Məhkəmə qərarları › İş №2(102)-2685/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2685/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3190/2021 nömrəli, 30 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin h alları 1. 18 fevral 2021-ci il tarixdə əlayzma ilə tərtib edilmiş qəbzdə göstərilir ki, İddiaçı Cavabdeh hər ay 2000 manat qaytarmaq şərti ilə 40000 manat məbləğində borc pul vermişdir. 2. 16 fevral 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə görə cavabdeh mülkiyyətində olan “Renault Megane” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya 10000 manata satmışdır.

3. Salyan Rayon Polis Şöbəsinin 10 iyun 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh polis orqanına şikayət etmiş, şikayətində göstərmişdir ki, iddiaçının Natəvan adlı bacısından müxtəlif vaxtlarda faizə pul götürüb qaytarmış, lakin Natəvan borcun qaytarıldığını etiraf etməmiş, məcbur olub özünə məxsus avtomobili iddiaçının adına keçirmişd ir. İddiaçı ona həmin avtomobilə görə əvvəl etibarnamə vermiş, sonradan etibarnaməni də ləğv etmişdir. Natəvan onu 40000 manat borclu olması barədə şantaj etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 40000 manat pul tutulmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur. 2021-ci ilin fevral ayında ona müraciət edərək başqa şəxslərə borcunun olduğunu, həmin borcları birdəfəlik ödəmək və avtomobillər üçün təmir sexi açmaq üçün ona 40000 manat pul lazım olduğunu bildirmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdeh ondan aldığı borcdan hər ay 2000 manat qaytarmalı idi. 18 fevral 2021-ci il tarixd ə cavabdehə 40000 manat borc pul vermişdir. Cavabdeh isə bu barədə qəbz yazmışdır. Ondan pulu aldıqdan sonra cavabdeh başqa şəxslərə olan bütün borclarını bağlamış və avtomobillər üçün təmir sexi açmışdır. Lakin cavabdeh aralarındakı razılaşmaya riayət etməyərək ona olan borcundan hər ay 2000 manat ödəməmişdir.

6. İddiaçı iddia ərizəsini Mülki Məcəllənin 739.1, 739.2 və 740-cı maddələri ilə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsində cavabdeh tərəf göstərmişdir ki, 18 fevral 2021-ci il tarixli əlyazmadakı imza ona məxsusdur. Lakin həmin qəbzi təzyiq altında yazmışdır. Bu bardə o, Polis Şöbəsində də izahat vermişdir. Polis Şöbəsindəki araşdırma materiallarında bu fakt öz əksini tapmamışdır.

8. Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qət naməsi ilə (hakim M.Ə.Qasımov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 18 fevral 2021-ci il tarixli əlyazmadan və Salyan RPŞ-nin 10 iyun 2021-ci il tarixli qərarından cavabdehin iddiaçıdan 40000 manat borc pul alması müəyyən olunur. Lakin cavabdeh həmin pulu qaytardığını sübuta yetirə bilmir. Bu səbəbdən də iddia əsaslıdır və təmin olunmalıdır.

10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 739.1, 739.2, 740 və 741-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 220.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması ba rədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, 2019-cu ildə "xxxx" ASC-dən atası X1 aıdan 30000 manat kredit götürmüş, Natəvan və onun iş yoldaşı Rövşən adlı şəxslər kreditin ödənilməsinə zamin durmuşlar. Götürülmüş kreditin 10000 manatını kredit verilən gün onun evinə gedərək şəxsən vermişdir. Belə razılaşmışlar ki, hərə öz götürdüyü məbləği ödəyəcək. O, bir neçə ay atasının və Natəvanın yerinə ödənişlər etmişdir. Sonradan “Covid-19” virusunun yayılması ilə əlaqədar maddi imkanı yetərli olmadığı üçün ödənişlər edə bilməmişdir. Natəvana da demişdir ki, onun əvəzinə ba nka olan ödənişləri etsin, çünki o, Natəvanın əvəzinə ödənişlər etmişdir. Natəvan isə imkanı olmadığını, lakin müqaviləni dəyişdirilməsini təklif etmişdir. Müqavilədə nəzərdə tutulmuş ödəniş qaydaları dəyişdirildikdən sonra o, yenidən hər ay 500-600 manat olmaqla hər ikisinin əvəzinə ödənişlər etmişdir. Lakin sonradan yenə də maddi vəziyyəti pisləşmişdir. O, Natəvandan hissə-hissə olmaqla 7000 manat faizə pul götürmüşdür. Faizləri ödəsə də, əsas borc qalmış, hətta maaş kartı da Natəvanda olmuşdur. Natəvan bir neçə ay onun maaşını götürmüşdür. Daha sonra ona təklif etmişdir ki, qardaşı Elxandan pul götürərək həmin pulla banka və ona olan borcları ödəsin. O, 300 qram qızıl və özünə məxsus avtomaşını 2021-ci ilin fevral ayının 16-da Elxanın adına keçirmişdir. xx.xx.2021-ci ildə Natəvan və ata sı Qalib onu evlərinə çağırmış, banka və Elxana pulu çatdırıb ödəyə biləcəyini soruşmuşlar. Cavabında ödəyə biləcəyini demişdir. Atası ona təklif etmişdir ki, Elxana 40000 manat borcu olması barədə qəbz yazsın, bundan sonra banka olan borcu ödəsinlər və Natəvan zaminlikdən çıxsın. Buna görə də ona hər ay 1000-2000 manat ödəsin. O, notariusa getmələrini onlara təklif etsə də, razılaşmamışlar. O, 2021-ci ilin aprel ayının 15də bacısının kartına 800, sonradan 200 manat ödəmişdir. Hesab etmişdir ki, onlar onun üçün banka olan borcunu ödəyəcəklər. Lakin növbəti ay ona məlum olmuşdur ki, banka olan borc ödənilməmişdir. Daha sonra avtomobilin idarə edilməsi üçün etibarnamə də ləğv edilmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və İ.Q.Əsədov, iş N 2(106)-3190/2021) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, eləcə də, işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 385.1, 386.1, 425.1, 427.3, 529.3, 739.1 və 740.1-ci, MPM-nin 14.2 və 7 7.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan əsaslar tamamilə yalandır. Təmir sexinin ona ümumiyyətlə aidiyyəti yoxdur, onlar əmisi Qəşəmə aiddir. O, iddia ərizəsində göstərilən xüsusatlarla iddiaçıdan borc istəməmiş və almamışdır.

18. Cavbadeh kassasiya şikayətində MM-nin 739.1, 739.2, 740 və 741-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikasının Mülki Məcəlləsi:

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tə ləblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

24. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetir ilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə ma lik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar tam və hərtərəfli araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3190/2021 nömrəli, 30 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar