Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-269/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)4915/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh adına tərtib olunmuş Abonentin saldosundan və Gasrep proqramından görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna 2023-ci ilin iyul ayınadək ümumilikdə 16345,66 manat zərər (15812,66 manat sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadəyə görə, 533,0 istifadə olunmuş qaz sərfiyyatına görə) hesablanmışdır.
2. Cavabdeh məxsus 1**********00030 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında aktların surətindən görünür ki, - 16.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 210,6 manat, - 12.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 182,6 manat, - 17.01.2017-ci il tari xli, ******* saylı akt əsasında 341,20 manat, - 13.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 255,80 manat, - 13.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 170,80 manat, - 18.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 436,0 manat, - 15.05.2017-ci il tarixli, ******* saylı akt əsasında 146,0 manat, - 22.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 996,60 manat, - 12.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 160,0 manat, - 13.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, - 27.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 455,20 manat, - 15.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, - 21.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, - 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 266,40 manat, - 20.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, - 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, - 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, - 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, - 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, - 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, - 30.08.2019-cu il tarixli, ******* saylı ak t əsasında 32,40 manat, - 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, - 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, - 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, - 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, - 22.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 216,5 manat, - xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 4406,40 manat, - xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 734,40 manat, - xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, - xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, - xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, - xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat və - xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 725,76 manat olmaqla, cəmi 15200,66 manat (2016-cı ilin yanvar (316,8 manat ziyan) və 2017-ci ilin yanvar ayı üzrə (295,2 manat ziyan) məbləğində dəymiş ziyan hesablanmışdır.
3. Həmin aktların hər birində olan qeydə əsasən istehlakçı Cavabdeh onları imzalamaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 16345,66 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 140,24 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 16885,9 manat məbləğində pulun cavabdehdən məcburi qayda da tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03-575 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********251 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqaviləni n 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli g ələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016-ci il üzrə 4 akt olmaqla cəmi 834,20 manat, 2017-ci il üzrə 5 akt olmaqla cəmi 1349,80 manat, 2018-ci il üzrə 11 akt olmaqla cəmi 2826 manat, 2019-ci il üzrə 12 akt olmaqla cəmi 1191,60 manat, 2020-ci il üzrə 3 akt olmaqla cəmi 806,90 manat, 2022-ci il üzrə 2 akt olmaqla cəmi 5140,80 manat, 2023-cü il üzrə 5 akt olmaqla cəmi 3663,36 manat, Ümumilikdə 15812,66 manat məbləğində İddiaçı İB-yə maddi zə rərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-yə 533 manat məbləğində qaz sərfiyyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 16345,66 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2024cü il tarixli, e-2(003)-1263/2024 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddianın qismən təmin olunması, Cavabdeh təbii qazdan istifadəyə görə 3029,6 manat ziyan və 50,2 1 manat dövlət rüsumu olmaqla, cəmi 3079,21 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 140,24 manat məbləğində dövlət rüsumunun qalan 90,03 manatının İddiaçınə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı 2016-cı ilin yanvr-2023-cü ilin iyul ayınadək sayğacdan kənar qaz xətindən istifadəyə görə ümumilikdə 42 akt tərtib edilmiş, cavabdehə həmin aktlar əsasında 15812,66 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan 42 aktdan 2016-cı ilin yanvar ayı (316,8 manat) və 2020-ci ilin yanvar ayı (295,2 manat) üçün zərərin hesablanmasına əsas olmuş aktlar məhkəməyə tə qdim olunmamışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun tutulmasını tələb edir. Eyni zamanda cavabdehin 533,0 manat istifadə olunmuş qaz sərfiyyatına görə borcu yaranmışdır.
8. Məhkəmə, cavabdehin sayğacdan qeyri-qanuni istifadə hallarına yol verməməsi barədə dəlillərinə tənqidi yanaşaraq hesab etmişdir ki, cavabdehin mənzilinə baxış zamanı onun qaz xətindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa, barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadə etməsinə dair heç bir ödəniş etməməsi müəyyən edilmişdir. Halbuki, 2020-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək cavabdeh tərəfindən təbi qazdan istifadəyə görə sərfiy yat hesablanmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh 6396,5 manat (2020-ci ilin aprel ayınadək) ziyan hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesabla nmasını əsaslandıran, yəni cavabdehin məhz 6396,5 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir.
10. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz aktlarda qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. İddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrıayrılıqda hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi fərqli götürülməklə ziyan hesablanmışdır. Lakin aktların əksər hissəsindən görünür ki, cavabdehə ziyan hesablanarkən yazyay aylarına görə 32,40 manat, qış aylarına görə 142,2 manat ziyan hesablanmışdır. Məhkəmə yay aylarına görə 32,40 manat, qız aylarına görə 142,2 manat zərərin hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir. Digər tərəfdən, abonent saldosuna baxış keçirilən zaman cavabdehə sözügedən aktlar əsasında hesablanmış zərərlərdə uyğunsuzluq olması müəyyən edilmişdir. Aktlar üzrə yay və qış ayları üzrə zərər hesablanan zaman qazın sərfiyyatının Tarif (qiymət) Şurasının tarif tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərara uyğun şəkildə hesablamadığı, göstəriciləri eyni olan qaz sərfiyyatlarında fərqlilik təşkil edən hesablamalar aparılması müəyyən edilmiş, istehlakçıya məx sus evdə yaz-yay aylarında istifadə olunacaq qaz avadanlıqları dəqiq müəyyən edilməmişdir.
12. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, araşdırılan yay ayları üçün tərtib olunmuş 20 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 648 manat (20 x 32,4), qış ayları üçün tərtib olunmuş 13 aktın hər biri üzrə 142,20 manat hesablanmaqla 1848,6 manat (13 x 142,20), cəmi 2496,6 manat məbləğində borcun cavabdehə hesablanması ədalətli və ağlabatandır.
13. Birinci instansiya məhkəməsi 2016-cı ilin və 2017-ci ilin yanvar ayları üzrə cavabdehə aktlar əsasında ziyan hesablanması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı təşkilat həmin tarixlərdə cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə etdiyini qeyd etsə də, həmin tarixlərə dair ziyanın hesablanmasına əsas olmuş aktlar məhkəmə yə təqdim olunmamışdır. Lakin abonenti saldosundan görünür ki, cavabdehin abonent hesabına 2016-cı ilin yanvar ayı üçün 316,80 manat, 2017-ci ilin yanvar ayı çün isə 295,2 manat olmaqla ümumilikdə 612,0 manat ziyan hesablanmışdır.
14. Məhkəmə hesab etmişdir ki, qeyd olunan aktlar iş materiallarına əlavə olunmadığından, 2016-cı ilin yanvar ayı üzrə hesablanmış 316,80 manat ziyan və 2017-ci ilin yanvar ayı üzrə hesablanmış 295,2 manat ziyan cavabdehin abonent hesabından sillinməlidir.
15. Məhkəmə xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar üzrə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən hesab etmişdir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı işdən isə müəyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə aktları tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə iddiaçı tərəfind ən hər hansı bir sübut təqdim edilməmişdir.
16. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən İddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir.
17. Məhkəmə iddianın 533,0 manat qalıq (debitor) borcu hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin faktiki istifadə edilmiş təbi qaza görə ümumilikdə 533,0 manat qalıq (d ebitor) borcu yaranmışdır. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı cavabdeh etiraf etdiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, abonent tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla təbii qazdan faktiki istifadəyə görə cavabdehdən 533,0 manat qalıq (debitor) borcu tutulmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442ci, “Qaz təchizatı haqqında” Qanunun 11.6, 13.8, 13.8-1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 5.2, 5.5, 6.5-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı İB apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Hesablamanın işin hallarına uyğunluğunu yoxlamaq məqsədilə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, qazpaylayıcısına vurulmuş zərərin miqdarın ın hesablanması qış ayları üçün ayda 972 m3, yay ayları üçün 432 m3 hesablanmaqla, qeyd olunan aktlar - 2016-2020-ci illər üzrə qazdan qanunsuz istifadə edilməsi nəticəsində dəymiş zərərin məbləği 2408,20 manat məbləğində təşkil edə bilər.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4915/2024 nömrəli qətnaməsi ilə (hakim F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və G.Axundova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırda iddia tələbini təşkil edən ümumilikdə 16345,66 manat borc 3 hissədən – 1) 2020-ci ilin aprel ayına (cavabdeh tərəf indən qaz sərfiyyatının aparılmağa başladığı vaxt) qədər tərtib edilmiş aktlar əsasında hesablanan 6396,5 manat borc məbləği; 2) 2022-ci ilin noyabr ayından (növbəti dəfə aktların tərtib edilməyə başlandığı vaxt) 2023-cü ilin iyun ayınadək (sonuncu aktın tərtib olunduğu vaxt) hesablanmış 8804,16 manat; 3) Debitor borc üçün hesablanmış 533 manatdan ibarətdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən tələblərdən sonuncusu tam təmin edildiyindən və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən apellyasiya kollegiyası digər tələblər üzrə iddianın əsaslılığına qiymət vermişdir. 24. 2020-ci ilin aprel ayına (cavabdeh tərəfindən qaz sərfiyyatının aparılmağa başladığı vaxt) qədər tərtib edilmiş aktlar əsasında hesablanan 6396,5 manat borc məbləğinə münasibətdə kollegiya qeyd edir k i, istər birinci instansiya məhkəməsi tərəfindən keçirilən yerli baxışda, istərsə də cavabdeh tərəfindən verilmiş izahatlarda qeyd edilən dövr ərzində sayğacdan qeyri-qanuni istifadə halı öz təsdiqini tapmış, lakin bu qeyri-qanuni istifadə ərzində iddiaçıya dəymiş zərərin dəqiq miqdarına dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə həmin dövr aralığında tərtib olunan aktlardan ikisi - 2016-cı ilin yanvar ayı (316,8 manat) və 2020-ci ilin yanvar ayı (295,2 manat) üçün zərərin hesablanmasına əsas olmuş aktlar, ümumiyyətlə, məhkəməyə təqdim olunmamışdır.
25. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilmiş abonent saldosuna və digər sənədlərə baxış keçirilərək aktların əksər hissəsində aparılmış hesablama mexanizminə əsasən ya y aylarına görə 32,40 manat, qız aylarına görə 142,2 manat zərərin hesablanmasını ədalətli və ağlabatan hesab etmiş, nəticə etibarilə borcun miqdarının 2496,6 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
26. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi 2016-2020-ci ilin aprel ayına qədər iddiaçıya dəymiş zərərin miqdarı heç də iddia tələbində göstərildiyi kimi 6396,5 manat məbləği təşkil etməmiş, hətta birinci instansiya məhkəməsinin hesabladığı 2496,6 manat məbləğindən daha az – 2408,20 manat həcmində müəyyən edilmişdir.
27. Qeyd edilən məbləğin çoxluğu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və apellyasiya baxışında mübahisəyə yalnız tərəflərin mübahisələndirdikləri hədlərdə baxılması mümkün olduğundan, həmçinin iddiaçının məhkəmə proseslərində iştirak etməyərək öz tələbini əsaslandırdığı və göstərilən mütəxəssis rəyini təkzib edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, o cümlədən 2016-cı ilin yanvar ayı (316,8 manat) və 2020-ci ilin yanvar ayı (295,2 manat) üçün zərərin hesablanmasına əsas olmuş aktlar, ümumiyyətlə, məhkəməyə təqdim olunmadığından, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən 2016-2020-ci ilin aprel ayı aralığında iddiaçıya dəymiş zərərin 2496,6 manat müəyyən edilməsi qanuni və ədalətli olmuşdur.
28. Apellyasiya kollegiyası iddia tələbinin 2022-ci ilin noyabr ayından (növbəti dəfə aktların tərtib edilməyə başlandığı vaxt) 2023-cü ilin iyun ayınadək (sonuncu aktın tərtib olunduğu vaxt) hesablanmış 8804,16 manatın tu tulması ilə bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən hissədə iddianı təmin etməməsi ilə bağlı mövqeyi qanuni və əsaslı hesab edilməlidir.
29. Belə ki, tərtib olunan xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma hallar ı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.
30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 14.2, 21, 375.2, 385.1, 386.1, 443.1, 560.1, 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 13.8-ci, “Qaz təchizatı haqqında” Qanunun (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) 13.8-1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1”nın (xx.xx.2023-cü il tarixli dəyişikliklərlə xx.xx.2023-cü il tarixli akta münasibətdə) 5.1, 5.2, 5.4, 5.5, 6.5, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-3, 6.5-4, 6.6, 6.7-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
31. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4915/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 157.5, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 97-ci maddələri pozulmuşdur.
33. Belə ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına və zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapmasına baxmayaraq, məhkəmələr iddianın böyük bir qismini təmin e tməmişlər. Birinci instansiya məhkəməsi icraatında yerində müayinə zamanı cavabdehin təbii qazdan kənar istifadə halı aşkar surətdə məlum olsa da, məhkəmələr bu hala etinasız yanaşaraq hüquqi qiymət verməmişlər. Məhkəmə ümumiyyətlə günlər, aylar, illər üzrə istehlak olunmuş qaz həcmini nəzərdən keçirməmişdir. Bununla da işin hallarından tam aydın olur ki, birlik tərəfindən tərtib olunmuş aktlar həqiqiliyi əks etdirərək cavabdeh tərəfindən birliyə ziyan vurulmuşdur.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya ba xışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 39. “Qaz təch izatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8-ci maddəsinə (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.1-8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın veri lməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nət icəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakç ı vəsait ödəməlidir. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüqu qi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata ke çirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydala rın 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5-ci bəndinə (xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspert lərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir. (bax bənd 22-29)
44. Belə ki, məhkəmə kollegiyası iddiaçı tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, X1nın (həm 25 iyun 2023-cü il tarixdən əvvəl olan redaksiyada, həm də, hazırkı redaksiyada) tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və b ir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq, hazırda isə əlavə olaraq inzibati xəta və ya cinayət icraatının başlanılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsi iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla (mübahisələndirilən hissədə) bağlı mövqeyini əsaslandıra bilməmiş və bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
45. İşin hallarının araşdırılmaması, sübutlara d üzgün qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-4915/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.