Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2688/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehə qarşı “tikiliyə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və cavabdeh 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X19 və 12 fevral 2011-ci il təvəllüdlü X16 adlı övladları doğulmuşdur.
2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)969/2023 nömrəli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşağın Xavər Quliyevanın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin hər ay tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
3. Tərəflərin yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivində yerləşən tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı massivində yerləşən “Laçınkənd” deyilən ərazidə sənədsiz ev tikməklə orada yaşamışlar. Həmin evdə yaşayarkən 2 uşaqları olmuşdur. Onların münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pozulmuşdur.
6. İddiaçı məhkəmə iclasında verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsini 2005-ci ildə Ağcabədidən gələndə zəbt etmişlər. Evi 2010-cu ildə qayınatasının köməkliyi ilə tikmişlər. Qayınatası evin tikintisi üçün lazım olan taxta, daş, qum, sement və sair materialları almışdır. Evin tikilməsini, fəhləliyini onlar - üç qardaş etmişlər. Hal-hazırda bacısıgildə yaşayır. Təxminən bir aydır ki, onu evə buraxmırlar, evin açarını dəyişdiriblər. Açar dəyişdirilənə qədər evə rahat giribçıxırdı. Paltarları həmin evdədir. Ev qanunsuz tikilidir və qazı, suyu, işığı onun adınadır. Camal Orucovdan taxta almışlar. Pulunun yarısını onlar, yarısını qayınatası Akif Abbasov vermişdir. X1 ifadəsini, eləcə də qayınatası tərəfindən evin plastik şüşələrinin, qapılarının Bərdədəki evindən sökdürüb gətirməsini təsdiq edir.
7. Cavabdeh iddia tələbinə etiraz ed ərək bildirib ki, şahid kimi dindirilmiş Fikrət Dağbəyinin əmisi oğludur. Çoban kimi mal-heyvan saxlayır. Ev tikilən vaxt Fikrət orada olmayıb. Fikrət Dağbəyidən küsülü olub, uzun müddət evlərinə ayaq basmayıb. X8 onlarda işləməyib. Əlvanın evində işləyib. Hətta yoldaşı bir dəfə demişdir ki, qardaşının evini nə düzəldib ki, onun evini də yaxşı düzəltsin. X2 yalan danışır. Fundamentin karkasını atası rayondan gətizdirmişdir. X3 yalan danışır. Xudayat onlarda işləməmişdir, Sədərəkdə işləyir.
8. Cavabdehin nümayəndəsi (atası) X22 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, Bərdə rayonunda yerləşən torpağını sataraq, mübahisəli fərdi yaşayış evini inşa etmişdir. Özü uzun müddət beton zavodunda işləmişdir və tikinti işini yaxşı bilir. Evin fundamentini qazdırmışdır, karkas, Bə rdədən sement gətirmişdir. Yeznəsi Dərnəgül bazarında taxta alveri edir, taxtanı ondan almışdır, malyar işini bacısı oğlu görmüşdür, kafel işini əmisi oğlu görmüşdür. Tikinti ilə bağlı bütün şahidləri məhkəməyə gətirə bilər. İddiaçıya o, qayınata yox, doğma ata olmuşdur. Hər bir ehtiyaclarını qarşılamışdır. Evin plastik şüşələrini, qapılarını belə Bərdədəki evindən sökdürüb gətirmişdir. X15 yalan danışır, dam ustasını özü gətirmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirib ki, iddia ərizəsində göstərilən ev cavabdehin atası tərəfindən inşa edilmişdir, bütün xərcləri cavabdehin atası çəkmişdir. Ev qanunsuz tikilidir, heç bir sənədi yoxdur. İddiaçı bir aydır ki, həmin evdə yaşamır. Çünki, ailə münaqişəli ailədir. Cavabdeh dəfələrlə 102 qaynar xəttinə müraciət etmişdir. Həmin ailə münaqişəli ailə kimi Qaradağ rayon Polis İdarəsində qeydiyyata alınmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə tərəfindən dindirilmiş şahidlər aşağıdak məzmunda ifadələr vermişlər: - X13 ifadəsində bildirmişdir ki, Akif Abbasovun qaynıdır, dərnəgül bazarında taxta alveri edir. Ondan evin tikintisi üçün daş və sementdən başqa bütün materiallar alınmış, X37 (cavabdehin atası) ödəmişdir. O, Akif Abbasova 10 kubmetr taxta satmışdır. - X12 ifadəsində bildirmişdir ki, onu Akif Abbasov çağırmış, evdə suvaq, kafel işləri görmüşdür. Materialları ona Akif Abbasov vermişdir. Mətbəxə kafeli, otaqlara suvağı da özü vurmuşdur. Ev “Sədərək” ticarət mərkəzindən yuxarıda, “Laçınkənd” deyilən yerdə yerləşir. Mət bəxdəki kafelin rəngi açıq boz rəngdədir. Nə vaxt işlədikləri yadında deyil. - X14 ifadəsində bildirmişdir ki, usta-santexnikdir. Evdə təmiri Akif Abbasov etdirmiş, pulu da Akif Abbasov vermişdir. Ev “Sədərək” ticarət mərkəzindən yuxarıda, “Laçınkənd”də yerləşir. O, Akif Abbasovun əmisi oğludur. Evdə santexnika və suvaq işləri görmüşdür. Tikintiyə 2010-cu ildə başlamışlar. X20 Dərnəgül bazarından almışdır. İddiaçı ona pul verməmişdir. - X4 ifadəsində bildirmişdir ki, “Laçınkənd”dəki evdə malyar işlərini görmüşdür. Akif Abbasov onun dayısıdır. Evin divar kağızı, lepka və emulsiya işlərini görmüşdür. X37 vermişdir. Ev üç otaqlıdır. Bir neçə ay ərzində həmin evdə işləmişdir. - X5 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğludur. Elektrik-santexnik ustasıdır. Onu usta kimi iddiaçının qarda şı Əlvan Quliyev çağırmışdır. Cavabdehin atasını Akif Abbasovu tanıyır, o, tikinti vaxtı orada olurdu, fundamentin tökülməsində iştirak etmişdir. Ona pulu Əlvan vermişdir. Nə qədər pul verdiyi yadında deyil. - X15 ifadəsində bildirmişdir ki, dam ustasıdır. İddiaçını tanımır, usta kimi işləməyə gələndə iddiaçını tanımışdır. İşi görmək üçün onu iddiaçının qardaşı Əlvan çağırmışdır. Əlvan ona 700 manat vermişdir. - X8 ifadəsində bildirmişdir ki, mübahisəli ev “Laçınkənd”də yerləşir. O, həmin evdə döşəmə, tavan işini görmüşdür. Həmin işləri görmək üçün onu iddiaçının qardaşı Əlvan çağırmış və ona 900 manat pul vermişdir. Ev 3 otaqlıdır. Cavabdehin atası Akif tikinti vaxtı gəlib-gedirdi. - X2 ifadəsində bildirmişdir ki, iddiaçının bibisi nəvəsidir. Mübahusəli evdə beton işi görmüş, fundamentin karkasını qurmuşdur. Puluni iddiaçının qardaşı Əlvan vermişdir. İşləri 12-13 il öncə görmüşdür. Cavabdehin atası Akifi tanıyır, onu sement boşaldanda həyətdə görmüşdür. Əlvan demişdir ki, məhkəməyə gəlib gördüyü işləri danışsın. Nə qədər beton tökdüyü yadında deyil. - X3 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğlu, həm də yeznəsidir. Evdə fundament və beton işi görmüşdür. Onu iddiaçının qardaşı Əlvan çağırmışdır. Pulunu da Əlvan ödəmiş, 450-500 manat pul vermişdir. Cavabdehin atası Akif Abbasovu orada görməmişdir. Evdə işləmiş ustalardan Misiri, Allahverdini və Fərəci tanıyır. Evlə əlaqəli akt tərtib olunmuş və o, həmin aktı imzalamışdır. İddiaçı həmin aktı gətirmiş və o, aktı imzalamışdır.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002 )-2965/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki,: 12.1. Fiziki şəxslərin yaşayış sahəsinə köçürülməsi müxtəlif hüquqi əsaslarla ola bilər. Bu, yaşayış sahəsi üzərində mülkiyyət və yaxud istifadə hüquqlarınin mövcud olmasından asılı olaraq təmin edilir. 12.2.Məhkəmədə müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir. 12.3.Məhkəmədə həmçinin müəyyən edildi kı, iddiaçı ilə cavabdehin şəxsi münasibətləri qeyri qənaətbəxşdir. Onlar münaqişəli ailə ki mi hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmışlar. Cavabdeh bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh iddiaçıdan qorxduğuna görə bir müddətdir ki, həmin tikilidə yaşamır, övladları ilə birlikgə digər ünvanda- atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdehin bildirirdiyinə görə iddiaçı onu təhdid edir, qorxudur, bu səbəbdən övladları ilə birlikdə atasının evində yaşayır, iddiaçı həmin tikiliyə köçürülərsə, xoşagəlməz hallar baş verə bilər. 12.4.İş materiallarına əlavə olunmuş Qaradağ RPİ 10-cu PB-yə cavabdeh tərəfindən yazılmış ərizədən, həmin PB-yə tərəflərin verdiyi izahatlardan, cinayət işi başlanmasının rədd edilməsi barədə 18 mart 2023-cü il tarixli, 30 may 2023-cü il tarixli qərarlardan məlum oldu ki, tərəfl ərin münasibətləri qeyri-qənaətbəxşdir, ziddiyyətli və kəskindir. 12.5.İddiaçı iddia tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirmişdir. Məhkəmə bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymır. Belə ki, o, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilmir. 12.6.Məhkəmədə həmçinin aydın oldu ki, iddiaçının köçmək istədiyi tikili 3 otaqlı olub, qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tərəflər arasında nikah pozulduğuna görə bir-birinə yad olan əks cinsli şəxslərin bir yaşayış sahəsinə məskunlaşması mənzil qanunvericiliyinin tələb lərinə və əxlaq normalarına uyğun hesab edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdehin arasında münaqişəli münasibət var, onlar münaqişəli ailə kimi polis orqanı tərəfindən qeydiyyata alınmışlar.
13. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, 34-cü madəsinin İİİ və İV hissələrinə Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.1, 22.1,22.2, 49.2, 49.3, 51.4, 52, 58.2, 60.4,75.1, 112.1-ci və MPM-nin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının məcburi köçkün olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yaşayış sahəsinin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
18. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsi maddə 12.1-12.5).
19. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsi ndə fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.
20. İş üzrə tərəflər mübahisəli evin özbaşına tikili olduğunu mübahisələndirmirlər.
21. İddiaçı öz tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bi ldirmişdir. Rayon Məhkəməsi haqlı olaraq bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymamışdır. Belə ki, iddiaçı, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilə bilməz.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180,180.1, 180.2, 180.3-ci, Mənzil Məcəlləsinin 12-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və MPM-nın 14.2,77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etməyəcəyi, onun tikintiyə sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlır bağlamaq ixtiyarının olmadığı təsbit edilmişdir.
25. Həmçinin, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhru metmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Mübahisəli mənzilin cavabdehə aid heç bir hüquqmüəyyənedici sənədi yoxdur.Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə tikilib, təmir edilib və yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin tikilməsi və təmiri tərəflərin birgə nikah münasibətləri zamanı həyata keçirilmiş və evin təmir, eləcə də kosmetik işləri iddiaçının özünün, valideynlərinin və qismən də cavabdehin vəsaiti hesabına aparılmışdır.
26. Bundan əlavə, birinci instansiya da işə baxılarkən şahid qismində dindirilmiş şəxslərin izahatlarından aydın olur ki, cavabdeh tərəfindən məhkəməyə 4 şahid, iddiaçı tərəfindən isə məhkə məyə 8 şahid dəvət edilmişdir. İddiaçı tərəfindən dəvət edilmiş 4 şahiddən 3 şahid cavabdehin atası Akif Abbasovun qohumu, iddiaçı tərəfindən dəvət edilmiş 8 şahiddən 3 şahid isə kənar şəxslərdir. Məhkəmə isə bu halda da sübutların mötəbərliyinə hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahidlərin heç biri mübahisəli evin İddiaçı tərəfindən tikilib təmir edilmədiyini inkar etməmişlər. Şahidlər yalnız özlərinə aid hissədə təmir işlərini gördüyünü bildirmişlər. Şahid ifadələri ilə də təsdiq olunur ki, mübahisəli evin tikintisində və təmirində İddiaçı özü və yaxın qohumarı iştirak etmişdir.
27. Həmçinin mübahisəli ev iddiaçının valideynlərinin yaşadığı həyətdə yerləşir. Cavabdeh heç vaxt həmin ərazidə yaşamamışdır. Yalnız ailə qurduqdan sonra idddiaçının öz ünün və yaxın qohumlarının köməkliyi ilə tikilmiş evdə yaşamağa başlamışdır. Məhkəmə tərəfindən isə bu hala da qiymət verilməmiş, cavabdehin atasının nəyə görə iddiçılara məxsus həyətdə ev tikməsini araşdırmamışdır.
28. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 180.1-ci maddəsinin xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 17.2, 68.1, 68.2 və 69.1, 69.2-ci və MPM-nin 14,76, 77.1, 88, 372.1, 372.6 və 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Konstitusiyası Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının m əhkəmədə müdafiəsinə təminat verilir. Maddə 127.2. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
35. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflər 30 aprel 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23 fevral 2016-cı il təvəllüdlü X19 və 12 fevral 2011-ci il təvəllüdlü X16 adlı övladları doğulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər evlənəndən sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökba tan qəsəbəsi, Qurd qapısı ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Hazırda cavabdeh iddiaçının evə daxil olmasına və orada yaşamasına imkan vermir.
36. İddiaçı onun Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivində yerləşən tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. İşə baxmış məhkəmələrin iddianın rədd olunması barədə gəldiyi nəticə, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır.
38. Belə ki, iddia tələbini rədd edərkən apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi əsaslardan biri ondan ibarətdir ki, «iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə əra zisində yerləşir».
39. Məhkəmə kollegiyası qeyd edir ki, birgə nikah müddətində inşa edilmiş tikintinin öşbaşına olması faktı, özlüyündə həmin tikinti ilə ilə bağlı ər-arvad arasında hər hansı mübahisənin baxılmasının mümkünsüz olması anlamına gəlmir. 40. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki: «4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olar aq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.... 4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sı ra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə 7 hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət o rqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.»
41. Baxılan işdə tərəflərin evli olduqları dövrdə mübahisəli evdə yaşadıqları mübahisələndirilmir. Bu halda iddia tələbinə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəaları əsasında qiymət verilməli idi.
42. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin ə sasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.
43. Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzil hüquqlarının səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir.
44. Belə ki, evin başqa şəxslərə aidliyi iddia olunmur. Evin kommunal xidmət üzrə müqavilələri iddiaçının adınadır. Evin 2010-cu ildə tərəflər evlənəndən sonra onların yaşaması üçün inşa edildiyi və tərəflərin evli olduqları müddətdə mübahsəli evdə yaşadıqları da mübahisələndirilmir. Evdən istifadə üzrə tərəflər arası nda münaqişəli vəziyyətin olduğu da birmənalıdır. Bu münaqişə, bilavasitə iddiaçı ilə bağlı deyil, cavabdeh tərəfindən irəli sürülən etiraz dəlilləri baxımından evin cavabdehin atası tərəfindən inşa edilməsi ilə bağlıdır. Bu hal cavabdehin və onun atasının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də birmənalı olaraq təsdiq olunur. Nəzərə alınmalıdır ki, evin və yerləşdiyi torpaq sahəsinin üzərində tərəflərin mülkiyyət hüququ və ya cavabdehin atasının istifadə və sahiblik hüququ təsdiq edilmir. Cavabdehin atasının mübahisəli evlə əlaqəsi yalnız ondan ibarətdir ki, cavabdehin iddiaçı ilə evli olduqları müddətdə, tərəflərin yaşaması üçün evin tikintisinə yardım etmişdir. İşin bu vəziyyətində, hazırki iddia çərçivəsində evin tikintisində cavabdehin atasının iştirakı həlledici deyild ir.
45. Məhkəmənin qiymət verməli hal odur ki, evdə mübahisəsiz olaraq uzun müddət ərzində iddiaçının yaşadığı vəziyyət nəyə görə dəyişmişdir və bu səbəblər iddiaçının evdən əvvəlki vəziyyətdə istifadə etməsini aradan qaldırmağa əsas verirmi?
46. Bundan başqa, şəxsi münasibətlərin qeyri qənaətbəxş olması, cavabdehin bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etməsi, cavabdehin iddiaçıdan qorxduğuna görə bir müddət atasının evində yaşamağa məcbur olması barədə dəlillər kifayət qədər araşdırımamışdır.
47. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh xx.xx.2023-cü ildə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə yazdığı ərizə üzrə araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, həmin tarixdə Qaradağ Rayon Məhkəməsinin binasından çıxdıqdan sonr a iddiaçı onunla boşanmaq istəmədiyini bildirərək hədələmişdir. Cavabdehin həmin şikayəti üzrə təhqiqatçının xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçının əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir.
48. Bundan başqa, cavabdeh xx.xx.2023-cü il tarixdə də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə yazdığı ərizəsində iddiaçının onu döydüyünü bildirmişdir. Təhqiqatçı tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş, lakin cavabdeh ekspertizadan imtina etmiş və təhqiqatçının xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçının əməlində cinayət tərkibi olmadığına görə cinyət işi başlanması rədd edilmişdir.
49. Göründüyü kimi iddiaçının cavavdehə qarşı zorakılıq etməsi təsdiqini tapmamışdır. Bu vəziyyəti, iddiaçının evə köçürülməsini istisna edəcək, yaşadığı evdən məhrum etmək üçün əsas verəcək dərəcədə iddiaçını təhlükəli hesab etmək barədə gəlinən nəticə, işin hallarlna açıq-aşkar uyğun deyildir.
50. Bundan başqa, Mülki Məcəllənin 1.1, 6.1.1-ci, habelə Mənzil Məcəlləsinin 1-ci maddələrində təsbit olunmuş bərabərlik prinsipinə əsasən tərəflərin mübahisəli evə olan mənafeləri bərabər hesab olunmalıdır.
51. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məh dudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
53. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz n övbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
55. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cava b vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
56. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə p rinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
58. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1828/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.