Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-166/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 4 uşaqları doğulmuşdur.
2. İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüş, bir müddət həmin mənzildə yaşamış, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınmış, sonradan mənzil satılmışdır.
3. İddiaçı əri ilə birlikdə 2015-2019-cu illərdə Almaniya Federativ Respublikasında yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra iddiaçının qayınanası - Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə köçmüşlər.
4. Cavabdeh2 **********10 reyestr nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 0,2031 ha torpaq sahəsini, hər biri 0,05 ha olmaqla 3 övladı, o cümlədən Cavabdeh1 xx.xx.2014-cü il tarixli notariat qaydada təsdiqlənmiş bağışlama mü qavilələrinə əsasən hədiyyə etmişdir. Cavabdeh2 digər iki övladının onlara hədiyyə edilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Cavabdeh1 hədiyyə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, bağışlama müqaviləsi hədiyyə edən tərəfindən ləğv edilməmişdir, qüvvədədir.
5. Cavabdeh1 hədiyyə verilmiş 0,05 ha torpaq sahəsində 4 otaqdan ibarət mübahisəli yaşayış evi inşa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzildə yaşamaq hüququnun tanınmasının müəyyən edilməsi və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçının oğlu Əli autizm xəstəsidir, uşaqları onun himayəsindədir. O, Cavabdeh1lə ailə qurduqdan sonra, yəni xx.xx.2009-cu il tarixdə cavabdehlərin yaşadığı ünvan 1 ünvana gəlin köçmüşdür. 2014-cü ildə Mingəçevir şəhərində torpaq sahəsi almışlar və eyni ildə həmin torpaqda 3 otaqlı ev tikmişlər, hazırda həmin ev yaşayış üçün tam hazır vəziyyətdədir. 2015-ci ilin sentyabr ayında o və əri uşaqları ilə birgə yaşamaq üçün Almaniyaya getmişlər, orada xeyli qazanc pul əldə etdikdən sonra geri qayıtmışlar. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra yenidən həmin evin yanında ikinci evin tikintisinə başlamışlar. Həmin ev bir mərtəbəli olmaqla, dörd otaqdan - 3 yataq və 1 qonaq otağından ibarətdir. Mübahisəli evin tikintisi onun və ərinin vəsait i hesabına həyata keçirilmişdir. Həmin torpaq sahəsində birgə nikah dövründə əri diş həkimi işlədiyi üçün ona aid ev formasında kabinet tikmişlər, həmçinin, həmin həyətdə digər yardımçı tikililər də vardır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Hazırda onun əşyaları mübahisəli mənzil olan ünvan 3 ünvanda yerləşir. Onun başqa yaşayış yeri yoxdur. Uşaqlara rütubətli mənzildə yaşamaq həkim tərəfindən qadağan edilmişdir. Məhz bu səbəbə görə də onun və azyaşlı uşaqlarının həmin mənzildə yaşayış sahəsindən istifadə hüququ tanınmalıdır.
8. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1401/2022 nömrəli iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) id dia rəd edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən yaranmış, həmin vaxt iddiaçı cavabdehlərin yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilə gəlin köçmüş, lakin sonradan həmin mənzil tərəflərin razılığı ilə satılmışdır. Sonradan, yəni 2014-cü ildə Cavabdeh2 özünə məxsus torpaq sahəsində mübahisəli fərdi yaşayış evini inşa etdirmiş və iddiaçı öz ailəsi ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı 2015-ci ildə ailəsi ilə birlikdə yaşamaq üçün Almaniya Federativ Respublikasına köçmüş və 2019-cu ildə qayıtdıqdan sonra mübahisəli evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah məhkəmə q aydasında pozulmuşdur. Hazırda iddiaçı 2014-cü ildə Cavabdeh2 mülkiyyətində inşa edilmiş fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etdiyindən, onlar arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2014-cü ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir.... İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 evlənən vaxt iddiaçı cavabdeh ünvan 6 ünvanına gəlin köçmüş, yaşayış yeri üzrə həmin mənzilə qeydiyyata alınsa da, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Bununla belə həmin mənzil isə sonradan satılmışdır. Cavabdeh2 özünə məxsus to rpaq sahəsinin müəyyən hissəsini oğlu Cavabdeh1 bağışlama yolu ilə versə də, hədiyyə edilmiş torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, bu səbəbdən həmin torpaq sahəsi hazırda da Cavabdeh2 mülkiyyətindədir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, eləcə də Cavabdeh1 hədiyyə edilmiş, lakin adına rəsmiləşdirilməmiş, ünvan 8 ünvanda yerləşən bölünmədən sonra yerdə qalan 0.05 ha torpaq sahəsi üzərində də Cavabdeh2 mülkiyyət hüququ vardır. İddiaçının istifadə hüququ tanınmaqla köçmək istədiyi mübahisəli fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçının göstərdiyi ünvan 9 ünvanında yerləşən mübahisəli ev üzərin də cavabdehlərdən heç birinin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bununla belə mübahisəli evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 məxsus olduğundan, onun həmin mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ vardır.... İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini, digər Cavabdeh1 isə keçmiş arvadıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin oğlu, Ca vabdeh1 arasında mövcud olmuş ailə münasibətləri faktiki pozulduğundan, həmçinin iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün heç bir hüquqi əsas yoxdur.... Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdə gəlin köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçi nin razılığı olmadığından, onun keçmiş ailə üzvü kimi mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır.”
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-166/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nətic ələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.... Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətiril məsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Yuxarıda qeyd olunduğu kimi, üzərində mübahisəli evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumi sahəsi 0,2031 ha təşkil edən torpaq sahəsi Cavabdeh2 məxsus olmuşdur. Daha sonra Cavabdeh2 həmin torpaq sahəsini, hər biri 0,05 ha olmaqla 3 övladı, o cümlədən də hazırki iş üzrə Cavabdeh1 notariat qaydada təsdiqlənmiş bağışlama müqavilələrinə əsasən hədiyyə etmişdir. Cavabdeh2 digər iki övladı Xəyal Paşayev və Röyal Paşayevin, onlara hədiyyə edilmiş həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırki iş üzrə Cavabdeh1, ona hədiyyə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmasa da, xx.xx.2014-cü il tarixli bağışlama mü qaviləsi, hədiyyə edən Cavabdeh2 tərəfindən ləğv edilməmişdir, müqavilə bu gün də qüvvədədir. Qeyd olunan hallar tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında o da mübahisə doğurmur ki, iddiaçını hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi, Cavabdeh2 övladı Cavabdeh1 xx.xx.2014- cü il tarixli bağışlama müqaviləsi əsasında hədiyyə etdiyi 0,05 ha torpaq sahəsində inşa edilmiş tikilidir. Tərəflər arasında mübahisə doğuran hal həmin tikilinin kimin tərəfindən və kimin vəsaiti hesabına inşa edilməsidir. İddiaçının məhkəmələrə bildirdiklərinə görə, onun gəlin köçdüyü və qeydiyyata alındığı Mingəçevir şəhərinin N.Nərimanov küçəsindəki 38 №-li evin 81 №-li mənzili 2014cü ildə satıldıqdan sonra, Mingəçevir şəhərində torpaq sahəsi almışlar və həmin il həmin torpağın bir hissəsinin üzərində 3 otaqlı ev tikdirmişlər, 2015-ci ilin sentyabr ayında o, əri və uşaqları yaşamaq üçün Almaniyaya köçmüşlər. 2019-cu ilin noyabr ayında Almaniyadan gəldikdən sonra, orada əldə etdikldəri qazanc hesabına əvvəl inşa etdikləri tikilinin yanında 4 otaqlı fərdi yaşayış evinin inşasını başlatmışlar. 2020-ci ildə evin inşası başa çatmış, iddiaçıya aid mebel və sair əşyalar həmin evdə yerləşdirilmiş, iddiaçı keçmiş əri Rafael Paşav və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. 2014cü ildə inşa etdikləri 3 otaqlı tikili isə Cavabdeh1 tərəfindən stamotoloji kabinet kimi istifadə olunmuşdur. Sonradan iddiaçı və əri Cavabdeh1 arasındakı münasibətlər pozulmuş, iddiaçı övladları ilə birlikdə 2022-ci ilin may ayında yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır. Məhkə mə, iddiaçının dəlillərinin yoxlanılması məqsədilə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda iş üzrə tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavadeh Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən bağışlanmış 0,05 ha torpaq sahəsində iki tikili yerləşir. Tikililərdən biri fərdi yaşayış evi olmaqla torpaq sahəsinin şimalında, digəri isə hazırda stomotoloji kabinet təyinatına uyğun olmaqla torpaq sahəsinin cənubunda yerləşir. Fərdi yaşayış evi 2 uşaq, 1 yataq, 1 qonaq otağı olmaqla 4 otaqdan ibarətdir. Otaqlarda istifadəyə yararlı mebel dəstləri, geyim əşyaları və uşaq əşyaları mövcuddur. Torpaq sahəsinə qonşu sahədə(paralalel olaraq) Cavabdeh2 digər övladlarına bağışladığı və özünün mülkiyyətin də olan torpaq sahəsi və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri yerləşir. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi və digər tikililərin inşa edildiyi 0,05 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən oğlu, iş üzrə digər Cavabdeh1 hədiyyə etdiyi torpaq sahəsidir. Cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, sözügedən bağışlama müqaviləsi ləğv olunmamış, etibarsız hesab edilməmişdir. Müqavilə hal-hazırda da qüvvədədir. İddiaçı, keçmiş əri Cavabdeh1 və onların övladları mübahisəli evin tikintisi başa çatdığı vaxtdan 2022-ci ilin may ayınadək birlikdə həmin evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin özünün və əri Arif Paşayevin vəsaiti hesabına, iddiaçı həmin evə köçməmişdən qabaq inşa edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanundayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1- ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Cavabdeh1lə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdehlər buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks tə qdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh1 mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində iki il ərzində yaşadığı və əşyalarının yerləşdiyi b u evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da Cavabdeh1lə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir.... Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən görünür ki, iddia tələbi “mənzilə yaşamaq hüququnun tanınmasının müəyyən e dilməsi və mənzilə küçürülmə tələbidir”. Şəhər Məhkəməsi “yaşamaq hüququnun müəyyən edilməsi” tələbini “istifadə hüququnun müəyyən edilməsi” kimi qiymətləndirsə də, iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə mövcud deyil. Məhkəmə hesab edir ki, yaşamaq hüququnun tanınması, mənzilə köçürülməklə mənzildə yaşamaq hüququnu ehtiva etdiyi üçün də iddia tələbi əsaslıdır.”
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, “Normativ-hüquqi aktlar haqqında” Qanunun 1.0.11, Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər ondan kassa siya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər.
15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş, iddiaçının 2022-ci ildə boşandığını, onlarla heç bir ailə münasibətlərində olmadığını, iddiaçının ailə üzvü olmadığını, iddiaçıların mülkiyyətçi olduğunu, həmçinin, Mülki Məcəllənin nə 228.1, 228.2, nə də Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin tələblərinə heç bir halda uyğun olmadığını nəzərə almamış, şəxsin daimi qeydiyyatda olduğu ünvanı dəyərləndirməmiş, iddiaçını evə köçürməkdə tam əsassız qənaətə gəlmişdir. Məhkəmə sübutları tam araşdırmamış, istinad etdiyi hallara qiymət verməmiş, müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mün asibətlərinə uyğun olaraq qərarını əsaslandırmamış, mövcud sübutları qiymətləndirmədən qərəzli, qeyri-obyektiv qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı İddiaçı etirazının dəlilləri iddianın və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 1.0.10. qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericil ik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; Maddə 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; Maddə 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ic timai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir; Maddə 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir; Maddə 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərind ən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; Maddə 27.3. Əgər ş əxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respub likasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etmə yə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi v ə prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
28. İlk olaraq, yaşayış sahəsi ilə bağlı hüquqlar müvafiq hüquq münasibətlərinin iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu hüquqların məhdudlaşdırılması qanunçuluq tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və hüququn ma hiyyətini dəyişməməlidir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bu kontekstdə, yaşayış sahəsi kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin hallarından məlum olur ki, hazırkı işdə hər üç şərt mövcuddur, yəni iddiaçı, keçmiş əri Cavabdeh1 və onların övladları birlikdə mübahisəli evin tikintisi başa çatdığı vaxtdan 2022-ci ilin may ayınadək köçmək istədiyi evdə yaşayıb, birgə təsərrüfat aparmışlar, Cavabdeh1lə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışdır, sonradan qayıtmaq istəsə də, cavabdehlər buna imkan verməmişlər, cavabdehlərin birgə nikah dövründə inşa edilən özbaşına tikili üzərində iddiaçı ilə müqayisədə daha üstün hüquqlara malik olmalarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddələrinin mübahisəyə tətbiq edilməli olması barədə dəlili əsassızdır. Belə ki, həmin normalar mülkiyyətçi ilə yaranan hüquq münasibətlərini tənzimləyir. Hazırkı işdə mübahisəli yaşayış sahəsi özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə belə tikintini aparmış şəxs də ona mülkiyyət hüququ əldə etmir (§20).
32. Şikayətin məhkəmənin sübutları tam araşdırmamasına dair digər dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, işə irəli sürülmüş dəlillər üzrə yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd oluna nlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-166/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.