Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2686/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-632/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələri İddiaçı məxsus olmuşdur. Cavabdeh3 qanunsuz hazırlanmış saxta etibarnamə əsasında xx.xx.2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə mübahisəli əmlakları İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh2 adına keçirmiş və hər iki torpaq sahəsi birləşdirilərək ümumi sahəsi 0.2132 ha qeyd edilməklə sonuncunun adına xx.x x.2018-ci il tarixli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahələrinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli müqavilə bağlanmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh3 Cavabdeh7 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə İddiaçı razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alqı-satqı edərək tanışı Cavabdeh2 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Cavabdeh2 adından Cavabdeh1 sa taraq İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdiklərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1-1(093)-53/2020 saylı hökmü əsasında barələrində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o cümlədən tətbiq olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq, tətbiq olunaraq, barələrində 1 il sınaq müddəti müəyyən edilmişdir. Qeyd edilən hökm 20 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı No tariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (Cavabdeh3 etibarnamə əsasında) ilə Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin və AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə onların əsasında Cavabdeh2 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, o cümlədən, Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nöm rəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı və 1153a saylı bağ sahələri məlumatı olmadan, Cavabdeh3 tərəfindən onun adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. Yuxarıda qeyd etdikləri dolayısı ilə onun kürəkəni olan Cavabdeh3 qeyriləri ilə əlbir olaraq onu aldatması AR Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X4 tərəfindən aparılan cinayət işi üzrə istintaq materialları ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(001)-204/2021 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilərək, İddiaçı (Cavabdeh3 etibarnamə əsasında) ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli və 31 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələri etibarsız hesab edilməklə, həmin müqavilələr əsasında Cavabdeh2 adına Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsinin alqı-satqısına dair bağlanmış 09 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə etibarsız hesab edilməklə, həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətna məni onunla əsaslandırmışdır ki, Cavabdeh3 adına tərtib edilmiş etibarnamə saxta olduğundan heç bir hüquqi nəticə doğura bilməzdi və bu mənada həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığını da ehtiva edir; həmin müqavilələrin etibarsızlığı isə onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əsassız olduğu mənasına gəlməklə həmin müqavilələrin əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməli olduğunu ifadə edir. Məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, sözügedən həmin müqavilələrin etibarlılığı və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əs assız çıxması onların əsasında bağlanmış sonrakı əqdin və həmin əqdin əsasında verilmiş hüquq müəyyənedici sənədin (çıxarışların) etibarsızlığını da ehtiva edir. Bu mənada, iddia Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən cavabdehin Cavabdeh1 nümayəndəsinin “təmsil etdiyi şəxsin vicdanlı əldə edən olması səbəbindən hüquqlarının qorunmalı olması” ilə bağlı arqumentlərinin də əsaslı olmadığını nəzərə alır. Belə ki, iddiaya etirazın həmin dəlillərinin mənasına görə, reyestrdə Cavabdeh2 adına mübahisəli bağ sahəsinə dair qeyd aparılmış, Cavabdeh1 isə məhz hə min qeydə güvənərək onunla bağ sahəsinin alqı-satqı barədə razılığa gələrək notariat qaydada müqavilə bağlamışdır. Bununla belə, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmün məzmunundan və hazırkı mülki işin materiallarından Cavabdeh2 yuxarıda qeyd edilən proseslərin passiv və formal iştirakçısı olduğu, onunla digər Cavabdeh1 arasında mübahisəli bağ evinin alqı-satqısı ilə bağlı hər hansı danışığın, görüş və müzakirənin, o cümlədən razılaşmanın olmadığı (başqa sözlə, onlar arasında müqavilənin məzmununun və şərtlərinin müəyyənləşdirilməsi üzrə heç bir əlaqə olmadığı), bütün bu hərəkətlərin qabaqcadan əlbir olan bir qrup kimi Cavabdeh3 və Cavabdeh7 tərəfindən planlaşdırılaraq icra edildiyi müəyyən edilmişdir ki, bütün bu proseslərin Cavabdeh1 şübhə və diqqətini çəkməməsi ağ labatan mühakimə əsasında inandırıcı deyildir. Əksinə, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh7 qeyd edilən torpaq sahəsinin tez müddətdə satılmasını təmin etmək üçün alıcıya sərfəli şərtlə, yəni torpaq sahəsinin real dəyərindən aşağı 200000 manat pula alqı-satqısını həyata keçirib, sonradan bir müddət digər şəxsə satılmaması şərtilə alıcının xüsusi mülkiyyətinə keçirmə yolu ilə 3 ay müddətinə girov qoyulması, torpaq sahəsinin satın alan şəxsin özünə xeyir kimi alqı-satqıdan sonra torpağa ödədiyi pulun məbləğindən dərhal 8 faiz həcmində pul götürməsi, növbəti 3 ayda isə hər ay olmaqla Cavabdeh3 torpağın alqısatqı yolu ilə girov qoyulduğu şəxsə ödədiyi pulun məbləğinin 5 faizi həcmində pul ödəməsi, 3 aydan sonra isə Cavabdeh3 torpağa ödənilmiş pulu tam şə kildə qaytarıb torpağı geri alması, ala bilmədikdə isə torpağın alıcıda qalması və sonuncunun istədiyi vaxt torpağı sata bilməsi ilə bağlı Cavabdeh3la razılığa gəldiyi, həmin şərtlərlə müştəri tapmaq üçün ümumi tanışları olan X1 müraciət etdikləri, Pərviz Süleymanovun da dostu X2 zəng edərək Cavabdeh7 ona bildirdiyi şərtləri izah edib torpaq sahəsinin alqı-satqı yolu ilə girov qoyulmaq istənilməsi barədə məlumat verib, ondan həmin şərtlərlə torpaq sahəsini satın almaq istəyən şəxs axtarmasını, tapdığı təqdirdə torpağı alacaq şəxslə şərtlərə uyğun olaraq satıcının ona ödəyəcəyi 2 ayın faiz gəlirini özlərinin götürməsi barədə əvvəllcədən şərtləşməsini bildirdiyi, sonradan isə torpaq sahəsinin yerini Cavabdeh7 iştirakı ilə ona göstərdiyi, Nihad Abdullayevin də dostu Cavabdeh8 zəng edərək Pərv iz Süleymanovun ona izah etdiyi şəkildə torpaq sahəsinin satışı barədə məlumat verdiyi, Cavabdeh8 də 09 fevral 2018-ci il tarixdə Nihad Abdullayevin göstərdiyi torpaq sahəsinin ərazisi ilə yerində baxıb tanış olduqdan sonra onu 200000 manata satın almağa razılaşdığı, lakin sonradan Nihad Abdullayevə zəng edərək özünün notariat ofisinə gələ bilməyəcəyini, onun yerinə qaynatası Cavabdeh1 onunla əlaqə saxlayıb notariat ofisinə gələrək torpaq sahəsini satın alacağını bildirdiyi, həmin tarixdə saat 14-15 radələrində Cavabdeh1, Pərviz Süleymanovin və Nihad Abdullayevin Bakı şəhəri 51 saylı notariat ofisinin qarşısına gəldikləri, eyni vaxtda tanışı X6 birlikdə Cavabdeh7 və sonuncu tərəfindən çağırılan Cavabdeh2 və Məhəmməd Seyidovun da həmin yerə gəldikləri, həmin vaxt Cavabdeh1 torpaq sahəsini 1 00000 ABŞ dolları pula satın alacağını dediyi, Nihad Abdullayevin ona etiraz edərək Cavabdeh8 zəng etdiyi, Cavabdeh8 isə hazırda Cavabdeh1 100000 ABŞ dolları pulunun olduğunu, 5-6 günə isə qalan 30000 manat pulu da ödəyəcəyini bildirdiyi, onun vədindən sonra 51 saylı notariat ofisində Cavabdeh1la Cavabdeh2 arasında torpaq sahəsinin 200000 manat pula alqı-satqısının rəsmiləşdirildiyi və faktiki olaraq İddiaçı məxsus torpaq sahəsinin özünün məlumatı və razılığı olmadan Cavabdeh1 xüsusi mülkiyyətinə keçirildiyi, 51 saylı notariat ofisində və "xxxx" ASC-nin 7 saylı şöbəsində alqı-satqı rəsmiləşdirildikdən sonra Cavabdeh1 həmin alqı-satqı ilə bağlı verdiyi 100000 ABŞ dolları puldan dövlət rüsumu, vergi və bank xərcləri ödənildikdən sonra Cavabdeh2 tərəfindən Cavabdeh7 təqdim edildiyi və Cavabde h7 torpaq sahəsinin satışından əldə olunan puldan Cavabdeh3la aralarında olan razılaşmaya görə onun borcu hesabına 20000 ABŞ dolları məbləğində pulu Məhəmməd Seyidova, 5000 ABŞ dolları məbləğində pulu Pərviz Süleymanova verdiyi, 60000 ABŞ dolları məbləğində pulu özünə götürdüyü, qalan pulu isə alqı-satqı şərtlərinə görə alıcıya söz verilmiş faizlərin verilməsi, eləcə də Cavabdeh3 torpağın satışına görə 200000 manat puldan əksik qalan 30000 manat pulun alınıb verilməsi məsələsinin həll edilməsi üçün Pərviz Süleymanova verdiyi müəyyən edilmişdir. Həmin hökmün aid olduğu cinayət işi izahatı alınmış Cavabdeh1 özü də torpaq sahəsini almaq üçün özü ilə birlikdə 170000 manat ekvivalentində olan 100000 ABŞ dolları pul apardığını göstərmişdir. Bununla belə məhkəmə etibarsız hesab edilən əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. İndiki halda isə, Cavabdeh2 istinad edilən alqı-satqı müqavilələrinin formal iştirakçısı olduğu, başqa sözlə, həmin əmlakları formal olaraq alarkən pul ödəmədiyi və yenə formal satarkən notariusun depozit hesabına mədaxil edilən pulu alaraq özündə saxlamadığı (varlanmadığı), alqı-satqı müqavilələri ilə bağlı bütün hərəkətlərin qabaqcadan əlbir olan bir qrup kimi Cavabdeh3 və Cavabdeh7 tərəfindən planlaşdırılaraq icra edilmiş olduğu müəyyənləşdirilmişdir. Bütün bunlar isə alqı-satqı müqavilələrinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir. Bu mənada məhkəmə hesab edir ki, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 1-1(093)-53/2021 saylı hökmü və hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək mübahisəli əmlaklara görə ödədiyi pulun qaytarılmasına dair ümumi qaydada tələb irəli sürmək hüququna sahib olduğu Cavabdeh1 izah edilməlidir. Birinci in stansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 337-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 217.4-cü və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsinin alqı-satqısına dair bağlanmış 09 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə etibarsız hesab edilməklə, həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) xx.xx.2022-ci il tarixli, 2(103)-632/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-204/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh q əsəbəsi, 1153 saylı bağ sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməklə, həmin müqavilənin əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halına görə, Cavabdeh3 və Cavabdeh7 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etdiklərinə, habelə hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etdiklərinə görə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1-1(093)-53/2020 saylı hökmü əsasında barələrində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o cümlədən tətbiq olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq, tətbiq olunaraq, barələrində 1 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş həmin hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 Cavabdeh7 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə İddiaçı razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notari al qaydada formal olaraq alğı-satqı edərək tanışı Cavabdeh2 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Cavabdeh2 adından notarial qaydada Cavabdeh1 sataraq İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bakı Hərbi Məhkəməsinin 03 fevral 2021-ci il tarixli məktubu ilə yuxarıda istinad olunan hökmün 20 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldildiyi müəyyən olunmuşdur. Apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədə sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdı r. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığını, bağ sahəsini əvəzli şəkildə əldə edərək hüquqlar ını qeydə aldırdığını və ona faktiki sahibləndiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bu dəlillərinin əksini sübut etmək onun deyil, əqdi mübahisələndirən onun vicdanlı əldə edən olmadığını iddia edən iddiaçının vəzifəsidir. İşdən görünür ki, mübahisəli bağ sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Cavabdeh1 bağ üzərində mülkiyyət hüququ 09 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, cavabdeh E. Kazımov bağ sahəsinin iddiaçıya məxsus olduğunu, saxta yolla Ca vabdeh2 adına keçirildiyini və s. barədə məlumatlı olmamışdır. İddia tələbindən göründüyü kimi, Cavabdeh3 tərəfindən İddiaçı adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. İddia ərizəsində Cavabdeh1 tərəfindən torpaq sahələri alınan zaman hər hansı qanun pozuntusuna yol verildiyini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh3 tərəfindən iddiaçının adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satıldığına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Bu əsasa istinad edərək iddiaçı hə min müqavilələrin etibarsızlığını mübahisələndirir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Hazırkı işdə isə Cavabdeh1 əqdin legitimsizliyi barədə hər hansı şübhə olmamış, müqavilə bağlanan zaman reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və o, əqd üzrə üzərinə düşən öhdəliyi icra edərək bağ sahəsi əldə etmiş və həmin daşınmaz əmlaka hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Odur ki, ona münasibətdə olan hissədə iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikay ətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdlərə (saxta etibarnamə əsasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə) dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Preyudisial əhəmiyyəti olan 12 dekabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda hazırkı işdə cavabdehlərdən biri olan Cavabdeh1 doğma qızı Günay Quliyevanın əri, yəni kürəkəni Cavabdeh8 əməllərinə hüquqi qiymət verilərkən “İddiaçı xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin “girov” qoyulması adı ilə satışına dair Cavabdeh7 və Cavabdeh3 aralarında razılaşdırdıqları torpağı satın alacaq şəxsə sərfəli faiz şərtləri onların İddiaçı əmlakını saxta sənədlərdən istifadə edib dələduzluq etməklə ələ keçirmələrinin tezliyini təmin etmək məqsədi ilə birlikdə törətdikləri cinayət əməlinin üsulu kimi qiymətləndirilərək qəbul edilməsi, habelə qeyd olunan faiz şərtləri ilə Cavabdeh8 Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini almağa razılıq verməsi, onun Cavabdeh3 və Cavabdeh7 birlikdə saxta sənədlərdən istifadə etməklə qanunsuz yollarla İddiaçı əmlakını ələ keçirmələrindən ibarət cinayətkar niyyət və qəsdlərindən məlumatının olmaması və həmin cinayətin iştirakçısı olmamasını nəzərə alaraq mülki xarakterli hərəkət kimi, yəni onun qarşı tərəflə arasında olan şifahi əqd kimi qiymətləndirilməsi və bu xüsusat üzrə Cavabdeh8 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılması” Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Məhz bu hal Cavabdeh1 məqsədinin mübahisəli torpaq sahəsini m ülkiyyətinə keçirmək deyil, həmin torpaq sahəsini öz adına alqı-satqı etməklə girov qismində qəbul etmək olduğunu və faizə pul verdiyini sübut edir. Belə olan halda, Cavabdeh1 vicdanlı əldə edən kimi çıxış edə bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iş materiallarında onun hər hansı şəxsə, o cümlədən iddiaçının kürəkəni Cavabdeh3 və Cavabdeh7, Cavabdeh2 borc pul verməsinə dair heç bir sübut yoxdur. Hətta ümumiyyətlə bu barədə müzakirə aparılmasını təsdiqləyən adi yazışma belə yoxdur. İş materiallarında olan hökmlə onun təqsirləndirilən şəxslərin qanunsuz hərəkətləri ilə bağlılığının olmadığı təsdiqlənmişdir. İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, təqsirləndir ilən şəxslər barəsində isə ittihamedici hökm çıxarılmışdır. Cinayət işinin materiallarında, o cümlədən hökmdə onun vicdanlılığını şübhə altına qoyacaq heç bir fakt müəyyən edilməmişdir. O, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad edərək bağ sahəsini aldığı üçün hüquqları qorunmalıdır. Bağ sahəsinin satıcıya necə keçdiyini, niyə makler vasitəsilə satıldığını araşdırmq onun vəzifəsi olmayıb. Əgər həqiqətən borc və girov münasibətləri olsa idi, ən azı tərəflər arasında borcun məbləği və faiz dərəcəsi ilə bağlı sadə yazılı bir müqavilə, sənəd və s. imzalanmalı olardı. Bu hal təqsirləndirilən şəxslərin uydurmalarından başqa bir şey deyildir. İddiaçının hazırki mülki iş və adı çəkilən cinayət işi üzrə davranışları arasında da ziddiyyət nəzərə alınmalıdır. Belə ki, iddiaçı bu işdə müqav ilələrin etibarsızlığını tələb edir. Ancaq necə olursa cinayət işində özünün ABŞ-dan göndərdiyi ərizəsi var. Ərizədə qeyd edilir ki, onun Bilgəh qəsəbəsində yerləşən torpağın satılması ilə əlaqədar olaraq kürəkəni Cavabdeh3 qarşı heç bir iddiası yoxdur. Belə çıxır ki, onun torpağını saxta yolla ələ keçirmiş Cavabdeh3 qarşı tələbi yoxdur. Lakin vicdanlı əldə edənə qarşı tələbi var. Göstərilənlərə əsasən o, kasasiya şikayətinni təmin edilməməsi, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan bax ılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq "S.N.Məmmədovanın şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anın da ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il t arixli Qərarına əsasən, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri dəqiq olmasını bilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətlərinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti Cavabdeh1 vicdanlı alıcı hesab edilə bilməməsi, onun borc və girov münasibətləri ilə bağlı mülkiyyətində olmuş torpaq sahəsi ilə bağlı alqı-satqı müqa viləsi bağlaması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində iddiaçının istinadlarını təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Əksinə, Cavabdeh1 vicdanlı alıcı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur ki, bunlardan da biri alqı-satqı üzrə tələb edilmiş vəsaitin onun tərəfindən bank depozitinə yerləşdirilməsi, işdə olan cinayət işi üzrə təqsirləndirilən şəxslərin satıcı olaraq həmin vəsaiti depozitdən çıxarıb mənimsəmələridir. Yəni o, müqavilə üzrə üzərinə düşən vəzifəni icra edərək müqavilə predmeti olan əmlakın dəyərini ödəmiş və həmin əmlakı öz adına dövlət qeydiyyatına aldırmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətna mənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-632/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.