Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs X9) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-732/2025 nömrəli, 20 may 2025-ci il tarix li qətnaməsindən cavabdeh və maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,42 ha torpaq sahəsi verilmişdir.
2. Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh2 və digər ailə üzvlərinə (Maraqlı şəxs) verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının isteh salı məqsədi ilə 1,26 ha torpaq sahəsi verilmişdir.
3. Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarına əsasən Cavabdeh1 və digər ailə üzvlərinə verilmiş cizgidə göstərilən sərhəd daxilində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. 4. xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 2,0814 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
5. Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 iddiası təmin edilmiş, X10 və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsa lı məqsədi ilə verilmiş 2,36 ha torpaq sahəsinin 2,08 ha hissəsindən cavabdeh X11 çıxarılması və torpaq sahəsinin iddiaçı X6 təhvil verilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi, mülkiyyətində olan 2,42 sot torpaq sahəsinin 2,08 sot sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cav abdeh1 onun qaynıdır. Onlara ayrılmış torpaq sahələri qonşuluqda yerləşir. 2000-ci ildə aparılmış torpaq islahatları nəticəsində onlara məxsus torpaq sahələrinin yerlərində yerdəyişmələr olmuş, 11 ailəyə məxsus torpaq sahəsinin yeri yenidən müəyyən edilmişdir. 12-ci torpaq sahəsi ona, ondan sonrakı torpaq sahəsi isə Cavabdeh1 məxsusdur. 2001-ci ildə isə yeni xəritə tərtib olunmuş və orada torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü almışdır. Ona və ailə üzvlərinə kənd təsərrüfatının məhsullarının istehsalı üçün JN-102 kod 60618018 saylı akta əsasən 2,42 sot torpaq sahəsi verilmişdir. Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni sənədi olmadan həmin torpaq sahəsinin 2,08 hissəsindən istifadə edirlər. Dəfələrlə həm in torpaq sahəsinin boşaldılması və qaytarılması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona torpaq islahat komissiyasının işçiləri tərəfindən verilmişdir. Neçə ildir ki, həmin sahəni o, əkib becərir. Həmin sahəyə xeyli miqdarda xərc çəkmişdir. 1997-ci ildə, daha sonra isə 2000-ci ildə torpaq islahatları aparılmış, torpaq sahələrinin yeri yenidən müəyyən edilmişdir. Həmçinin qeyd etmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Füzuli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000ci il tarixli 03 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,84 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış almamış, çünki sonradan müəyyən edilmiş torpaq sahəsini yeri və ölçüsü ilə razı olmamışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9851 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınm az Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Eyni zamanda Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 0.6938 ha torpaq sahəsinin və Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X1 və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 1.0406 ha torpaq sahəsinin X7 X8 (TEKUİS-də) olan elektron məlumatlardan istifadə edil məklə sərhədləri müəyyən edilmişdir. Mübahisəli ərazidə yerləşən xx.xx.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X13 və X2 ümumi birgə mülkiyyətinə verilmiş, Cavabdeh1 və onun ailə üzvlərinin İstifadəsində olan 0.6421 ha torpaq sahəsinin də X7 X8 (TEKUİS-də) olan elektron məlumatlardan istifadə edilməklə, sərhədləri müəyyən edilmişdir. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə Üzvlərinin ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər Cavabdeh1 və X1 və onun ailə üzvləri tərəfindən istifadə olunur. Fü zuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin, ümumi birgə mülkiyyətində olan 2.0814 ha torpaq sahəsi bütünlüklə cavabdehlər tərəfindən istifadə olunur. Füzuli rayonu Kərimbəyli kəndi ərazisində yerləşən, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan ha torpaq sahəsi ilə cavabdehlər X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür.
10. Füzuli Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Məmmədli) id dia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi İddiaçı mülkiyyətində olan JN 102 KOD 60618018 saylı akta əsasən İddiaçı Füzuli rayonu Kərimbəyli kəndində verilmiş 2,42 ha torpaq sahəsinin 2,08 ha sahəsindən çıxarılmaları, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, rəyləri vermiş şəxslərin mühəndislik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşmış və cavabdehlərin hazırda istifadələrində olan torpaq sahəsinin 2.0814 ha hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid olduğu nəticəsinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi cavabdehin dəlilləri üzrə qeyd etmişdir ki, istənilən halda iddiaçının 2.0814 ha torpaq sahəsi hazırda onların istifadəsindədir və cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə qanuni əsasla sahiblik etmələri təsdiq edilmir. Bu hal isə əmlaka sahibliyi qanunsuz olan cavabdehə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olan iddiaçının qarşısında geri qaytarma öhdəliyi yaradır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının özünə məxsus torpaq sahəsini cavabdehlərin sahibliyindən geri tələb etmək hüququ olduğundan, cavabdehlər iddiaçıya məxsus 2,0814 ha torpaq sahəsindən çıxarılmalı, iddia t ələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, MPM-in 107, 115.0 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh və maraqlı şəxs apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikasının Konstitusiyasın ın 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmiş və hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddianın təmin edilməsi üçün isə, məhkəmə öz qətnaməsində yalnız Məhkəmə Ekspertizasından verilmiş xx.xx.2024-cü il tarixli 10/9851 nömrəli ekspert rəyinə istinad etmişdir ki, həmin rəy iddianın təmin olunması üçün birbaşa və təkzib olunmaz sübut növü kimi qəbul edilə bilməz. Çünki həmin rəy yalnız iddiaçıya verilmiş mülkiyyət sənədi üzərindən verilmiş, cavabdehlərə və onların ailə üzvlərinə verilmiş Dövlət Aktlarına heç bir hüquqi qiymət verilməmişdir. Ekspert rəyindən aydın olmur ki, iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus (Dövlət Aktlarında göstərilən) torpaq sahələrinin koordinatları üst üstə düşürmü?! Məhkəmə tərəfindən həmin hallar araşdırılmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş və onun da birgə mülkiyyətində olan JN-100 KOD 60618018 nömrəli Dövlət Aktından da göründüyü kimi, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsi X3, onun və Cavabdeh2 birgə mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı aidiyyatı dövlət qurumları tərəfindən təsdiqlənsə də, arxivə verilməməsində onun və digər mülkiyyətçilərin heç bir təqsiri yoxdur. Buna görə də, birinci instansiya məhkəməsi işə baxarkən onun da mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində üstün mülkiyyət hüquqlarının kimə aid olduğunu müəyyənləşdirməli idi. Artıq uzun illərdir ki, torpaq sahəsindən faktiki o laraq o və ailə üzvləri istifadə edir, heç vaxt torpaq sahəsi ilə bağlı onlara pretenziya verilməmiş, iddiaçı torpaq sahəsinin ona aid olduğu ilə bağlı onlara heç vaxt bildirməmişdir. 2000-ci ildən bu günədək, yəni 25 ildir ki, torpaq sahəsi onların qanuni sahibliyində və istifadəsindədir. Belə olan halda, məhkəmə qətnaməsində istinad etdiyi maddi hüquq normalarını onlara münasibətdə mülkiyyət hüquqlarının müdafiəsi üçün tətbiq etməli idi.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-732/2025 nömrəli mülki iş üzrə 20 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), M.Sadıqov və T.Heydərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində əksini tapmış məlumatları sübut olaraq qəbul edir. Təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olduğu müəyyən edilir.
19. Cavabdehlər apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadıqlarını, artıq uzun illərdir ki, torpaq sahəsindən faktiki olaraq istifadə etdiklərini heç vaxt torpaq sahəsi ilə bağlı onlara pretenziya verilmədiyini göstərmişlər.
20. Kollegiya qeyd etmişdir ki, ekspert rəyini əsassız saymaq, rəydəki məlumatları qəbul etməmək üçün hər hansı əsas tapmır. Bundan başqa, müəyyən edilmişdir ki, iddiaçı əvvəllər öz mülkiyyəti kimi qəbul etdiyi başqa torpaq sahəsində istifadə etmişdir. Sonradan Füzuli Rayon Məhkəməsinin 2(064)-749/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun özgəsinə məxsus torpaq sahəsindən istifadə etdiyi, özünə məxsus torpaq sahəsinin isə hazırkı iş üzrə cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olduğu ona bəlli olmuş, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh və maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci MPM-in 217 və 218.-ci maddələrinə istinad edilməklə şikayətləri ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı k assasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin əsassız olmasını göstərmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hü ququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh və maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsi işin halları üzrə müəyyən etmişdir ki, iddiaçının öz əmlakından öz istədiy i kimi istifadə etmək hüququ vardır. Cavabdeh və maraqlı şəxsin mübahisələndirilən əmlak üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda iddiaçıya məxsus torpaq sahəsindən istifadə edirlər.
44. Eyni zamanda apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərin hər birinə ayrılıqda qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, cavabdehin və maraqlı şəxsin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəli nmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-732/2025 nömrəli, 2 0 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.