Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2673/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzildən çıxarılma 23.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-69/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-307/207 nömrəli, 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə X2, X3 və X1 İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Qətnamə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2-(108)-1/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-(102)-3250/2022 nömrəli qərari ilə dəyişdirilmədən saxlanılmışdır.
3. Babək Rayon Məhkəməsinin 2(079)-164/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 hüquqi varisləri X2, X3 və X1 cavabdehlər İddiaçı, X7, X6 və Naxçıvan şəhər 3 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir.
4. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsi ilə iddiaçı X5 hüquqi varisləri X2, X3 və X1 cavabdehlər İddiaçı, X7, X8, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Naxçıvan Muxtar Respublikası A li Məhkəməsinin Mülki kollegiyasının 2(108)-74/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(078)-274/2020 nömrəli qətnaməsi “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən 24 saylı binanın 13-cü mənzilinin X10 adına verilmiş hüquqların qeydiyyatı haqqında 02/54 nömrəli Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4991/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-74/2021 nömrəli mülki iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1079/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2, X3 və X1 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və İddiaçı qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(108)-27/2023 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının 05 oktyabr 2023-cü il tarixli, 2(102)-3005/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X4 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzildən X2 məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər İcra Bölməsinin 12 iyun 2017-ci il tarixli, 415 nömrəli məktubu, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 25 aprel 2017-ci il tarixli, 2-2(078)-04/2016 saylı icra sənədi əsasında Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 24 ünvanında yerləşən 13 saylı mənzil Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 07 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılmış və hərracın qalibi kimi həmin mülkü almışdır.Əmlakı aldıqdan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.Həmin daşınmaz əmlak tam şəkildə mülkiyyət hüququ ilə ona məxsusdur.Mənzilin 5/6 hissəsinin hələ 2014-cü ildən məhkəmə qətnaməsi əsasında ona məxsus olmasına baxmayaraq mənzilə Kəmalə Bağırova tərəfindən kirayəçilər qoyularaq mənfəət götürülmüş, 18 iyul 2017-ci il tarixdən həmin mənzilin yeganə mülkiyyətçisi olmasına, Kəmalə Bağırovanın həmin mənzilə heç bir hüququnun olmamasına baxmayaraq mənzildən istifadə etməklə, mənzili boşaldıb ona təhvil verməkdən imtina etmişdir.Bu barə də ona, polis idarəsinə, aidiyyəti Mənzil İstismarı Sahəsinə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Bir mülkiyyətçi kimi öz mülkiyyətində olan əmlakına sahiblik edə, ondan istifadə edə bilmir, onun həm Azərbaycan Respublikasının Konstitusiyası ilə, həm də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə qorunan hüquqları pozulur. Kəmalə Bağırova həmin mənzildən 2002-ci ildən çıxmış və hazırda Bakıda yaşayır. Bu illər ərzində dəfələrlə K.Bağırovanın məhkəmələrdə müxtəlif iddialarına baxılmışı, heç bir iddiası təmin olunmamışdır. K.Bağırovanın həmin mənzildən istifadə hüququ ilə bağlı tələbinin rədd olunduğunu, həmin qətnamənin qüvvədə olduğunu göstərərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh yazılı izahatında göndərmişdir ki, 199 2-ci il sentyabrın 11-də Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X11 oğlu X9 ilə rəsmi nikaha daxil olub, X18 tərəfindən həmin mənzilə gəlin köçürülərək və mənzilə qeydiyyata alınaraq X ailə üzvü kimi mənzildə yaşayıb onunla bərabər mənzildən istifadə etməklə, birgə təsərrüfat aparmışdır. Mənzilə gəlin köçürülən zaman həmin mənzildə qayınatası X, qayınana X12 və həyat yoldaşı X yaşamışdır. Bu nikahdan 1994cü ildə X, 1995-ci ildə X anadan olmuşdur. Mənzilin icarədarı olmuş X 2009-cu ildə (onun arvadı X isə ondan əvvəl 2005-ci ildə vəfat etmişdir). Həmin vaxtdan mənzilə sahibliyi tam olaraq ailə üzvləri ilə birlikdəhəyata keçirirdi. Mənzilə sahibliyi tam olaraq həyata keçirməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleg iyasının xx.xx.2020-ci il tarixli, 2-(102)-966/2020 nömrəli qərarında da təsdiqini tapıb. İddiaçı mirası qəbul etmədən, mirasın qəbulu ilə bağlı notariat kontoruna da müraciət etmədən, vərəsəlik hüququ haqqında şəhadətnamə almadan və ümumiyyətlə vərəsə kimi tanınmadığı, eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək hüququna malik olmadığı halda, xəbərləri olmadan mübahisəli mənzili qeyri-qanuni olaraq 5 il əvvəl vəfat etmiş X adına artıq kvadratla özəlləşdirərək, xx.xx.2014-cü il tarixdə X adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Mübahisəli mənzilin X adına məhz ölümündən sonra özəlləşdirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X14 adına xx.xx.201 4-cü il tarixdə verilməsi Babək Rayon Məhkəməsinin 17 mart 2018-ci il tarixli, 2(079)-164/2018 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Bununla belə, X adına mülkiyyət hüququna dair Çıxarışın məhz ölümündən sonra hüquqlarını pozaraq ondan xəbərsiz tərtib edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 8072/2019 nömrəli qərarının 5-ci səhifəsinin 8-ci abzasında da əksini tapmışdır. Mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair X14 adına onun vəfatından sonra tərtib edilməsi Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli 2(108)-53/2020 saylı qərardadının 4-cü səhifəsinin 2-ci abzasında da qeyd olunmuşdur. İstinad edilən məhkəmə aktları qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa mübahisəli mənzil üzərində X10 mülkiyyət hüququnun dövlət qeydiyyatına onun ölümündən sonra alınması onunla da təsdiq olunur ki, Naxçıvan şəhər 2 nömrəli mənzil istismar kontoru tərəfindən hələ X sağlığında ona Naxçıvan şəhər XDS İK-nə təqdim etmək üçün verilmiş plan-sxemə əsasən mənzilin ümumi sahəsi 52 kv.metr olmuşdur. HX vəfatından 5 il sonra onun adına xx.xx.2014-cü ildə verilmiş Çıxarışda isə mənzilin ümumi sahəsi 68.32 kv.metrgöstərilmişdir. İddiaçı həmin mənzildə yaşamır, onun ailəsi ilə yaşadığı ayrıca mənzil var. Odur ki, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli, qətnaməsi ilə (hakim Qabil Məmmədov) iddia tələbi təmin edilərək, cavabdehin iddiaçının tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.32 kv.m olan mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 125.5 kv.m (torpaq sahəsinin ölçüsü 0.0404 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X15 Haqqı nda Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, Mülki Məcəllənin 6, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh (Vəkil) apellyasiya şikayəti verərək, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(078)-1/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(078)-1/2024 saylı qə tnaməsi ilə iddianı təmin edərkən 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123cü maddələrinin tələblərini pozmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrini isə düzgün tətbiq etməmişdir. Hazırkı halda mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin qaydaları tətbiq edilməlidir və mübahisəli mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi yalnız mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verilmək yolu ilə mümkün ola bilər.
16. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-69/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Səxavət Novruzov) apellyasiya şikayəti təmi n edilmədən, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin İddiaçı qanuni mülkiyyətçisi olması, bununla belə həmin mənzilin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi tam sübuta yetirilmiş və belə olan halda iddiaçı mülkiyyətçi kimi özünə məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqlarından məhrum olmuşdur. Bu isə son nəticədə iddiaçının qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının cavabdeh tə rəfindən pozulması ilə nəticələnmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cü; Mülki Məcəlləsinin 27.2, 152.1, 152.4, 152.5, 157.2, 213, 215.1, 215.2-ci;Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 81, 88, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-69/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, işə baxan məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 6.1 və 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığı prinsipidir;
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdi rmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər;
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdi yi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir;
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisə yə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının tam mülkiyyətindədir və o, həmin mənzili açıq hərracdan satın almışdır.
43. Kassasiya instansiyası məhkəməsi, cavabd ehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı hüququ saxlanılmamışdır. Əksinə, işdən görünür ki, iddiaçı mübahisəli mənzilin qanuni mülkiyyətçisidir. Belə olan halda mülkiyyətçi kimi iddiaçının özünə məxsus olan mənzilə tam sahib olmaq, öz tələbatının təmin olunması üçün həmin mənzildən istədiyi kimi istifadə etmək, habelə hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları vardır.
44. Göründüyü kimi iddiaçı mübahisəli mənzili açıq hərracdan satın aldığı vaxtdan cavabdeh həmin mənzilə olan istifadə hüqüqunu itirib və 18 iyul 2017-ci il tarixdən həmin mənzil tam olaraq iddiaçının mülkiyyətindədir.
45. Ona görə də cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillə r əsassızdır və həmin dəlillər üzrə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(108)-69/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.