Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2678/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(106)1/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 03 avqust 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı1, İddiaçı4, X7, İddiaçı2, X9 və X1 mülkiyyətinə verilib. JN-153 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Masallı rayonu, Xanalion kəndində yerləşən 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh, X3, X16, X, X17, X10, X12, X11 və X8 mülkiyyətinə verilib. 02 may 2015-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi d aşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı4, X7, İddiaçı2, X9 və X1 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına qeydə alın ıb. 02 mart 2015-ci il tarixli Çıxarışa əsasən Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı9 Mirzǝkişi qızı, İddiaçı2, İddiaçı3, İddiaçı7 və X4 (bundan sonra- iddiaçılar) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Xanalion kəndində yerləşən 1.50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1.31 ha torpaq sahəsində (bundan sonramübahisəli torpaq sahəsi) cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş ediblər. İddia ərizəsi onunla əsaslandırılıb ki, ailəvi olaraq onlara rəsmi qaydada Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli, 11 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.50 ha payı bəlli torpaq sahəsi verilib. Lakin artıq uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmkəndliləri Cavabdeh özbaşınalıq edərək onlara məxsus olan həmin payı bəlli torpaq sahəsini hasara almaqla zəbt edib, həmin torpaq sahəsində iki mərtəbəli ev və digər tikililər inşa edib. Cavabdeh evi 2015-ci ildə, hasarı isə 2016-cı ildə inşa edib. Cavabdehin bu hərəkəti və əməli ilə onların hüquqları tam pozulub. M übahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilib. İddiaçılar dəfələrlə cavabdehin həmin torpaq sahəsini boşaldıb təhvil verilməsini xahiş edib. Lakin, cavabdeh buna məhəl qoymayıb. Mübahisəli 1.50 ha torpaq sahəsinin 0.19 ha hissəsi vəfat etmiş X5 məxsusdur. Cavabdeh mərhumə X5 məxsus olan 0.19 ha pay bəlli torpaq sahəsini də zəbt edib. Onun vərəsəliyi təsdiq olunmadığı üçün 1.50 ha torpaq sahəsinin 0.19 ha hissəsini hazırda iddiaçılar mübahisələndirmirlər. Bu hal gələcəkdə mübahisələndiriləcəkdir. Cavabdeh onlara məxsus payı bəlli torpaq sahəsində iki mərtəbəli ev tikib və tikintiyə mane olmaq istədikdə cavabdeh və onun yaxınları onlara qarşı çox kobudluq edib. Qanunvericiliyin tələbinə görə cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2017-ci il tarixli rəyinə görə, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən, İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı3 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 JN0058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, Südabə Cabbarova JN-0056 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ve rilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarının cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə edildiyi müəyyən edilir. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə olan yarımçıq tikilinin inşa olunduğu müəyyən edilir. Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(050)-154/2017 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışlar ilə İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Xa və İddiaçı9 məxsus olan torpa q sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması qət edilib. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsini, İddiaçı3 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsini, İddiaçı7 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,12 hissəsini, Südabə Cabbarovanın mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,16 hissəsini birtərəfli dəmir çəpərlə bərkidərək zəbt edib. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayış evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa edib. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaq sahəsində lazımi icazələr almadan özbaşına tikinti işləri apardığından, onun inşa etdiyi tikili-ev və hasar onun öz hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 164.1, 164.2, 170.2, 180.1, 180.2, 180.4-cü maddələrinin, Torpaq Məcəlləsinin 110, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhk əməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmayıb, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmayıb. Mübahisəli ərazi islahatdan əvvəl cavabdehin istifadəsində olub, həmin ərazidən fermer təsərrüfatı kimi istifadə edib, orada olan fərdi yaşayış evlərindən biri 1987-ci ildə tikilib. Həmin dövrdə hələ islahat başlamamışdı. Əgər sonradan iddiaçılara pay torpaq sahəsi mövcud evin altına düşən torpaq sahəsindən verilmişdirsə, bu onlara pay torpaq sahəsinin düzgün verilmədiyini göstərir. Çünki islahat görə sovxozun əkinə yararlı ərazisi pay torpağı kimi verilməli idi. Lakin, islahata uyğun olaraq həmin torpaq sahəsi sonradan pay torpaq sahəsi kimi iddiaçılara verilib və bu barədə ona JN-153 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilib. Həmçinin, həmin torpaq sahəsinə dair iddiaçılara da müvafiq Dövlət Aktları verilib və ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, ona qarşı heç bir tələb irəli sürülməyib. İddiaçılar, Dövlət Aktlarının əvəzinə sonradan Çıxarış aldıqdan sonra ona qarşı iddia irəli sürmələri onların adına olan X6 uyğun tərtib edilmədiyini göstərir. Həmçinin, inşa etdiyi evlərdən biri bələdiyyəyə aid torpaq sahəsində yerləşir. Bələdiyə ilə alğı-satqı müqaviləsi olmasa da, bu cavabdehin gözlənilən hüququdur. Həmin torpaq sahəsindən çıxarılmağını tələb etmək bələdiyyənin səlahiyətinə aiddir. Qeyd olunan x üsusatlar JN-153 saylı Dövlət Aktı, ərazi nümayəndəliyinin təsərrüfatbaşına kitabdan Çıxarışı və bələdiyyənin məktubu ilə təsdiq olunur. Lakin nə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd, nə də bələdiyyənin mübahisəli əraziyə dair yerqruluşu sənədləri ekspertiza tədqiqatının predmeti olmadığından, ekspert həmin xüsusatlara qiymət verməyib. Bu isə ekspert rəyinin qeyd olunan xüsusatlarla bağlı kifayət qədər aydın və tam olmadığını göstərir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, habelə üçüncü şəxs İddiaçı1 və digərlərinə qarşı “üçüncü şəxslərin mülkiyyətində ol an torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin Cavabdeh istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair işə görə hazırki mülki işin icraatı dayandırılıb və sonradan Şirvan İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2-1(120)-3/2021 saylı qərarı ilə iddia rədd edilib. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə və iş materiallarına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153 “A” saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilməyib. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi “Autocad” və “ArcMap” proqramları vasitəsilə tərtib edilən plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilib. 153 “A” saylı planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. Həmçinin, Cavabdeh üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi 27 mart 2017-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapır. Əgər Cavabdeh mülkiyyətinə verilmiş JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153 “A” saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini güman edirsə, o inzibati orqanın üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koord inatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirməlidir. Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarı ilə sözügedən qərar dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnib və işə baxılması davam etdirilib. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(106)1/2023 saylı qətnaməsi ilə (hakimlər T.Heydərov sədrlik edən, məruzəçi, İ.Əsədov və S.Mayılov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Məhkəmə kollegiyası işdə olan sübutları araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikintitexniki və torpaqşünaslıq ekspertizası təyin edib. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən iddiaçıların iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İddiaçı1 JN-0053 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 0.19 ha torpaq sahəsinin 0,038 ha hissəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 0.19 ha torpaq sahəsinin 0,12 ha his səsi, X mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0.16 ha hissəsi cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək zəbt edilib. Həmin torpaq sahəsində cavabdeh tərəfindən kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9.0 metr x 12.2 metr olan iki ədəd fərdi yaşayış evi və 8.7 metr x 11.2 metr olan yarımçıq tikili inşa edilib. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək, iddiaçılara məxsus torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın onun hesabına sökülərək torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasını qət etməklə qanuni və əsaslı nəticəyə gəlib. Bunu əsas götürən məhkəmə kollegiyası işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zə rurət görmür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası hüquqi mövqeyini Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2, 158.1, 158.2, 180.1, 238.1, 238.3, 239.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 111-ci maddəsinin, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.4, 385.2-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətini n dəlilləri Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr yalnız ekspert rəyinə istinad edib, lakin həmin rəyi faktiki olaraq araşdırmayıb, ekspert tədqiqatına cavabdehə məxsus sənədlər təqdim edilməyib. Həmin ekspert rəyi ərazi üzrə torpaq sahəsinin elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından əvvəlki dövrə aid olmaqla mülki iş materialları ilə ziddiyyət təşkil etməsini nəzərə almayıb. İşə baxan məhkəmələrin qeyd olunan rəyi araşdırmaması həmin rəylə bağlı tərtib edilmiş iddia çıların ərazisinə dair sxemin torpaqların elektron kadastr uçot informasiya sisteminin tərtib olunmasından sonra ərazinin elektron xəritəsi və DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubu, eləcə də mülki iş materialında olan mübahisəli evə dair təsərrüfatbaşına kitabdan çıxarışla və bələdiyyənin məktubu ilə ziddiyyət təşkil etməsindən də görünür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestr indəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yax ud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdan sız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində o lan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,95 ha torpaq sahəsi, hər birinin payı 0,19 ha olmaqla iddiaç ıların, 1.49 ha torpaq sahəsi isə cavabdehin və ailə üzvlərinin mülkiyyətindədir. Hazırda iddiaçılar, Masallı rayonu, Xanalion kəndində yerləşən 1.50 hektar torpaq sahəsinin onlara məxsus olan 1.31 ha torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılmasını iddia edirlər. Cavabdeh isə mübahisəli torpaq sahəsinin islahatdan əvvəl onun istifadəsində olduğunu, həmin torpaq sahəsindən fermer təsərrüfatı kimi istifadə etdiyini, torpaq sahəsində olan evlərdən birini 1987-ci ildə inşa etdiyini, lakin islahat vaxtı torpaq sahəsinin pay torpaq sahəsi kimi iddiaçılara verildiyini, ötən 18 il müddət ərzində torpaq sahəsindən istifadə etməklə, on a qarşı heç bir tələb irəli sürülmədiyini, onun 1995-ci ildə inşa etdiyi digər evin isə bələdiyyəyə aid torpaq sahəsində yerləşdiyini və sair göstərib, iddiaya etiraz edir. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdeh, İddiaçı1 mülkiyyətində olan 0,95 ha torpaq sahəsinin 0,43 ha hissəsini, İddiaçı3 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,038 ha hissəsini, İddiaçı7 mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,12 hissəsini, X mülkiyyətində olan 0,19 ha torpaq sahəsinin 0,16 hissəsini birtərəfli dəmir çəpərlə bərkidərək zəbt edib. Həmin ərazidə kənar ölçüləri 11,5 metr x 11,6 metr, 9,0 metr x 12,2 metr olan iki fərdi yaşayı ş evi və 8,7 metr x 11,2 metr ölçüdə yarımçıq tikili inşa edilib. Daha sonra, Masallı rayonu, “S Sığdaş” bələdiyyəsinin 12 iyul 2017-ci il tarixli arayışından, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 12 iyul 2017-ci il tarixli “Təsərrüfat başına kitabın”dan Çıxarışdan görünür ki, cavabdehin çəpərə aldığı torpaq sahəsinin bir qismi, yəni 0,15 ha torpaq sahəsi və 1995-ci ildə inşa etdiyi fərdi yaşayış evi bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsinə baxmayaraq, bələdiyyə tərəfindən ona heç bir sənəd verilməyib. Həmçinin Sığdaş ərazi Nümayəndəliyinin 07 saylı kitabının 178-ci səhifəsində cavabdehin adına olan 0,13 ha torpaq sahəsində 1987-ci ildə tikilmiş 2 mərtəbəli ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 80 kv.metr olan fərdi yaşayış evi vardır. Çıxarış DƏ DRX-nin 8 saylı Ərazi İdarəsinin Masallı rayon Şöbəsinə təqdim etmək üçün verilib. Əvvəla, birinci instansiya məhkəməsi iddianı təmin edərək, mübahisəli torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikilinin- evin və hasarın onun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasını qət etsə də, işdən, mütəxəssis və ekspertin rəylərindən, habelə cavabdehin izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən torpaq sahəsində kənar ölçüləri 11,5 metr x 11,6 metr; 9,0 metr x 12,2 metr olan bir deyil, iki fərdi yaşayış evi və ölçüsü 8,7 metr x 11,2 metr olan əlavə tikili vardır. Birinci instansiya məhkəməsi, cavabdehin hansı tikilini, hansı evi və hasarı söküməli olduğunu qətn amənin nəticə hissəsində göstərməməklə, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla Mülki Prosessual Məcəllənin 220.5, 222.1-ci maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını...habelə alınmalı əmlakın yerləşdiyi yeri...qətnamənin nəticə hissəsində göstərməlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya və kassasiya şikayətlərində göstərdiyi mübahisəli torpaq sahəsində yerləşən evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995- ci ildə inşa etməsinə dair dəlillərini lazımi şəkildə araşdırmayıb və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağl ı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Hazırki işdə, iddiaçılar mübahisəli torpaq sahəsində cavabdehə aid tikilinin, evin olduğunu, evin 2015-ci ildə, hasarın isə 2016-cı ildə inşa edildiyini inkar etmirlər, cavabdeh isə torpaq sahəsində bir deyil, iki fərdi yaşayış evinin olduğunu, həmin evləri torpaq islahatı aparılanadək, yəni birini 1987-ci ildə, digərini isə 1995-ci ildə inşa etdiyini bildirir. Göründüyü kimi, işə əlavə edilmiş sübutlara, habelə cavabdehin izahatına görə sözügedən tikili və fərdi yaşayış evi iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əmələ gələnədək inşa edilib. Lakin işdə, qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını özündə ehtiva edən heç bir sənəd yoxdur. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətinə keçərkən orada hər hansı tikilinin olub-olmadığını, orada neçə tikilinin, evin olduğunu, cavabdeh tərəfindən tikilinin nə vaxt aparıldığını, əvvəlki mülkiyyətçinin buna razılıq verib-vermədiyini, başqa sözlə tikiliyə, evə zərər yetirmədən cavabdehin tikilidən, evdən ayrıla bilən yaxşılaşdırmaları özündə saxlaya bilməsi üçün hüquqi əsasın olub-olmadığını araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Mülki Məcəllənin 560.1, 560.2-ci maddələrinin mənasına görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata k eçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Nəzərə alınmalıdır ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat işlərinin aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan birimülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin (fərdi yaşayış evlərinin) torpaq mülkiyyətçisinin razılığı əsasınd a inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması, tikilinin aparılmasına mane olmaması və sair). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməlidir. Belə ki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş tikilinin, evin sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi, tikili, ev sökülmədən şəxs oradan çıxarılacağı halda isə, torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanacağı şübhəsizdir. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri). Beləliklə, kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülkiyyətçinin və vicda nlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur (Mülki Məcəllənin 157.7-ci maddəsi). O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşyaya etdiyi yaxşılaşdırmaların əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəs inə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. Göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Yəni hazrki halda mübahisəli torpaq sahəsində olan tikili və evlərin cavabdehin şəxsi vəsaiti hesabına inşa edildiyi və bunun əvvəlki və ya hazırki mülkiyyətçilərin razılığı (iradə ifadəsi) ilə aparıldığı müəyyən edildiyi halda, Mülki Məcəllənin 157.7-ci maddəsinin dispozitiv şərtlərinə əməl etmədən vicdanlı sahib kimi cavabdeh mübahisəli torpaq sahəsində olan tikili və evlərdən çıxarıla bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməkl ə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat eht iyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, hazırkı işin düzgün həlli üçün cavabdeh tərəfindən mübahisəli tikili və evlər inşa edilərkən əvvəlki mülkiyyətçinin və ya iddiaçıların buna açıq və ya qapalı şəkildə razılıq veribverməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman sözügedən tikili və evlərin aparıldığı il, cavabdehin həm əvvəlki mülk iyyətçi, həm də iddiaçılarla münasibətləri, onlar arasında hər hansı sövdələşmənin olub-olmaması, həm əvvəlki mülkiyyətçinin, həm də iddiaçıların tikili və evlərin inşasına etiraz edib-etməmələri, əgər etməmişlərsə səbəbi, etmişlərsə bunun hansı sübutlarla təsdiqlənməsi, cavabdehin orada yaşadığı müddət və həmin xüsusatın düzgün müəyyənləşdirilməsi üçün zəruri olan digər hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddə lərinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(106)-1/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.