Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2681/2024 21.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-477/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasi ya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisənin obyekti Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, həmin əşya üzərindəki xüsusi mülkiyyət hüququ 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə "xxxx" MMC-nin adına xx.xx.2018-ci ildə qeydə alınmışdır.
3. İddiaçı payının naturada bölünməsini tələb edir. Cavabdeh isə buna etiraz edərək pul kompensasiyası ödəməklə həmin paya xitam verilməsini istəyir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3673 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstəri lənləri, kommunikasiya xətlərinin, kanalizasiya sisteminin, eletrik xətlərinin, işıq transfarmatorunun qeyri-yaşayış binasından kənarda yerləşdiyini nəzərə alaraq, mübahisəli qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsi, rəyə əlavə edilmiş sxem üzrə Məhkəmə Tikinti-X2 Metodlarının təəblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İlkin İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, H.Əliyev prospekti 69B ünvanında yerləşən, qeyri-yaşayış sahəsindən 1/3 hissədə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə mülkiyyətində olan mübahisələndirilən qeyri-yaşayış binasından iddiaçı öz payından istifadə edə bilməyərək onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, hal-hazırda qeyri-yaşayış binası bütövlükdə MMC-nin sahibliyində və istifadəsində olmuşdur. Paylı mülkiyyətdə olan qeyriyaşayış binasından birlikdə istifadə olunması mümkün olmadığından, iddiaçı 1/3 hissədə payının naturada ayrılaraq ona verilməsini istəmişdir. Onunla təyin edilmiş ekspertiza rəyində də iddiaçının payının naturada ayrılması mümkün olmuşdur. İddiaçı payını 52.000 manata cavadehə satmaq istəməmiş, bu hal onun qanuni maraqlarına uyğun olmamışdır.
7. Qarşılıqlı iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı iddia qaldıraraq paylı mülkiyyətin 1/3 hissəsinin mülkiyyətçisi İddiaçı 52000 manat vəsait ödənilməklə onun mülkiyyət hüququna xitam verilməsi və ödənilmiş 247 manat dövlət rüsumunun İddiaçı alınıb, MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, MMC 11 ildir ki, mebel mağazası kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, MMC-nin 741.3 kv.metr qeyri-yaşayış sahəsi olduğu üçün "xxxx" firması ilə müqavilə bağlayayaraq fəaliyyətini davam etdirmişdir. Lakin MMC ilə İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış binası paylara uyğun bölünərsə, o zaman MMC fəaliyyətini davam etdirə bilməyəcəkdir. Digər tərəfdən isə qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi mümkün deyildir. Bundan başqa, X1 Federasiyasının vətəndaşı olmaqla, MMC iddiaçıya bir müddət hər ay payı olduğu üçün ona 7 00 manat olmaqla pul ödəmişdir. Həmçinin İddiaçı qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun müddət kompensasiya ödənilmişdir. MMC iddiaçının mülkiyyət hüquqlarını heç bir vaxt məhdudlaşdırmamışdır. Əksinə, İddiaçı bütün dövr ərzində ödənişlər etmişdir. Hesab etmişdir ki, İddiaçı MMC-nin təsisçisi ilə şəxsi münasibətlər zəminində qərəzli mövqe tutaraq müəssisənin fəaliyyətini dayandırmaq məqsədi güdədərək, payının naturada ayrılmasını tələb etmişddr. Halbuki, MMC-nin fəaliyyətinin dayandırılması orada işləyən işçilərin işdən azad olunması deməkdir. Bu isə Azərbaycan dövlətinin, cənab Ali Baş komandanın maraqlarına zidd olmuşdur. Bundan başqa, İddiaçı MMC-də payı cüzi olmuş və ona kompensasiya ödənilməli, həmçinin qanunvericiliyin tələbinə görə hazırkı iş üzrə paylı mülkiyyətçilərin payı naturada ayrıla mümkün deyildir.
9. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2321/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nemət Paşayev) ilk iddia təmin olunmuş, qarşılıqlı iddia rədd edilmişdir.
10. Məhkəmə ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edib YOXladıqdan sonra hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixli 10/8595 nömrəli ekpert rəyinə münasibətdə kifayət qədər aydın, tam və əsaslandırıldığından, xx.xx.2023-cü il tarixli 10/3673 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməlidir.
11. Məhkəmə ilk iddiaya qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış binasının mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi, yəni iddiaçının 1/3 his sədə payının naturada ayrılmasını şərtləndirən hallar məcmu halında mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçi olmuş, onlar arasında ümumi paylı mülkiyyətdə olan qeyri-yaşayış binasına sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. Ümumi paylı mülkiyyətdə olan həmin binada iddiaçının payının naturada ayrılması ekspert rəyinə əsasən mümkün hesab edilmiş, həmçinin iddiaçı 1/3 hissədə payının əvəzinə pul kompensasiyası verməsi barədə cavabdehin təklifini qəbul etməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasından özünün 1/3 hissədə payının naturada ayrılıb ona verilməsini tələb etməkdə haqlı olduğundan, mübahisəli qeyri-yaşayış binasında iddiaçının 1/3 hissədə mülkiyyət payı naturada ayrılmalıdır.
12. Məh kəmə ilk iddia tələbinə dair qənaətini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli əmlak iddiaçının 1/3 hissədə payının naturada ayrılması paylı mülkiyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətli olmalıdır. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin etməlidir.
13. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı deyildir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışır ki, paylı mülkiyyətdə olan qeyr-yaşayış sahəsinin tərəflərin paylarına mütənasib olaraq, təyinatına tənasübsüz zərər vurulmadan, həmçinin kənara çıxmalar olmadan paylara uyğun naturada ayrılması mükündür. Eləcə də, paylı mülkiyyətçi olan iddiaçı payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmiş, həmçinin təklif olunan kompensasiyasını mənafeyinə uyğun hesab etməmiş, əksinə payının naturada ayrılmasını tələb etmişdir. Bundan başqa, paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m olmuş, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 1/3 hissədə pay isə 247.1 kv.m sahəni əhatə etmişdir. Göründüyü kimi, iddiaçının payı kifayət qədər böyük sahani əhatə etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində istinad etdiyi, müəssisənin işçilərinin olmasını, naturada bölgünün müəssisənin fəaliyyətinin dayandırılmasına gətirib çıxaracağı ilə bağlı istinad etdiyi dəlilləri isə məhkəm ə əsaslı hesab etməmiş və mülkiyyət hüququndan sui-istifadə kimi qiymətləndirmişdir. Paylı mülkiyyətçi MMC-nin öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirib qazanc əldə etməsi, sahibkarlıq fəaliyyəti göstərməsi digər mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 213, 220.2, 220.3, 220.4, 220.6, 221-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6 və 221–ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 15. "xxxx" MMC apellyasiya şika yəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki mülki iş üzrə isə təyin olunmuş ekspert rəylərinin arasında kifayət qədər uyğunsuzluqlar mövcud olmuşdur. Həmçinin məhkəmənin əvvəlki mülki iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 100 manat məbləğdə pulun MMC-dən tutması heç bir qanunvericiliyə uyğun deyildir. Əvvəlki mülki iş üzrə təyin olunmuş ekspertiza üzrə alınmış rəylər arasında uyğunsuzluq olduğuna görə yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin etməli və arada yaranmış anlaşılmazlıqları aradan qaldırmalı idi. Lakin, məhkəmə əvvəlki mülki iş üzrə təyin olunmuş ekspertiza rəyinə istinad edərək, hazırki mülki iş üzrə yekun qətnamə qəbul etmişdir. Paylı mülkiyyətdə olan qeyri-yaşayış binası paylara uyğun naturada bölünərsə, MMC-nin fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. İddiaçıya təklif olunan kompensasiyanın məbləği artırılacaqdır. İddiaçı qeyri-yaşayış sahəsindən heç bir vaxt istifadə etmədiyi halda, ona uzun müddət kompensasiya ödənilmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-477/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası apellyasiya ş ikayətinin İddiaçı MMC-də payının cüzi olması, iddiaçının ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması, ona kompensasiya ödənilməli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə, iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilərdi. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib ç ıxarardı. Belə ki, ümumi sahəsi 741,3 kvadratmetrdən ibarət qeyriyaşayış binasının iddiaçıya aid 1/3 hissəsinin 247,1 kvadratmetr təşkil etməsi nəzərə alınaraq həmin əmlakdan iddiaçının mühüm mənafeyinin olmaması qənaətinə gəlinməsi mümkünsüzdür. Həmçinin 247,1 kvadratmetrdən ibarət 1/3 hissə payın cüzi pay kimi qəbul edilməsi də yolverilməzdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin MMC-nin iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmamasına, İddiaçı paylı mülkiyyətində olan əmlakından istifadə etməməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materialları və tərəflərin izahatları ilə tərəflərin paylı mülkiyyətlərində olan əmlakın bütünlükdə məhz MMC-nin istifadəsində olması, bu səbəbli iddiaçının həmin əmlakdakı öz payından istifadə edə bilməməsi, öz payına sahiblik edə bilməməsi müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin MMC-nin İddiaçı bütün dövr ərzində ödənişlər etməsinə dair dəlilinə də münasibətdə qeyd etmişdir ki, tərəflər arasında iddiaçıya aid mülkiyyət payından qanuni əsaslarla bağlanmış hər hansı bir müqavilə üzrə istifadəyə dair iş materiallarında heç bir sənəd olmamaqla yanaşı, bu hal tərəfin paylı mülkiyyətdən payının naturada ayrılmasını tələb etməsini istisna etmir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırkı iş üzrə ekspertizanın təyin olunmaması, əvvəlki mülki iş üzrə isə təyin olunmuş ekspert rəylərinin arasında kifayət qədər uyğunsuzluqların mövcudd olması, ekspertiza üzrə alınmış rəylər arasında uyğunsuzluq olduğuna görə yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin etməli və arada yaranm ış anlaşılmazlıqları aradan qaldırmalı olması, MMC-nin və İddiaçı paylı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin paylara uyğun naturada bölünə bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə ekspertiza təyin edilibedilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamış, ona hüquq kimi tanımışdır. Həmçinin iş materiallarından iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə bundan əvvəl aparılmış, lakin başa çatdırılmamış məhkəmə araşdırması üzrə ekspertizaların təyin edildiyi, müvafiq rəylərin alındığı, həmin rəylərin hazırkı məhkəmə araşdırması zamanı da tədqiq edildiyi, onlara istinad edildiyi müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdirdir ki, xx.xx.2023-cü il tarixli 1və xx.xx.2023-cü il tarixli ekspert rəyləri öyrənilərkən həmin rəylərin arasında uyğunsuzluqların olması halı müəyyən edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli rəy verilərkən ekspert qərardadda qoyulmuş sualdan bir qədər kənara çıxmaqla rəy vermiş, məhkəməyə qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada bölünməsi imkanları barədə rəyini təqdim etmiş, lakin həmin rəydə qeyri-yaşayış binasının naturada təcrid şəklində 1/3 və 2/3 paylardan kənara çıxmalar olmadan naturada bölünməsinin mümkünsüzlüyü barədə heç bir fikir ifadə edilməmişdir.
23. Apelyasiya kollegiyası cavabdehin apellyasiya şiykayətində olan dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüququ əsasında tərəflərə məxsus olmuş və məhkəmə xx.xx.2023-cü il tarixli 10/3673 saylı rəy ekspert rəyinə uyğun olaraq iddiaçının payının naturada ayrılmasının mümkün olması nəticəsinə gəlmişdir. Həmçinin, həmin həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi xx.xx.2023- cü il tarixli 10/3673 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qiymətləndirməkdə doğru mövqedən çıxış etmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-yaşayış sahəsi naturada bölünərkən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin nəzərə alınmamasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd emişdir ki, işdə olan 15 sentyabr 2020-ci il tarixdə verilmiş reyestrindən çıxarışa əsasən, tərəflərin paylı mülkiyyətində olan 741,3 kvadratmetrlik qeyri-ya şayış binasının yerləşdiyi 0,07 ha torpaq sahəsi onların deyil, dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunvericiliyin tələbinə görə də hazırkı iş üzrə paylı mülkiyyətçilərin payının naturada ayrıla bilməməsinə dair dəlilini də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən əsassız hesab etmişdir.
26. Məhkəmə mövqeyini Mülki Məcəllənin 213.1, 213.2, 215.1, 220.1, 220.2, 220.3, 220.4, 220.6-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 27. "xxxx" MMC (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin h ər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini YOXlayır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını YOXlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üç ün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə YOXlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas YOXdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları, o cümlədən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3673 saylı rəyi və ona əlavə olunan bölgü sxemi əsasında bu qənaətə gəlmişlər ki, mübahisə pre dmeti olan daşınmaz əşyanın tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkündür. Bu səbəbdən ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmələrin gəldikləri nəticə yuxarıda göstərilən maddi hüquq normasına uyğundur (§ 32).
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və "xxxx" MMCnin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araş dırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini YOXlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-477/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.