Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2686/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14110/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) xx xxxx 2019-cu il tarixli, 2(008)-3726/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək “xxxx” MMC tərəf indən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1231/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Sərdarov küçəsi, ev 3, 3 saylı mənzilə dair keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh1BOKT ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və “xxxx” MMC-yə qarşı hərracın etibarsız hesab edilməsinə dai r iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1231/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” BOKT ASC tərəfindən xx.xx.2015-ci il tarixdə illik 28 % ilə 36 ay müddətinə ünvan 1 ünvanda yerləşən ipoteka ilə yüklü edilmiş evin qarşılığında 8300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əvvəllər əməl etsə də, sonradan ölkədə olan devalvasiya ilə əlaqədar aylıq ödənişləri vaxtında ödəməyə imkanı olmamışdır. Bundan sonra bank iddiaçını məhkəməyə vermiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1231/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən 7652,92 ABŞ dolları əsas, 1183,26 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 9336,18 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq, Cavabdeh1 BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı banka həmin məbləği yenidən cədvəl açılması ilə ödəməyi istəsə də, bank tərəf buna razı olmayaraq tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair hərrac keçirilməsini istəmişdir. Həmin hərracın keçirilməsi iddiaçı tərəfin iştirakı olmadan baş vermiş və qərar çıxarılmışdır. Həmin iş üzrə ipoteka predmetinin ilkin satış qiyməti 20032 manat məbləğində müəyyən edilmişdir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmışbildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyən edilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1231/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaç ı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, qətnamədə iddiaçının nümayəndəsinin birinci hərracın keçirilməsi ilə bağlı İcra şöbəsində məlumatlandırıldığını bildirməsi barədə qətnamədə göstərilənlər həqiqəti əks etdirmir. Məhkəmə iclas protokolunda təhrifə yol verilmişdir. Bu barədə məhkəmə iclas protokoluna dair qeyd məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının Hərrac təşkilatçısı olan “xxxx ” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər gördüyünü, həmçinin kütləvi ünformasiya vasitələrində elanların dərc edildiyinin iş materiallarında olan sənədlərlə sübut olunduğunu, bununla da, mübahisəsiz qaydada hərracın təyin olunması və keçirilməsindən borclu-ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatlı olmasının təsdiq olunması qənaətinə gəlməsi səhv nəticədir. Belə ki, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görülməsi heç də ipoteka qoyanın məlumatlandırılmış olması demək deyildir. İş materiallarından da görünür ki, hərracın keçirilməsi barədə bildirişlər ipoteka qoyana çatdırılmamışdır. Belə olan halda mənzilin mülkiyyətçisi olan iddiaçı X1 hərracda iştirak hüququ təmin edilməmiş, daşınmaz əmlakın hərrac yolu ilə satışı ona məlumat verilmədən və onun iştirakı ol madan keçirilmişdir. Cavabdeh1 BOKT ASC kasasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kasasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçin i, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1231/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 7652,92 ABŞ dolları əsas, 1183,26 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 9336,18 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 BOKT ASC-nin xeyrinə ödənilməsi, tutumanın İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən evə yönəldilməsi, evin açıq hərrac da satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 20032 manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanına tutuma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “xxxx” MMC tərəfindən verilən xx.xx.2018-cı il tarixli, 3714 saylı X3 dair bildirişdən görünür ki, ipoteka predmeti olan X1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Sərdarov küçəsində yerləşən 3 saylı evin, 3 saylı mənzilinə tutma yönəldilmiş, əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il saat 11-00, hərracın keçirilməsi yeri Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933-cü məhəllə (İ mərtəbə), hərracın forması-açıq auksion, ilkin satış qiyməti - 20032 manat, behin miqdarı-ilkin satış qiymətinin 5%-i. Bildirişdən görünür ki, bu bildiriş borclu-sifarişçiyə, tələbkara və borcluya ünvanlanmışdır. “xxxx” MMC tərəfindən verilən xx.xx.2018-cı il tarixli, 3898 saylı X3 dair bildirişdən görünür ki, ipoteka predmeti olan X1 mülkiyyətindəki x3 tutma yönəldilmişdir, bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il saat 11-00, hərracın keçirilməsi yeri xx2, hərracın forması-açıq auksion, ilkin satış qiyməti - 20032 manat, behin miqdarı-ilkin satış qiymətinin 5%-i. Bildirişdən görünür ki, bu bildiriş borclu-sifarişçiyə, tələbkara və borcluya ünvanlanmışdır. “xxxx” MMC tərəfindən verilən xx.xx.2018-c ı il tarixli, 4170 saylı X3 dair Bildirişdən görünür ki, ipoteka predmeti olan X1 mülkiyyətindəki x3 tutma yönəldilmişdir, bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il saat 11-00, hərracın keçirilməsi yeri x4 hərracın forması-açıq auksion, ilkin satış qiyməti – 20032-15%=17027 manat, behin miqdarı-ilkin satış qiymətinin 5%-i. Bildirişdən görünür ki, bu bildiriş borclusifarişçiyə, tələbkara və borcluya ünvanlanmışdır. “xxxx” MMC tərəfindən verilən xx.xx.2018-cı il tarixli, 4376 saylı X3 dair Bildirişdən görünür ki, ipoteka predmeti olan X1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Sərdarov küçəsində yerləşən 3 saylı evin, 3 saylı mənzilinə tutma yönəldilmişdir, bu əmlak açıq hərracda satılmalıdır. Hərracın keçirilmə vaxtı xx xxxxx x 2018-ci il saat 11-00, hərracın keçirilməsi yeri x4 hərracın forması-açıq auksion, ilkin satış qiyməti – 2003215%=17027 manat, behin miqdarı-ilkin satış qiymətinin 5%-i. Bildirişdən görünür ki, bu bildiriş borclu-sifarişçiyə, tələbkara və borcluya ünvanlanmışdır. “xxxx” MMC tərəfindən tələbkar, borclu və icra məmuruna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, x3 satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun hərraclar keçirilmiş, lakin baş tutmamışdır. Təkrar hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc olunmuşdur. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə müvafmiq olaraq kütləvi informasiya vasitələrində elan verilmişdir. Xahiş olunmuşdur ki, ipoteka saxlayana ipote ka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etsinlər. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 84/05 saylı “Hərracın yekunları barədə protokolundan” və xx xxxxxx 2018-cı il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilədən görünür ki, X1 mülkiyyətində olan həmin əmlak ilkin satış qiyməti 20032 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 12770,40 manata Cavabdeh1 BOKT ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş bildirişlərindən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçı X1 qeydiyyatda olduğu ünvan 4 ünvan tam olmadığı səbəbindən çatdırılmamışdır. “Birja yenilikləri” qəzetinin müxtəlif buraxılışında dərc olunmuş məlumatdan görünür ki, Bakı şəhəri, x3 ilkin satış qiymətləri göstərilməklə, hərraca çıxarılacağı barədə kütləvi informasiya vasitələrində hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmiş, ilkin hərrac baş tutmadığından, növbəti tarixlərdə təkrar hərraca çıxarılacağı, təkrar hərracın baş tutmaması barədə elanlar dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Res publikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqındaqeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, i poteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faizaşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəx s hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hərraca çıxarılmış əmlakın ilkin satış qiyməti ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən birmülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə hakimin bilavasitə cavabdehlik daşıdığını və Bakı şəhəri Sabunçu Rayon M əhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(008)-1231/2017 saylı qətnaməsi ilə X1 mülkiyyətində olan x3 ilkin satış qiyməti qiymətləndirici rəyinə əsasən 20032 manat müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəsindədir.Buna görə də, məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmiş ilkin satış qiymətinə hazırki iddia əsasında yenidən baxılması hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olmuş x3 tutmanın yönəldilməsi məqsədilə “xxxx” MMC-nin tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxx” MMC qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcə k hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən borclu-ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi birinci hərracın keçirilməsi ilə bağlı İcra Şöbəsində məlumatlandırıldığını bildirmişdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd olunmasına qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının nümayəndəsinin təhrif olunması barə də kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, iddiaçının nümayəndəsinin izahatı eyni ilə məhkəmə qətnaməsində əks edilmiş, qətnamə tərəflərə göndərilmiş və iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş prorotokola qeyd vermək hüququndan məcəllədə nəzərdə tutulmuş müddətdı istifadə etməmiş və məhkəmə qeydləri haqlı olaraq qəbul etməmişdir. Ona görə də iddiaçının həmin hala istinad etməsi əsassızdır və iddiaçının nümayəndəsinin izahatının təhrif edilməsi halı sübuta yetirilmir. İddiaçının hərracın vaxtı və yeri barədə məlumatlandırılmamasına apelyasiya instansiyası məhkəməsi qiymət verərək qeyd etmişdir ki, hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görülmüş, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edilmiş və tərflərin məlumatlandırılması iş materiallarında olan sənədlərlə sübut olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14110/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2686/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2686/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver