Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-269/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı3 cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması, işçilərin attestasiyası qaydaları, işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü olmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı3 Cavabdehnə qarşı “işə bərpa olunması və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3452/2023 saylı, 13 sen tyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı3 07 sentyabr 1987-ci ildə Cavabdehnə işə qəbul olunmuş və Universitetin Xarici dillər kafedrasında müəllim və baş müəllim vəzifələrində işləmişdir.
2. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 04-1433 nömrəli əmri ilə, 01 aprel 2022-ci il tarixindən Universitetdə ingilis, alman, fransız və rus dillərini tədris edən əməkdaşların attestasiyasının keçirilməsi üçün 9 nəfər üzvdən ibarət komissiya yaradılmışdır.
3. Komissiyanın yaradılması barədə əmrlə İddiaçı3 tanış edilmişdir.
4. Habelə işəgötürən tərəfindən Xarici dillər kafedrasının attestasiyadan keçəcək müəllimlərin siyahısı 01 mart 2022-ci il tarixdə təsdiq edilmiş, İddiaçı3 adı da siyahıya daxil edilmiş, siyahı ilə İddiaçı3 tanış edilmişdir. Attestasiyanın keçirilməsi 12 aprel 2022-ci il tarixə təyin edilmişdir. 5. 12 aprel 2022-ci il tarixdə keçirilən attestasiya zamanı İddiaçı3 14 bal toplamış və attestasiya komissiyasının 28 aprel 2022-ci il tarixli qərar ilə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
6. Cavabdeh üzrə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrlə İddiaçı3 ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məsəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu Xarici dillər kafedrasının müəllimi vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işd ən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı3 (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya Universutet) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Universitetdə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması, onun əsasında rektor tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi on unla əsaslandırılmışdır ki, iddiaçı müəssisədə çalışdığı 35 il ərzində 60-dan çox məqalələrin, bir neçə dərslik və lüğətlərin müəllifi olmuşdur. Məqalələri yerli və xarici nəşrlərdə dərc olunmuşdur. Mütəmadi olaraq X1 kurslar keçərək öz müəllim sənətini təkmilləşdirmişdir. Bundan başqa, bir neçə dəfə həm şəxsi, həm Universitet hesabına ingilis dili kurslarında iştirak edərək yüksək nəticələr əldə etmişdir. Son dəfə 2021-ci ilin iyun-sentyabr aylarında (keçdiyi bu kursun yarısından çoxu məzuniyyət dövrünə təsadüf edib) Universitetin rektorunun göstərişinə əsasən nüfuzlu şirkət olan “British Council”-ın kurslarında iştirak edərək, yüksək nəticə əldə etməklə B2 sertifikatına yiyələnmişdir. Xarici dillər kafedrasından yalnız 8 müəllim bu sertifikata yiyələnmişdir. 2018-ci ilin sonunda rektorun birbaşa göstərişi əsasında Universitetdə seçki sisteminə dəyişiklik edilərək yeni formatda seçkilər təyin edilmişdir. Nəticədə kadrlar şöbəsi tərəfindən təhdid edilərək iddiaçıya ərizə yazdırdılar və yenidən 3 aylıq əmək müqaviləsi bağladılar, bu da iddiaçının fasiləsiz əmək stajına təsir etdi. 2019-cu ilin yanvarında kafedrada seçkilər keçirildi. Müəllimlər üçün keçid balı 35, dosentlər üçün 50 bal keçid balı kimi müəyyən olundu. O, uğurlu nəticə əldə edərək, 58 bal toplayıb yenidən öz vəzifəsinə seçildi. Seçkinin nəticəsi olaraq onunla 2019-cu ilin yanvar ayında 5 illik əmək müqaviləsi bağlandı, əmək müqaviləsinə qol çəkdirildi, lakin ona aid olan nüsxə təqdim edilmədi. O, bir neçə dəfə bununla bağlı kadrlar şöbəsinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə gətirərək ona aid olan nüsxə ni verməkdən boyun qaçırıblar. Yuxarıda göstərilənlərlə iddiaçının Universitetdə fasiləsiz iş stajına son qoyulmuşdur, onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. 2021-ci ilin iyun ayından başlayaraq, sessiya zamanı və iyul, avqust aylarında məzuniyyət zamanı iddiaçı “British Council”-ın kurslarında iştirak etməyə məcbur edildi, bir sıra təhdidlərlə üz-üzə qaldı. Bu ilin əvvəllərində Universitetdə attestasiya olacağı ilə bağlı məlumat verilmişdir. Lakin attestasiya yalnız xarici dillər kafedrasına şamil edildi. Attestasiya komissiyasının üzvləri haqqında heç bir məlumat verilmədi. Ən böyük pozuntu isə ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onların ixtisasına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olması anlamına gəlir. Bundan başqa, xx.xx.2022-ci ildə keçirilən attestasiya zamanı iddiaçıya verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildi, sadəcə iddiaçının fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Attestasiyadan sonra iddiaçıya şifahi formada öz ərizəsi ilə işdən çıxması təklif edildi. İddiaçı buna etirazını bildirəndə dedilər ki, bu rektorun göstərişidir. İddiaçının apellyasiya vermək hüququ olmasına baxmayaraq, bu hüququ ona vermədilər, səhəri gün prorektora yaxınlaşanda “apellyasiya olmayacaq, rektorun göstərişi var!” kimi cümlələr ilə cavab verdilər. Attestasiya qaydalarına uyğun olaraq iddiaçıya attestasiya nəticələrini rəsmi qaydada təqdim etməli idilər, iddiaçı həmin nəticələr ilə tanış olmalı və imza atmalı idi, lakin ona şifahi qərarı açıqlayaraq yola saldılar. Yuxarıda qeyd olunanlar ciddi qanun pozuntularıdır. 05 may 2022-ci il tarixində iddiaçını və digər müəllimləri kadrlar şöbəsinə dəvət etdilər. Kadrlar şöbəsinin rəisi onların 04 may tarixində işdən azad olunduqlarını bildirdi. İddiaçının işdən azad olunmağı ciddi qanun pozuntuları ilə müşahidə olunurdu. İlkin olaraq 29 aprel 2022-ci il tarixində imzalanan 04448 saylı əmrlə onları işdən azad etmişdilər. Buna baxmayaraq, 29 aprel tarixində və 04 aprel tarixində iş yerində olmuş və dərs demişdi r. Sonra əmr dəyişdirilərək 04 may 2022-ci il tarixli ilə iddiaçıya 04-460 saylı əmr təqdim etdilər və köhnə tarixlə əmrə qol çəkməklərini istədilər, lakin iddiaçı buna etiraz etdi və köhnə tarixlə əmrə qol çəkmədi. Müvafiq elektron sistemdə yoxlayanda ilkin olaraq 29 aprel tarixi ilə fərqli əmr nömrəsi ilə, sonra isə 04 may tarixi fərqli əmr nömrəsi ilə işdən azad olunduğunu gördü. Bunun özü çox ciddi qanun pozuntusu hesab edilir. Attestasiya zamanı komissiyanın üzvlərindən cəmi 3 nəfəri ingilis dili mütəxəssisi idi, bundan başqa attestasiyanın sonunda nəticələr iddiaçıya rəsmi təqdim edilməyib və iddiaçı tərəfindən imzalanmayıb. İddiaçı ilə bağlı verilən əmr 2 dəfə dəyişdirilib, verilən əmrə köhnə tarix ilə qol çəkdirmək istəyiblər. İndiki anadək iddiaçıya nə attestasiya nəticələri təqdi m edilib, nə əmr təqdim edilib, nə əmək kitabçası təqdim edilib, son haqq-hesabın ödənişi nəyin əsasında aparılması məlum deyil və bunların hər biri, ayrı ayrılıqda qanun pozuntusudur. Bu günkü gündə iddiaçını Universitetin daxilinə buraxmırlar və o, öz sənədlərini götürə bilmir. Kafedranın hamısı qadın olduğu üçün onlar kollektiv olaraq çox təhdid və hədə qorxu ilə üz-üzə qalmışlar. Kollektivin bir çox üzvü işdən çıxarılmışdır, bir çoxuna təzyiq göstərilərək öz istəkləri ilə ərizələri alınaraq işdən çıxarılmışdır.
4. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, attestasiya komissiyası tam qanuni və əsaslı fəaliyyət göstərmişdir. Attestasiya keçirilən otaqda video və səs yazısı aparılmışdır. Bu video və səs yazısı iddianın əsassız olmasının sübutudur. Bundan başqa, cavabdehin nümayəndəsi ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(006)-3608/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ADNSU-da keçirilmiş xarici dilləri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSU-nun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərb aycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olubolmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas mey ar - sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamağını müəyyən etmək idi.
7. Məhkəmə qeyd etmişdir ki, yalnız ADNSU-nun rektoru işəgötürən qismində çıxış edir. Əmək müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində məhz ADNSU-nun rektoru tərəfindən imzalanır. İddiaçının bilavasitə rəhbəri “Xarici dillər” kafedrasının müdiridir, işəgötürəni isə rektordur. Tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Çünki bu vəzifədə çalışan şəxs nə işəgötürən, nə də ki müəllimin bilavasitə rəhbəri deyildir.
9. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsinin ərizəsinə gəldikdə isə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı3 xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olmuş, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, hazırki iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 67.1, 67.2, 68ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “c” bəndinə istinadla əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində cavabdeh tərəfindən attestasiya keçirilərkən yol verilən çoxsaylı pozuntuların yalnız 1-nə (birbaşa rəhbər kimi prorektorun komissiyada iştirakının qanunsuz olması məsələsi) münasibət bildirmiş, hətta onun əsaslandırmasında da səhv etmişdir. Digər əsaslara isə ümumiyyətlə münasibət bildirməmiş, sonda sadəcə iddianın əsassız olduğuna görə təmin edilməməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən attestasiya komissiyasının fəaliyyəti, onun qanuniliyi araşdırılmayıb. Ən böyü k pozuntu ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onun ixtisasına uyğun gələn üzvlər idi. Qarşı tərəfin təqdim etdiyi video disk məhkəmə tərəfindən araşdırılmayıb, həmin diskdəki görüntülər ekspertizaya və ya mütəxəsissə rəy bildirilməsi üçün göndərilməyib, dəfələrlə məhkəməyə müraciət etdiyinə baxmayaraq komissiya üzvləri məhkəməyə dəvət edilməyib. xx.xx.2022-ci il tarixli 02 saylı protokola əsasən 9 komissiya üzvü onun əleyhinə səs vermişdir. 9 üzvdən 3 nəfəri ingilis, 1 nəfəri alman, 1 nəfəri fransız, 1 nəfəri rus dili müəllimidir. Komissiya sədri “Mexanika” üzrə dərs deyir, digər 2 üzvü kadrlar şöbəsinin rəsi və Həmkarlar ittifaqının Universitet nümayəndəsidir. Attestasiya tam olaraq ingilis dilind ə keçirilmişdir və ingilis dili üzrə təhsili və bilik səviyyəsi ondan aşağı olan komissiya üzvlərinin onun haqqında qərar vermək səlahiyyəti yox idi. Yekun nəticə ona şifahi şəkildə bildirilmiş, heç bir akt, protokol və ya digər sənəd ona təqdim edilməyib, heç bir sənədə qol çəkdirilməyib.
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-3452/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Məmmədli) İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi həmçinin şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini və işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə attestasiya komissiyasının üzvləri tərəfindən verilən suallara iddiaçının cavablarının düzgün, əhatəli, dolğun və qənaətbəxş olub-olmadığı barədə Azərbaycan Dillər Universiteti X2 mütəxəssis rəyi alınmışdır. Həmin qurumda təşkil olunmuş komissiyanın rəyində göstərilmişdir ki, attestasiya komissiyasının üzvləri tərəfindən verilən suallara iddiaçının cavabları sualları tam əhatə etmir, lakin həmin cavabları ümumən qənaətbəxş saymaq olar.
15. Məhkəmə kollegiyasının qən aətinə görə 35 il ərzində xarici dil fənnini tədris etmiş bir müəllimin cavabları suallara uyğun və tam əhatəli olmalıdır. Məhz bu səbəbdən verilən cavablar attestasiya komissiyasının üzvlərini qane etməmişdir.
16. Məhkəmə kollegiyasının mövqeyinə görə iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3452/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, iddia ərizəsi və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyn ilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
18. Maddə
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...
19. Maddə 64, 1-ci hissə. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
20. Maddə 64, 2-ci hissə. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
21. Maddə 65, 1-ci hissə. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məq sədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
22. Maddə 65, 3-cü hissə. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
23. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəs inin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;...
25. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
26. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müdd əti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı Cavabdeh Xarici dillər kafedrasında müəllim vəzifəsində işləmişdir. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 04-1433 nömrəli əmri ilə, 01 aprel 2022-ci il tarixindən Universitetdə ungilis, alman, fransız və rus dillərini tədris edən əməkdaşların attestasiyasının keçirilməsi üçün komissiya yaradılmış, bu əmrlə iddiaçı imza edilməklə tanış edilmişdir. Habelə işəgötürən tərəfindən “Xarici dillər” kafedrasının attestasiyadan keçəcək müəllimlərin siyahısı 01 mart 2022-ci il tarixdə təsdiq edilmiş, iddiaçının adı da siyahıya daxil edilmiş, siyahı ilə iddiaçı ta nış edilmişdir. 12 aprel 2022-ci il tarixdə keçirilən attestasiya zamanı iddiaçı 14 bal toplamış və attestasiya komisiyasının 28 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Buna görə də işəgötürənin 04 may 2022-ci il tarixli əmr ilə iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məsəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) xitam verilmiş və işdən azad edilmişdir.
36. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv olunmasını, işdən azad edilməsi barədə 04 may 2022-ci il tarixli əmrin ləğv edilməsı və işə bərpa olunmasını tələb edir.
37. Əmək Məcəlləsinin 299-ci maddəsinin x) bəndinə əsasən, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi fərdi əmək mübahisəsi sayılır və həmin Məcəllənin 288-ci maddəsinə görə məhkəmələrdə baxıla bilər.
38. Bu baxmdan iddia tələbinin müddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu mad dəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
39. Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd” hissəsində deyilir ki, işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
40. İddiaçı onunla bağlı attestasiyanın Əmək Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyinə istinad edir və dəlillərindən biri ondan ibarətdir ki, Universitetin prorektoru rəhbər şəxs sayıldığına görə attestasiya komissiyasının üzvü ola bilməzdi.
41. İddiaçının bu dəlilinə məhkəmələr qiymət verərək, işəgötürən qismində yalnız Universitetin rektorunun, iddiaçının bilavasitə rəhbəri qismində isə Xarici dillər kafedrasının müdirinin çıxış etdiyi qənaətinə gəlmiş və tədris işləri üzrə pror ektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu olmadığını bildirmişdir.
42. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
43. Bu normanın təhlili üçün ilk növbədə “işəgötürən”, “iş yeri”, “işçinin müvafiq iş yeri üzrə rəhbəri” anlayışlarının hansı mənanı ifadə etməsi müəyyən edilməldidir. 44. “İşəgötürən” anlayışı bilavasitə Əmək Məcəlləsinin 1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilərək göstərilib ki, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (mü vəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
45. Bu mənada iddiaçının işəgətürəni Universitetin rektoru hesab olunur və iş materiallarından görünfüyü kimi Universitetin rektoru attestasiya komissiyasının üzvü olmayıb.
46. İddiaçı qeyd edir ki, «ali məktəblərin tədris işləri üzrə prorektorları həmin müəssisənin tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, həmin işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. Tədris işləri üzrə prorektorun əsas vəzifəsinə daxildir: fakültə və kafedralarda tədris, tədris-metodiki və tərbiyə işlərinin təşkilinə; tədrisköməkçi qurumların (tədris emalatxanaları, tədris təsərrüfatı və s.) işinə rəhbərlik; tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsinə nəzarət; tədris-metodiki konfransla rın təşkili işinə rəhbərlik; rektor olmadıqda onun səlahiyyətini icra etmək».
47. İddiaçının bu dəlili müzakirə olunan məsələyə - komissiyanın tərkibinin Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə uyğunluğu ilə bağlı məhkəmənin gəldiyi nəticəyə təsir etmir. Çünki Universitetin Nizamnaməsindən göründüyü kimi Universitetin idarə olunması üzrə vəzifəli şəxslərin səlahiyyətləri və vəzifələri dəqiq müəyyən olunmuşdur. Universitet üzrə 5 sahə üzrə prorektor təyin olunur. Lakin onların heç birinin professor-müəllim heyətinin ixtisasının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik funksiyası müəyyən olunmaylb. Prorektorlar tədris-köməkçi heyətə daxil olan şəxslərin işə qəbulu və işdən azad olunması, eləcə də həvəsləndirilməsi və cəzalandırılması üçün rektora tə qdimat vermək səlahiyyətinə də malik deyil. Bu funksiya və səlahiyyətlərə fakültə dekanları malikdir.
48. Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində işəgötürən və işçinin müvafiq iş yeri üzrə rəhbərin attestasiya komissiyasının üzvü olmasının istisna edilməsi, komissiyanın qiymətləndirməsinin obyektiv və qərəzsizliyini təmin etməyə yönəldilmişdir. Professor-müəllim heyətinin ixtisasının artırılması və yenidən hazırlanması işinin həyata keçirilməsinə rəhbərlik funksiyasına, tədris-köməkçi heyətə daxil olan şəxslərin işə qəbulu və işdən azad olunması, eləcə də həvəsləndirilməsi və cəzalandırılması üzrə səlahiyyətlərə malik olan şəxsin, habelə işçinin iş yerində rəhbərlik edən şəxsin eyni zamanda attestasiya komissiyasına daxil edilməsi, komissiyanın qiymətləndirməsinin obyektivlik və qərəzsizlik prinsiplərinə xələl gətirən haldır. Çünki bu halda həm attestasiyanın nəticələrinə birbaşa təsir etmək, həm də işçinin işdən azad edilməsi səlahiyyətləri bir şəxsin ixtiyarına verilmiş olur.
49. Prorektorun funksiya və səlahiyyətləri Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan “işçinin müvafiq iş yeri üzrə rəhbəri” anlayışına da uyğun gəlmir. Əmək Məcəlləsində istifadə olunan, vacib əhmiyyət kəsb edən anlayışların mənası həmin Məcəllənin 1-ci maddəsində açıqlanmışdır. Lakin həmin normada, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində bəhs olunan “işçinin müvafiq iş yeri üzrə rəhbər” anlayışının izahı verilməmişdir. MPM-nin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji mün asibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu baxımdan təhlil olunan məsələ, Əmək Məcəlləsinin 169-cu maddəsinin məzmunu əsasında həll oluna bilər. Belə ki, həmin normada boşdayanmanın başlanması haqqında işçinin işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq etməsindən bəhs olunur və eyni zamanda «iş yeri üzrə rəhbəri»nə sözündən sonra mötərizədə «briqadirə, ustaya, digər vəzifəli şəxslərə» qeyd olunmuşdur.
50. Göründüyü kimi məhkəmə prorektoru iddiaçının «iş yeri üzrə rəhbəri» hesab etməməkdə haqlı olmuşdur.
51. İddiaçı kassasiya şikayətində həmçinin bildirmişdir ki, «Komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamadığını müəyyən etmək idi. Bun un özü isə həm yuxarıda qeyd edilən qaydalar, həm də Əmək Məcəlləsinin tələblərinə ziddir».
52. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, ali təhsilin keyfiyyətlilik, səmərəlilik, inteqrasiya prinsipləri, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq məqsədləri, elmi inkişafın ən yeni nailiyyətlərinin mənimsənilməsini, müasir tələblərə uyğunlaşmağı tələb edir. 53. “Təhsil haqqında” qanunun 11-ci maddəsində təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər irəli sürülmüşdür. Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiy yət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək əsas tələblər kimi nəzərdə tutulmuşdur.
54. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (döv lət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin bilavasitə vəzifəsidir (“Təhsil haqqında” qanunun 33-cü maddəsi). 55. “Təhsil haqqında” qanunun 31.0.2-ci maddəsinə gödə təhsilverənlərə (pedaqoji işçilərə) həm də müəllimlər aid edilmişdir.
56. Əmək Məcəlləsinin 64-cü maddəsinin 2-ci hissəsinə görə, attestasiya keçirilməsinin məqsədləri kimi həm də əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi nəzərdə tutulmuşdur.
57. Qeyd olunanlara əsasən, müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamadığını müəyyən etməklə bağlı sualların qoyulması Əmək Məcəlləsinin 64-cü maddəsinə uyğundur.
58. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qə naətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3452/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.