Məhkəmə qərarları › İş №2(102)-2683/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2683/2019

17.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2683/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)4067/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 201 8-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov, T.Səmədov və İ.Şirinov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)-4067/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 oğu və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 17.06.1992-ci il tarixli, MN-*********nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən onların hüquqlarını mühüm dərəcədə pozmuş və ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmiş, bununla da iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni sadalamaqla kifayətlənmiş, apellyasiya şikayətinin də lilləri üzrə düzgün araşdırma aparmamış və həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında İddiaçı1 və İddiaçı2, X4 və X6 qeydiyyatdadır. ünvan 1 Cavabdeh1, Cavabdeh2 və X2 adına paylı xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. 1 saylı Bakı İnzibati-İqtisadı məhkəməsinin 14.06.2016-cı il tarixli 2-1(81)-1516/2017 saylı qərarından görünür ki, iddiaçılar X9, X7, X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazı İdarəsinə qarşı Cavabdeh1, Cavabdeh2 və X8 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq 17.06.1992-ci il tarixdə tərtib edilmiş seriya MH *********nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(103)-2047/17 saylı qərarından görünür ki, iddiaçılar X9, X7, X5 apellyasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 14.06.2016-cı il tarixli 2-1(81)-1516/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(103)-2047/17 saylı qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu,14-cü Nərimanov döngəsi, 2 ünvanında yerləşən 1/2 payı Cavabdeh1, 1/2 payı Ümilbani Kasuməli qızına məxsus olmuşdur. X1 məxsus 1/2 payı vərəsəlik hüququ əsasında Cavabdeh1 miras kimi keçmişdir. Sözügedən ev paylar üzrə Cavabdeh1, Cavabdeh2 və X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarını Qeydiyyatı İdarəsi tərəfindən 17.06.1992-ci il tarixli MH seriyalı *********nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Mübahisələndirilən qeydiyyat vəsiqəsi hər hansı müqavilə əsasında deyil, cavabdeh inzibati orqanın vərəsəlik qaydasında keçmiş hüquqların rəsmləşdirilməsinə dair hərəkətləri ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.01.2018-ci il tarixli 21(102)-285/18 saylı qərarında görünür ki, X9 və X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(103)-2047/17 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, hazırki, iş üzrə mübahisələndilən ünvan 1 ünvanda yerləşənevin Qeydiyyat Vəsiqəsi inzibati işdə mübahisə predmeti olmuş və məhkəmələr tərəfindən həmin vəsiqənin verilməsi qanuni hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddian ın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsasları tələbin qanuni əsasının şərtlərinə uyğun olmad ığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində belə bir sübutun təqdim ediləcəyi ilə bağlı da hər hansı bir dəlilə istinad edilməmişdir. Yəni, Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmalıdır. Belə bir əsasın mövcudluğu qanunda nəzərdə tutulan hər hansı bir sübutla təsdiq edilmir. Bununla bağlı, yalnız iddiaçı tərəfin izahatı mövcuddur. İddiaçının izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə digər sübut yoxdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi t ərəfindən məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında iddiaçılara lazımi qaydada xəbərdar edilməmişdir. Belə ki, iş materialında iddiaçılara göndərilməsinə dair bildiriş tikilsə də, həmin bildirişlərin həqiqətən göndərilməsi və iddiaçılara çatdırılması təsdiq olunmur. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)-4067/2018 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə göstərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şik ayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar