Məhkəmə qərarları › İş №2(102)-2682/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2682/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2682/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili X3, Cavabdeh vəkili X2, cavabdeh X6, onun vəkili X4 oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1413/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin 05.12.2018-ci il tarixli, **********51 saylı məktubunun məzmunundan görünür ki, Sumqayıt şəhər XDS-nin İcraiyyə Komitəsinin mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 18/264 nömrəli, 21 aprel 1992-ci il tarixli orderinə, 2 saylı MİS-nin 15 avqust 2005-ci il tarixli 4246 nömrəli forma arayışına əsasən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində keçmiş DTİ və MHQ İdarəsinin 09 sentyabr 2005-ci il tarixli 337 93 nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır, 07 may 2016-cı il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə əvəzlənmişdir. Həmin məktuba əlavə olunmuş İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, mənzilin atası Cavabdeh tərəfindən özəlləşdirilməsinə etirazı olmadığı göstərilmişdir. Sumqayıt şəhər XDS-nin İcraiyyə Komitəsinin mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin verdiyi 18/264 nömrəli, 21 aprel 1992-ci il tarixli orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Cavabdeh verilmişdir. ASAN-Sumqayıt tərəfindən verilmiş 01.03.2019-cu il tarixli, ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə 28.09.2005-ci il tarixdən qeydiyyatdadır, mənz ildə qeydiyyatda olan başqa şəxslər yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 284 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində 07.05.2016-cı il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı ******* saylı 06 mart 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili 50.000 manata alıcı X16 oğlunun mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstəri lmişdir ki, satıcı mənzili X8 50.000 manata satdı, alıcı isə həmin qiymətə aldı. 5-ci bəndə əsasən tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: alıcı torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. 8-ci bəndə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. ASAN-Sumqayıt tərəfindən verilmiş 11.03.2019-cu il tarixli, 226521 №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə 12 iyun 2002-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2019-cu il tarixli, 11014 saylı və 05 avqust 2019-cu il tarixli, 16889 nömrəli məhkəmə ekspertizas ının aparılmasından imtina edilməsi haqqında məlumatlardan görünür ki, rəy verilməsi üçün Əliyev Natəvan Bəhri qızının adından olan tədqiq olunan ərizənin əsli təqdim olunmadığından iş üzrə rəyin verilməsindən imtina edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 02 dekabr 2019-cu il tarixli 27635 saylı rəyindən görünür ki, İddiaçı Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisində 23.08.2005-ci il tarixdə 7E-17294 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizənin qeydə alındığı 22.08.2005- 25.08.2005-ci illərə dair 7E/42 indeksli reyestr kitabının 8-9-cu vərəqələrində olan “17294 İddiaçı” yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları B irinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb etməklə “özəlləşmənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 15 mart 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 20 saylı mənzil Sumqayıt şəhər XDS-nin İcariyyə Komitəsinin mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin verdiyi 18/264 nömrəli orderə əsasən, atası - Cavabdeh adına olmuşdur. Mənzildə qeydiyyatda atası və o olmuşdur. 2005-2006-cı illərdə atası bir neçə dəfə mənzili özəlləşdirməy i təklif etmişdir. Onun Azərbaycana gəlmək imkanı olmadığı üçün, həm də mənzilin özəlləşməsinə heç bir zərurət olmadığına görə razılıq verməmişdir. Təqribən 2018-ci ilin sentyabr ayında o, Azərbaycana növbəti gəlişində təsadüfən öyrənib ki, atası mənzili öz adına özəlləşdirmişdir. O, bunun həqiqiliyinə inanmamışdır. Belə ki, o, mənzilin özəlləşməsinə razılq ərizəsi verməmişdir. Bu barədə atasına iradını bildirdikdə, atası ona əsaslı bir cavab verməmiş və sualından yayınmışdır. Həmin vaxt yenidən Rusiya Federasiyasına qayıtmağı ilə əlaqədar iddia qaldıra bilməmişdir. Lakin, o bilir ki, atası belə məsələləri qardaşının təzyiqi və təkidi ilə edir. 2019-cu ilin fevral ayında isə atası ilə qardaşının Azərbaycana gəlməsi, mənzili satması ilə əlaqədar şübhələri artdığı üçün vəkil vasitəsi ilə re yestr xidmətinə sorğu etmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, hələ 2005-ci ildə onun imzasını saxtalaşdıraraq notariat qaydada ərizə düzəldiblər ki, guya o, mənzilin özəlləşməsinə etiraz etmir. Bu yalandır. Ən azından ona görə ki, həmin dövrdə o, Azərbaycanda olamamışdır. Sorğuya cavabda göstərilmişdir ki, 2 saylı MİS-nin 15.08.2005-ci il tarixli 4246 nömrəli forma arayışına və 5 saylı DNK-nun 23.08.2005-ci il tarixli 4-2-1/294 nömrəli təsdiq olunmuş razılıq ərizəsinə əsasən, Sumqayıt şəhəri, 14-cü məhəllə,ev 4/21 ünvanda yerləşən, 20 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində keçmiş DTİ və MHQ idarəsinin 09.09.2005-ci il tarixdə 33793 nömrəli qeydiyyat vəsiqəsi ilə atası Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmış və 07.05.2016-ci il tarixdə ********** qey diyyat nömrəli çıxarış ilə əvəzlənmişdir. Bundan sonra, 05 avqust 2019-cu il tarixdə iddiaçı iddia həcminin artırılması barədə cavabdehlər Cavabdeh və X8 qarşı Sumqayıt şəhər 4 saylı DNK-nı üçüncü şəxs qismində işə cəlb etməklə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh ilə X12 arasında Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış 06.03.2019-cu il tarixli AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Vüsal Dadaşovun ailə üzvləri ilə mənzildən çıxarılması və onun bu mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı iddia həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə pasport qeydiyyatında olmuş və bu mənzil Cavabdeh order əsasında 1992-ci ildə verilmişdir. Onların RF-nin Tümen vilayəti Noyabrsk şəhərində 4 otaqlı mənzilləri olmuş, həmin mənzili valideynləri birgə nikah dövründə almış və dəyişərək Sumqayıt şəhərinə köçmüşlər. 09.09.2005-ci il tarixdə cavabdeh- atası mənzili onun razılığı olmadan özəlləşdirmiş və saxta 2 saylı forma arayış əsasında 06.03.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən digər cavabdeh X1. Həmin müqavilə qanunsuz olaraq rəsmiləşdirilmiş və müqavilə bağlanan vaxt onun hüquqları pozulmuşdur. Bundan başqa bu mənzil onun anası X5 ilə birgə nikah dövründə əldə edilsə də, anasının razılığı alınmamış və cavabdeh olan atası özünü subay kimi qələmə verməklə mənzili özgəninkiləşdirmişdir. Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova, iş №2(060)-1017/2020) idd ia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzilin özəlləşdirilmsəi üçün razılıq ərizəsinin İddiaçı tərəfindən verilmədiyi, həmin ərizənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasında İddiaçıın iştirak etmədiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapsa da həmin xüsusat özəlləşdirmənin ləğv edilməsi üçün əsas ola bilməz. Mülkiyyətçinin özəlləşdirilmiş mənzil üzrə bağladığı əqdin yetkinlik yaşına çatan ailə üzvlərinin razılığının alınmaması səbəbindən etibarsız sayılması mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsdbit olunmuş mülkiyyət hüququ ilə uzlaşmır. Mənzil cavabdehin xüsusi mülkiyyətində olduğu üçün o, həmin əmlak üzərində tam sərbəst olaraq sərəncam vermə hüququna malikdir. Həmin ünvanda başqa şəxslərin qediyyatda olması həmin əmlakın ü zərində mülkiyyətçinin sərəncam vemək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Mübahisələndirilən alqı-satqı müqaviləsi qanuni əsaslarla bağlanmışdır və mənzil qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh Vüsal Dadaşovun mülkiyyətinə keçmişdir. Göründüyü kimi cavabdeh Vüsal Dadaşovun Cavabdeh və İddiaçı ilə həmin mənzilin əldə edilməsinə qədər heç bir tanışlığı, münasibəti olmamış, Bəhri və Natəvan Əliyevlər arasında olan mübahisə barədə eşidib bilmək ehtimal olmamışdır. Alqı-satqı müqaviləsinin qanunauyğunluğu notariat qaydasında təsdiqlənməklə təsbit edilmiş, alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan sənədlərin tamlığı və qanunauyğunluğa notarius tərəfindən yoxlanılmaqla təsdiq edilmişdir. Bu baxımdan cavabdeh Vüsal Dadaşovda mənzilin özgəninkiləşdirilməsi şübhə yaratm amış və məhkəmənin qənaətincə notariat qaydasında yoxlanılmaqla təsdiq edilmiş müqavilənin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası cavabdeh Vüsal Dadaşovda belə bir şübhə yaranması ehtimalını istisna etmişdir. Eləcə də yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda (01 mart 2019-cu il tarixli) göstərilən məlumatların həqiqliyini şübhə altına alan hər hər hansı bir hal olmamışdır. İddiaçının izahatından göründüyü kimi alqısatqı müqaviləsi bağlanıldığını eşidib Vüsal Dadaşovla əlaqə saxlamış, mənzillə bağlı mübahisə olduğunu bildirmişdir. X17 artıq tərəflər arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra mənzillə bağlı mübahisə barədə məlumat almışdır. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəf apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2020-ci qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abbasov və T.Məmmədov, iş № 2(103)-1413/2020) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülməyə dair iddia tələbi rədd edilmişdir.. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərt idir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə, müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mübahisə predmeti təşkil edən mənzil Cavabdeh mülkiyyətində olmuş və həmin mənzil digər cavabdeh Vüsal Dadaşov ilə bağlanmı ş alqı-satqı müqaviləsi əsasında sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin müqaviləni tərəflər iradə ifadəsini realizə edərək şəxsən imza etmişlər. İddiaçının isə bu mənzilin satılması üçün razılığının alınmasına zərurət olmamışdır. Çünki sonuncunun həmin mənzildə qeydiyyatda olması mülkiyyət və ondan doğan hüquqları ehtiva etmir. Bununla da müqavilənin bağlanılması zamanı iddiaçının razılığının alınmaması qanunvericiliyin tələblərinə uyğun bağlanmış mövcud müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, V.Dadaşov mübahisəli mənzili alarkən digər Cavabdeh öz iradə ifadəsini nümayiş etdirməsi nəzərə alınarsa, cavabdeh V.Dadaşov vicdanlı alıcı kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X9) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1413/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh X12 və vəkili X10 vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər proses iştirakçısı Cavabdeh vəkili X7 həmçinin kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1-ci maddəsinə görə, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2- ci maddəsinə görə, Əq dlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5-ci maddəsinə görə İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 567-ci maddəsinə əsasən 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası mülki i şlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1413/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar