Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2687/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız ödənilmiş pulun tutulması 09.10.2025 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2025-ci il tarixli, 2(105)-689/2025 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 09 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilmiş, iddiaçıya cavabdeh İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikası NKnin 2003-cü il 9 yanvar tarixli, 3 №-li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş içinin ailə üzvlərin ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin” tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi barədə İddiaçı SC-nin üzərinə vəzifə qoyulması qət edilmişdir.
2. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, bu qətnamə əsasında verilmiş icra vərəqəsi üz rə borclu- İddiaçı QSC tərəfindən tələbkar Cavabdeh Əyyub oğluna ödənilməli olan aylıq ödənc xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 32059,69 manat, xx.xx.2022-ci il tarixdən 03.2023-cü il tarixədək cəmi 13249,85 manat təşkil etmişdir.
3. X2 068226 nömrəli arayışına əsasən, Cavabdeh Əyyub oğluna təkrar müayinə zamanı birinci qrup əlillik müəyyən edilmişdir. Əlilliyin səbəbi kimi əmək xəsarəti qeyd olunmuşdur.
4. Sumqayıt şəhər Oftalmoloji xəstəxanası tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd olunur ki, xəstənin aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsi qeyri-mümkündür.
5. Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilmə si haqqında qanuni qüvvədə olan xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir.
6. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı MMC (QSC)-yə vurulmuş 5053 manat məbləğdə maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70,54 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC (QSC)-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən fa ktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarındakı məhkəmənin mövqeyini əsassız hesab edir. Belə ki, Cavabdeh cinayət hərəkətləri hal-hazırda da davam edir və onun qanunsuzluqları nəticəsində İddiaçı MMC və onun əməkdaşları zərər çəkərək maddi və mənəvi ziyana düşürlər. Belə ki, onun davam edən cinayətləri nəticəsində İddiaçı MMC-nin bank hesablarına həbs qoyularaq cəmiyyətin normal fəaliyyət göstərməsinə hər cür maneələr yaradılır. Bütün hallarda toplanmış sübutlarla Cavabdeh İddiaçı MMC-yə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət etməsi və 5053,99 manat məbləğində ziyan vurması təsdiqini tapmışdır.
9. Cavabdeh iddia tələbinə etiraz edərək bil dirmişdir ki, ekspertiza sənədi ona göstərilməmişdir. Ekspertin rəyindən də məlumatı olmamışdır. Ekspertiza olmamışdır. Qarşı tərəfin dedikləri şər və böhtandır. Əlilliyə görə iddiaçıya pensiya ödəməlidir. Ona 47 min manat pul verilməlidir. Həmin məbləğ yeddi il üçün hesablanmışdır. 2022-ci ildə 39 ildən sonra onu yoxlanışa göndərmişlər. 39 il müddətinə birinci qrup əlil olmuşdur. 2022-ci ildə Zərifə Əliyeva adına Universitetə göndərilmiş, səkkiz həkimdən yoxlanışdan keçmiş, sədr və müavin tərəfindən imzalanmış və bildirilmişdir ki, 1994-cü il tarixdə verilmiş sənəd həqiqi sənəddir. 1992-ci il tarixdən yaşa görə 418 manat pensiya alır. Bunu da işləmədiyi və birinci qrup əlil olduğu üçün almışdır. Əgər birinci qrup əlil deyildirsə, nə üçün iddiaçının nümayəndəsi akta imza etmişdir. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir.
10. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş 5664/2011 nömrəli icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı icra vərəqəsinin icrası ilə bağlı İddiaçı MMC-nin adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli inkasso sərəncamı ABB tərəfindən qismən ödəniş icra edilərək geri qaytarılmışdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmiş, Cavabdeh maddi ziyana görə 5053,99 manat məbləğində pulun və 70 manat məbləğində dövlət rüsumunun alınaraq İddia çı MMC-nə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh qarşı irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya maddi ziyan vurması prokurorluq və məhkəmə orqanının qanuni qüvvəyə minmiş qərarı olmaqla, cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Başqa sözlə cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarında da maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edib ki, Cavabdeh Əyyub oğlundan İddiaçı MMC-nin xeyrinə 5053.99 manat məbləğində pul tutulmalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1092.1-ci maddələrinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Resp ublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, MPM-nin 4, 9, 14, 88-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarın, “Əlilliyin qiymətlənməsi qaydasının”, TSEK-in Əsasnaməsinin və MM-nin 1117-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 1986-cı ildə Şüşə zavodunun nəqliyyat sexinə sağlam bir işçi kimi işə qəbul edilmişdir. 1994-cü ildə zavodun giriş-çıxış qapısı qopub yerə düşmüşdür. Həmin dövrdə Sumqayıt Şüşə zavoduna rəhbərlik edən Q.Kərimov cavabdehin işlədiyi sexin rəisinə göstəriş vermişdi ki, dəmir yolu üzərində qurulmuş giriş-çıxış qapısını xx.xx.1994-cü ildə günorta saat 12:00-a qədər yerinə bərpa etsin. Cavabdeh iş yoldaşı Famil ilə birlikdə bu işlə məşğul olmuş, yerin qarlı olması səbəbindən Famil müvazinətini itirərək yerə yıxılmış, dəmir qapı cavabdehin üzərinə aşmışdır. Bədbəxt hadisə səbəbindən onu ölmüş vəziyyətdə 1 saylı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirmişlər. Aldığı xəsarət səbəbindən 12 dişi sınmış, burun, çənə sümükləri sınmış, beyin kəllə sümüyü əzilib batmış, sağ əlin barmaqlarından biri sınmışdır. Xəsarət nəticəsində uzun müddət müalicə almışdır. Xəsarət nəticəsində görmə qabiliyyəti getdikcə zəifləmiş, korluq yaranmışdır. 1995-ci ilin mart ayının 7-dən 1-ci qrup əlil hesab edilmiş, kənar şəxslərin yardımına ehtiyacı olduğu təsdiq edilmişdir. 2021-ci ilin avqust ayının 12-də Q.Kərimov müxtəlif instansiyalara müraciət edərək onun əlilliyinin saxta yolla alındığını bildirmişdir. xx.xx.2021-ci ildə yenidən əlilliyinin qiymətlənməsi aparılmışdır. Bir daha təsdiq olunmuşdur ki, o, ömürlük gözdən əlildir. Görmə qabiliyyətinin 100%-ni itirmişdir. İddiaçı ona dəymiş ziyana görə 250 min manat pul ödəməlidir. Həmin pulu ödəməmək üçün müxtəlif insantsiyalara müraciət edərək pulu ödəməkdən yayınmışdır. Hazırkı tarixə ona təxminən ***-**** manat ödəniş edib. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamə qüvvədə olan xx.xx.2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə müəyyən edilmiş işin hallarına kölgə salan qətnamə qəbul etmişdir. İddiaçı MMC-nin adı çəkilən qətnamədən verdiyi şikayətlərə əsasən qəbul edilmiş məhkəmə aktları, o cümlədən yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qüvvədə olduğu halda hakimin Sumqayıt şəhər Prokurorunun xx.xx.2023-cü il tarixli qərarına istinad etməsi MPM-nin 217-ci maddəsinə ziddir. Məhkəmə obyektiv araşdırma aparmamış, iddiaçının marağına xidmət etmiş, nəticədə qərəzli olmuşdur. O, məhkəmə baxışı zamanı hakimin qərəzli olmasına görə ona etiraz et miş, lakin etirazı qəbul edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qətnamə qanunsuz və əsassızdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1612/2024 nömrəli 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər– A.A.Mahmudov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbinə baxan məhkəmə, mülki hüquq pozuntusunun yuxarıda sadalanan şərtlərini müəyyənləşdirməklə mübahisəni həll etmək səlahiyyətinə malikdir. Belə ki, işdə olan Oftalmoloji xəstəxana tərəfindən verilmiş 78 nömrəli, 2 noyabr 2020-ci il tarixli məktuba cavabda xəstəni n aldığı travma nəticəsində hər iki gözdə “qlaukoma”-nın əmələ gəlməsinin qeyri-mümkün olması qeyd edilmişdir. Komission məhkəmə-tibbi ekspertizasının 17 mart 2021-ci il tarixli, 304/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə onda “OD (sağ gözündə)-qlaukoma” xəstəliyinin olduğu müəyyən edilmişdir. “Qlaukoma” xəstliyi yüksək gözdaxili təzyiq nəticəsində göz sinirinin zədələnməsidir. Bunu nəzərə alaraq Cavabdeh “ODqlaukoma” xəstəliyinin travmatik mənşəli olması istisna edilir. Bu halda cavabdehin əlilliyinin əsası kimi istinad etdiyi xəstəliyinin məhz iddiaçıya məxsus iş yerində xəsarət nəticəsində yaranması halı aradan qalxmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ikinci hissəsi olan pulun qaytarılması ilə bağlı bildirmişdir ki, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət məsuliyyəti cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Həmin qərar müvafiq məhkəmə qərarı ilə qüvvədə saxlanılmışdır. Qərardan görünür ki, ittiham aktına əsasən Cavabdeh etibardən sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 07 yanvar 1994- cü il tarixdə dəmir yol fəhləsi kimi işlədiyi İddiaçı MMC-yə aid şüşə zavodund a olarkən yıxılaraq xəsarət aldıqdan sonra həmin xəsarət səbəbindən özündə “qlaukoma” xəstəliyinin əmələ gəlməsini yalandan bildirmiş, bununla bağlı özəl tibb müəssisəsində “OD-əməliyyat olunmuş terminal qlaukoma. OSpostravmatik makulodistrofiya, görmə sinirinin atrofiyası, VİS OD=1, VİS OS=0,03 k/etmir” diaqnozu ilə əməliyyat olunaraq sonradan birinci dərəcəli əlilliklə əlaqədar olaraq təqaüdə çıxmış, işdə xəsarət almaqla gözdən əlil olmasını səbəb kimi əsas gətirərək, etibardan sui-istifadə etmiş, müəyyən müddət aralıqlarında müəyyən məbləğlərdə pulu alaraq, ələ keçirmiş, İddiaçı MMC-nə ümumillikdə xeyli miqdar təşkil edən 5053,99 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. 04 noyabr 2023-cü il tarixdə Cavabdeh Əyyub oğlu müdafiəçisi İsməli Kazımovla birlikdə Sumqayıt Şəhə r Prokurorluğuna ərizə ilə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunmuş cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar bəratverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünmüşdür ki, Cavabdeh İddiaçı MMC-nə qarşı törətməsinə görə ittiham olunduğu cinayət hadisəsi 1994-cü ilin yanvar ayından 2016-cı ilin iyul ayınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Prokuror məhz qeyd olunan əsasla bəraətverici əsaslar olmadan cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə cinayət işinə xitam vermişdir.
19. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh barəsi ndə cinayət işinə məhz müddətin keçməsi əsası ilə xitam verilmişdir. Yenə həmin qərarda cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarda maddi ziyanın məbləği məhz 5053.99 manat kimi göstərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 14.1, 14.2, 77.1, 82.4, 88, 217.1, 217.3, 217.4, 372, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (məruzəçi hakim İ.Şəfiyev, hakimlər Ə.Əhmədov və V.Həsənov) 2(102)-556/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 4 noyabr tarixli 2(105)-1612/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin m övqeyi belə olmuşdur ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburi olduğu qənaətinə gəlmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi qanuna uyğun deyildir. Belə ki, MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apelyasiya instansiyası məhkəməsinin MPM-in 82.4-cü maddəsinə istinadən Sumqayıt şəhər prokurorunun cin ayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyi barədə gəldiyi nəticə əsassızdır. Bu mövqe, digər sübutların əhəmiyyətsiz hesab olunmasına, son olaraq çəkişmə prinsipinin əhəmiyyətsizliyinə səbəb olur.
26. Bundan başqa, Sumqayıt şəhər prokurorunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunan halların hazırki işə baxan məhkəmə üçün məcburiliyinə əsasən gəlinən nəticə, Sumqayıt Şəhər Məhkəməsinin 2306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ziddiyyət təşkil edir. Çünki qanuni qüvvəyə minmiş həmin qətnamə ilə Cavabdeh Əyyub oğluna İddiaçı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikasının Na zirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin tələblərinə uyğun olaraq yenidən hesablanıb ödənilməsi barədə “Xəzər Səhmdar Cəmiyyətinin” üzərinə vəzifə qoyulmuşdur.
27. Göründüyü kimi bir tərəfdən cavabdehin əmək xəsarəti alması ilə əlaqədar müəssisədən ödənişlərin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən öhdəlik mövcuddur. Digər tərəfdən, cavabdehə əmək xəsarəti alması səbəbindən əlillik dərəcəsi verilməsini qanunsuz hesab edən istintaq orqanının qərarının imperativliyi tanınmışdır.
28. İşə yenidən baxan m əhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli (Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin icra vəziyyətini araşdırmalı, qeyd olunan qətnamənin surətini və icrası ilə bağlı sənədləri işə əlavə etməli, İddiaçı MMC-nin adı çəkilən qətnamə üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının olması barədə cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri araşdırmalı, cavabdehin istehsalat xəsarəti alması barədə xx.xx.1994-cü il tarixdə tərtib olunmuş “İstehsalatda bə dbəxt hadisə haqqında” aktın, Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin əlillik səbəbləri barədə verdiyi aktların ləğv olunub-olunmadığı araşdırılmalı) və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-689/2025 saylı, 29 may 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov, hakimlər V.Hacıyev və H.Babayeva) apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(060)-3601/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir.
30. Məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmənin mövqeyinə əsasən Cavabdeh irəli sürülmüş ittiham, yəni iddiaçıya məxsus pulu mənimsəməsi faktı Sumqayıt Şəhər Prokuroru Mürvət Həsənovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqib i üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və məhkəmənin cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti his səsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.
34. Hazırkı halda isə Cavabdeh Əyyub oğlunun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya hər hansı bir məhkəmə qərarı mövcud deyildir.
35. Göründüyü kimi bir tərəfdən cavabdehin əmək xəsarəti alması ilə əlaqədar müəssisədən ödənişlərin tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilən öhdəlik mövcuddur. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə əmək xəsarəti alması səbəbindən əlillik dərəcəsi verilməsini qanunsuz hesab edən istintaq orqanının qərarının imperativliyi tanınmışdır.
36. Həmçinin iddiaçı Cavabdeh Əyyub oğlu barəsində əlilliyi qanunsuz təyin etmiş müva fiq idarənin əməkdaşları barəsində hər hansı tədbirlər görülüb–görülməməsi barədə məlumatın əldə edilməsi üçün müvafiq orqanlara sorğu verilmiş və sorğuya cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh qanunsuz əlillik təyin edildiyi göstərilsə də, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılaraq icraatına xitam verilmiş ********* nömrəli cinayət işi üzrə sonuncuya 1994-cü ildə əlilliyi qanunsuz təyin etmiş şəxslər barəsində araşdırma aparılmamışdır.
37. Bundan başqa verilmiş iddia ərizəsindən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni üvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 25 may 2023-cü il 13(102)-55/2023 saylı qərardadından görünür ki, i ddiaçı tərəfindən iş üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə baxılması xahiş edilmiş, ərizə təmin edilməmişdir.
38. Sumqayıt Şəhər Məhkəməsnin 2-306/2007 nömrəli 14 iyun 2007-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh Əyyub oğlunun cavabdeh Xəzər SC-yə qarşı "aylıq ödənişin yenidən hesablanıb ödənilməsi” tələbi iddiası ilə bağlı olmuş, lakin Cavabdeh Əyyub oğlunun 05 yanvar 1994-cü il tarixdə Xəzər SC-nin Sumqayıt Şüşə Zavodunda işlədiyi zaman əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb əmək qabiliyyətini itirməsi ona ömürlük birinci qrup əlillik təyin edilməsi faktı isə Sumqayıt şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli 20 dekabr 2004-cü il tarxili qətnaməsi ilə sübuta yetirilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olan Sumqayıt Şəhər Məhkəməsinin 2-2623/2004 nömrəli, 20 dekabr 2004-cü il tarixli qətnaməsi qüvvədə olduğu halda Sumqayıt Şəhər Məhkəməsinin 2-306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsi üzrə ödənilmiş vəsaitin geri qaytarılması barədə iddia tələbi əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti belə əsasland ırılmışdır ki, məhkəmə kollegiyasının mövqeyi ilə razılaşmaq olmaz çünki, bu iş üzrə mübahisə və araşdırılmalı olan məsələ, Cavabdeh gözdən əlil olub-olmaması və ya onun əmək funksiyasını yerinə yetirərkən yıxılıbyıxılmaması və ya yıxıldığı zaman hər hansı zədə alıb-almaması deyildir. Bu iş üzrə mübahisə və araşdırılmalı olan məsələ, Cavabdeh gözdən əlil olması ilə əmək xəsarətinin hər hansısa səbəbli əlaqəsinin olub-olmamasıdır. Əslində bu suala cavab tapmaq lazım idi və bu suala da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 may 2025- ci il tarixli 3-17-4/2-12622/2025 nömrəli məktubunda cavab verilmiş və məlum olmuşdur ki Cavabdeh gözdən əlil olmasının səbəbi ümumi xəstəliklər kateqoriyasına aiddir və travma nəticəsində deyil, göz təzyiqi nəticəsində əmələ g əlmişdir. Qətnamədən göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsi özünün sorğusuna verilmiş cavabı düzgün təhlil etmədən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin səbəbinin dəyişdirilməsi ilə əslində 1995-ci ildən indiyə kimi Cavabdeh əmək xəsarəti nəticəsində görmə qabiliyyətimi itirmişəm deyib onlarla irəli sürdüyü iddiaların əsassız olmasının aşkara çıxmasına hüquqi qiymət vermədən, işin faktiki hallarını araşdırmadan Cavabdeh absurd izahatlarına və faktiki olaraq ləğv edilmiş əlillik səbəbinə əsaslanaraq qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməyən, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbu l edilmişdir. Məhkəmə kollegiyası İddiaçı MMC-nin təqdim etdiyi dəlilləri araşdırmaq və onlara hüquqi qiymət vermək əvəzinə cavabdehin işin əsas mahiyyətini məhkəmədən gizlətməsinə göz yummaqla və onun təqdim etdiyi ümumi şəkildə öz marağına uyğun olan hazırda həqiqəti əks etdirməyən “faktlar” əsasında qətnamə qəbul etməyi daha asan yol hesab etmişdir. Məhkəmə kollegiyası heç olmasa öz mövqeyinə belə hörmətlə yanaşmalı, yəni özü tərəfindən verilmiş sorğunun cavabını düzgün təhlil etməklə Cavabdeh uzun illər həm İddiaçı MMC-ni həm məhkəmə orqanlarını aldadaraq gözlərindən əlil olmasının iş yerində yıxılaraq əmək xəsarəti alması ilə əlaqələndirməsini aşkara çıxararaq obyektiv, əsaslı və qanuni bir qətnamə qəbul etməli idi. Qəbul etdiyi akt isə ümumilikdə apellyasiya instansiyası məhkəməsinin imicinə uyğun deyildir.
42. Məhkəmə kollegiyası qeyd edirki Sumqayıt Şəhər Məhkəməsinin 2004-cü il tarixli qətnaməsi qüvvədə olduğu üçün və Cavabdeh əlilliyinin əmək xəsarəti ilə əlaqələndirilməsinə dair şəhadətnaməni vermiş şəxslər barədə tədbir görülmədiyi üçün İddiaçı MMC-nin Aydına qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddiası təmin edilə bilməz. Necə ola bilər ki, Cavabdeh əlillik səbəbi araşdırılmadan 2004-cü ildə heç bir əsas olmadan çıxarılmış qətnamə qüvvədədir deyə, bu günkü gündə əlilliyinin səbəbinin əmək xəsarəti ilə əlaqəsinin olmaması müəyyən edilməklə, həmin qətnamənin qanunsuz, ədalətsiz və həqiqəti əks etdirməyən qətnamə əsasında İddiaçı MMC külli miqdarda pul vəsaitini Cavabdeh ödəməlidir? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarş ı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
44. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
45. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
46. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquq la və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
48. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
49. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Maddə 1091.2. Əsassız varlanm a yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə əmək xəsarəti alması ilə əlaqədar ödənişlər Sumqayıt Şəhər Məhkəməsinin 2306/2007 nömrəli, 14 iyun 2007-ci il tarixli qətnaməsi əsasında həyata keçirilmişdir. Həmin qətnamə hazırda qüvvədə olduğundan ödənilmiş vəsaitlərin iddiaçıya geri qaytarılmasının qanuni əsası yoxdur.
58. Kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmaqla kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin hərəkətlər ində mülki hüquq pozuntusu müəyyən edilmədiyindən, o cümlədən cavabdehin iddiaçının hesabına əsassız varlandığı öz təsdiqini tapmadığından iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə kassasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmaqla həll edilmiş, məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntuya yol verilməmişdir.
60. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2025-ci il tarixli, 2(105)-689/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.