Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2689/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəkili X2 və nümayəndəsi X4 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-418/2000 saylı, 25 fevral 2000-ci il tarixli qətnaməsi ilə (hakim F.Rzayev) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Ve rgilər Nazirliyinin Bakı şəhər Nərimanov Rayon üzrə Vergi müfəttişinin rəis müavini vəzifəsinə işə bərpa edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesablaşma hesabından 490.000 manatın (AZM) alınaraq İddiaçı verilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyindən 73.500 manat (AZM) dövlət rüsumunun alınaraq Respublika büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli, 2(103)1950/2019 saylı qərardadı ilə (hakimlər T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-418/2000 saylı, 25 fevral 2000-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirinin müavini X5 verdiyi şikayətin apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayətinin geri qaytarılmas ı üçün mülki işin Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli, 2(103)-1950/2019 saylı qərardadının ləğv edilməsini, apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 yanvar 2019-cu il tarixli, 2(103)-1950/2019 saylı qərardadının ləğv edilməsi, apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması barə də qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəkili X3 və nümayəndəsi Şərifov Elvin Nürəddin oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından g öründüyü kimi apelyasiyanı qeyri-mümkün hesab edən apelyasiya məhkəməsi apelyasiya şikayətinin 18 ildən sonra verilməsinə və səlahiyyəti olmayan şəxs tərəfindən verilməsinə əsaslanmışdır. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə pr insipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İşdən göründüyü kimi məhkəmə iclasının yeri və vaxtı barədə Vergilər Nazirliyinin nümayəndəsinə məlumat verilməmiş, MPM-nin 9-cu maddəsinin tələbləri pozulmaqla işə onların iştirakı olmadan baxılmışdır. Cavabdehin apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi nəticəsinə gələn məhkəmə cavabdehin qətnaməni hansı tarixdə almasını müəyyən etməmiş, şikayət müddətinin axımının hansı andan başlandığını müəyyən etməmişdir. Müddətin axımının hansı tarixdən başlanmasını müəyyən etmə dən müddətin ötürülməsi nəticəsinə gəlmək olmaz. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.2-ci və 15.14-cü maddələrinə əsasən nazirin müavinləri arasında vəzifə bölgüsünü aparmaq, nazirliyin müvafiq struktur bölmələrinin idarə olunmasını onlara həvalə etmək və ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeliyindəki vəzifəli şəxslərin istifadə etməsinə razılıq vermək vergilər nazirinin səlahiyyətlərinə aid edilmişdir. İşdə olan Vergilər Nazirinin 29.11.2016-cı il tarixli **********870900 nömrəli “Vergilər Nazirliyinin struktur vahidlərinə və struktur bölmələrinə nəzarətin (kuratorluğun) müəyyən edilməsi və bəzi məsələlər haqq ında” əmrinin 9-cu bəndinə əsasən (həmin əmrə 16.02.2018-ci il tarixli **********080300 nömrəli əmrlə edilmiş dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq Vergilər Nazirliyinin aparatı adından etibarnamələri, etirazları (mülahizələri), iddia ərizələrini, şikayətləri və prosessual qanunvericiliyə uyğun olaraq tərtib edilən digər sənədləri imzalamaq səlahiyyəti vergilər nazirinin müavini X5 həvalə edilmişdir. Göründüyü kimi, vergilər naziri yuxarıda adıçəkilən əsasnamənin müvafiq maddəsinə əsasən imzaladığı əmrlə apellyasiya və kassasiya şikayətlərini imzalamaq səlahiyyəti vergilər nazirinin müavini X5 həvalə etmişdir. Başqa sözlə desək, səlahiyyəti vergilər nazirinin müavini X1 Nazirliyinin adından apellyasiya və kassasiya şikayətlə rini imzalamaq səlahiyyəti mövcud olmuşdur. Buna baxmayaraq, məhkəmə qanunvericiliyin tələbini araşdırmamış, qeyd olunan xüsusatlara ümumiyyətlə hüquqi qiymət vermədən və vergilər nazirinin müavini X1 Nazirliyi adından apellyasiya şikayətini imzalama səlahiyyətinin olub- olmaması məsələsi ilə bağlı heç bir araşdırma aparmadan qərardad qəbul etmişdir. İş materiallarından göründüyü kimi məhkəmə iclas protokolunda məhkəmə iclasının 14 sentyabr 2018-ci il tarixdə keçirilməsi qeyd olunsa da məhkəmənin qərardadı 14 yanvar 2019-cu il tarixdə çıxarılmışdır. İşə yenidən baxılarkən bu ziddiyətin səbəbləri aydınlaşdırılmalıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası belə qərara gəlir ki, apelyasiya məhkəməsində işə baxılarkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan Azərbaycan Res publikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, işə baxılmasının yeri və vaxtı barədə proses iştirakçılarının lazımi qaydada məlumatlandırılması təmin edilməli, apelyasiya şikayəti müddətinin ötürülüb-ötürülməməsi araşdırılmalı, apelyasiya şikayətini imzalamış Azərbaycan Respublikası Vergilər Nazirinin müavini x5 səlahiyyətli şəxs olub-olmamasına qiymət verilməli, məhkəmə iclas protokolundakı tarixlə qərardadın çıxarılma tarixi arasındakı uyğunsuzluq aydınlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Vergilər Nazirliyinin kassasiya şikayət i qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2689/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2689/2019
18.04.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver