Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2678/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2678/2024 (Açar sözlər: cavabdehin torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-52/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vək il) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş seriya MA № ******* nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində 0,4983 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına **********86 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır.
2. Torpağa mülkiyyət hüququna dair JN 137, KOD 50515018 nömrəli dövlət aktına əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Cavabdeh2 və digər ailə üzvləri – X3, X4 Gədəbəy rayonu, Düzyurd kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,63 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli, ******* saylı çıxarış əsasında 0,50 ha əkin üçün verilmiş pay torpaq sahəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Gədəbəy rayon AİK-nın xx.x x.1999-cu il tarixli qərarı əsasında ümumilikdə 0,50 ha əkin pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə ******* saylı çıxarış almışdır. Ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutaraq 20 ildən artıqdır ki, istifadə edir. Lakin bugünkü günü cavabdehlə onların arasında narazılıqlar yaranır. Bu səbəbdən onların torpaq sahəsinin sərhədləri müəyyən edilməklə onun torpaq sahəsindən cavabdehlərin məcburi şəkildə çıxarılmasını istəyir. O, dəfələrlə cavabdehlərə sözü gedən torpaq sahəsini boşaltmağı təklif etsə də bu mümkün olmamışdır. O, bu barədə adiyyatı orqanlara müraciətlər etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Lakin cavabdehlər həmin torpaq sahəsindən əkin sahəsi kimi istifadə edirlər. Cavabdehlərə sözü gedən torpaq sahəsini boşaltmasını təklif etsə də bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlər Cavabdeh1 və X8 bu deyilənlərə heç bir əhəmiyyət vermədən və ona məxsus olan torpaq sahəsini boşaltmırlar.
5. Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssisin cəlb edilməsi, mütəxəssis rəyinin alınması, qərardadın icrasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə həvalə edilməsi, rəy verilənədək mülki işin icraatının dayandırılması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-n in Tovuz LayihəTədqiqat İdarəsi tərəfindən 01 iyul 2021-ci il tarixli arayışla məhkəməyə bildirilmişdir ki, mütəxəssislər İlqar Məmmədov və X13 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər götürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır.
7. Gədəbəy Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə yerində müayinə aparılmış və yerində müayinə protokolu tərtib edilmişdir. Yerində müayinə ilə müəyyən edilmişdir ki, müayinə yerində tərəflər iddiaçı və Cavabdeh2 məxsus olması ehtimal edilən və bir hissələri üst-üstə düşən torpaq sahələrini göstərmişlər.
8. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(042)-65/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, cavabdehlərin Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmaları qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində yerləşən 0,4983 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmış və ona bu qeydiyyatdan Çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 həmin yerdə torpaq sahəsinin ona məxsus olması ilə əlaqədar heç bir sənəd təqdim etməmişdir. Digər Cavabdeh2 isə Gədəbəy rayonu, Düzyurd kəndində onun və ailə üzvlərinin mülkiyyətinə 0,63 ha pay torpaq sahəsinin ayrılması haqqında Torpağa Mülkiyyət Hüququna X16 surətini təqdim etmişdir. Lakin o, və ailə üzvləri mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışlar. Mübahisənin həll edilməsi üçün bir neçə dəfə mütəxəssis təhqiqatı təyin edilmiş, lakin mütəxəssislər məhkəmə tərəfindən qoyulmuş sualları cavablandırmamışlar. Yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, müayinə yerində tərəflər iddiaçı və Cavabdeh2 məxsus olması ehtimal edilən və bir hissələri üst-üstə düşən torpaq sahələrini göstərmişlər.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmışdır və onun mülkiyyətində olan torpaq sahəsinin obyektiv koordin atları həddində əmlakına edilən istənilən müdaxilədən müdafiə hüququ var. Cavabdehlər iddiaçının mübahisələndirlən torpaq sahəsini mülkiyyətinə qeyri-qanuni yolla keçirdiyini bildirsələr də, iddiaçının mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmədiyinə görə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də, iddia tələbləri təmin edilməli, cavabdehlər Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılmalıdırlar. Məhkəmə bu nəticəyə gələrkən nəzərə almışdır ki, cavabdehlərdən Cavabdeh1 mülkiyyətində mübahisələndirlən ərazidə torpaq sahəsinin olması müəyyən edilməmiş, digər Cavabdeh2 isə torpaq sahəsinə hüququ qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.3, 152.1, 152.5, 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, onlar heç kimin torpaq sahəsini zəbt etməmişlər. Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən əkin üçün olan və göstərilən torpaq sahəsi onlara dövlət tərəfındən verilmişd ir. İddiaçıya verilmiş torpaq sahəsi iddiaçıya düzgün verilməmiş, nədənsə səhv olaraq hektar artıq göstərilmişdir. Torpaq islahatı gedən zaman 1999-cu ildə heç bir rayonlarda Aqrar İslahat Komissiyası vətəndaşlara və onun ailə üzvlərinin mülkiyyətinə 0,50 hektar torpaq sahəsi verilə bilməzdi. Məhkəmə tərəfindən sübutlar araşdırılmamış, onların əsassız qiymətləndirilməsi, işin hallarının tam araşdırılmaması (təqdim etdiyi X2masına və mütəxəssis rəylərinə hüquqi qiymət verilməməsi) göstərir ki, konvensiyada nəzərdə tutulmuş qərəzsiz, ədalətli və açıq araşdırılması prinsipləri pozulmuşdur. Onlar kimin torpağını zəbt etmişlər və neçə hektar torpaq sahəsindən çıxmalıdırlar? İş üzrə iddiaçı öz tələbləri üzrə halları faktiki sübut etməmişdir. Mübahisə predmetini torpağın həqiqətən də iddiaçıya ai d olması (əgər 2010-cu ildən torpaq iddiaçıya aid idisə, nəyə görə bu vaxta kimi əkib becərməmişdir?) yerində müəyyən edilməmişdir. Qətnamədə göstərilmir ki, onlar neçə hektar torpağı zəbt etmiş və neçə hektar sahədən çıxmalıdırlar. Bu tələb ancaq birbaşa sübutun mövcud olması halında təmin oluna bilər.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1997-ci ildə Gədəbəy rayonu, Dü zyurd kəndində aparılan aqrar islahat zamanı Aqrar İslahat Komissiyasının 4 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə texniki səhv olaraq İddiaçı valideynləri: atası X6 və anası X1 adına əlavə olaraq 0,4983 ha artıq pay torpaq sahəsi qeyd olunmuş və bunun əsasında da İddiaçı adına texniki səhv olaraq ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarış və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Lakin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli, 250s nömrəli Sərəncamı ilə “Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı”na uyğun olaraq Gədəbəy rayonu, Düzyurd kəndində aparılan ölçülər zamanı İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışda və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,4983 ha torpaq sahəsi hazırlanmış elektron uçot x əritəsində nəzərə alınmamış və qeyd olunmamışdır. Bu səbəbdən də İddiaçı çıxarış əsasında iddia etdiyi torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edildiyini müəyyən etmək mümkün olmamışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/3186 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Gədəbəy rayonu, Düzyurd kəndində aparılan ölçülər zamanı İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışda və AA seriyalı 004684 nömrəli Torpaq Sahəsinin planı və ölçüsü sənədində göstəri lən 0,4983 ha torpaq sahəsi hazırlanmış elektron uçot xəritəsində nəzərə alınmamış və qeyd olunmamışdır. Bu səbəbdən də İddiaçı çıxarış əsasında iddia etdiyi torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunduğunu müəyyən etmək mümkün olmamışdır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus olan **********86 nömrəli çıxarışa əsasən 0,50 ha pay torpaq sahəsinin faktiki istifadəsi mövcud deyildir. Eyni zamanda **********86 saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsi mülkiyyət növü Dövlət olmaqla Avtomobil və şose yoluna və digər subyektlərə verilmiş pay torpaq sahələri ilə üst-üstə düşdüyündən TEKUİS elektron məlumat bazasında qeyd olunmamışdır. Bu səbəbdən də cavabdehlərin ona məxsus olan torpaq sahəsindən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmadı.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-52/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakiml ər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məhkəmə xərcinin iddiaçıdan alınaraq, Məhkəmə Ekspertizası mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən və ona əlavə edilmiş cizgi plandan görünür ki, İddiaçı məxsus olan **********86 nömrəli çıxarışa əsasən 0,50 ha pay torpaq sahəsi mülkiyyət növü Dövlət olmaqla avtomobil və şose yoluna və digər subyektlərə verilmiş pay torpaq sahələri ilə üst-üstə düşür. Lakin iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində, o cümlədən həmin torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-114 saylı, kod 50515018 nömrəli Dövlət Aktının 0,4983 ha torpaq sahəsinin cizgisindən görünür ki, həmin torpaq sahəsi yola və bir sıra digər payçılara məxsus torpaq sahəsinə düşməməkdədir. Odur ki, məhkəmə kollegiyası 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyini iddiaçıya məxsus torpağın yerləşmə yeri ilə bağlı nəticə hissəsində tam mötəbər hesab etməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yerində müa yinə aparılarkən isə Aslanova Hicran Mahmud qızı adlı şəxs torpaq sahəsinə gələrək, mübahisələndirilən torpaq sahəsinin ona aid olmasını bildirmişdir ki, ona məxsus sənədlər də məhkəmə tərəfindən götürülmüşdür. Birgə mülkiyyətçi qismində X5, Aslanova Hicran Mahmud qızına və qeyrilərinə məxsus A seriyalı, 883938 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planı ilə iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planının qarşılıqlı təhlili isə həmin torpaq sahələrinin demək olar ki, bütün hissədə üst-üstə düşməsini deməyə əsas vermişdir ki, bu fakt Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes tri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş cizgi planla da qismən öz təsdiqini tapmışdır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11 aprel 2023cü il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, 1997-ci ildə Gədəbəy rayonu, Düzyurd kəndində aparılan aqrar islahat zamanı Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli, 13/1 nömrəli qərarı ilə texniki səhv olaraq İddiaçı valideynləri – atası Kazım Cəlilovun və anası Xalidə Cəlilovanın adına əlavə olaraq 0,4983 ha artıq pay torpaq sahəsi qeyd olunmuş və bunun əsasında da İddiaçı adına texniki səhv olaraq ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.20 10-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarış və AA seriyalı 004684 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli, 250s nömrəli Sərəncamı ilə “Dövlət və Bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı”na uyğun olaraq isə hazırlanmış elektron uçot xəritəsində iddiaç ıya məxsus torpaq sahəsinin nəzərə alınmamış və qeyd olunmamışdır. Göründüyü kimi artıq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi dolayısı ilə artıq iddiaçıya məxsus mülkiyyət hüququnun mövcud olmadığını iddia etməkdədir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində isə başqa şəxs və ya şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mümkün olan haldır ki, Cavabdeh1 iddiaçının iddia etdiyi torpaq sahəsini X7, Aslanova Hicran Mahmud qızına və qeyrilərinin iradəsi əsasında istifadə etsin. Lakin, mübahisəli torpaq sahəsinə dair hazırda X7, Aslanova Hicran Mahmud qızı və qeyrilərinin mülkiyyət hüququna dair qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir ki, belə olduğu təqdirdə is ə iddiaçının Cavabdeh1 qarşı tələb irəli sürməsi ona subyektiv hüquq verməməkdədir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3, 372.1, 372.6, 327.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin 2(042)65/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, qüvvəsində saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasi ya instansiya məhkəməsi maddi hüquq normalarını ona görə düzgün tətbiq etməmişdir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının olmasını, bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, reyestr məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olduğunu nəzərə almamış, həmin torpaq sahəsinin cavabdehlərdən Cavabdeh1 tərəfindən istifadə edilməsinin mümkün olan hal olmasını qeyd etsə də, iddianı rədd etməklə iddiaçının xüsusi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi heç bir əsas olmadan və dəqiq araşdırma aparmadan, xüsusi bilik tələb etdiyi halda bu barədə ekspertiza təyin etmədən X7, Aslanova Hicran Mahmud qızı və qeyrilərinə məxsus A seriyalı, 883938 nömrəli Torpaq sah əsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planı ilə iddiaçıya məxsus AA004684 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planını qarşılıqlı təhlil etmiş və həmin torpaq sahələrinin bütün hissədə üst-üstə düşməsi qənaətinə gəlmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi X7, Aslanova Hicran Mahmud qızı və qeyrilərinin mülkiyyət hüququna dair qeydin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına əsaslanmışdır. Əgər, X7, Aslanova Hicran Mahmud qızı və qeyrilərinin mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququna dair qeydin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədirsə, ona məxsus çıxarış əsasında həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına dair reyestr məzmununun həq iqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyilmi?! Bu da onu göstərir ki, apellyasiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam ve rmək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-ist ifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
36. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
37. Maddə 83 (1-ci hissə). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa halla r nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
38. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
39. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
40. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların s ökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyy ən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
47. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
60. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixli, ******* saylı çıxarış əsasında 0,50 ha əkin üçün verilmiş pay torpaq sahəsindən cavabdehlərin çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
61. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etmək barədə nəticəyə gələrkən, öz mülahizələrinə əsaslanaraq, iddiaçıya məxsus **********86 nömrəli çıxarışa və ona əlavə edilmiş cizgi plana uyğun olaraq 0,50 ha pay torpaq sahəsinin mülkiyyət növü Dövlət olmaqla avtomobil və şose yoluna və digər subyektlərə verilmiş pay torpaq sahələri ilə üst-üstə düşməsinin 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunduğunu, lakin iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində, o cümlədən həmin torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-114 saylı, kod 50515018 nömrəli Dövlət Aktının 0,4983 ha torpaq sahəsinin cizgisinə əsasən, həmin torpaq sahəsinin yola və bir sıra digər payçılara məxsus torpaq sahəsinə düşməmədiyini göstərmiş, həmin mütəxəssis rəyini iddiaçıya məxsus torpağın yerləşmə yeri ilə bağlı nəticə hissəsində tam mötəbər hesab etməmiş, bununla belə qeyd olunan mütəxəssis rəyi ilə Dövlət Aktı arasındakı uyğunsuzluğun aradan qaldır ılması üçün xüsusi bilik tələb edilən ekspertiza təyin edərək, ekspert qarşısında müvafiq sualların qoyulmasına zərurət görməmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi həmçinin, xüsusi bilik tələb etdiyi halda bu barədə ekspertiza təyin edərək, ekspert qarşısında müvafiq suallar qoymadan, birgə mülkiyyətçi qismində X5, Aslanova Hicran Mahmud qızına və qeyrilərinə məxsus A seriyalı, 883938 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planı ilə iddiaçıya məxsus 23 yanvar 2010-cu il tarixdə AA seriyalı, ******* nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin cizgisi və yerləşmə planını qarşılıqlı təhlil etməklə, ehtimallara əsaslanaraq həmin torpaq sahələrinin bütün hissədə üst-üstə düşməsi barədə nəticəy ə gəlmiş, gəldiyi ehtimalı əsasıaldırmaq üçün 18 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş cizgi plana istinad etmişdir.
63. Bundan başqa apellyasiya instansiya məhkəməsi iddianı rədd etmək barədə nəticəyə gəlsə də, gəldiyi nəticənin ziddinə olaraq, hər hansı araşdırma aparmadan Cavabdeh1 iddiaçının iddia etdiyi torpaq sahəsini X7, Aslanova Hicran Mahmud qızına və qeyrilərinin iradəsi əsasında istifadə etməsinin mümkün olması ehtimalını irəli sürmüşdür.
64. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara, o cümlədən ekspert rəylərinə digər sübutlarla yanaşı düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğunun öz təsdiqini tapma ması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.
65. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən tutulub-tutulmaması ilə bağlı sualların aydınlaşdırılması məqsədi ilə mütəxəssis cəlb edilməklə rəy verilməsi tələb olunsa da, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsi tərəfindən 01 iyul 2021-ci il tarixli arayışla məhkəməyə bildirilmişdir ki, mütəxəssislər İlqar Məmmədov və X13 Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə baxışına cəlb olunmuş, mübahisəli ərazidə lazımi ölçülər göt ürülmüş, lakin kameral şəraitdə dəqiqləşdirilmə aparılarkən kəndin kompleks yerquruluşu xəritəsi və faktiki vəziyyətin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır.
66. Bundan sonra apellyasiya instansiya məhkəmələri tərəfindən, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmaması, zəbt olunursa hansı hissədə zəbt olunması ilə bağlı sualların aydınlaşdırılması məqsədi ilə mütəxəssis cəlb edilməklə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır.
67. Apellyasiya instansiya məhkəməsi tərəfindən daha sonra təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizsı üzrə isə ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssiləri cəlb edilməklə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, məhkəmə kollegiyasının qərardadı tam icra olunmamış mütəxəssis rəyi alınsa da, ekspert rəyi alınmamışdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
69. Baxılan iş üzrə keçirilmiş ekspertizalar zamanı hər iki tərəfin torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyənedici sənədlərinin olmasına baxmayaraq məhkəmələr tərəfindən torpaq sahələrinin üst-üstə düşüb düşməməsi araşdırılmamış, ekspertlər qarşısında belə sual qoyulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni araşd ırarkən iş materiallarında olan iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını nəzərə almamış, ekspertizalar aparılarkən yalnız Cavabdeh2 torpaq sahəsinin koordinatları əsas götürülmüşdür. Halbuki bu halda iddiaçının hər hansı təqsiri olmadan ona aid olan torpaq sahəsinin TEKUİS elektron məlumat bazasında qeyd olunmaməsı əhəmiyyət kəsb etməməklə, iddiaçının öz torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyənedici sənədləri mövcuddur və onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinə dair koordinatlar daxilində yerləşərsə, bu zaman zəbt faktı təsdiqini tapmış olur. Bu baxımdan araşdırma zamanı hər iki torpaq sahəsinin koordinatları əsas götürülməklə, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin onlara verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində olub-olmadığının müəyyən edilməsi, habelə iddiaçının və cavabdehlərin torpaq sahələrinin üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi hazırkı iş üçün mühüm əhəmiyyət daşıyırdı. Yalnız bu məsələ araşdırıldıqdan sonra cavabdehlərin iddiaçının torpaq sahəsini zəbt edibetmədiyini müəyyən etmək mümkün olar.
70. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).
71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
72. Belə ki, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəsin ədalətl i məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
74. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.
75. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə akt larının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
76. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
77. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəməl ər tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
78. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
80. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəm ə aktı qəbul etməlidir.
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-52/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.