Məhkəmə qərarları › İş №2(102)-2687/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2687/2022

17.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2022 17.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3008/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ağs u Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-421/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qurbanova (Əlimərdanova) Şahsənəm Bayram qızı ilə Cavabdeh arasında 04 iyul 2007-ci il tarixdə Ağsu rayon VVADQ şöbəsində 93 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 12 oktyabr 2008-ci il təvəllüdlü X1, 16 fevral 2010-cu il təvəllüdlü X5 və 11 yanvar 2017-ci il təvəllüdlü X6 anaları İddiaçının yanında qalmaları, 12 oktyabr 2008-ci il təvəllüdlü X1, 16 fevral 2010-cu il təvəllüdlü X5 və 11 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 18 noyabr 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilm əsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, Ağsu Rayon Məhkəməsinin alimentin müvəqqəti tutulmasına dair 19 iyul 2019-cu il tarixli, 2(016)-421/2019 nömrəli qərardadının ləğv edilməsi qət edilmişdir.

2. İddiaçı birgə nikah dövründə inşa edilmiş Kürdəmir rayonu, Qaraqocalı kəndində, 0.12 ha torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsi məqsədi ilə hazırkı mübahisəni başlatmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan övladları ilə birlikdə birgə nikah dövründə Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən 12 sot torpaq sahəsində inşa edil miş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı pozulduqdan sonra ünvan 1 ünvanında kirayədə qalmağa məcbur olmuşdur. O, kirayə haqqını gecikmələrlə ödəyir. 3 övladından ikisinin sağlamlığında fiziki məhdudiyyət vardır. Cavabdehlə birgə nikah dövründə - 2017-ci ildə hazırda mübahisələndirilən evi inşa etmiş, evi bütün lazımi təchizatla təmin etmiş, mebellər və yaşayış üçün lazım olan əşyalar almışlar. Cavabdeh hazırda həmin evdə deyil, yenidən ailə quraraq atasının evində yaşayır. Mübahisəli ev dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikilidir.

5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə münasibətləri pozulana kimi birgə təsərrüfatı ida rə etmişlər. Birgə nikah dövründə Qaraqocalı kəndində ev tikmişlər və iddiaçıya məxsus əmlaklar həmin evdədir. Evə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığı evi dövlət qeydiyyatına aldıra bilməmişdir. Digər tərəfdən, evin yerləşdiyi həyətyanı torpaq sahəsini öz vəsaiti hesabına almışdır. Hesab edir ki, torpaq sahəsi və ev ona məxsus olduğu üçün iddiaçının həmin evlə bağlı heç bir hüququ yoxdur.

6. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim X.İmanov) iddia təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, evin özbaşına tikili sayılması iddiaçının konstitusion hüququ olan mənzil hüququndan məhrum edilməsinə əsas vermir. Belə ki, cavabdeh qeyri-müəyyənlikdən istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək i stəyir ki, onun bu hərəkətinin qarşısı alınmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı evi könüllü olaraq deyil, cavabdehin təzyiqləri nəticəsində tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının mübahisəli evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq 3. niyyəti olmuşdur. Həmçinin, iddiaçı evi tərk edərək, valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq valideynlərinin evinə getməsi rast gəlinən haldır.

8. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni AR Konstitusiyasının 43cü maddəsinin İ hissəsi və MPM-in 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini belə əsaslandırmışdır ki, Kürdəmir rayonu Qaraqocalı kəndində ona məxsus nə h əyətyanı sahə, nə də yaşayış evi mövcud deyil və hazırda ünvan 2 ünvanında yaşayır. 2015-2018ci illərdə işi ilə əlaqədar ailəsi ilə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən evdə kirayədə qalmış, 2018-ci ildən 2019-cu ilə kimi Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən Nurlan Dəmirova məxsus olan yaşayış evində kirayədə yaşamışlar. Sonradan, iddiaçı Bakı şəhərinə köçmək istədiyi üçün ailə münasibətləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə məxsus olmayan evə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Bu isə, qanunvericiliyin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Kürdəmir rayon Topalhəsənli Bələdiyyəsinin arayışına əsasən, cavabdeh Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla, X3 evində qeydiyyatdadır. Cavabd eh ikinci ailə qurduqdan sonra Ağsu rayonunda kirayə yaşayır. Kürdəmir rayonu Qaraqocalı kəndində cavabdehə məxsus torpaq sahəsi və yaşayış evi yoxdur.

11. Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin arayışına əsasən, cavabdeh Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla, hazırda Ağsu rayonunda yaşayır.

12. Kürdəmir rayon Topalhəsənli Bələdiyyəsinin məktubuna əsasən, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin heç bir sənədi yoxdur, lakin elektrik sayğacı və qaz sayğacı cavabdehin adına qeydiyyata keçmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər N.Mirzəyev sədrlik edən və məruzəçi, S.M ayılov və M.Həsənov) 2(106)-3008/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya kollegiyası işin mübahisəsiz halı olaraq müəyyən etmişdir ki, iddiaçı cavabdehlə 2007-ci ildə ailə həyatı qurmuş və cavabdehin valideynlərinə məxsus ünvan 4 ünvanında yerləşən evdə yaşamışlar. Birgə nikahlarından 3 nəfər övladları olmuşdur. Bundan sonra, İddiaçı 2015-ci ildən 2019-cu ili aprel ayına Kürdəmir rayonunun Qaraqocalı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 (iki) mərtəbəli fərdi yaşayış evində yaşamışlar. Mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına hüquqmüəyyənedici sənədləri olmamışdır.

15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istinad etdiyi hal, yəni mübahisəli yaşayış evinin birgə nikah dövründə tikilməsi əsas gətirilməklə həmin evə köçürülməsi tələbi qanuni və əsaslı hesab edilə bilməz.

16. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarlarına, Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 228.1, 228.2, 228.5, Mülki Pro sessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

10. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, mübahisəli evin özbaşına tikili olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının d a azyaşlı uşağıyla birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Apellyasiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin evdə yaşamış, qeyri-qanuni olaraq evdən çıxarılmışdır. 18. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddiaçı Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, bir ailə olduqları dövr üçün, 2018-ci ildən 2019-cu ilin avqust ayına qədər müvəqqəti olaraq kirayədə yaşadıqları, Nurlan Dəmirova məxsus, Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına dair iddia qaldırmışdır. Kirayə evdə yaşaya bilməməklərinin şərtlərindən biri də, həmin evin elektrik, su və s. kommunikasiya xəttlərinin olmaması və onun həmin xəttləri kirayə pulundan çıxmaqla, öz hesabına təmin etməsindən ibarət olmuşdur. Ona görə də, qeyd edilən ünvandakı evin kommunikasiya xətlərinin onun adına rəsmiləşdirilməsi təəccüb doğurmamalıdır. Bütün qeyd edilənlərdən əlavə olaraq qeyd etmişdir ki, ailələrinin dağılmasına səbəb iddiaçının Bakı şəhərində yaşamaq istəyi olmuşdur. Onu heç kim, kirayə yaşadıqları evdən zor tətbiq etməklə çıxarmamışdır. O uşaqları da özü ilə apararaq, evi tərk etmiş və Bakı şəhərinə getmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

21. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

22. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə b ilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.”“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın”etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza ed ir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını”qismən ləğv edə və ya”tamamilə, yaxud qismən ləğv e dib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

35. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş həmin instansiyada yenidən baxılması üçün qaytarılmalıdır.

38. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçının hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma mışdır.

40. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsindəki izahatında mübahisəli evin birgə nikah dövründə inşa edildiyini, iddiaçıya məxsus əmlakların həmin evdə olduğunu etiraf etsə də, apellyasiya şikayətində və kassasiya şikayətinə qarşı etirazında evin Nurlan Dəmirov adlı şəxsə məxsus olmasını bildirmişdir.

41. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tikilinin tərəflərə aid olmaması ilə bağı qənaətə gələrkən iş materiallarında olan bütün sübutları tədqiq etməmişdir. Belə ki, işdə olan Kürdəmir rayon Topalhəsənli Bələdiyyə sinin məktubuna əsasən, Kürdəmir rayonunun Qaraqocalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin elektrik sayğacı və qaz sayğacı cavabdehin adına qeydiyyata keçmişdir. İddiaçının həmin evdə yaşaması isə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mühüm əhəmiyyət kəsb edən sübut daxil olmaqla digər bütün sübutların tədqiqi əsasında ilk növbədə tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına tikilib-tikilmədiyi aydınlaşdırılmalıdır.

44. Belə ki, tikilinin tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına inşa edildiyinin müəyyən edilməsi tərəflərin tikiliyə münasibətdə bərabər faktiki sahiblik hüquqlarının olması anlamına gəlir ki, cavabdeh tərəfindən buna dair hər hansı qanuni əsas olmadan iddiaçını evə buraxmamaqla bu hüquqdan məhrum etməsi qadağan edilmiş özbaşınalıqdır.

45. Digər tərəfdən qeyd edilməlidir ki, tikilinin özbaşına tikili olması özüözlüyündə müvafiq yaşayış sahəsi kimi istifadə olunan tikiliyə iddiaçının köçürülməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının bu əsasla həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

46. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını işdə olan bütün sübutlar əsasında qiymətləndirməmiş, işin düzgün həll üçün zəruri olan halları tam şəkildə araşdırmamışdır.

47. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh mübahisəli evin nə öz vəsaiti hesabına tikilməsinə, nə də həmin evin Nurlan Dəmirov adlı şəxsə məxsus olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin birinci instansiyası məhkəməsindəki etiraflarına dair məhkəmə iclas protokoluna qeydlər vermək hüququ olmuş, lakin bu hüququndan istifadə etməmiş, həmin etirafları yalnız sonradan təkzib etməyə başlamışdır.

48. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 106.1-ci maddələrinin tələbləri baxımından iştirak edən şəxslərin izahatları sübut növlərindən biridir. Ey ni zamanda sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2).

49. Baxılan işdə cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli izahatın apellyasiya instansiya məhkəməsinə verilməsinin mümkünlüyünə Mülki Prosessual Məcəllənin istinad edilən normalarının konteksindən yanaşaraq apellyasiya instansiya məhkəməsi bu məsələyə qiymət verməmişdir.

39. Kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instanisyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarına düzgün riayət etmədiyi üçün qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq işə irəli sürülən tələbə uyğun olaraq baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə mübahisəni həll etməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 418-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

50. Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3008/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnam əsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar