bir neçə il ərzində bir neçə dəfə müddətli əmək müqaviləsinin bağlanması səbəbindən bağlanmış əmək müqavilələrinin müddətsiz hesab edilməli olması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. İşəgötürən olaraq iddiaçı ilə bağladıqları 28.06.2019-cu il tarixli 43 saylı əmək m üqaviləsinə əsasən, tərəflərin aralarında razılaşdırdıqları əmək müqaviləsinin müddəti 28.06.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək 6 ay müddətinə bağlanmışdır. Həmin maddənin 2-ci hissəsinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Tərəflərin arasında bağlanmış əmək müqaviləsində onun müddəti müəyyən edildiyindən, iddiaçının istinad etdiyi əmək müqaviləsi müddətsiz hesab edilə bilməz. Eyni maddənin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin normanın məzmununda “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi“ sözləri hərfi mənada başa düşülməməlidir. Çünki, “müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi“ sözləri deyilərkən, qanunverici müddətli bağlanmış bir əmək müqaviləsi üzrə əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq davam etməsini nəzərdə tutmuşdur. Hazırki halda isə iddiaçı ilə əvvəlki əmək müqaviləsinin müddəti bitdikdə, həmin əmək müqaviləsinin müddəti uzadılmamış, onunla hər dəfə yeni əmək müqaviləsi bağlanmış və tərəflər arasında yeni əmək münasibətləri yaranmışdır. İddiaçı ilə hər dəfə əmək müqaviləsi bağlandıqda, qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir əmək müqaviləsinin surəti ona təqdim edilmiş və sonuncu bununla bağlı müvafiq qeydiyyat jurnalında imza da etmişdir. Bununla da iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərindən və onun müddətindən tam məlumatlı olmuşdur. İddiaçı i lə bağlanmış 28.06.2019-cu il tarixli 43 saylı əmək müqaviləsinin müddəti 30.12.2019-cu il tarixdə başa çatdığından, qeyri-iş günlərinin olması nəzərə alınmaqla, növbəti ilk iş günü, yəni 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar işdən azad olunması barədə 01-k saylı əmr verilmiş, elə həmin gün iddiaçı qeyd olunan əmrlə tanış olmuş və ona əmrin surəti təqdim edilmişdir. Lakin, iddiaçı işdən azad edilməsi ilə bağlı əmri almasına dair imza etməkdən imtina etdiyindən, həm əmək kitabçası, həm də əmrin surəti 17.01.2020-ci il tarixdə poçt vasitəsilə iddiaçıya göndərilmiş və qeyd olunan sənədlərin iddiaçı tərəfindən 22.01.2020-ci il tarixdə alınması xəbər namə ilə təsdiq edilir. Lakin, iddiaçı hazırki iddia ilə məhkəməyə 01.07.2020-ci il tarixdə müraciət etməklə, iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı 22.01.2020ci il tarixdə əmək kitabçasını və əmrin surətini aldığı (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, 01.07.2020-ci il tarixdə, yəni 5 ay 08 gün keçdikdən sonra mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ötürülmüş müddətin bərpa edilməsinə əsas ola biləcək hər hansı bir üzrlü səbəb göstərməmişdir (iddiaçının hüququnun pozulması ilə bağlı həmkarlar orqanına və ya digər quruma müraciət etməsi AR ƏM-nin 296-cı maddəsinin 6-cı hissəsinə görə üzrlü hal hesab edilmir). Beləliklə, iddiaçı hazırki iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olaraq hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmiş, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni təqdim etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin (hakim E.Hümbətov) 28 iyul 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh təşkilatın nəzdində fərdi əmək mübahisələrin ə məhkəməyə qədər baxan orqanın yaradılması və həmin orqanın hazırkı mübahisə üzrə qərar çıxarması təsdiq edilmədiyindən hazırkı fərdi əmək mübahisəsinə bilavasitə məhkəmə tərəfindən baxılmalı olmuşdur. İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi 22.01.2020-ci il tarixdən etibarən bir təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli idi. Lakin o, hazırkı tələblə 01 iyul 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 21 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, X4 tabe olduğu AMEA Həmkarlar Təşkilatı məhkəməyə qədər fərdi əmək mübahisələrinə baxan orqan olmasaydı, İddiaçı onlara müraciətinə baxmazdılar və ona 30.05.2020-ci ildə gəlib çatmış 065/10-18 saylı, 14.02.2020-ci il tar ixli öz cavablarında haqlı olduğunu təsdiq edib müsbət rəy (qərar) verməzdilər. Belə halda yazardılar ki, onlar fərdi əmək mübahisələrinə baxan orqan deyil və ya bu məsələ onların səlahiyyətinə aid deyil. Lakin göründüyü kimi - AMEA Həmkarlar Təşkilatı 065/10-18 saylı, 14.02.2020-ci il tarixli rəyində (qərarında) işə bərpa ilə bağlı müraciətini tam araşdırıb AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu açıq şəkildə qeyd edərək bildirilmişdir ki, İddiaçı X5 müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən çox olduğuna görə işəgötürənin AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən onun əmək müqaviləsinə xitam verməsi əsassızdır. Bu səbəbdən ona məhkəməyə müraciət etməyini tövsiyə edilmişdir. X15 X12 iddiaçıya ünvanladığı iş materiallarına daxil edi lmiş 21.07.2020-ci il tarixli, **********4 saylı rəyində yazılmışdır ki, ŞAR-ın direktoru onu qanunsuz olaraq işdən azad etmişdir - belə ki, o, 05 yanvar 2010-cu il tarixdən 07 yanvar 2020-ci il tarixinədək 10 (on) il fasiləsiz müddətli əmək müqaviləsi ilə ŞAR-da işlədiyinə görə AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə görə əmək müqaviləm müddətsiz hesab edilməklə öz işinə bərpa edilməlidir. Belə qanunsuz hərəkətə görə X15 08 iyul 2020-ci il tarixli MN0411327 saylı inzibati protokolu tərtib olunmuş və ŞAR-ın direktoru X19 AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Sonda mənə məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə AMEA Həmkarlar Təşkilatının 065/10-18 saylı, 14.02.2020-ci il tarixli rəy ini (qərarını), bu məktubun iddiaçıya verilmə tarixini və X15 X12 iş materiallarına daxil edilmiş 21.07.2020-ci il tarixli, **********4 saylı rəyini öz qətnaməsinə daxil etsə də və AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndi məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bunlara münasibət bildirməmiş və yekunda iş üzrə maddi və prosessual hüquq normalarını bilə-bilə pozaraq ədalətsiz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iş tirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

17. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasın da tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan“ imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

19. Maddə

3. Bənd

5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

20. Maddə

68. Bənd “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

21. Maddə

73. Hissə İ. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

22. Maddə

83. Hissə İ. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

23. Maddə

292. Hissə İİ. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

24. Mad də

294. Hissə İ. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

25. Maddə

296. Hissə İİ. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. İşdə olan Əmək müqaviləsinin (kontrakt) 2.3-cü bəndindən görünür ki, Xi adına X4 direktoru X19 işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM maddə 47 bənd f (tərəflərin qarşılıqlı razılığı) səbəbə görə 28 iyun 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixinədək 6 ay müddətinə bağlanmışdır.

33. İş materiallarında olan X adına X 4 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmrindən görünür ki, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış 43 saylı 28.06.2019-30.12.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitdiyini əsas tutaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış 28.06.2019-30.12.2019-cu il tarixli müddətli əmək müqaviləsinə 07 yanvar 2020-ci il tarixində xitam verilməsi və ona son haqq-hesab ödənilməsi əmr edilmişdir.

34. X X13 17 yanvar 2020-ci il tarixli aktının surətindən görünür ki, 2020-ci ilin yanvar ayının 07-də kadrlar şöbəsinin müdiri X“Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük labora ntı İddiaçı müddətli əmək müqaviləsinin yeni müddətə uzadılmaması haqqında əmrin təsdiqlənmiş surətini İddiaçı təqdim etmişdir. Əmək kitabçasının götürülməsini təklif etsə də İddiaçı onu gəlib götürməmiş, 2020-ci ilin yanvar ayının 17-də kadrlar şöbəsinin müdiri X, kargüzar X və Həmkarlar Təşkilatının nümayəndəsi B.İ.Abdullayevin iştirakı ilə əmək kitabçasının əsli zərfə qoyularaq bağlanılmış və poçt vasitəsilə göndərmək üçün X25 yola salınmışdır.

35. Azərpoçt MMC-nin poçt xəbərnaməsindən görünür ki, əmrin surəti və əmək kitabçası İddiaçı tərəfindən 22.01.2020-ci il tarixdə alınmışdır.

36. Azərbaycan Milli Elmlər X17 İttifaqının 14 fevral 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə də müddətli əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Yəni bu halda da əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” əsas kimi götürülüb. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. İddiaçı əmək kitabçasında qeyd olunub ki, işəgötürən tərəf X1 fasiləsiz olaraq 5 ildən artıq müddətli əmək müqavilə si bağlayıb və bununla Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-cü bəndinin tələbləri pozulub. Məntiqi nəticəsi olaraq, İddiaçı ilə də müddətli əmək müqaviləsinin xitam verilməsinə əsas verən AR ƏM 73.1-ci maddəsinin Məcəlləyə görə “Müddətli əmək müqaviləsi“nin müddəti qurtardıqda xitam verilir) tətbiqi məqsədəmüvafiq sayıla bilməz. Qeyd edilən halda işəgötürənin (X10) əmək müqaviləsinə xitam verməsi əsassızdır və belə olduqda işçi fərdi əmək mübahisəsi zəminində öz hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia verə bilməsi izah olunmuşdur.

37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti İsmayıllı Regional Ərazi Şöbəsinin İddiaçı ünvanlanmış 21.07.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, onun, X21 Xidmətinin İsmayıllı Region al Ərazi Şöbəsinə 22 iyun 2020ci il tarixdə **********8 saylı qeydiyyatla birbaşa daxil olmuş, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 laborant vəzifəsində çalışmağın, 05 yanvar 2010-cu il tarixdən müddətli əmək müqaviləsi ilə işləməyi, 07 yanvar 2020-ci il tarixdə ŞAR-ın 01-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verildiyini və AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinə uyğun olaraq 07.01.2020-ci il tarixdən X5 öz işinizə bərpa olunmağınıza köməklik göstərilməsi ilə əlaqədar DƏMX-in İsmayıllı Regional Ərazi Şöbəsinə ünvanladığınız müraciətinizin qanunvericiliyin tələblərinə uyğun araşdırılması məqsədi ilə Azərba ycan Milli Elmlər Akademiyası N.Tusi adına X7 23 iyun 2020-ci il tarixli **********5 saylı məktub göndərilərək müvafiq sənədlərin X21 Xidmətinin İsmayıllı Regional Ərazi şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Eyni zamanda sizə də rəsmi məktub göndərilərək araşdırmada iştirak etmək üçün şöbəyə dəvət edilmisiniz. Araşdırma sizin yazdığınız izahat və müraciətə əlavə etdiyiniz sənədlər, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 göndərilmiş və X21 Xidmətinin İsmayıllı Regional Ərazi Şöbəsinə 03 iyul 2020ci il tarixdə **********2 saylı qeydiyyatla daxil olmuş 30 iyun 2020-ci il tarixli 32/72(Ş) saylı məktub və ona əlavə edilmiş sənədlər, eləcə də X14 X9 qeydiyyata alınmış məlumatlar əsasında aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, siz 30 mart 2007-ci il tarixli 06-“k” say lı əmrlə X7 02.04.2007-ci il tarixdən laborant vəzifəsinə təyin edilmisiniz və sizinlə əmək müqaviləsi bağlanılaraq 12.09.2014-cü il tarixdən X14 X qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı X20ndən müəyyən olundu ki, sizinlə 05.01.2010-cu il tarixdən 05.01.2015-ci il tarixədək 5 il müddətinə olmaqla müddətli əmək müqaviləsi bağlanılmış, qeyd olunan müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmədən əmək müqaviləsində dəyişiklik edilməklə müqavilənin müddəti 1 il olmaqla 05.01.2016-cı il tarixədək uzadılmışdır. Bu əməliyyat növbəti 2017-2019-cu illərdə də təkrarlanmış və əmək müqaviləsinin müddəti 30.12.2019-cu il tarixədək artırılmışdır. Qeyd olunan dəyişikliklər Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğ un oiaraq X20 Alt Sistemində (ƏMBAS) qeydiyyata alınmışdır. İddiaçı 05.01.2010-cu il tarixdən 30.12.2019-cu il tarixədək Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 fasiləsiz olaraq 10 il müddətində müddətli əmək müqaviləsi ilə işləmisiniz. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən...“Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”.... Deməli, sizinlə bağlanılmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edilməlidir.Xyanvar 2020-ci il tarixli 01-k saylı əmr və 07.01.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X20ndən məlum olur ki, sizinlə bağlanmış əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitdiyi əsas götürülərək AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir ki, bu da öz növbəsində inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 direktoru X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə 08 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir.

38. Beləliklə, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 02 aprel 2007-ci ildən cavabdeh təşkilatda böyük laborant kimi əmək fəaliyyətinə başlamış və onunla 05 yanvar 2010-cu ildə 5 illik, 05 yanvar 2015-ci ildə 1 illik, 05 ya nvar 2016-cı ildə 1 illik, 05 yanvar 2017-ci ildə 1.5 illik, 05 iyul 2018-ci ildə 1 illik və 05 iyul 2019-cu ildə 6 aylıq müddətli əmək müqavilələri bağlanmışdır. Cavabdehin 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmri ilə müddəti qurtardığı üçün iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası 22.01.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı tələblə 01 iyul 2020-ci il tarixdə müraciət etmişdir.

39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. İddiaçı işin Azərbaycan Milli Elmlər Akademiyasının daxilində həll edilməsini gözləməsi, həm də məhkəməyə təqd im olunması üçün ona mötəbər sübutların lazım olması, AMEA Həmkarlar Təşkilatının müraciəti ilə bağlı 065/1018 saylı, 14.02.2020-ci il tarixli cavab məktubunun 30 may 2020-ci il tarixdə ona verilməsi əsası ilə müddəti ötürmədiyini iddia etmişdir. Lakin cavabdeh təşkilatın nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və həmin orqanın hazırkı mübahisə üzrə qərar çıxarması təsdiq edilmədiyindən hazırkı fərdi əmək mübahisəsinə bilavasitə məhkəmə tərəfindən baxılmalı olmuş və iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi 22.01.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli olduğu halda, hazırkı tələblə 01 iyul 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının“ müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin əri zəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı dey il.

42. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına“ kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

43. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atıl malı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

44. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. İrəli sürülmüş tələbə iddia müddətinin tətbiqinə dair apellyasiya instansiy ası məhkəməsinin mövqeyi və gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur (§ 16-18, 24-25). Bu baxımdan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 21 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar