Məhkəmə qərarları › İş №2(102)-268/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-268/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-268/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4191/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəm ələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh7, X15 və X7 müştərək qaydada Bankın xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 62929,47 ABŞ dolların əsas borcun, 10162,39 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 73391,86 ABŞ dolları (ödənildiyi zaman olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan X3 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 saylı evin, 33 saylı mənzilinə və Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 saylı evin, 33 saylı mənzilinə tutma yönəldikdən və mənzil satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X8, Babayeva Hicran Sahratxan qızı və X2 çıxarılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldikdən sonra və ev satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, X13, X18, Cavabdeh3, X9 və Babayeva Hicran Sahratxan qızının çıxarılması və yaranmış bo rc ödənildikdən sonra mənzilin və evin satışından artıq qalan məbləğin cavabdehlər X6 və Cavabdeh1 qaytarılması qət edilmişdir;

3. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli, 2(002)-775/2016 saylı qətnaməsi-ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməməsi hissədə dəyişdirilməsi, ipoteka predmetləri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 60000 (altmış min) manat və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yerləşən 39 saylı evin, 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 55000 (əlli beş min) manat m üəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh7 apellyasiya şikayəti təmin edilməyərək ekspertiza xərci 120 manatın 60 (altmış) manatın "xxxx" KB ASC-dən, 60 (altmış) manatın Cavabdeh7 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir;

4. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi "xxxx" KB ASC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyata alınmışdır; 5. 0 5 iyul 2022-ci il tarixli 19 saylı 2 nömrəli forma üzrə arayışdan görünür ki, cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaqla, orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh7, X18, X9, X10, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X11, X14, X12, X16 və Cavabdeh6 oğlunun istifadə hüquqlarına xitam ve rilməsi; onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Zeynəb Həmidli (2009-cu il təvəllüdlü), Zaur Həmidli (2007-ci il təvəllüdlü), Leyla Həmidli (2010-cu il təvəllüdlü) və Zaur Həmidli (2021-ci il təvəllüdlü) yetkinlik yaşına çatmadıqlarından onların adları cavabdehlər siyahısından çıxarılmışdır.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 4 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də, RX seriyalı ******* saylı çıxarışla iddia çı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə «Elektron notariat» X1 əldə etdikləri çıxarışa (2 saylı forma) əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, həmçinin X12 və X16 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən, keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 5 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşamaları qeyriqanunidir. Həmin fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə, Mülki Məcə llənin 157.2, 157.4, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə istinad edən iddiaçı daha sonra bildirmişdir ki, hal-hazırda ünvan 5 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabde h2, X13, Cavabdeh7, X18, X9, X10, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X11, X14, X12, X16 və Cavabdeh6 oğlunun yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi hərrac vasitəsi ilə əldə olunmuş, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Dövlət tərəfindən hər kəsin, o cümlədən iddiaçının mülkiyyət hüququna təminat verilmişdir. Hazırda iddiaçının təminat altında olan hüquqları cavabdehlər tərəfindən pozulur. Belə ki, fərdi yaşay ış evinin hərracda iddiaçıya satılmasına baxmayaraq, cavabdehlər həmin evi tərk etmir və qeydiyyatdan çıxmırlar. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olmaqla, təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 60, Mülki Məcəlləsinin 152, 152.5, 157.2, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi 11 nəfər şəxsin evsiz qalması deməkdir. Mübahisəli mənzil onların yeganə yaşayış sahəsidir. Mübahisəli ev ipoteka ilə yüklü edilərkən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməmiş, evdə yaşayan şəxslərin hamısının razılığı alınmamışdır. Məhkəmə araşdırması zamanı da həmin hallar aydınlaşdırlmamışdır. Həmçinin iddiaçı iddia tələbində onların mübahisəli evə ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsini də xahiş etmişdir. İddiaçının öz tələbindən də görünür ki, onun və ailə üzvlərinin həmin mənzilə istifadə hüquqları vardır. Mübahisəli ev ipoteka ilə yüklü edilərkən və hərrac vasitəsi ilə satılarkən İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ondan razılıq alınmamışdır. Hazırda isə onun istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları tam əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4cü maddəsinin tələblərinə görə də yaşayış evinin mülkiyyətçisinin dəyişməsi evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçı təşkilat onun və aiə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla evin boşaldılmasını tələb etsə də, onların uzun müddət həmin mənzildə yaşamağını, başqa yaşayış yerinin olmamasını nəzərə almamışdır. Eyni zamanda mənzil ipotekaya qoyularkən ailə üzvü kimi razılığı alınmamışdır. Bütün bunlar məhkəmədə tam araşdırılmamış və onun qanunla qorunan hüquqları pozulmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4191/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər G.Axundova - sədrlik edən və məruzəçi, F. Babayev və C.Musayeva) Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən – cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, Cavabdeh7, X18, X9, Cavabdeh3 mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4191/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova - sədrlik edən və məruzəçi, F.Babayev və C.Musayeva) cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin e dilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, icra məmurunun sifarişi əsasında mübahisə predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, keçid 2 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evi ilə bağlı açıq hərrac keçirilmişdir. Açıq hərracın nəticəsi olaraq fərdi yaşayış evinin "xxxx" KB ASC-nin mülkiyyətinə verilməsi ilə bağlı alğı-satqı müqaviləsi imzalanmışdır. Fərdi yaşayış evi ilə bağlı "xxxx" KB ASC-nin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

17. Cavabdehlərin iddiaçının mülkiyyə tində olan mübahisə predmeti olan mənzildə qeydiyyatı və yaşaması əsassız olduğundan işə baxan məhkəmə iddia tələbini təmin etməklə düzgün qənaətə gəlmişdir.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 140, 152.1, 152.3, 152.4, 157.2, 157.4, MPM-nin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbində onun və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsini də xahiş e tmişdir. İddiaçının öz tələbindən də görünür ki, onun və ailə üzvlərinin həmin mənzilə istifadə hüquqları vardır. Mübahisəli ev ipoteka ilə yüklü edilərkən və hərrac vasitəsi ilə satılarkən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdehlərdən Cavabdeh6 və Cavabdeh5 razılığı alınmamışdır. Hazırda isə onların istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları tam əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4cü maddəsinin tələblərinə görə də yaşayış evinin mülkiyyətçisinin dəyişməsi evdən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçı təşkilat onun və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla evin boşaldılmasını tələb etsə də, onların uzun müddət həmin mənzildə yaşamaqlarını, başqa yaşayış yerlərinin olmamasını nəzərə almamış dır. Bütün bunlar məhkəmədə tam araşdırılmamış və onun qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən həmin evin onun yeganə yaşayış yerinin olmasını nəzərə almamışdır. O, iddiaçı təşkilata dəfələrlə bildirib ki, hazılrda başqa evi sataraq olan borclarını tam olaraq ödəyəcəklər, bunun üçün onlara vaxt lazımdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən b u hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımd an, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisənin obyekti olan əşya iddiaçının mülkiyyətindədir. Cavabdeh1 qanuni əsaslar olmadan iddiaçının iradəsi ziddinə orada yaşaması iddiaçının mülkiyyət hüququna maneçilik törədir.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

34. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 25).

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4191/2024 nömrəli iş üzrə 09 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar