Məhkəmə qərarları › İş №2(102)-2680/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2680/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2680/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5rşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, tapşırıq müqaviləsi, tələbin qanuni əsası, sübutetmə, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X5rşı “alqı-satqı, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və borc” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2112/2025 nömrəli, 07 may 2025ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

2. X12 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 kredit müqaviləsinə görə 170.000 manat məbləğində pul “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmişdir.

3. Əmlak Məsəl ələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

4. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyata alınmışdır.

5. Bakı şəhəri 21 saylı Notaria t Ofisində təsdiq edilmiş və beh alan Cavabdeh3 və beh verən X13 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən tərəflər xx.xx.2024-cü il tarixə kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair 1.000.000 manat məbləğində satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürürlər. Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2024- cü il tarixə kimi X2, X13 isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürür. Beh verən Cavabdeh1 gələcəkdə bağlanacaq qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh alan Cavabdeh3 200.000 manat məbləğində pul vəsaiti ödəyir, beh alan həmin məbləği qəbul edir. Beh verən Cavabdeh1 alqı-satqı müqav iləsi rəsmiləşdirilərkən 800.000 manat məbləğində pulu vəsaitini satıcıya ödəməlidir.

6. Bakı şəhəri 21 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində yerləşən 7 saylı evin, ümumi sahəsi 41 kv.m. olan 18 saylı mənzilinə dair, həmin tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 70 kv.m. olan qeyri-yaşayış sahəsinə dair, xx.xx.2024-cü il tarixdə isə ünvan 1 ünvanında ümumi sahəsi 69,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında alqı-satqı müqavilələri bağlanmışdır. 7. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzə əsasən, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 150.000 manat pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. 8. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixl i ******* nömrəli çekə əsasən, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən 150.000 manat məbləğində pul almışdır.

9. Bakı şəhəri 21 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqaviləyə əsasən beh alan Cavabdeh3 və beh verən X13 arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2023-cü il tarixdə ZM-1635 reyestr nömrə ilə beh müqaviləsi bağlanılmış, tərəflər həmin beh müqaviləsinin 1-ci bəndində qeyd edilən qeyri yaşayış sahəsinin qiyməti 1.000.000 manatdan 800.000 manata dəyişdirilməsi barədə razılığa gəlmişlər. 10. “Əvvəlki tələbkar” qismində X12 ilə “Yeni tələbkar” qismində İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 01 saylı tələb hüququnun ötürülməsi müqaviləyə əsasən, X3 Natella Aşirovnanın "xxxx" ASC ilə bağladığı xx.xx.2016- cı il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə ödəmiş olduğu 100.000 ABŞ dolları ilə bağlı bütün tələb hüquqlarını İddiaçı ötürmüşdür. İddiaçı X1 yuxarıda qeyd olunan hala əsasən 100.000 ABŞ dolları üzərindəki tələb hüquqlarını öz mülkiyyətinə qəbul etmişdir. 11.7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsində yerləşən 118 saylı evin (Yeni qaydalarla: AZ1110 Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, giriş 2,M3,m1) ümumi sahəsi 64 kv.m. olan 8 saylı mənzil Cavabdeh2 tərəfindən X10 bağışlamışdır.

12. Hazırda iddiaçı qeyd olunan alqı-satqı və bağışlama müqavilələrinin etiba rsızlığını mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə iddianın təmin edilməsi məqsədilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 27,12; Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A; Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzillərin üzərinə həbs qoyulması və ca vabdehlər Cavabdeh3 Aşırovnaya və Cavabdeh2, habelə digər şəxslərə bu mənzilləri hər hansı yolla özgəninkiləşdirmənin qadağan olunması üzrə xx.xx.2024-cü il tarixdə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin e-16(009)-184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 39A saylı mənzilinin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Daha sonra Səbail rayon Məhkəməsinin e-16(009)-213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Buna baxmayaraq məlum olmuşdur ki, Cavabdeh2 Bakı şə həri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzili xx.xx.2024-cü il tarixdə Bakı 7 saylı “ASAN xidmət” mərkəzindəki notariat ofisində digər qızı X10 bağışlayaraq özgəninkiləşdirmiş və onun adına DƏDRK PŞH-dən ********* saylı çıxarış əldə olunmuşdur. Məhkəmənin qərardadından sonra Cavabdeh2 belə bir hərəkəti sübut edir ki, cavabdehlər – ilk öncə Cavabdeh3 mübahisəli əqdlərlə özünü əmlaksızlaşdırmağa cəhd etmiş, indi isə digər cavabdeh Sonya Ağasiyevna hazırkı mübahisə üzrə cavabdeh qismində cəlb olunduğunu və məhkəmənin sözügedən qərardadlarını öyrəndikdən sonra özünü əmlaksızlaşdırmağa cəhd etməkdədir. Qeyd olunan hallar ona dəlalət edir ki, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış əqdlər də eyni məqsədlə, cavabdehlərin öhdəliyin icrasından yayınmaq, özlərini əml aksızlaşdırmaq və qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz etmək üçün bağlanmışdır. Bununla da məlum olur ki, cavabdeh S.Ağasiyevanın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 118, 8 saylı mənzillə bağlı məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərar qəbul edəcəyini bilən həmin cavabdeh bu daşınmaz əmlakı qısa zamanda digər qızına “bağışlamışdır”. Odur ki, həmin bağışlama müqaviləsi də uydurma əqd olmaqla əhəmiyyətsizdir və məhkəmə tərəfindən etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin və Cavabdeh2 ilə X14 arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 7 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsin in etibarsız hesab edilməsi və 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 3-4 il bundan qabaq anası onun yanına gəlib ayağına düşərək 3 gün müddətində banka olan borcu ödəməsələr problem yaranacağını demiş, onların pulu olmadığı üçün həyat yoldaşından xahiş etmiş, tanışlarından 100.000 ABŞ dolları borc almışlar, anası bildirmişdir ki, 100.000 ABŞ dollara görə 150.000 ABŞ dollarını 3 ay müddətində qaytaracaq, lakin indiyənədək həmin pul məbləği onlara verilməmişdir. Borc aldığı adamlar dəfəl ərlə borcun qaytarılması barədə onlara müraciət etmiş, onlar da anasına pulu qaytarmalarını xahiş etmişlər. İddiaçı həmçinin göstərmişdir ki, anası tərəfindən ev satılandan sonra ona 50.000 ABŞ dolları pul verilməmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, işin mübahisəsiz halı odur ki, iddiaçı tərəfindən kredit borcu ödənilib, cavabdehin iddiaya qarşı etirazı odur ki, pulu iddiaçıya cavabdeh verib. Lakin bu barədə sübut yoxdur. Guya iddiaçının həyat yoldaşı polisdir, onun bu qədər pulu ola bilməz. Cavabdeh olan Cavabdeh1 özü də polis əməkdaşı olub, bəs onun bu qədər pulu ola bilərmi. Cavabdeh tərəfindən şa hid dəvət olunacaq ki, pul vəsaiti təqdim olunub. Onlar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişlər. Bu əqdlər hamısı formal xarakter daşıyır. Şəxs məhkəmə qərarına qədər öz əmlakını qızına bagışlayıb. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 aldığı əmlakın qiymətini demədi, çünki bu uydurma əqddir. Hesab edir ki, həcmi artırılmış iddia tələbi əsaslıdır və təmin edilməlidir.

16. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələblərini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, 20 il özü işləyib uşaqlarını böyütmüşdür. Hikmət onun kürəkənidir. 100.000 ABŞ dolları məbləğində pulu banka o, ödəyib, lakin həmin pulu oğlu ona Moskavadan dostunun vasitəsi ilə göndərib, onun banka getmək imkanı olmadığından, o, Hikmətə zəng edib demişdir ki, pulu banka o, aparıb versi n. O, Hikmətə inandığı üçün pulu ona vermişdir ki, banka ödəsin. O, evi Əlixana satmışdır və həmin puldan uşaqların hərəsinə 50 min pay vermişdir. 20 il əvvəl o, Flora üçün ev düzəltmişdir, payını vermişdir. Onun -Floranın hər bir şəraiti - evi, işi, əri var. Zemfira isə təkdir. Hazırda evdə o, qalır, bu ev böyuk qızınındır. Atası sağlığında həmin evi qızına alıb, ona görə də ona bağışlamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, vicdanlı əldə edəndir. O, təqaüdə çıxmışdır. Oğlu iqtisadiyyatı bitirdiyindən ona biznes qurmaq istəmişlər. Alman şirkətinin Bakıda distributeri var, orada işləyirdi. Oğlunun adına Azadlıq prospektində əmlakı var idi, onu satmaq istəmişl ər. O, həmin reklamda olan nömrəyə zəng etmiş, danışmış, reklam olan yerə gələrək Borislə görüşmüşlər. Dekabr ayının əvvəlində görüşüb danışmışlar, öz əmlakını 951.000 manata satıb gəlib mübahisəli əmlakı almışdır. Boris demişdir ki, əmlak bacısının adınadır. Boris həmçinin bildirmişdir ki, bu yer atasından qalıb. Onlar sənədlərə baxmışlar, yüklülük yox idi. Əvvəl girova qoyulub və 2022-ci ildə girovdan azad olunub. Əmlak üzərində həbs yox idi. Özlərinə məxsus əmlak satılmadığı üçün onlar Borislə razılığa gəlmişlər ki, 200.000 manat verib beh müqaviləsi bağlasınlar, bir neçə aydan sonra isə özlərinə məxsus əmlakı satıb yerdə qalan məbləği ödəyəcəkdir. Əmlak 69 kv.metrdir, zirzəmidir, bir girşi var. Onlar aprel ayının 24-də isə alqı-satqı etmişlər. Sonyanı burada, qızını isə notariat ofisin də görmüşdür. Danışıq ofisdə olub. Əvəllər onlarla heç bir tanışlığı olmayıb. Oğlunun adına Azadlıq pr-də əmlak olub, 951.000 manata satıb, gəlib mübahisəli obyekti almışdır. Dekabr ayında borc müqaviləsi bağlamışlar. Alqı-satqıdan sonra Borislə görüş olmayıb. Əgər 2022-ci ildə Hikmət 100.000 ABŞ dolları ödəmişdirsə, niyə bu günə qədər iddia qaldırmayıb. Obyekti 1.050.000 manata almış və bununla əlaqədar müqavilə bağlamışlar. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X14 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, həm Bakıda, həm də Amerikada yaşayır, yoldaşı, uşaqları Amerikadadır. Atası sağlığında bağışlanan bu evi ona veriləcəyini demişdir, anası artıq yaşlı olduğu üçün ev indi ona bağışlamışdır. Cavabdeh id dianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, bizneslə pul köçürmə ilə məşğuldur. Borisi və Sonyanı tanıyır, munasibətləri var. Boris Bakıya anasına vermək üçün 100.000 ABŞ dolları pul göndərmişdir. O, həmin pulları Sonya xanıma vermişdir. Boris həmişə ona zəng edirdi, anasına müxtəlif məbləğlərdə pul göndərirdi, o, da aparıb Sonya xanıma verirdi. 2022-ci ilin iyun ayının əvvəli idi. O, pulu evdə Sonya xanıma şəxsən vermişdir, Natella da yanında idi.

20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e-2(009)174/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.( hakim Şahin Abdullayev)

21. Birinci instansiya məhkəməsi iddianın mənzil və qeyri-yaşayış sahələrinin alqısatqıs ına dair müqavilələrin formal və görüntü xarakterli olması barədə sübut təqdim edilməməsi səbəbindən, bu əqdlərin etibarlı olduğunu müəyyən etmiş, iddia tələblərini əsassız sayaraq rədd etmişdir. Bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia da rədd olunmuş, məhkəmə Cavabdeh2 mülkiyyətində olan əmlaka sərəncam verməkdə tam hüquqlu olduğunu bildirmişdir.150.000 ABŞ dolları məbləğində borcun tutulması iddiası üzrə məhkəmə ödənişin bank vasitəsilə deyil, cavabdehin oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından göndərilən vəsait olduğu müəyyən edildiyindən, bu tələbi də əsassız saymışdır. İddiaçı borcun qaytarılması barədə izahatı inandırıcı sayılmamış, uzun müddət ərzində heç bir hüquqi addım atılmadığı vurğulanmışdır. Nəticədə, iddia təmin edilməmişdir.

22. Məhkəmə iddia tələ binin 150.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbin əsası kimi bankda ipoteka ilə yüklü olan əmlakın yüklülükdən azad edilməsi məqsədi ilə banka ödənilmiş pul vəsaitinə görə cavabdehlər tərəfindən ona 150.000 ABŞ dolları məbləğində pul ödəniləcəyini vəd edilməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı isə tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manatın Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından anasına göndərdiyi pul vəsaiti olması müəyyən edildiyindən, məhkəmə həmin tələbi də əsaslı hesab etməmişdir. Məhkəmə iclasında İddiaçı həmin pulun tanışları tərəfindən əldə edilməsi və 3 ay müddətində götürülən 100.000 ABŞ dollarının əvəzinə 150.000 ABŞ dolları pul qaytarılması barədə izahatını inandırıcı və məntiqli hesab etməmişdir, borc götürülən vaxtdan uzun müddət keçməsinə baxmayaraq borcun qaytarılması ilə bağlı hər hansı orqana müraciət olunmamışdır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 127-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146, 152.1, 324, 337, 340.2, 389.1, 666.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər üzərilərinə götürdükləri borc öhdəliyini icra etməmiş, yəni iddiaçıya məxsus 10 0.000 (vəd edilən 150.000) ABŞ dollarını qaytarmamış, bununla da qanunsuz olaraq həmin məbləğdən faydalanaraq iddiaçının hüquqlarını pozmuşlar. Onların bu hərəkətləri iddiaçıya yalnız maddi ziyan vurmaqla kifayətlənmir, həm də borc münasibətlərinin hüquqi mahiyyətini pozaraq mülki qanunvericiliyin tələblərinə zidd davranış nümayiş etdirir. Cavabdehlərin öhdəliklərini icra etməməsi, borcun qaytarılmaması nəticəsində iddiaçı öz maliyyə resurslarından məhrum olmuş, digər öhdəliklərini icra etməkdə çətinliklərlə qarşılaşmışdır. Bununla yanaşı, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları da kobud şəkildə pozulmuşdur. Kifayət qədər əsaslı dəlil təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bildirilən bu kimi məsələləri hərtərəfli araşdırmamış və d üzgün qiymətləndirməmişdir. Habelə, məhkəmə iclaslarında cavabdehlərin verdiyi tutarsız və əsassız izahatlar bir daha onların irəli sürdüyü arqumentlərin fərziyyə olduğuna dəlalət edir. Belə ki, Cavabdeh2 iddia etmişdir ki, sözügedən kredit üzrə əvvəlki borclarını həmişə birbaşa özü bəzən də nəvəsi (digər qızı cavabdeh Z.Səlimovanın oğlu) ödəmişdir. Cavabdehin həmişə birbaşa ödəniş etmək imkanı olubsa, bu dəfə də eyni praktikadan istifadə etməməsi, məhz bu dəfə üçüncü bir şəxsin Hikmət Vəliyevin ödəniş etməsinə ehtiyac yaranması məntiqi bir boşluq yaradır. Məhkəmə iclasında niyə ödənişin bu dəfə də eyni qaydada birbaşa borclunun özü və ya nəvəsi tərəfindən ödənilmədiyi soruşulduqda, cavahdehlərdən hər biri eyni anda müxtəlif cavablar vermiş, bununla da məhkəmədə cavabdehlərin izahatlarının tutarsız və fərziyyə olması sübuta yetirilmişdir. Cavabdeh2 iddia edir ki, 100.000 ABŞ dolları onun oğlu X16 göndərib və buradakı adamı vasitəsilə həmin məbləği ona çatdırıb. Bu iddianı təsdiqləyən hər hansı rəsmi sənəd, bank köçürməsi və ya digər sübutlar mövcuddurmu. Əgər cavabdehin oğlu bu məbləği göndəribsə, bunun sübutu olaraq, bank vasitəsilə edilən köçürmə sənədi, pulun rəsmi yolla göndərildiyini təsdiq edən sübutlar (məsələn, pulköçürmə xidmətlərinin qəbzi), yerli “vasitəçinin” pulu Cavabdeh2 çatdırdığını təsdiqləyən yazılı sənəd təqdim edilməlidir. Cavabdeh bu sənədləri təqdim edə bilmirsə, bu, iddianın yalnız sözlü bəyanatdan ibarət olduğunu göstərir. Habelə, əgər bu pul Moskva vasitəsilə gəlmişdirsə, niyə banka birbaşa ödənilməyib. Məhkəmə iclasında Cavabdeh2 oğlu Borisin Moskv ada olduğu və ona daim maliyyə yardımı göstərdiyi dəfələrlə vurğulanmışdır. Əgər bu doğrudursa, belə bir sual yaranır: cavabdehin oğlunun bu cür maliyyə və dəstək gücü olduğu halda, niyə həmin borc məbləğini elə öz “adamlarını” və ya “vasitəçilərini” banka göndərərək birbaşa ödəməyib. Anasına hər zaman maliyyə yardımı edən, hər ehtiyacını qarşılayan, bu cür nüfuza sahib bir oğulun evdən çıxa bilməyən, borcu ödəmək üçün banka gedə bilməyən anasına sadəcə pulu göndərib geridə dayanması, pulu öz vasitəçiləri ilə əsl ünvanına banka çatdırmağı düşünməməsi və ya bacarmaması heç bir məntiqə sığmır. Bundan əlavə, bu pulun ən son anda Moskvadan Bakıya çatdırılması da məntiqli deyil. Əgər cavabdehin dediyi kimi, onun oğlu daim ona maddi dəstək göstərirdisə və bu cür böyük məbləğdə vəsait ayırmağa ha zır idisə, niyə borcun ipoteka predmetinə yönəldilməsi və evin hərraca çıxarılması riskləri yaranana qədər müdaxilə etməyib. Cavabdeh2 oğlunun anası ilə yaxın münasibətdə olduğunu, ona daim maddi dəstək verdiyini nəzərə alınsa, bu cür mühüm maliyyə problemini əvvəlcədən bilməməsi inandırıcı deyil. Əgər doğrudan da anasının bu cür ciddi bir borcu var idisə, oğul borc ipoteka predmetinə yönəldilməzdən əvvəl məsələyə müdaxilə edib borcu bağlaya bilərdi. Məntiqlə baxdıqda, çarəsiz vəziyyətə düşən ana borcu ödəmək üçün ən yaxın və real dəstək ala biləcəyi şəxsə müraciət etməlidir. Əgər ananın oğlu daim ona kömək edən, ona yaxın bir şəxs idisə, onda borcun ödənilməsində niyə bu qədər gecikmə olub. Oğlu bu cür bir vəziyyətdə anasının borcunun bu səviyyəyə gəlib çıxmasına imkan verməzdi. Odur ki, çarəsiz qalan ananın ən son – borc ipoteka predmeti olan evə yönəldildiyi anda, çıxış yolu kimi oğlundan deyil, ona daha uzaq olan kürəkənindən maliyyə dəstəyi istəməsi daha məntiqli görünür. Çünki, insanların doğma övlada son çarə kimi, kritik anda üz tutması yayılmış və ya qəbul edilmiş praktika deyil. Əgər ananın oğlu həqiqətən bu pulu Moskvadan göndərmək iqtidarında olsaydı, borcun ipoteka predmetinə yönəldilməsini gözləmədən borcu ödəyərdi. Burada isə belə bir hal baş verməmişdir. Bu da öz növbəsində sübut edir ki, Cavabdeh2 ən son anda kürəkəni Hikmət Vəliyevə üz tutmuş, beləliklə də, pul iddiaçıya məxsus olmuş və borcu iddiaçı bağlamışdır. Bu məntiqli ardıcıllıq cavabdehin arqumentini tamamilə çürüdür və göstərir ki, borc məhz iddiaçının pulu ilə ödənilmişdir və məhkəmə iclaslarında cavabdehlər tərəfindən irəli sürülən iddialar fərziyyədən və nağıllardan ibarətdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sualları və natamam qalmış məsələləri araşdırmamış, bu məqamları tam və obyektiv şəkildə qiymətləndirməmişdir. Məhkəmə işin halları üzrə vacib olan bu faktlara aydınlıq gətirmədiyindən, iddiaçının hüquqları ciddi şəkildə pozulmuşdur. Ədalətli və hərtərəfli araşdırma aparılmadan, sübutlar tam təhlil edilmədən qəbul olunmuş qərar iddiaçının maraqlarına xələl gətirmişdir. Bu isə məhkəmə icraatının ədalətlilik və obyektivlik prinsiplərinə zidd olmuşdur. Bundan əlavə, məhkəmənin qeyd etdiyi “borc götürülən vaxtdan uzun muddət keçməsinə baxmayaraq borcun qaytarılması ilə bağlı hər hansı orqana müraciət olunmamışdır” arqumenti obyektiv hüquqi yanaşmadan uzaqdır. Məhkəmə burada iddiaçının mövqeyini obyektiv sübutlarla deyil, subyektiv qənaətlə dəyərləndirmişdir. Halbuki, mübahisə tərəflər arasında ailədaxili münasibətlərdən qaynaqlanmışdır və bu kimi hallarda tərəflərin dərhal hüquqi müstəviyə müraciət etməməsi təbiidir. Məhkəmənin bu konteksti nəzərə almadan qərar qəbul etməsi qərəzli yanaşmaya dəlalət edir. Habelə, qanunvericiliyə əsasən, mülki hüquqlardan irəli gələn tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddətləri mövcuddur. Əgər qanunvericiliklə müəyyən edilən iddia müddəti keçməmişdirsə, məhkəmə üçün iddianın gec və ya tez qaldırılmasının hüquqi əhəmiyyəti yoxdur. Əgər iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etmişsə, onun borcun qaytarılmasını dərhal tələb etməməsi və ya uzun müddət keçdikdən sonra m üraciət etməsi heç bir hüquqi nəticə doğurmur. Məhkəmənin “uzun müddət keçməsi” arqumentindən istifadə edərək iddianı rədd etməsi, bu zaman qanunvericiliyin hər hansısa normasına və ya mövcud məhkəmə təcrübəsinə əsaslanmaması anlaşılan deyildir. Birinci instansiya məhkəməsi qətnaməsində iş üzrə mübahisəli əqdlərin yalan əqd olmadığını əsaslandırmışdır. Buna baxmayaraq, tərəflərindən əqdlərin yalan əqdlər olduğu yox, məhz uydurma əqdlər olduğu bildirilmiş və əsaslandırılmışdır. Məhkəmə isə bu əqdlərin uydurma əqdlər olub-olmadığını yoxlamamış, araşdırmamış, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Hazırkı mübahisə üzrə iş materiallarından və mövcud sübutlardan açıq-aydın görünür ki, Cavabdeh3 digər Cavabdeh1 ilə bağladığı alqı-satqı müqavilələri, həmçinin Cavabdeh2 qızı Z.Səlimova ilə bağladığı bağışlama müqaviləsi real iradəyə əsaslanmayan, formal xarakter daşıyan və üçüncü şəxsləri (bu halda iddiaçını) aldatmaq məqsədi güdən əqdlərdir. Bu əqdlərin bağlanmasının yeganə məqsədi cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq, borcun icrasını mümkün qədər çətinləşdirmək və özlərini rəsmi olaraq əmlaksız göstərmək cəhdidir. Məhz borcun ödənilməməsi ilə bağlı hüquqi prosedurlar başladıqdan sonra onların əmlaklarını üçüncü şəxslərin adına rəsmiləşdirməsi təsadüfi deyil. Əgər cavabdehlər həqiqətən əmlaklarını satmaq və ya bağışlamaq niyyətində idilərsə, bu addımı borc iddiasının ortaya çıxmasından əvvəl atmamaları şübhəlidir. Bu əqdlərin məhz borc iddiasının qaldırıldığı dövrdə bağlanması onu göstərir ki, məqsəd borcdan yayınmaq və iddianın təmini ilə bağlı məhkəmə qərar ının icrasını mümkünsüz etməkdir. Bütün bu məqamlar nəzərə alınaraq, mübahisəli alqı-satqı və bağışlama müqavilələri məhkəmə tərəfindən Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən etibarsız hesab edilməli idi. Yuxarıda göstərilən halların məhkəmə tərəfindən hərtərəfli araşdırılmaması iddiaçının hüquqlarının pozulmasına, iş üzrə vacib faktların nəzərə alınmamasına və nəticə etibarilə ədalətsiz və əsassız qərarın qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə sübutları tam və obyektiv şəkildə qiymətləndirmədən, mübahisəli əqdlərin mahiyyətini və onların həqiqi məqsədini araşdırmadan qərar vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2112/2025 nömrəli, 07 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) İddia çı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, e2(009)-174/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən-150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 170.000 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, mübahisələndirilən əqdlərin yala n əqdlər olduğu yox, məhz uydurma əqdlər olduğu bildirilmiş və əsaslandırılmışdır. Məhkəmə isə bu əqdlərin uydurma əqdlər olub-olmadığını yoxlamamış, araşdırmamış, ümumiyyətlə, əhəmiyyət verməmişdir. Hazırkı mübahisə üzrə iş materiallarından və mövcud sübutlardan açıq-aydın görünür ki, Cavabdeh3 digər Cavabdeh1 ilə bağladığı alqı-satqı müqavilələri, həmçinin Cavabdeh2 qızı Z.Səlimova ilə bağladığı bağışlama müqaviləsi real iradəyə əsaslanmayan, formal xarakter daşıyan və üçüncü şəxsləri (bu halda iddiaçını) aldatmaq məqsədi güdən əqdlərdir. Bu əqdlərin bağlanmasının yeganə məqsədi cavabdehlərin iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq, borcun icrasını mümkün qədər çətinləşdirmək və özlərini rəsmi olaraq əmlaksız göstərmək cəhdidir. Bununla belə sözügedən müqavilələrin yalan və ya uydurma əqd olmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş, müqavilələrin etibarlılığını şübhə altına hallar müəyyən edilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən alqısatqı müqavilələrinin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılıqları mövcud olmuş və iradə ifadəsinin eləcə də razılığın zədələnməsi halları müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən bağışlama müqaviləsi bağlandıqdan sonra bağışlanan daşınmaz əmlak hədiyyə alan tərəfindən qəbul edilmiş və əqdin predmeti mövcud olmuşdur.

29. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən mənzil və qeyri-yaşayış sahələrinin alqı-satqısına dair bağlanan müqavilələri formal surətdə bağlanılması, yalan və ya uydurma əqdlər olaraq görüntü xarakteri daşımasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, əksinə tədqiq edilən sübutlarla əmlakın vicdanlı alıcı tərəfindən dəyəri ödənilməklə əldə edilməsi, əmlakın özgəninkiləşdirilməsində satıcının iradə ifadəsinin olması və zədələnməməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbləri həmin əqdlərin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Həmçinin əmlakın (bağışlama müqaviləsinin predmeti) mülkiyyətçisi olan Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə müstəsna hüquqa malik olduğundan, bağışlama müqaviləsi onun iradəsinə uyğun olaraq bağlanıldığından, həmin əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir.

30. Məhkəmə kollegyası hesab edir ki, birinci instansiya məhkəməsi 150.000 ABŞ dolları dəyərindəki borc vəsaitinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı iddia tələbinin 150.000 ABŞ dolları məbləğində borcun tutulması hissəsində tələbinin eləcə də apellyasiya şikayətinin əsası kimi bankda ipoteka ilə yüklü olan əmlakın yüklülükdən azad edilməsi məqsədi ilə banka ödənilmiş pul vəsaitinə görə cavabdehlər tərəfindən ona 150.000 ABŞ dolları məbləğində pul ödəniləcəyini vəd edilməsini göstərmişdir.

31. Məhkəmə koll egiyası qeyd etmişdir ki, H.Vəliyev tərəfindən 170.000 manat məbləğində vəsaitin N.Ağamirovanın və Cavabdeh2 əvəzinə "xxxx" ASC-yə ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manat məbləğində vəsaitin Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından məhz anasına göndərdiyi pul vəsaiti (100.000 ABŞ dollar) olması barədə mötəbər sübutlar təqdim edilməmiş, həmin hallar iş materialları ilə müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 kollegiyanın iclasında verdiyi izahatında onun banka getmək imkanı olmadığından, o, Hikmətə zəng edib pulu banka aparıb verməsini deməsini Hikmətə inandığı üçün pulu ona verməsini göstərsə də, şahid T.E.Əliyev ifadəsindən də görünür ki, pulu evdə Sonya xanıma şəxsən verərkən Natella da yanında olmuşdur. Başqa sözlə, 170.000 manat məbləğində pulun şahid vasitəsilə Cavabdeh2 verilməsi faktı olsa da, bu pulun kürəkəni Hikmət Vəliyevə verməsinə dair sübutetmə yükü Cavabdeh2 üzərinə düşsə də, sonuncu buna dair sübutlar təqdim etməmişdir. Kollegiyanın iclasında Səlimova X7 şahid vasitəsilə 100.000 ABŞ dolları məbləğində pulu göndərərkən qızı Natella yanında olduğu və ödənişin də məhz sonuncu tərəfindən həyata keçirilməli olması (müqavilə tərəfi olduğu üçün) hansı səbəbdən mümkün olmamasını əsaslandıra bilməmişdir. Bu halda özünün göstərdiyi səbəblərdən qeyd edilən pulu kürəkəninə banka ödəmək üçün verməsi ağlabatan olmamaqla izahatında göstərilənlər də inandırıcı olmamışdır. Kollegiyanın iclasında Səlimova X4 Hikmətlə aralarında incik lik olduğuna görə münasibətlərinin olmamasını bildirmişdir. Belə olan halda Cavabdeh2 qızı ilə münasibəti olmayan şəxsin onların krediti ilə bağlı ödənişin aparılmasına, yəni Hikmətə qeyd edilən pulu ödəmək üçün verməsi qətiyyən inandırıcı deyildir. Kollegiyanın iclasında Cavabdeh2 izahatında göstərdiyi və təqdim etdiyi Hikmət Vəliyevin bacısını adına olan kredit ödənişi ilə bağlı kassa mədaxil qəbzi ilə əlaqədar kollegiya hesab edir ki, onun Hikmət Vəliyevin bacısının krediti ilə bağlı öz evini girov qoyması barədə bildirdikləri həqiqət olmuş olsa da belə, bu halın hazırki iddianın predmeti ilə heç bir hüquqi bağlantısı yoxdur.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, tələb hüququ ilə ötürülmüş vəsait cavabdehlərin yaranmış borcu ilə bağlı məhz iddiaçı tərəfin vəsaiti hesabına ödənilmiş, iddiaçı tərəf cavabdehlərin kreditor qarşısındakı öhdəliyini icra etmiş, bu səbəbdən də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.

34. Kollegiya hesab etmişdir ki, iddiaçı kredit borcunu cavabdehlərin əvəzinə banka ödəməklə onun bank qarşısında öhdəliyini icra etmişdir. Belə olduqda, kollegiya hesab edir ki, mübahisəli hüquq münasibəti Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından həll edilməlidir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin 170.000 manat dəyərindəki vəsaitin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olmuş, qalan hissədə isə əsassız olmaqla işin qeyd olunan halları ilə öz təsdiqini tapmamışdır.

36. Məhkəmə kollegiyası öz mövqeyini Azərbayca n Respublikasının Mülki Məcəlləsinin 14.1, 337.1, 340.2, 385.1, 386.1, 404.1, 404.2, 431.1, 431.3, 567, 666.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2112/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Tanışlıqla qəbul edilmişdir. Kassator yəhudi millətindən olduğunu və 85 yaşı olduğunu və kürəkəninin AR DİN Hava Limanında poli s zabiti vəzifəsində çalışdığını bildirmişdir. Kassator bildirmişdir ki, iddiaçı məhkəməyə çıxışı olduğunu əvvəlcədən bildirmişdir, hətta hələ qətnamə qəbul edilməmişdən nəvəsi vasitəsilə xəbər göndərmişdir ki, qətnamənin onun xeyrinə həll olunması üçün zəruri hərəkətləri edib razılıq əldə etmişdir. Qanunsuz və ədalətsiz qətnamə qəbul edilərkən bilmişdir ki, dedikləri real imiş və istədiyinə nail olmuşdur. Qeyd etmişdir ki, əgər kürəkəninə borcu olsaydı və o əvəzində pul ödəmiş olsaydı 2022-ci ildən o, əmakını satan kimi 2024-cü ilə kimi 2 il ərzində tələb edərdi və hər hansı orqana şikayət etmiş olardı. Onun 3 qızı və 1 oğlu var. Əmlaklarını satdıqdan sonra kassator hərəsinə 50.000 ABŞ dolları valideyin kimi öz payından halallıq vermişdir. X17 və qızı İddiaçı isə satdığı əmlakının dəyərin in ¼ hissəsini tələb etmişdir ki, guya atasından qalıb. Həmin əmlakları vermədiyi üçün ona görə belə bir əsassız iddia qaldırmışdılar.

39. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 337.1, 340.2, 385.1, 386.1, 404.1, 404.2, 431.1, 431.3, 567, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 88, 104, 106, 217-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektl əri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

46. Maddə 425.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və m üqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

47. Maddə 431.1.Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

48. Maddə 431.3.Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

49. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

50. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

51. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

52. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

53. Maddə 740.2. Borc müqaviləsi p redmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

54. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

55. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 56.

29. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

61. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işi n hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

67. Baxılan işdə iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, X12 Cavabdeh3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə Cavabdeh3 əvəzinə 100.000 ABŞ dolları ödəmişdir. Həmin pul məbləği Cavabdeh3 borc olaraq verilmiş, qarşılığında H.Vəliyevə 150.000 ABŞ dolları məbləğində pulun qaytarılmasına söz verilmişdir. H.Vəliyev ilə F.Vəliyev arasında xx.xx.2024-cü il tarixdə tələb hüququnun ötürülməsi barədə müqavilə bağlanmış və tələb hüququ İddiaçı Aşirovnaya ötürülmüşdür. Cavabdehlər həmin öhdəliyi icra etməmiş və iddiaçı həmin məbləğdə pulun cavabdehlər N.A ğamiyevna və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir.

68. Beləliklə iddiaçı Cavabdeh3 ilə arasında borc münasibətlərinin olmasını iddia etmişdir. Belə münasibətin yaranmasını isə X12 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 kredit müqaviləsinə görə 170.000 manat məbləğində pul “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmiş qəbzlə əsaslandırır.

69. Cavabdeh tərəf isə X12 ilə hər hansı bir borc münasibətinin olmamasını, Cavabdeh2 digər cavabdeh Natella Ağamiyevnanın bank qarşısında 100.000 ABŞ dolları həcmində öhdəliyin icra edilməsi ilə bağlı Hikmət Vəliyevə vermiş olduğu tapşırığı icra etdiyini göstərir.

70. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manat Cavabdeh2 oğlu Boris Salimov tərəfin dən Rusiya Federasiyasından anasına göndərilmiş, borc həmin pul vəsaiti əsasında ödənilmişdir.

71. Apellyasiya Məhkəməsinin mövqeyinə görə H.Vəliyev tərəfindən 170.000 manat məbləğində vəsaitin N.Ağamiyevnanın və S.Səlimovnanın əvəzinə "xxxx" ASC-yə ödənilməsi öz təsdiqini tapmışdır. Lakin tələb hüququnu ötürən Hikmət Vəliyev tərəfindən "xxxx" ASC-yə ödənilən 170.000 manat məbləğində vəsaitin Cavabdeh2 oğlu Boris Salimov tərəfindən Rusiya Federasiyasından məhz anasına göndərdiyi pul vəsaiti (100.000 ABŞ dolları) olması barədə mötəbər sübutlar təqdim edilməmiş, həmin hallar iş materialları ilə müəyyən edilməmişdir.

72. Apellyasiya instansiya məhkəməsi şahid X11 ifadəsini sübut olaraq qəbul etmiş, Borisin Bakıya anasına vermək üçün 100.000 ABŞ dolları pul göndərməsi və T.Əliyevin həmin pulu Sonya xanıma verməsinin fakt olması qənaətinə gəlmişdir.

73. Lakin apellyasiya məhkəməsi Cavabdeh2 verilən pulların onun tərəfindən Hikmət Vəliyevə verilməsinin sübut olunmamasına dair nəticəsinə gəlmişdir.

74. Beləliklə, apellyasiya instansiya məhkəməsi 170.000 manat (100.000 ABŞ dolları) məbləğində pulun şahid vasitəsi ilə Cavabdeh2 verilməsini fakt olaraq qəbul edilmiş, bu pulun kürəkəni H.Vəliyevə verməsinə dair sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq belə sübutların təqdim edilmədiyini göstərmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir.

76. Qeyd edilməlidir ki, iddiaçı tələbində cavabehlərlə tələbi ötürən şəxs arasında borc münasibətlərinin yaranmasını göstərmiş olsa da, belə bir müqavilənin bağlanmasına dair sübutları təqdim etməmişdir. Məhkəmənin müqavilədən irəli gələn bir öhdəliyi tanınması üçün ilk növbədə tərəflər arasında etibarlı bir müqavilənin bağlandığı müəyyən edilməlidir.

77. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.Müqavilə tərəflərdən birinin oferta (müqav ilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır

78. Nəzərə alınmalıdır ki, mübahisənin yaranması zamanı qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin məcburi göstərişinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

79. İddiaçı isə tərəflər arasında yazılı borc müqaviləsinin bağlanıldığını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Ümumiyyətlə borc münasibətlərinin mövcudluğu müəyyən edilməmiş qalmışdır.

80. Mövcud vəziyyətdə apellyasiya məhkəməsi tərəflər arasında borc müqaviləsinin bağlandığı nəticəsinə hansı mötəbər və kifayətedici sübutlar əsasında gəldiyini göstərməmişdir. Baxılan işdə apellyasiy a məhkəməsi gəldiyi nəticəni göstərilən qaydalara uyğun şəkildə əsaslandırmadığı üçün tərəflər arasında borc müqaviləsinin bağlanmasına dair qənaət qanuni və əsaslı hesab edilə bilməz.

81. Məhkəmə kollegiyası qeyd edir ki, X12 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 kredit müqaviləsinə görə 170.000 manat məbləğində pul “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmiş qəbzin mövcud olması tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq etmir.

82. Cavabdeh S.Ağasiyeva etirazında göstərir ki, o, H.Vəliyevə digər cavabdehin (N.Ağamiyevnanın) icra edilməmiş öhdəliyinin icrasını təmin etmək üçün tapşırıq vermiş, məhz həmin şəxs (H.Vəliyev) onun tapşırığın icra etmiş və onlar arasında bu əsaslı münasibət yaranmışdır.

83. Mülki Məcəllənin 777.1 və 777.2-ci maddəsinin tələbindən aydın olu r ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

84. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin ilkin vəzifəsi tərəflər arasında hansı hüquq münasibətinin mövcud olmasını müəyyən edilməsindən ibarət olmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi hansı münasibətin yaranmasına dair qənaətinin formalaşdırmadan düzgün olmayaraq mübahisənin 431.1-ci maddəsinin tələbləri əsasında həl l olunmalı olmasına dair nəticəyə gəlmişdir.

85. Lakin həmin maddənin tələbinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişilklik edilməsi tələb olunmur.

86. Apellyasiya instansiyası məhkəməsi həmin pul vəsaitinə münasibətdə tərəflərin həqiqi hüquqi münasibətlərini araşdırmamış və bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir.

87. Beləliklə, müəyyən olunur ki, iddianın qismən təmin edilməsini qa nuni hesab edən apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı hüquq münasibətlərini müəyyən etmədən, Mülki Məcəllənin 431.1-ci maddəsinə istinad etmişdir ki, bununla tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı qarşısında Mülki Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan başqa əsaslarla, o cümlədən tapşırıq müqaviləsi və ya işin faktiki halları ilə uzlaşan digər öhdəlik münasibətlərinin mövcudluğunu araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Bununla da, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələbləri pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır

88. Baxılan iş üzrə işin faktiki hal larını araşdıran məhkəmə ilkin olaraq tərəflər arasında hansı münasibətin yaranmasını, həmin münasibət üzrə icra edilməmiş öhdəliyin mövcudluğunu müəyyən etməli, bundan sonra iddiaçının tələbinə uyğun gələn qanuni əsasını tapmalı, faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanması təmin olunmalı olduğu halda belə yoxlamanın aparılması təmin edilməmişdir.

89. Cavabdehin kassasiya şikayətinin dəlilləri baxımından qeyd edilməlidir ki, əgər Cavabdeh2 oğlu Boris Salimov tərəfindən N.Ağamiyevnanın öhdəliyinin tam həcmində ödənilməsini mümkün edən pul məbləği Cavabdeh2 göndərilmişdirsə, onun tərəfindən qəbul olunmuşdursa, H.Vəliyev tərəfindən N.Ağamiyevnanın öhdəliyinin icrası anında pul məbləğinin Cavabdeh2 olması müəyyən olunmuşdursa, həmin vaxt H.Vəliyevin öz vəs aiti hesabına N.Ağamiyevnaya borc verməsinin mümkünlüyünə və zəruri olmasına apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir.

90. Digər tərəfdən cavabdeh kassasiya şikayətində göstərir ki, H.Vəliyevin Cavabdeh2 tapşırığı əsasında Cavabdeh3 öhdəliyin icra edərkən məhz onun digər bank qarşısında icra edilməyən (cavabdeh göstərir ki, həmin kredit müqaviləsi üzrə Cavabdeh2 əmlakı ipotekaya qoyulmuşdur) öhdəliyi olmuş, sonradan həmin borc məbləği məhz onun (Cavabdeh2) tərəfindən icra edilmişdir.

91. Məhkəmə kollegiyasının qənaətinə görə bu dəlilə apellyasiya məhkəməsi tərəfindən digər sübutlarla birlikdə qiymət verilmədən əsassız olaraq qeyd edilmişdir ki, “... onun Hikmət Vəliyevin bacısının krediti ilə bağlı öz evini girov qoyması barədə bildirdikləri həqiqət olmuş olsa da, bu halın haz ırkı iddianın predmeti ilə heç bir hüquqi bağlantısı yoxdur.

92. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində borc münasibətlərinin N.Ağamiyevna arasında yaranmasını göstərsə də pul məbləğini N.Ağamiyevna ilə yanaşı Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş edir.

93. Bu halda da apellyasiya instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh2 ilə H.Vəliyev arasında hansı hüquq münasibətinin mövcud olmasını aydınlaşdırmadan, Cavabdeh2 tələbi ötürən şəxs arasında icrası zəruri olan öhdəliyin mövcudluğunu müəyyən etmədən həmin şəxsin (Cavabdeh2) müştərək məsuliyyət daşımasına dair əsassız nəticəyə gəlmişdir.

94. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və mü əyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

95. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mü hüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

96. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

97. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

98. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri gör məli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 may 2025-ci il tarixli, 2(103)2112/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar