Məhkəmə qərarları › İş №2(102)-2681/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2681/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2681/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı mənzili 20 iyul 2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə N qızı arasında olan 21 yanvar 1997-ci il tarixli nikah pozulmuş, onların xx xxxx 1998-ci il təvəllüdlü qızı İddiaçı və 02 fevral 2005-ci il tarixli X1 anası X2 yanında saxlanılmaqla onlara görə Cavabdeh X2 xeyrinə aliment tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh X3 qarşı iddiası təmin edilərək onun Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N saylı mənzilin onun atası Cavabdeh məxsus olmasını, lakin atasının mənzilin giriş-çıxış qapısının açarını dəyişməklə onu mənzilə buraxmamasını əsas göstərməklə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və bu zaman tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 228-ci və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələrinə istinad etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.M.Behbudova) iddia təmin edilmiş və İddiaçı Sumqayıt şəhəri, 19cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək qızı İddiaçı anası N ilə birlikdə 2013-cü ildə mübahisəli mənzili tərk etməklə həmin vaxtdan mənzildə yaşamamaqla ondan istifadə hüququnu itirməsini, belə halda iddiaçının mənzilə köçürülməsinin qanunsuz olmasını əsas göstərməklə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılana qədər Cavabdeh mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iştirakının təmin olunmamasına əsaslanmaqla İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsini apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3863/2 019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və S.A.Qafari) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia tələbi üzrə Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək İddiaçı 2013-cü ildən mübahisəli mənzildə yaşamamasını, iddian ın təmin edilməsi üçün qanuni əsasların olmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2359/2020 saylı, 23 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3863/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının XXX-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.Q.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 19-ci məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməsi Cavabdeh qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə Cavabdeh əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd, qarşılıqlı i ddia tələbinin isə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2 On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşaya n ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə nəticəyə gələrkən İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh qızı olmasını və valideynlərinin boşanması ilə əlaqədar anası ilə birlikdə mənzildən getməsini, hazırda anası ilə birlikdə yaşadığı N saylı mənzilində yaşamaqla həmin evdə onlardan başqa heç kimin yaşamamasını, mübahisəli mənzildən gedərkən İddiaçı 14 yaşının olmasını, hazırda yetkinlik yaşına çatması ilə əlaqədar özünə yaşayış yeri seçmək hüququna malik olmasını, mülkiyyətçinin qızı olduğu üçün onun ailə üzvü kimi mənzildən istifadə hüququna malik olmasını əsas göstərmişdir. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəti cə ilə razılaşmır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. İş materiallarından görünür ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətinə vəsiyyətnamə əsasında keçmiş və göstərilən mənzildə o, arvadı və qızları ilə birlikdə yaşamışdır. Nikahları pozulana qədər N və İddiaçı həmin mənzildən mülkiyyətçinin ailə üzvləri kimi istifadə etmişlər. Nikahlarının pozulması ilə əlaqədar İddiaçı anası Sevil Manaflının himayəsinə verilmiş və sonuncu 2013-cü ildən mübahisəli mənzildən getməklə onun mənzildən istifadə hüququna xitam verilmişdir. 2013-cü ildə Sevil Manaflı “xxxx” MTK-dan aldığı mənzildə qızı İddiaçı ilə köçməklə orada yaşayır. Göstərilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, İddiaçı anası ilə birlikdə başqa daimi yaşayış yerinə köçməklə atası Cavabdeh ailə üzvlüyündən çıxmış və anası Sevil Manaflının ailəsinin üzvü kimi ona məxsus mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı 2013-cü ildə anasına məxsus mənzilə köçərkən yetkinlik yaşına çatmamış olsa da, 2016-cı ildə yetkinlik yaşına çatmış və ondan sonra da anasına məxsus mənzildə yaşamaqda davam etməklə yaşayış sahəsini seçmək hüququnu təmin etmişdir. İddiaçı anasına məxsus mənzildə onun ailəsinin üzvü kimi yaşamaqla ondan istifadə hüququ əldə etdiyi halda atasının ailə üzvü olmasını iddia edib ona məxsus mənzilə də, köçürülməsini tələb etməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən mübahisənin bu baxımdan həlli imkanını müzaki rə etməmiş, həmin hallara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq qiymət verməmiş, eləcə də, mübahisənin göstərilən qaydada həllinə imkan verən konkret maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, mübahisəyə yenidən baxılarkən işin həqiqi hallarına düzgün hüquqi qiymət verilməklə qanuni və əsaslı qərar qəbul olunmalıdır. Şərh ol unanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2495/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar