Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2689/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2141/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı 15 mart 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixinədək Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.
2. Əmək müqaviləsinin müddəti bitdiyi 31 avqust 2021-ci il tarixdən sonra əmək münasibətləri davam etdirilib.
3. X1 Sisteminə İddiaçı ilə əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il olduğu barədə məlumat daxil edilib. 4. xx.xx.2022-ci il tarixdə X1 Sisteminə xx.xx.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi daxil edilmiş və müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2022-ci il müəyyən edilib (əvvəlki tar ix xx.xx.2023). 5. xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilib. Həmin əmr əsasında bildiriş X1 Sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilib.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli intizam tənbehinin tətbiq edilməsi barədə əmrinə əsasən İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı ) Cavabdehnə qarşı (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsinə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrin ləğv edilməsi, onun Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, uzun illər təhsil sahəsində müəllim (daha sonra direktor) vəzifəsində çalışmışdır. 15 mart 2021-ci il tarixdən etibarən Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Müəllimlərə verilmiş 56 günlük məzuniyyətdə olduğu vaxt onunla ba ğlanmış əmək müqaviləsinin xitam olunmasının zəruriliyi bildirilmişdir. İddia ərizəsinə əlavə olunan və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemindən əldə edilmiş iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti 15 mart 2023-cü il tarixinə qədər müəyyən edilmişdir. İddia ərizəsinə əlavə olunan digər “saxta” arayışdan görünür ki, X1 Sistemindən əldə edilmiş iş yerinə dair xx.xx.2022ci il tarixli arayışda onunla bağlanmış əmək müqaviləsinin müddəti isə 04 avqust 2022-ci il tarixinə qədər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-867 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdə xita m verilmişdir. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə uzun müddət qalmasına baxmayaraq, müddətli əmək müqaviləsinin müddəti qəsdən, onun imzası olmadan, müqavilə üzrə iradə ifadəsi olmadan qısaldılmışdır.
9. Onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə uzun müddət qalmasına baxmayaraq, müddətli əmək müqaviləsinin müddəti qəsdən, onun imzası olmadan, müqavilə üzrə iradə ifadəsi olmadan qısaldılmışdır.
10. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianı qəbul etməmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4356/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşd ur ki, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv edilmiş, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən müqavilənin müddətinin qurtarması şərtdir. Məhz sadalanan halın mövcudluğu əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
13. Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən s onra hüquqi qüvvəyə minir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən isə görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə 01 sentyabr 2022-ci il tarixdən xitam verilsə də, bildiriş elektron informasiya sisteminə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixdən deyil, 11 gün sonra, yəni xx.xx.2022-ci il tarixdən hüquqi qüvvəyə mindiyindən, tərəflər üçün əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqi nəticələr də xx.xx.2022-ci il tarixdən yaranmışdır.
14. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müddətli əmək m üqaviləsinin müddəti qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
15. Görübdüyü kimi, müqavilə müddəti bitdikdən sonrakı bir həftə ərzində cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə yerləşdirilmədiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr hüquqi qüvvəyə minməmiş, əmək münasibətləri davam etdirilmişdir. Bununla da, tərəflər arasında bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmuşdur ki, həmin müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən əmək müqaviləsinə müqavilənin müddətinin bit məsi əsası ilə xitam verilməsi qanunsuz olmuşdur.
16. Bundan başqa, cavabdeh tərəf əmək müqaviləsinin qurtardığı tarixin xx.xx.2023cü il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməsi barədə iddiaçının razılığının olubolmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bununla da, cavabdeh əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə əmək qanunvericiliyinin yuxarıda sadalanan tələbini pozmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 43.2, 45.1, 46.6, 49.1, 68.2, 73.1, 76.2, 83.1, 83.2, 300.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən cavabdeh ap elyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli, K-240 saylı əmrlə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il (5 ay 16 gün) tarixinədək Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş və bununla bağlı əmək müqaviləsi (müddətli) bağlanmışdır. Sistemə əmək müqaviləsinin bağlanması ilə bağlı məlumatlar yerləşdirilmişdir. Müqavilənin müddəti bitdikdən sonra yenidən həmin müddətə (5 ay 16 gün) müqavilənin müddəti artırılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi ilə bağlı məlumatlar sistemə yerləşdirilərkən müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il kimi qeyd edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, bu texniki səhvdir. Nazirlik bu texniki səhvi aradan qaldırmaq məqsədilə xx.xx.2022-ci il tarixdə bildirişdə düzəliş edərək müqavilə müddətinin qurtardığı tarixi xx.xx.2022-ci il tarixlə əvəz etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-347 saylı əmri ilə İddiaçı əmək funksiyalaranı keyfiyyətsiz yerinə yetirdiyinə və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət elan edilmişdir. İddiaçıya xx.xx.2022-ci tarixədək əmək məzuniyyəti verilmişdir. İddiaçının müqaviləsinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən onun məz uniyyətdə olması nəzərə alınmış və əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2141/2023 nömrəli iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Günay Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunan müddət ərzində öz iradə ifadəsini bildirmiş və nəticə olaraq əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən tərəfindən hər hansı “tələb etməmə” halı müəyyən olunma mışdır. İddiaçının nümayəndəsi-vəkili özü məhkəmə iclasında bildirmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsi müddətinin uzadılmaması barədə 2022-ci ilin avqust ayında iddiaçıya məlumat verilmişdir.
22. Məhkəmə kollegiyası bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin texniki səbəblərdən elektron informasiya sisteminə gec vurulması qeyd edilən əmrin qanunsuzluğuna və əsassızlığına dəlalət etmir və bu hal başqa məsuliyyətin əsası ola bilər.
23. İddiaçı ilə ilk dəfə 15 mart 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 5 ay 16 gün müəyyən edilmişdir. Müqavilə 31 avqust 2021-ci il tarixədək bağlanmışdır. Qanunvericiliyin tələbinə əsasən tərəflər tələb etmədiklərindən müqavilə eyni müddətə iki dəfə uzadılmış, sonuncu müddət isə xx.xx.2022- ci il tarixə təsadüf etmişdir. 2022-ci ilin avqust ayının sonunadək iddiaçı məzuniyyətdə olmuş və 01 sentyabr 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir.
24. Bundan başqa, məhkəmə kollegiyası X2 iş yerinə dair xx.xx.2022-ci il tarixli arayışında iddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarixin xx.xx.2023-cü il kimi qeyd olunmasını tamamilə texniki səhv kimi qəbul etmişdir. Belə ki, tərəflər tələb etməsələr belə müqavilə eyni müddətə uzadılacağı təqdirdə müqavilənin sonuncu müddəti xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Bu hal bir daha əmək müqaviləsinin müddətinin qurtardığı tarixin xx.xx.2023-cü il kimi qeyd olunmasının texniki səhv olduğunu göstərir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 43.2, 45.1, 46.6, 49.1, 68.2, 73.1, 76.2, 83.1, 83.2-ci və MPM-in 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətində iddia ərizəsində irəli sürülmüş dəlillər təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, əmrin verildiyi xx.xx.2022-ci il tarixi iddiaçının əmək məzuniyyətində olduğu tarix olmuşdur. İşəgötürən necə müəyyən etmişdir ki, onun məzuniyyət müddəti sonu xx.xx.2022-ci il tarixdir, həmin müddətdə o xəstələnə və xəstəliyə görə məzuniyyətə buraxıla bilərdi. Cavabdeh iddiaçı barəsində əmr qəbul edərkən bu xüsusatları nəzərdən qaçırmışdır. İddiaçının barəsində çıxarılan əmrdən yalnız və yalnız əmr təqdim olunarkən xəbəri olmuşdur. Belə ki, iddiaçı 01 sentyabr 2022ci ildə işə çıxmış, 02 sentyabr 2022-ci ildə işdə olduğu müddətdə cavabdehin nümayəndələri iş yerinə gələrək, təhvil-təslim etməyini bildiriblər. Apellyasiya instansiya məhkəməsində cavabdeh tərəf iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübut təqdim etmədiyi halda, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçı tərəfdən təqdim edilən sübutlara hüquqi qiymət verməmiş, əmək qanunvericiliyinin tələblərini nəzərə almamış, işi təqdim edilən sübutlara əsasən araşdırmamış və öz mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Həmin qətnamə qərəzli olmaqla bəra bər, iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmənin “texniki səhv” anlayışını necə qavraması və həmin qətnaməni məhz cavabdeh tərəfindən “texniki səhv” olması ilə əsaslandırması absurddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;...
30. Maddə 43. 2-ci hissə “d” bəndi. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir.
31. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı m üddətə bağlanılır.
32. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
33. Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə ele ktron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
34. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
35. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... b) əmək müqaviləsinin müddətinin qurtarması;...
36. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
37. Maddə 73, 2-ci hissə. İşçi nin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
38. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
39. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qayd alardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
40. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
41. Maddə
300. Əgər, iş əgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş l əğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
54. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi üçün Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur.
55. Tərəflər arasında yaranmış münasibətlər müddətli əmək münasibətləridir və apelyasiya instansiyası məhkəməsi iddianın həllinə haqlı olaraq Əmək Məcəlləsinin müddətli əmək müqaviləsi üzrə münasibətləri tənzimləyən müddəalarını tətbiq etmişdir.
56. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli bildirişlə X1 Sistemində xx.xx.2023-cü il müəyyən olunması, xx.xx.2022-ci il tarixdə X1 Sisteminə xx.xx.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi barədə bildirişin qanunsuz olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Əmək Məcəlləsinin 2-ci maddəsinə görə Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən biri əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
57. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək mün asibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
58. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndi).
59. Qanunvericiliyin əmək müqaviləsi və əmək müqaviləsi bildirişinə verdiyi anlayışların məzmununu birgə təhlil olunduqda görünür ki, əmək müqaviləsi bildirişi, əmək müqaviləsində əksini tapmış məlumatların elektron informasiya sisteminə inteqrasiya etmək məqsədi daşıyır. Buradan o məntiqi nəticə hasil olur ki, bildiriş əmək müqaviləsindəki məlumatların daşıyıcısıdır, elektron informasiya sistemində qeydə alınan məlumatların mənbəyi əmək müqaviləsidir və sistemdə əksini tapmış məlumatlar əmək müqaviləsinin şərt lərinə tam uyğun olmalıdır.
60. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətinin xx.xx.2023-cü ildə bitməsi barədə elektron informasiya sistemində aparılmış qeydin hüquqi əsası olmamışdır. Apelyasiya instansiyası məhkəməsi bu vəziyyəti “texniki səhv” ifadəsindən istifadə etməklə izah etməsi, məsələnin hüquqi vəziyyətini dəyişmir və gəlinən nəticəyə təsir etmir.
61. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 46-cı maddəsində əmək müqaviləsində dəyişikliklərin edilməsi qaydası tənzimlənərək göstərilir ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir.
62. Tərəflər arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 46-cı maddəsinə uyğun dəyişiklik edilməmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, müqavilə 31 avqust 2021-ci il tarixədək bağlanmış, tərəflər tələb etmədiklərinə görə müqavilə eyni müddətə iki dəfə uzadılmış, sonuncu müddət isə xx.xx.2022-ci il tarixə təsadüf edir.
63. Kassatorun əmrin verildiyi xx.xx.2022-ci il tarixdə iddiaçının məzuniyyətdə olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, analoji vəziyyətdə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi qaydası Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsində müəyyən edilmişdir. Bu normaya görə, işçinin məzuniyyət səbəbi ilə iş yerində olmadığı dövrdə onunla müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bi r təqvim həftəsi keçməmiş xitam verilə bilər.
64. Göründüyü kimi bu normaya əsasən, məzuniyyətdə olan işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün üç dispozisiya şərti mövcud olmalıdır: əmək müqaviləsinə işçi işə çıxdıqdan sonra xitam verilməlidir; əmək müqaviləsinə işəgötürənin müəyyən etdiyi gündə xitam verilməlidir; əmək müqaviləsinə işçinin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməlidir.
65. Baxılan iş üzrə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi bu tələblərə cavab verir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən mü əyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
67. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-2141/2023 nömrəli, 12 aprel 2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.