Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2684/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 21.10.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)2190/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İcraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 19 oktyabr 2023-cü il tarixli “Hüquqi xidmətlərin göstərilməsi haqqında” öhdəlik müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin predmetinə görə borcalanlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə borcverən "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixdə kredit verilməsi haqqında 80-1/18; 80-2/18 və 80-3/18 saylı kredit müqavilələri bağlanmışdır.
3. Kredit müqavilələrinin şərtlərinə görə borcverən "xxxx" ASC tərəfindən borclu Cavabdeh3 12 ay müddətinə, illik 8 faizlə 3.800.000 manat; borclu Cavabdeh2 12 ay müddətinə, illik 8 faizlə 2.600.000 manat; Cavabdeh1 12 ay müddətinə, illik 8 faizlə 3.800.000 manat, cəmi 15.523.641 manat məbləğində kredit verilmişdir.
4. Sözügedən kredit müqavilələrinin 2.4; 3.2; 4.1; 4.2. və 4.3-cü bəndlərində ödəniş məsələləri, o cümlədən 4.1-ci bənddə müqavilə üzrə xidmət haqqının miqdarının sifarişçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xeyrinə həll edilmiş ümumi pul vəsaiti miqdarının 1.5% faizini təşkil edir.
5. Həmin Müqavilənin 4.2-ci bəndində göstərilir ki, ödənişin həyata keçirilməsi vaxtının, mübahisənin tam sifarişçilərin xeyrinə həll edilməsi anından başladığı, həmin müqavilənin 4.3-cü bənində isə müqavilə üzrə 30.000 manatın əvvəlcədən ödəniş kimi, sifarişçilər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən icraçı İddiaçı ödənilməsi və bu məbləğ, xidmət haqqı kimi ödənilən ümumi məbləğə aid edilməklə, yekun hesablamalarda nəzərə alınması razılaşdırılmışdır.
6. Həmin müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı cəmi 22.190 manat ödəniş edilmiş və ödəniş qəbzlərinə əsasən, müqavilə üzrə si farişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı 4 ayrı-ayrı qəbzlər üzrə ümumilikdə 22.190 manat ödəniş edilmişdir. 7. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, icraçı İddiaçı ********** nömrəli “VÖEN” əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra- cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə bağlanmış 19 oktyabr 2023-cü il tarixli müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən, xidmət haqqı kimi əvvəlcədən ödənilmiş 22.190 manat məbləğində pul vəsaitləri də nəzərə alınmaqla, 210.645 manat məbləğində borcun, 500 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında göstərilən hüquqi xidmət nəticəsində Bank borclulara qarşı ümumilikdə 15.523.642,54 manat kredit borcu tələb etmiş və Bankın iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Həmin müqaviləyə əsasən, tərəflər sözügedən mübahisə məbləğinin 1.5% həddində məbləği icraçı qismində iddiaçıya ödəməlidir. Lakin, cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, 232.854,63 manat məbləğində öhdəliyini qismən icra etmiş və 210.645 manat məbləğində hissə ödənilməmiş qalmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məh kəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2(004)86/2025 saylı qətnaməsi ilə (hakim F.Əlizadə) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh(lər) tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədən kənar və ya məhkəmə icraatı çərçivəsində iradə ifadəsi bildirilməmişdir. İş materiallarında olan cavabdehlər tərəfindən iddiaçıya ünvanlanmış pretenziya məktubu isə həm nəticə hissəsi, həm də təhlili əsasında mahiyyəti üzrə etibarsızlıqla bağlı deyil, müqavilənin ləğvi ilə bağlıdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə üzrə sifarişçilər tərəfindən 22.190 manat ödəniş edilməsi xüsusatı, müqavilənin bağlanmasına səbəb olan kredit müqaviləsi üzrə müdafiə çərçivəsində göstərilmiş hüquqi xidmətin dərəcəsi, mübahisənin ağırlığı, mahiyyəti, həddləri nəzərə alınmaqla hesab edilib ki, göstərilmiş xidmət üzrə 22.190 manat ödəniş kifayət qədər yüksək məbləğdir.
13. Müqavilə üzrə qalan 210.645 manatın tələb edilməsi əslində hüquqdan suiistifadədir, hüquqi baxımdan vicdanlı davranış deyil, razılaşma şərti isə sifarişçilərin bilgisizliyindən və ağır vəziyyətdə olmalarından edilmiş sui-istifadənin nəticəsidir.
14. Məhkəmə proseslərində nümayəndə kimi iştirak etmək hüququ müstəsna olaraq vəkilə və şəxsin yaxın qohumlarına məxsusdur. İddiaçının isə vəkillik statusu yoxdur. Bu şərtlər çərçivəsində göstərilən hüquqi xidmətin keyfiyyəti, dərəcəsi aşkardır.
15. Həmçinin nəzərə alınmalıdır ki, Bankın iddia tələbi üzrə 3 illik iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi proseduru üçün 1 cüm lədən ibarət sadə yazılı ərizənin təqdim edilməsi kifayətdir. Həmin ərizənin təqdim edilməsi üçün 232.835 manat həddində hüquqi xidmətin göstərilməsi ağlabatan və hüquqi baxımdan vicdanlı davranış deyildir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mübahisə predmeti üzrə tərəflər (iddiaçı və cavabdehlər) arasında bağlanmış müqavilənin bağlanması əsası qismində çıxış edən "xxxx" ASC ilə cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhz həmin iddia tələbinin təmin edilməməsi bank qarşısında ümumi öhdəliyin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnmişdir. Həmin iddia tələbinin təmin edilməməsi cavabdehin oğlu X1 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməmişdir. Yəni, mahiyyəti üzrə tərəflər arasındakı xidmət müqaviləsinin predmetini təşkil edən mübahisə hüquqi baxımdan mahiyyəti üzrə uğurla yekunlaşmamışdır (iddia rədd edilmişdir).
17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 337.1, 337.2, 337.3, 337.4, 339, 339.1, 390.1, 390.5, 560.2, 776.1, 783.2-ci maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu m addəsinin 3-cü hissəsinə, “Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi bilərəkdən və qəsdlə qanunvericiliyin normalarına heç bir əhəm iyyət belə vermədən müqavilənin tərtibi zamanı qarşı tərəfi aldatmağı nəticəsinə gəlməklə yanaşı, tərəflər arasında yaranmış münasibətlərin tapşırıq müqaviləsi münasibəti kimi dəyərləndirmiş və iddia tələbini rədd etmişdir. İlkin olaraq qeyd edir ki, əmək fəaliyyəti Bankda başlamış, uzun illər isə rəhbər, hətta Azərbaycan Respubllikasının Sənaye İnvestisiya Bankının və Azərbaycan Respublikasının Kapital Bankının İdarə heyətinin sədri vəzifəsində çalışmış Cavabdeh3 kələk gəlmək və ya aldatmaq onun səviyyəsi deyildir. Bir daha qeyd edir ki, aralarında bağlanmış müqavilə şərtləri, məhz Cavabdeh3 diqtəsi ilə başlanmış və Cavabdeh3 və ailə üzvlərinin bir neçə dəfə ona olan müraciətləri əsasında bir neçə dəfə dəyişdirilmişdir. 19 oktyabr 2023-cü il tarixli müqavilə üzrə müəyyən olunmuş 1,5 faiz məbləğində ona ödəniləcək xidmət haqqının miqdarı da, Cavabdeh3la ailə üzvlərinin birgə qəbul etdikləri qərar olmuşdur. Hərçənd ki, 2-ci 31 yanvar 2024-cü il tarixli digər müqavilə öhdəliyi üzrə ona ödənilməsi nəzərdə tutulan xidmət haqqının məbləği, hazırkı müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğdən ən azından 20 dəfədən artıq olduğu halda, həmin müqavilədən şəxsən özü imtina etmişdir. Həmin 31 yanvar 2024-cü il tarixli müqavilənin 4cü bəndinin şərtləri ilə xidmət haqqının ödənilməsi vaxtı və qaydası aşağıdakı kimi nəzərdə tutulmuş və əmlaklar ümumi dəyəri 15.000.000 manat miqdarında dəyərəndirilmişdir. Bütün bu sübutlar işə əlavə olunmasına belə baxmayaraq, bunlara hüquqi qiymət verilməmiş, həmçinin bu cür müqavilə şərtlərindən və bunu nəyin müqabilində imtina etməyindən bir cüml ə belə göstərilməmişdir. Hərçənd ki, açıqdan-açığa göstərmişdir ki, buna əsas səbəb, X2 sədri ilə Cavabdeh3 arasındakı cinayət əməlləri olmuşdur ki, məhz, bu əmələr nəticəsində də 3-cü şəxslərə məxsus və bankda yerləşdirdikləri aktivlərinin mənimsənilməsinin həyata keçirilməsi olmuşdur. Məhz, bu hədə altında da, Cavabdeh3 ona verilməyən kreditin alınmasına imza etdikdən sonra uzun müddət susmuş, Bank isə Cavabdeh3 verilməyən kreditin ondan geri alınması ilə bağlı vaxtında məhkəməyə müraciət etməmişdir. Nəticədə, 3-cü şəxslərə məxsus və Bankda yerləşdirdikləri aktivlərinin mənimsənilməsinin həyata keçirilməsi baş vermişdir. Bundan başqa, Cavabdeh3, susmasına daha bir səbəb, X2 sədri ilə birlikdə SOCAR və SİLK WEY Şirkətlərinə məxsus 15.000.000 manata yaxın aktivlərinin birgə mənimsənilməsin in həyata keçirilməsi olmuşdur. Məhz, bu səbəbdən Bank ümumiyyətlə apellyasiya şikayəti verməmiş, Cavabdeh3 apellyasiya şikayətinin verilməsi isə, guya üzərinə düşən öhdəliyi yerinə yetirməməyilə əlaqədar olsa da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən sonra kassasiya şikayəti verməkdən imtina etmişdir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)2190/2025 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), N.Cəfərov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e -2(004)-86/2025 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 25.000 manatın tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə yaxud onun hansısa şərtləri cavabdehlər tərəfindən nə məhkəmədən kənar, nə də məhkəmə qaydasında mübahisələndirilməyib, əksinə cavabdeh tərəf müqavilənin 4.1 və 4.3-cü bəndlərində göstərilən şərtləri qismən icra edib, yəni 22.190 manat iddiaçıya ödənilmişdir. Demək ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin etibarlı əqd olması hər hansı bir mübahisə doğurmur. Cavabdehlərin mübahisələndirdiyi hal iddiaçının müqavilə üz rə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə onların da öhdəliyinin qalan hissəsini icra etməkdən imtina etmələri ilə bağlıdır.
22. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı iş üzrə cavabdehlərin Banka qarşı 04 iyun 2018-ci il tarixli, 80-1/18; 80-2/18 və 80-3/18 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə ilkin, "xxxx" ASC-in isə onlara qarşı həmin kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsinə dair qarşılıqlı iddiası Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(006)-791/2024 saylı qətnaməsi ilə hər iki iddia üzrə rədd edilmiş, Bank həmin qətnamə ilə razılaşsa da cavabdehlərin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(103)-3151/2024 saylı qətnaməsi ilə şikayət t əmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(006)-791/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" ASC-in cavabdehlərə qarşı ümumilikdə 15.523.642,54 manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Həmin 15.523.642,54 manat vəsaitin 1.5% hissəsi isə 232854,63 manat təşkil edir.
23. Birinci instansiya məhkəməsi iddianın tam rədd edərkən qənaətində göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının göstərdiyi xidmət üzrə ilkin olaraq 22.190 manat avans şəklində alması kifayət qədər yüksək məbləğ kimi görünə bilər. Ancaq müqavilə üzrə qalan 210.645 manatın tələb edilməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi, hüquqi baxımdan vicdanlı da vranış kimi qiymətləndirilməməsi ədalətli yanaşma deyildir. Çünki müqavilə üzrə razılaşdırılmış məbləğin tələb edilməsi hüquqdan sui-istifadə, eləcə də vicdansız davranış ola bilməz. Üstəlik bu cür razılaşma şərti də sifarişçilərin bilgisizliyindən və ağır vəziyyətdə olmalarından edilmiş sui-istifadənin nəticəsi ola bilməz. Əvvəla ona görə ki, sifarişçilər özlərini heç vaxt bilgisiz hesab etməyiblər və razılaşma şərti də öz iradələri ilə baş verib. Ağır vəziyyətdə olmaları isə ümumiyyətlə başa düşülən deyildir. Çünki məhkəmənin sifarişçilərin bilgisizliyinə və ağır vəziyyətdə olmalarına nəyin əsasında gəldiyi bəlli deyil. Ən azından sifarişçilər bunu bəyan etməyiblər.
24. Göründüyü kimi, məhkəmənin gətirdiyi bu dəlillər təsdiq edilmədiyindən iddianın tam rədd etmək üçün əsas ola bilməzdi.
25. Bundan əlavə, məhkəmənin iddianı tam rədd edərkən başqa bir arqumenti ilə əlaqədar qeyd olunub ki, iddiaçının vəkil statusunun olmaması, üstəlik onları məhkəmədə vəkillə təmin etməsi cavabdehlərə bəlli idi. Bunu da cavabdehlər heç vaxt mübahisələndirməyib. İddiaçının onlara hansı “xidmət” göstərəcəyi və hansı “xidməti” göstərməyini istədikləri cavabdehlərə bəlli idi. Əks halda onlar bu cür “xidmət” üçün iddiaçı ilə deyil, istənilən şəxslə, o cümlədən vəkil statusu olan başqa bir şəxslə də bu cür müqavilə bağlaya bilərdi. Ancaq məhz iddiaçının göstərdiyi “xidmət” onları “qane” etdiyi üçün sözügedən müqaviləni iddiaçı ilə bağlayıblar. Məhkəmənin iddia müddətinin tətbiqi ilə əlaqədar məhz iddiaçının təşəbbüsü ilə verilmiş ərizənin 1 cümlədən ibarət sadə yazılı ərizə kimi və onun təqdim ed ilməsi üçün 232.835 manat həddində hüquqi xidmətin göstərilməsinin ağlabatan və hüquqi baxımdan vicdanlı davranış olmadığı kimi dəyərləndirməsi də yersiz olmuşdur. Ən azından ona görə ki, 1 cümlədən ibarət o sadə yazılı ərizə ilə cavabdehlər 15.523.642.54 manat kredit borcu ödəməkdən azad olublar.
26. İşə baxan məhkəmələrin həmin pulu tələb etməsi üçün əsas olmuş kredit müqavilələrini etibarlı əqd hesab etməsi də, iddia müddətinin tətbiqi ilə bağlı 1 cümlədən ibarət olan sadə yazılı ərizənin cavabdehlər üçün nə qədər əhəmiyyətli və vacib olmasını bir daha təsdiq etmiş oldu.
27. Göstərilənlərdən başqa, məhkəmənin iddianı tam rədd edərkən başqa bir arqumenti ilə əlaqədar qeyd olunub ki, Bankla cavabdehlər arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddianın təmi n edilməməsi onların Bank qarşısında ümumi öhdəliyinin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnməsi və bununla da cavabdehin oğlu X1 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməməsi də hazırkı iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi.
28. Belə ki, hazırkı iddianın irəli sürülməsinə əsas olan müqavilənin predmetini təşkil edən mübahisənin hüquqi baxımdan mahiyyəti üzrə uğursuzluqla yekunlaşmamışdır. Çünki hər bir halda məhkəmələrin etibarlı saydığı Bankın kredit müqavilələri üzrə iddia tələbi iddia müddətinin ötürülməsinə görə rədd edilmişdir. 19 oktyabr 2023-cü il tarixli müqavilənin predmeti “Sifarişçilər”in "xxxx" ASC ilə aralarında xx.xx.2018-ci il tarixdə, kredit verilməsi haqqında 80-1/18; 80-2/18 və 80-3/18 saylı bağlanmış kredit müqavilələri üzrə yaranmış mübahisənin “Sifarişçilər”in xeyrinə həll edilməsinin müqabilində, müqavilə ilə nəzərdə tutulmuş haqqın “İcraçı”ya ödənlməsindən ibarətdir.
29. Göründüyü kimi, müqavilənin predmetində kredit müqavilələri üzrə yaranmış mübahisənin sifarişçilərin xeyrinə həll edilməsi nəzərdə tutulub. Ancaq mübahisənin cavabdehlərin xeyrinə konkret hansı formada və qaydada həll olunmasının detalları açıqlanmayıb. Ona görə məhkəmə kollegiyası müqavilənin qeyd olunan şərtinin tərəflərdən hansısınsa xeyrinə, yəni nə genişləndirici, nə də dar təfsirinə lüzum görmür.
30. Başqa sözlə, iddiaçı mübahisənin uğurla cavabdehlərin xeyrinə həll edildiyini, cavabdehlərin isə uğu rla həll edilmədiyini bəyan etmələrinə baxmayaraq məhkəmə kollegiyası həmin şərtləri olduğu kimi qəbul edir. Yəni, cavabdehlər iddiaçıya yalnız kredit müqavilələrinin etibarsız hesab edilməsi nəticəsində müqavilə ilə nəzərdə tutulmuş haqqın ödəniləcəyini nəzərdə tutmuşdurlarsa buna bağladıqları müqavilədə dəqiq və aydın göstərə də bilərdilər ancaq göstərməyiblər. Bir də ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (Mülki Məcəllənin 777.1-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəs inin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1;404.2-ci maddələri).
31. Göstərilənlərə baxmayaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə üzrə cavabdehlər tərəfindən iddiaçıya əvvəlcədən ödədiyi məbləğ 22.190 manat nəzərə alınmalı və müqavilə üzrə tələb edilən qalıq 210.645 manat hissəsi qismən, yəni 25.000 manat həddində cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
32. Məhkəmə kollegiyası bu qənaətə gələrkən bilavasitə hazırkı mübahisəyə aid olmasa da Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyini də nəzərə alır. Çünki əvvəlcədən ödənilən məbləğ də nəzərə alınmaqla 25.000 manatın tutulması işin halları, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də ədalətlilik və ağlabatanlıq meyarları baxımından uyğun məbləğ hesab edilir.
33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 404.1, 425.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 560.1, 5 60.2, 777.1, 777.2, 778.1, 778.2, 779.2, 779.2.2, 783.1, 783.2, 783.3, 784, 785.1, 786.1, 786.5, 786.6cı maddələrinə, habelə Mülki Prosesual Məcəllənin 4.1, 14.2. 77.1, 88. 217.3, 217.4, 372.1, 372.7, 384.0, 384.0.2, 387.1, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən mübahisə üzrə tənzimləyici m addi hüquq norması qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinin müddəalarını düzgün tətbiq etməmişdir. Tərəflər arasında qanunvericiliyə uyğun şəkildə bağlanmış müqavilə mövcud olmuş və həmin müqavilə üzrə xidmətlərin göstərilməsi haqqında müqavilədə, xidmət haqqı aydın və konkret qaydada sifarişçilərin xeyrinə həll edilmiş məbləğin 1.5% kimi müəyyən edilmişdir. Hansı ki, bu müqavilə mübahisələndirilməmiş və cavabdehlər tərəfindən etibarsız hesab edilməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi müqavilə üzrə icraçının göstərdiyi hüquqi xidmətin həcmini və nəticəsini nəzərə almamış, hüquqi qiymətləndirməni subyektiv meyarlarla (vicdanlılıq və ədalətlilik kimi qeyri-hüquqi anlayışlarla) əvəzləmişdir. Halbuki, müqavilə üzrə göstərilmiş xidmətin nət icəsi cavabdehlərə yönəlmiş 15.5 milyon manatlıq bank iddiasının rədd edilməsidir ki, bu da icraçı- iddiaçı tərəfindən göstərilmiş hüquqi xidmətin effektivliyini sübut edir. Bu kimi hallar isə iş üzrə araşdırılma aparılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı müqavilənin etibarsızlığı və ya icra olunmaması barədə cavabdehlər heç bir sübut təqdim etməmiş, əksinə müqavilə üzrə qismən ödəniş etmişlər. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının göstərdiyi hüquqi xidmətlərin nəticəsi kimi Bankın cavabdehlərə qarşı 15.523.642,54 manatlıq iddiasının rədd edilməsini, müqavilə üzrə xidmətin yerinə yetirildiyini təsdiq edən əsas sübu tu düzgün qiymətləndirməmişdir. Bu da iş üzrə araşdırılma aparılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
38. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaq da sərbəstdirlər.
39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəlləd ə göstərildiyi hallar istisna təşkil edir.
43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
47. Maddə. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
52. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əl də olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
53. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
54. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
55. Maddə. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
56. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir:
57. Maddə 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.
58. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
59. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
60. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdi rilmiş muzd sayılır.
61. Maddə 784.Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.
62. Maddə 785.1. Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar.
63. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.
64. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilav asitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.
65. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyə cək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
69. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
70. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmaların ı, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
75. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsini n mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
76. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
77. Belə ki, işin mübahisə olunmayan hallarına görə, cavabdehlərin Banka qarşı 04 iyun 2018-ci il tarixli, 80-1/18; 80-2/18 və 80-3/18 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə ilk, "xxxx" ASC-in onlara qarşı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiası Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, Bank qətnamə ilə razılaşsa da cavabdehlərin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, "xxxx" ASCin cavabdehlərə qarşı ümumilikdə 15.523.642,54 manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası il ə təmin edilməmişdir.
78. Hazırda iddiaçı, cavabdehlərlə aralarında bağlanmış 19 oktyabr 2023-cü il tarixli “Hüquqi xidmətin göstərilməsi haqqında” müqavilənin şərtlərinə istinad edərək, qeyd olunan qətnamə ilə rədd edilmiş 15.532.642,54 manat kredit borcu tələbi üzrə məbləğin 1.5% həddində ona 232.854,63 manat xidmət haqqı ödəməyə borclu olduqlarını, həmin məbləğ üzrə ona bütövlükdə 22.190 manat ödənildiyini göstərib, qalan 210.645 manatın, ödənilmiş dövlət rüsumuna görə 500 manatın cavabdehlərdən tutularaq ona ödənilməsini iddia etmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının göstərdiyi hüquqi xidmət üzrə ilkin olaraq 22.190 manat avans şəklində alması kifayət qədər yüksək məbləğ kimi görünə bilər. Ancaq müqavilə üzrə qalan 210.645 manatın tələb edilməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi, hüquqi baxımdan vicdanlı davranış kimi qiymətləndirilməməsi ədalətli yanaşma deyildir. Çünki müqavilə üzrə razılaşdırılmış məbləğin tələb edilməsi hüquqdan sui-istifadə, eləcə də vicdansız davranış ola bilməz. Üstəlik bu cür razılaşma şərti də sifarişçilərin bilgisizliyindən və ağır vəziyyətdə olmalarından edilmiş sui-istifadənin nəticəsi ola bilməz.
80. Əvvəla, ona görə ki, sifarişçilər özlərini heç vaxt bilgisiz hesab etməyiblər və razılaşma şərti də öz iradələri ilə baş verib. Ağır vəziyyətdə olmaları isə ümumiyyətlə başa düşülən deyil. Çünki məhkəmənin sifarişçilərin bilgisizliyinə və ağır vəziyyətdə olmalarına nəyin əsasında gəldiyi bəlli deyil. Ən azından sifarişçilər bun u bəyan etməyiblər.
81. Göründüyü kimi, məhkəmənin gətirdiyi bu dəlillər təsdiq edilmədiyindən iddianın tam rədd etmək üçün əsas ola bilməzdi.
82. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçının vəkil statusunun olmaması, üstəlik onları məhkəmədə vəkillə təmin etməsi cavabdehlərə bəlli idi. Bunu cavabdehlər də heç vaxt mübahisələndirməyib. İddiaçının onlara hansı “xidmət” göstərəcəyi və hansı “xidməti” göstərməyini istədikləri cavabdehlərə bəlli idi. Əks halda onlar bu cür “xidmət” üçün iddiaçı ilə deyil, istənilən şəxslə, o cümlədən vəkil statusu olan başqa bir şəxslə də bu cür müqavilə bağlaya bilərdi. Ancaq məhz iddiaçının göstərdiyi “xidmət” onları “qane” etdiyi üçün sözügedən müqaviləni iddiaçı ilə bağlayıblar. Birinci instansiya məhkəməsinin kredit borcu tələbinə dair qeyd olunan mülki işə baxılarkən iddia müddətinin tətbiqi ilə əlaqədar məhz iddiaçının təşəbbüsü ilə verilmiş ərizənin bir cümlədən ibarət sadə yazılı ərizə kimi və onun təqdim edilməsi üçün 232.835 manat həddində hüquqi xidmətin göstərilməsinin ağlabatan və hüquqi baxımdan vicdanlı davranış olmadığı kimi dəyərləndirməsi də yersiz olmuşdur. Ən azından ona görə ki, bir cümlədən ibarət o, sadə yazılı ərizə ilə cavabdehlər 15.523.642.54 manat kredit borcu ödəməkdən azad olmuşlar. Həmin işə baxan məhkəmələrin həmin pulu tələb etməsi üçün əsas olmuş kredit müqavilələrini etibarlı əqd hesab etməsi də, iddia müddətinin tətbiqi ilə bağlı 1 cümlədən ibarət olan sadə yazılı ərizənin cavabdehlər üçün nə qədər əhəmiyyətli və vacib olmasını bir daha təsdiq etmiş oldu.
83. Göstərilənlərd ən başqa, birinci instansiya məhkəməsi iddianı tam rədd edərkən, Bankla cavabdehlər arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi, onların Bank qarşısında ümumi öhdəliyinin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnməsi və bununla da cavabdehin oğlu X1 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməməsi də hazırkı iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi.
84. Belə ki, hazırkı iddianın irəli sürülməsinə əsas olan müqavilənin predmetini təşkil edən mübahisənin hüquqi baxımdan mahiyyəti üzrə uğursuzluqla yekunlaşmamışdır. Çünki hər bir halda məhkəmələrin etibarlı saydığı Bankı n kredit müqavilələri üzrə iddia tələbi iddia müddətinin ötürülməsinə görə rədd edilmişdir. 19 oktyabr 2023-cü il tarixli müqavilənin predmeti “Sifarişçilər”in "xxxx" ASC ilə aralarında xx.xx.2018-ci il tarixdə, kredit verilməsi haqqında 80-1/18; 80-2/18 və 80-3/18 saylı bağlanmış kredit müqavilələri üzrə yaranmış mübahisənin “Sifarişçilər”in xeyrinə həll edilməsinin müqabilində, müqavilə ilə nəzərdə tutulmuş haqqın “İcraçı”ya ödənlməsindən ibarətdir.
85. Göründüyü kimi, müqavilənin predmetində kredit müqavilələri üzrə yaranmış mübahisənin sifarişçilərin xeyrinə həll edilməsi nəzərdə tutulub. Ancaq mübahisənin cavabdehlərin xeyrinə konkret hansı formada və qaydada həll olunmasının detalları açıqlanmayıb. Ona görə də müqavilənin qeyd olunan şərtinin tərəflərdən hansısınsa xeyrinə, yəni nə g enişləndirici, nə də məhdud təfsirinə lüzum görmür.
86. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (Mülki Məcəllənin 777.1-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1;404.2-ci maddələri).
87. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən müqavilə üzrə cavabdehlər tərəfindən iddiaçıya əvvəlcədən ödənilmiş 22.190 manat nəzərə alınmaqla, müqavilə üzrə tələb edilən qalıq 210.645 manatın 25.000 manat hissəsi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
88. Apellyasiya instansiyası məhkəməsi, bu qənaətə gələrkən bilavasitə hazırkı mübahisəyə aid olmasa da “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyi də nəzərə almışdır. Çünki əvvəlcədən ödənilən məbləğ nəzərə alınmaqla 25.000 manatın tutulması işin halları, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də ədalətlilik və ağlabatanlıq meyarları baxımından uyğun məbləğ hesab edilir.
89. Kassasiya instansiyası məhkəməsi, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hüquqi xidmətin göstərilməsi haqqında müqavilənin bağlanmasına səbəb olan kredit müqaviləsi üzrə müdafiə çərçivəsində göstərilmiş hüquqi xidmətin apellyasiya instansiyası məhkəməsi tərəfindən 25.000 manat məbləğdə qiymətləndirilməsi, ədalətlilik və ağlabatanlılıq baxımından mülki iş materiallarına uyğundur.
90. Kassasiya instansiyası məhkəməsi bu nətic əyə gələrkən, həm də Banka qarşı iddia tələbinin təmin edilməməsinin Bank qarşısında ümumi öhdəliyin xitamına səbəb olmadığını da nəzərə alır.
91. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahis ələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 may 2025-ci il tarixli, 2(103)2190/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.