Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2686/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Cavabdeh» Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:işə bərpa, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh “Cavabdeh» MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2098/2020 nömrəli iş üzrə xx bxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx bx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində xx b 2007-ci il tarixdə 0707-Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən müəyyən edilir ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət, təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Gəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 ünvanı olan «b» Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cavabdeh MMC-nin təsisçisinin xx bxx 2018-ci il tarixli qərarına əsasən, həmin tarixdən X6 Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilərək onun yerinə X12 bu vəzifəyə təyin edilmişdir. Cavabdeh MMC ilə «X7» MMC arasında xx bxx 2020-ci il tarixdə bağlanmış 140 nömrəli «b»nə əsasən icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürürlər. «X7» MMC-nin direktoru X10 imzası ilə İddiaçı ünvanlanmış təklifdə ona MMC-nin b Qəbələ ofisində İnsan Resursları şöbəsinin rəisi vəzifəsi təklif olunmuşdur. Təklifdə başlanğıc tarix olaraq xx.xx.2020-ci il göstərilmişdir. İddiaçı təklifdə «təklifi qeyri-səmimi hesab etdiyim üçün etiraz edirəm» qeydi apararaq imzalamışdır. Cavabdeh MMC-nin direktorunun İddiaçı (Qəbələ şəhəri E.Kərimov küçəçi 34) ünvanladığı xx.xx.2020-ci il tarixli, 58/20 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə «X7» MMC arasında xx bxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyaları «X7» MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərara alınmışdır. bu səbəbdən də işsi kimi müəssisənin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunur. Cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarı verilmişdir. xx xxx 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddəti xx b 2020-ci il tarixdə başa çatacaq. bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bilər. bu halda əmək müqaviləsinə xitam veriləcək və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Həmin tarixdə xəbərdarlıq mək tubu İddiaçı təqdim olunmuş və onun tərəfindən qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri X4 ünvanladığı 54/20 saylı müraciətində Cavabdeh MMC ilə «X7» MMC arasında xx bxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məqsədilə «X7» MMC tərəfindən həyata keçiriləcəyi, artıq İnsan Resursları şöbəsində olan işçilərə «X7» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi, İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərildiyi, əmək qa nunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması xahiş edilmişdir Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə xx xxx 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimata baxması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla xx.xx.2020-ci il tarixdə saat 15.00-da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. Məktub həmin tarixdə iddiaçıya təqdim edilmiş və o, məktubla tanış olduğuna dair qey d aparmaqla məktubu imzlamışdır. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin yığıncağının xx xxx 2020-ci il tarixli 2 nömrəli protokoluna əsasən, sədr X2, üzvlər X5, X1, X3 və X8 iştirakları ilə keçirilən iclasın gündəliyini Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə müəssisənin Həmkarlar İttifaqı komitəsi tərəfindən razılıq verilməsi barədə müraciətinə baxılması təşkil etmişdir. Yığıncaq çıxışları dinləyərək qərara almışdır ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri X2 xx xxx 2020-ci il tarixdə Cavabdeh» MMC-nin direktoru X11 ünvanladığı 57/20 s aylı məktubda qeyd edilmişdir ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir. Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmrə əsasən xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi «b» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Əmrə əsasən müəssisənin ştat cədvəlinə müvafiq dəyişiklik edilməsi, müəssisənin müvafiq strukturları tərəfindən əmrin icrasının təmini və bütün aidiyyəti üzrə şöbələrin məlumatlandırılması nəzərdə tutulmuşdur. Cavabdeh MMC-nin direktorunun xx b 2020-ci il tarixli, X-20/15 nömrəli əmrlə cəmiyyətin İnsan Re sursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Əmrə əsasən son haqq hesab: 20 gün istifadə edilməmiş əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, Əmək Məcəlləsinin 77-3 maddəsinə əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Əmrin verilməsinə əsas olaraq ştat ixtisarı və xəbərdarlıq məktubu qeyd edilmişdir. İddiaçı əmrlə tanış edilmiş və əmrin «tanış oldum» qeydinin qabağında onun tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Cavabdeh» MMC-yə qarşı işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad etməyi barədə əmrin əsassız olduğu və əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən verildiyi nəzərə alınaraq ləğv edilməsi və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də 14 ildir çalışır. 12 ildir ki, İnsan Resursları şöbəsinə rəhbərlik edir. 2018-ci ildə müəssisəyə direktor təyin edilmiş X54 onun qanunsuz əməllərinə etiraz etdiyi üçün onunla açıq düşmənçiliyə başlamışdır. bir ildən çox çəkən çəkişmələrdən, əsəb gərginliyindən sonra 2019-cu ilin may ayında müəssisə rəhbərliyi onu qanunsuz olaraq, ştat ixtisarı bəhanəsi ilə işdən azad etmişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlk i vəzifəsinə bərpa olunaraq x b 2019-cu il tarixdə işə başlamışdır. Elə birinci iş günü ona məlum olmuşdur ki, direktor bütün işini, gücünü atıb ona qarşı mübarizə aparmağı qarşısına məqsəd qoymuşdur. belə ki, elə birinci iş günü müəssisəyə daxil olan məktubları açıb qeydə alıb, direktora təqdim edən kimi ondan nə ixtiyarla məktubları açdığı barədə yazılı izahat tələb etmişdir. bundan sonra X54 sanki İnsan Resursları şöbəsinin rəisi yoxmuş kimi şöbəyə aid tapşırıqları bnə deyil, şöbənin adi bir əməkdaşına verməyə başlamışdır. İşə bərpa olunduğu gündən direktor, kadrlar şöbəsinin möhürünü və künc ştampını özündə saxlayaraq bnə verməmiş, səbəbini soruşduqda «zəhmət çəkib gətirərsiniz sənədi mənim yanıma, burda imzalanar» deyə cavab vermişdir. bu cılız hərəkət direktorun onu alçaltmaq üçün at dığı addımlardandır. bu ilin fevral ayında müəssisə b MMC adlı şirkətlə b bağlayaraq, İnsan Resursları işlərini bu şirkətə həvalə etmişdir. Şöbənin işçilərinə öz xahişi ilə işdən azad olunaraq həmin şirkətə keçmələrini təklif etmişlər. bununla belə müəssisədə İnsan Resursları şöbəsi ləğv edilməmişdir. O, könüllü ərizə yazmayacağını və heç bir başqa şirkətə keçməyəcəyini bildirdikdə onu yenidən «ixtisar» adı ilə işdən uzaqlaşdırmağa başlamışlar. bunun üçün müəssisə həmkarlar komitəsinin heç bir prosedura sığmayan iclasını keçirmişdir. İclasda cəmi 5 nəfər direktora yaxın işçilər iştirak etmişlər. Halbuki, həmkarlar komitəsinin həmin anda 70 üzvü olmuşdur. Nəhayət, xx.xx.2020-ci il tarixdə ona PRS MMC-yə keçmədiyi üçün ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq müd dəti xx.xx.2020-ci il tarixdə bitmiş və o, direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. Lakin hələ iyul ayının əvvəlində b MMC-nin fəaliyyətinə xitam verilməsi faktı nəzərə alınmamışdır. Mülki işin məhkəmə baxışı mərhələsində xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X9 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi və müəssisədə aparılan optimallaşdırılma ilə əlaqədar olaraq İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qənaətinə gəlmişdir. Ona görə də Cavabdeh MMC-nin rəhbərliyi İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə b (X7) MMC-yə həvalə etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC ilə b (X7) MMC arasında Xidməti müqavilə bağlanmış və həmin müqavilə hazırda qüvvədə olmaqla xidmət göstərilməkdədir. bununla əlaqədar Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin işçilərinə b (X7) MMCdə iş təklif olunmuşdur. Həmçinin, İddiaçı da iş təklif edilmişdir. Digər işçilərdən fərqli olaraq sonuncu həmin işdən imtina etmi şdir. Ona görə də müəssisənin rəhbərliyi İnsan Resursları şöbəsində «b» vəzifəsini ləğv etmək qərarına gəlmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abas Əliyev) xx bxx 2020-ci il tarixli 2(025)857/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “Cavabdeh» MMC-nə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 70, 83.1, 84.1, 42.1, 80.1, 80.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cava bdeh MMC-nin direktorunun xx b 2020-ci il tarixli, X-20/15 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» (ştat ixtisarı) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilməsi və həmin müddətin xx.xx.2020-ci il tarixdə bitəcəyi iddiaçının nəzərinə çatdırılmaqla, ona həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılması, xəbərdarlıq müddəti bitdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi tam qanunidir. İşəgötürənlə işçi arasındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə ə saslanmaqla çıxarılmışdır. buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də rədd olunmalıdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı apellyasiya şikаyəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) xx bxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin eidlməmiş, birinci instansiya məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən iddia tələblərinin əsası kimi göstərilənlər əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şi kayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh MMC ilə digər hüquqi şəxs olan «X7» MMC arasında xx bxx 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının sonuncu MMC-yə keçməsi ilə əlaqədar İnsan Resursları şöbəsində «b» vəzifəsini ləğv etmək qərarına gəlmiş, MMC-nin direktoru iddiaçıya xx.xx.2020-ci il tarixdə 58/20 nömrəli Xəbərdarlıq mək tubu ünvanlamış, əmək stajına uyğun olaraq 9 həftə yeni iş yeri tapmaq üçün vaxt verilmişdir. Lakin həmin müddət ərzində "b" MMC öz fəaliyyətini dayandırmışdır. Həmin cəmiyyətin baş direktoru Fuad Kərimov xx.xx.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, fors-major vəziyyəti ilə əlaqədar şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. bununla bağlı olaraq Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin işçiləri də xx.xx.2020-ci il tarixdə, yəni onun işdən azad edildiyi gün artıq öz əvvəlki iş yerlərinə qayıtmış, bununla da onun ixtisar edilməsi üçün gətirilən əsas həmin gün artıq aradan qalxmışdır. Məhkəmə bu hallara əhəmiyyət verm əyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70-ci «b» bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 84.1 Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərənc amının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx bxx 2020-ci il tarixli qətnaməsi ləğv edilm əli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. baxılan iş üzrə məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə “Cavabdeh» MMC ilə «X7» MMC arasında bağlanmış xx bxx 2020-ci il tarixli 140 nömrəli «b»nə və müqaviləyə əlavələrə əsasən iddiaçı MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X7» MMC tərəfindən həyata keçirilməsi müəyyən edilmiş, ona görə də İnsan Resursları şöbəsi və b ştatlarının ləğv olunması nəzərdə tutulmuşdur. Şöbənin əməkdaşları «X7» MMC-də işlə təmin edilmiş, lakin İddiaçı həmin cəmiyyətdə eyni vəzifədə işləməkdən imtina etmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi barədə işəgötürənin təqdimatına MMC Həmkarlar İttifaqı Komitəsi müsbət rəy vermişdir. İddiaç ı 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə Cavabdeh MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli, Ş20/68 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İnsan Resursları şöbəsində bir tam ştat vahidi «b» vəzifəsi ləğv edilmiş, həmin tarixli X-20/15 nömrəli əmrlə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə birinci instansiyada baxan məhkəmənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 83.1, 84.1, 42.1, 80.1, 80.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək iddianın rədd olunması barədə qənaəti düzgün olmuşdu r, cavabdeh MMC direktoru tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi qaydalarına tam riayət edilmişdir. İşəgötürənlə işçi arasındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə, o cümlədən əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət olunmaqla verilmişdir, əmək müqaviləsinə xitam verilən zaman işçinin hüquqları təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, işə birinci instansiyada işə baxan məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, apellyasiya məhkəməsi də həmin qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. belə ki, xx bxx 2020-ci il tarixli 140 nömrəli «b»nə və müqaviləyə əlavələrə əsasən cavabdeh “Cavabdeh» MMC-nin İnsan Resursları şöbəsinin bütün f unksiyaları «X7» MMC-yə keçmişdir. bu müəssisələr biri digərinin struktur vahidi deyildir, müstəqil hüquqi şəxslərdlir. Göstərilən xidməti müqavilədən sonra cavabdeh “Cavabdeh» MMC-də struktur dəyişikliyi, İnsan Resursları şöbəsinin ləğv olunması, yaxud ştatların ixtisarı barədə cəmiyyətin idarəçilik orqanları (ümumi yığıncaq, direktor) tərəfindən hər hansı qərar qəbul edilməmişdir. O cümlədən nə həmin müqavilədə, nə də müqaviləyə əlavə edmliş 3 nömrəli əlavədə cavabeh MMC-nin İnsan resursları şöbəsinin ləğv olunması, yaxud şöbədəki ştatların ixtisarı barədə har hansı bir göstəriş olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə baxmayaraq cavabdeh “Cavabdeh» MMC ilə «X7» MMC arasında xx bxx 2020-ci il tarixdə bağlanmış “b”sinin ştatların ixtisarı, yaxud MMC-də struktur dəyişi kliyi barədə cəmiyyətin icra orqanının qərarı kimi qəbul etməkdə məhkəmələr səhvə yol vermişdir. Müqavilə bağlanandan sonra müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə MMC-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qərar qəbul olunmalı idi. MMC-də struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğv, yeni ştat cədvəli təsdiq edilmədən İnsan Resursları şöbəsinin rəisi, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, ona işlədiyi MMC-də deyil, kənar müəssisədə («X7» MMC) iş təklif olunmuş, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə ona iş axtarmaq təklifi verilmiş, nəhayət xx.xx.2020-ci il tarixdə «b» ştatının ləğvi və əmək müqaviləsinə xi tam olunması haqqında əmr verilmişdir. Halbuki MMC-də ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgötürənin əmri olmadan İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozlumuşdur. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşdən daha sonra görünür ki, «X7» MMC-nin baş direktoru xx.xx.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. bu barədə ididaçı tərəfindən iş materiallarına sənəd əlavə olunmasına və və apellyasiya şikayətinin dəlillərində göstərməsinə baxmayaraq apellyasiya məhkəməsi həmin dəlillərə hüquqi qyimət verməmiş, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMCnin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi-«b» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamasını diqqətdən qaçırmışdır. xx bxx 2020-cxi il tarixli “b”ndə MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X7» MMC-yə keçməsi, bununla da həmin şöb ənin özü fəaliyyətini dayandırmalı idi. Cavabdeh MMC-nin direktorunun xx b 2020-ci il tarixli əmri ilə “b» ştatı ləğv olunmuş, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə olan əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Lakin işə baxan məhkəmələr İnsan Resursları şöbəsi fəaliyyət göstərdiyi halda həmin şöbənin rəisi ştatının ləğv olunmasın səbəblərini, bu faktın formal xarakter daşıyıb daşımadığını müəyyən etməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normaları düzgün tətbiq etməmiş, bu da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nət icələnmişdir. bu hallar apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış, ümumi sözlərlə apellyasiya şikayətininin əsassız olması qənaətinə gəlmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiy ini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx bxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx bxx 2007-ci il tarixli qərar; Hiro bilaninin işi üzrə x bxx 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə xx bx 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət verməd ən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2098/2020 nömrəli iş üzrə xx bxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.