Məhkəmə qərarları › İş №2(102)-2683/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2683/2022

25.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2683/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Abbasqulu qızının cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh3na və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının *1 iyul 2*21-ci il tarixli, 2(1*3)147/2*21 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: İddiaçı Abbasqulu qızı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh3na və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair "xxxx" ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, həmin mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində "xxxx" ASC-nin xeyri nə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2*19-cu il tarixli, 2(**6)-4119/2*19 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Abbasqulu qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair "xxxx" ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində yerləşən 12 saylı evin 32 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində "xxxx" ASCnin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2*21-ci il tarixli, 2(1*3)-147/2*21 nömrəli qətnaməsi i lə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2*19-cu il tarixli, 2(**6)-4119/2*19 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh3 adından kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *1 iyul 2*21-ci il tarixli, 2(1*3)147/2*21 nömrəli qərardadı ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sübutlar təqdim edilməməsi əsasi ilə geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ləğve dicisi Cavabdeh3 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *1 iyul 2*21-ci il tarixli, 2(1*3)-147/2*21 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh kassasiya şikayətinə vəkalətnaməni vermək səlahiyyətinin olmasını təsdiq edən Cavabdeh3 23 sentyabr 2*2*-ci il tarixli əmrinin surətini və Cavabdeh3 23 sentyabr 2*2*-ci il tarixli əmrinə dəyişiklik edilməsi barədə *5 noyabr 2*2*-ci il tarixli əlavə əmrin surətini əlavə etmişdir. Vəkalətnaməni vermək səlahiyyətinin olmasını təsdiq edən əmrin kassasiya şikayətinə əlavə olunmuş sənədlərin içərisində olmadığı hald a məhkəmə tərəfindən kassasiya şikayəti qəbul edilərkən Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatın 119-cu maddəsinin tələblərində uyğun həmin əmrin əlavə edilmiş sənədlərin içində olmaması barədə akt tərtib edilməli və bir nüsxəsini kassasiya şikayəti verən şəxsə göndərməli idi. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən bu barədə akt tərtib edilməmişdir. Kassator məhkəməyə vəsatət verərək, kassasiya şikayətinə şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci ma ddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 4*2.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən k assasiya şikayəti verilə bilər. 4*7.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 4*8.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 4*2-ci və 4*7.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 4*9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrin in tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti Cavabdeh3 Kreditlərin idarə edilməsi Departamentinin direktorunun müavini Elçin Abdullayev tərəfindən imzalanmışdır. Lakin sonuncuya həmin səlahiyyətin verilməsinə dair etibarnaməni imzalayan şəxs Elnur Quliyevin imza hüququnu təsdiq edən hüquqi şəxsin hüquqi statusunu, vəzifəsini və sair müəyyənedici məlumatları əks etdirən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi h əmin nəticə ilə tam razılaşır. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin adından verilmiş kassasiya şikayəti Cavabdeh3 Kreditlərin idarə edilməsi departamentinin direktorunun müavini Elçin Abdullayev tərəfindən imzalanmışdır. Həmin kassasiya şikayətinə əlavə edilmiş 18 may 2*21-ci il tarixli Vəkalətnamədə Cavabdeh3 Kreditlərin idarə edilməsi departamentinin direktor müavini X2 ləğv prosesində olan bankların, o cümlədən "xxxx" ASC-nin ləğvedicisi təyin olunduğu Cavabdeh3 bütün məhkəmə instansiyalarında təmsil etmək, bütün məhkəmə aktlarından şikayət vermək və s. səlahiyyətlər verilmişdir. Həmin vəkalətnamə Fondun Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyev tərəfindən imzalanmış dır. Lakin kassasiya şikayətinə Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyevin kassasiya şikayəti vermək səlahiyyətini və bu səlahiyyəti ötürmək hüququnu təsdiq edən sənəd (etibarnamə, əmr və s.) əlavə edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmasına təsdiq edən sübutun təqdim edilməməsi əsası ilə qaytarılmaqda apellyasiya məhkəməsinin mövqeyi qanuni olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatın 119-cu maddəsinin pozulması müəyyən olunmur. Belə ki, qətnamədən verilən kassasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunur ki, orada qoşma ol araq Cavabdeh3 23 sentyabr 2*2*-ci il tarixli əmrinin və Cavabdeh3 23 sentyabr 2*2*-ci il tarixli əmrinə dəyişiklik edilməsi barədə *5 noyabr 2*2*-ci il tarixli əlavə əmrin surətinin əlavə edilməsi qeyd olunmamışdır. Yəni kassasiya şikayətinə ümumiyyətlə bu sənədlər əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Fondun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələr və İcra orqanları ilə iş idarəsinin rəisi X3 ləğv prosesində olan banklar tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinə təqdim edən iddia ərizələrinin və məhkəmələrin qəbul etdiyi qətnamə, qərar və qərardadlardan verilən şikayətlərin verilməsi üçün vəkalətnamələrin və s. sənədlərin imzalanması hüququnu verən ƏSF-in icraçı direktorunun 23 sentyabr 2*2*-ci il tarixli əmrinin təsdiq olunmamış surəti müb ahisəsi gedən apellyasiya məhkəməsinin qərardadı qəbul edildikdən sonra, cavabdehin nümayəndəsinin iş materialları ilə tanış olunmasına dair ərizəsinə əlavə edilmişdir. Həmçinin həmin sənəddə səlahiyyət verilən şəxsin vəzifəsi (Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələr və İcra orqanları ilə iş idarəsinin rəisi) X1 adına verilmiş vəkalətnamədə qeyd olunan vəzifədən (Problemli kreditlərlə iş idarəsinin rəisi) fərqli olmuşdur. Cavabdeh təşkilat apellyasiya məhkəməsinin qərardadında göstərilən nöqsanı aradan qaldıraraq yenidən qətnamədən kassasiya şikayəti verilməsi hüququ olduğu halda, həmin qərardaddan kassasiya şikayəti vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni v ə əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *1 iyul 2*21-ci il tarixli, 2(1*3)147/2*21 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar