Məhkəmə qərarları › İş №2(102)-2690/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2690/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2690/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Şirkətinin cavabdeh Çimen Yakup Şahmettin oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2025-ci il tarixli, 2(103)148/2025 saylı qətnaməsindən cavabdeh Çimen Yakup Şahmettin oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakıları müəyyən etdi: İşin halları 1. 18 mart 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Çimen Yakup Şahmettin oğlu "xxxx" Şirkətində 18 mart 2019-ci il tarixdən zavod direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. 2. 01 noyabr 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Çimen Yakup Şahmettin oğlu "xxxx" Şirkətində 01 noyabr 2019-ci il tarixdən istehsal müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, ə mək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür. 3. 20 may 2020-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Çimen Yakup Şahmettin oğlu 20 may 2020-ci il tarixdən "xxxx" Şirkətinin direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 08 mart 2021-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" Şirkətinin rəsmi saytı olan "xxxx" saytı üzərindən Çimen Yakup Şahmettin oğlu 16 oktyabr 2019-cu il tarixdə Şirkətin direktoru Tolqa Sarıya aşağıdakı məzmunda e-mail məktub göndərilmişdir: “Azerlime” zavodunun açılış işleri ile bağlı yolların boyanması, tüm siloların ve çelik konstriksiyonun boyanması 4.500 ton hazır mehsulun daşınması ve hazır mehsul anbarı konstriksiyonun yıkanıp silinmesi ile alakalı 15.0.2019 tarihinden 15 fehle 10 gün süreli olarak işletmeye icaze vermeyinizi xaiş edirem. (gündelik 1 fehle 5 manatdır)”. Tolqa Sarı tərəfindən həmin e-maile “Uyğundur. Ancak işi bilen olmalı. Boş adamları almayalım” məzmunlu cavab verilmişdir.

5. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" Şirkətinin rəsmi saytı olan "xxxx" saytı üzərindən Avil Qurbanov tərəfindən Çimen Yakup Şahmettin oğlu 02 aprel 2020-ci il, 17 iyun 2020-ci il, 16 noyabr 2020-ci il və 18 noy abr 2020-ci il tarixlərdə “Azerlime” əhəng zavodunda açılış işləri ilə əlaqədar olaraq hazır məhsul anbarında olan əhəng məhsullarının zavodun torpaq ərazisinə daşınması, güclü külək və yağışın təsirindən məhsulların yararsız vəziyyətə düşməsi, malların torpaq ərazidə yığılmağı nəzərə alınmaqla kisələrin də öz keyfiyyətini itirməsi barədə məlumat verilmişdir. 6. "xxxx" Şirkətinin 03 dekabr 2020-ci il tarixli, 412 saylı əmrinə əsasən Şirkətin direktoru Çimen Yakup Şahmettin oğlu 03 dekabr 2020-ci il – 01 yanvar 2021-ci il tarixlərdə Gürcüstan Respublikasına ezam olunmuşdur. 7. "xxxx" Şirkətinin direktoru Çimen Yakup Şahmettin oğlu tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli, 41 M saylı əmrə əsasən Şirkətin direktoruna 2019-2020-ci iş ili üzrə növbəti məzuniyyət hesabına 05 yanvar 202 1-ci ildən 31 yanvar 2021-ci il tarixədək 27 gün müddətinə əmək məzuniyyəti verilmiş, işə başlama tarixi 01 fevral 2021-ci il müəyyən olunmuşdur. 8. "xxxx" Şirkəti tərəfindən Çimen Yakup Şahmettin oğluna ünvanlanmış 06 may 2021ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulması, vəzifə səhlənkarlığı nəticəsində şirkətə külli miqdarda ziyan dəyməsi, təhvil – təslim aparılmaması barədə məlumat verilmiş, izahatın alınması ilə bağlı şirkətə dəvət olunmuş və bildirişin alındığı tarixdən 3 gün ərzində gəlməməsinin izahat verməkdən imtina kimi qəbul olunacağı ilə bağlı xəbərlarlıq edilmişdir. 9. "xxxx" Şirkətinin Daxili Audit şöbəsi və Maliyyə departamenti tərəfindən tər tib olunmuş aktda göstərilmişdir ki, malların zavodun həyətində saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə Çimen Yakup Şahmettin oğluna məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən heç bir tədbir görülməmiş, onun vəzifə səlahiyyətlərini düzgün icra etməməsi nəticəsində Şirkətə dəymiş zərər 648.255,36 manat, həmin məhsullar təkrar emal olunduğu təqdirdə zərərin məbləği 204.977,36 manat təşkil edir. 10. "xxxx" Şirkətinin 08 may 2021-ci il tarixli, 202K saylı əmrinə əsasən Şirkətin direktoru Çimen Yakup Şahmettin oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə ziyan vurması) bə ndinə əsasən xitam verilmişdir. 11. "xxxx" Şirkəti tərəfindən Çimen Yakup Şahmettin oğluna ünvanlanmış 08 may 2021ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiyası məhkəməsindəki icraat

12. İddiaçı "xxxx" Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi, əmək vəzifələrini pozması nəticəsində vurulmuş 204.977,36 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Çimen Yakup Şahmettin oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı, tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına i stinad eetməklə, onunla əsaslandırmışdır ki, cavabdeh işlədiyi dövrdə əmək müqaviləsi üzrə əmək vəzifələrini düzgün icra etməmiş, səhlənkarlığa yol vermiş və bununla da Şirkətə ciddi ziyan vurmuşdur. Belə ki, zavod direktoru və istehsal müdiri kimi cavabdehin əmək müqaviləsi üzrə vəzifələri sırasına istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsal edilməsi, əsas və dövriyyə vəsaitlərində səmərəli istifadənin təmin edilməsi, məhsulun maya dəyərinin aşağı salınmaması, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi üçün illik planların hazırlanması, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, ona tabe olan xidmət istehsal sexinin gündəlik iş nəticələrinin növbə üzrə hesabatlarının qəbul edilməsi daxil olmuşdur. Həmçi nin, direktor kimi cavabdeh digər vəzifələrlə yanaşı istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsalı, istehsalatın texnoloji hazırlığı və texniki cəhətdən yenidən qurulması, xammala, materiala əmək sərfinə qənaət edilməsi, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanması, operativ istehsal planlaşdırılması üçün normativlərin tətbiqinin həyata keçirilməsi, istehsal gedişinə operativ nəzarət, istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsinin təşkil edilməsi, istehsal gedişinin gündəlik ope rativ uçotunun təmin edilməsi, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsulun buraxılışı tapşırığının yerinə yetirilməsi, başa çatmış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edilməsi, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına nəzarət edilməsi vəzifələrini daşımışdır. Cavabdeh, 2019-cu ilin sonunda direktor olduğu Qazax zavodunda hazır məhsul anbarlarında yerləşən məhsullar və kisələrin zavod ərazisində açıq hava şəraitində yığılmasına göstəriş vermiş, zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Nəticədə torpaq səthinin üzərində yığılmış məhsulla r və kisələr açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı cavabdehə dəfələrlə elektron poçt vasitəsi və şifahi qaydada xəbərdarlıq edilmişdir. Belə ki, “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avıl Qurbanov 02 aprel 2020-ci il, 18 noyabr 2020-ci il tarixdə cavabdehə məsələ ilə bağlı məlumat vermiş, lakin sonuncu tərəfindən hər-hansı tədbir görülməmişdir. Cavabdehə baş verənlər barəsində yazılı izahat və bu proseslər barədə elektron yazışmalarını Daxili Audit və Nəzarət şöbəsinə təqdim edilməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yol verilən səhlənkarlıqlar səbəb indən açıq havada yığılmış məhsulların təqribən 70%-i təkrar emala yararlı, 30%-i isə təkrar emala yararsız olmuşdur. Nəticədə “Azerlime” suvaq üçün əhəng 18 kq – 110.770 ədəd, “Azerlime” suvaq üçün əhəng 20 kq – 57.157 ədəd və “Azerlime” söndürülmüş əhəng 20 kq – 57.048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində Şirkətə dəymiş ziyan və əldən çıxmış fayda ilə birlikdə 648.255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305.372,36 manat, əgər 30 %-i təkrar emal olunduğu təqdirdə 204.977,36 manat məbləğində zərər dəymişdir ki, bu ziyanın dəyməsi cavabdehin öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlıdır. Cavabdeh öz əmək funksiyalarını qəsdən yerinə yetirməyərək Şirkətin Qazax zavodunda istehsal edilmiş məhsulların açıq havada saxlanılması ilə müəssisəyə ciddi şəkildə ziyan vurmuşdur.

14. Cavabdeh Çimen Yakup Şahmettin oğlu qarşılıqlı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işəgötürənin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq tutulması, habelə 03 dekabr 2020-ci ildən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üzrə ezamiyyə xərcinin ödənilməsi və ezamiyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə 27 mart 2021-ci il tarixdən b aşlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla həmin ödəncin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, işlədiyi müddətdə heç bir pozuntuya və ya səhlənkarlığa yol verməmiş və bu səbəbdən də barəsində hər hansı intizam tənbehi tədbiri görülməmişdir. Əksinə, yaxşı işlədiyi üçün vəzifədə irəli çəkilərək Şirkətə direktor vəzifəsinə təyin edilmişdir. Başqa işə götürənlə əmək müqaviləsi bağlayaraq, xx.xx.2021-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim etmiş və ona son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Şirkətin təsisçisi Elxan Bəşirov ilk öncə ondan işdən çıxmamağı xahiş etmiş, lakin o, işdən çıxmaqda israrlı ol duğunu bildirdikdə, o, onu cəzalandıracağını və ezamiyə pulunu ödəməyəcəyini bildirmişdir. Daha sonra işdən azad edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri ona verilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin yenə də əmrin surətini əldə edə bilməmişdir. Əmrin surətini işin artıq məhkəmədə baxılması zamanı elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra 18 avqust 2021-ci il tarixdə əldə etmişdir. Həmin əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri ilə mülkiyyətçiyə ziyan vurması əsası ilə xitam verilmişdir. Bununla belə, həm ona qarşı qaldırılmış iddianın, həm də əmrin əsasını işçinin işəg ötürənə ziyan vurması təşkil edir. Bu səbəbdən ilk öncə onun işəgötürənə ziyan vurub-vurmaması aydınlaşdırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin bu məsələni tənzimləyən normalarına əsasən işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurduğu aşkar olunmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Hazırki işdə isə həmin halların heç biri mövcud deyil. Bu səbəbdən ziyanın vurulması ilə bağlı işəgötürənin mülahizələri əsassız hesab edilməlidir. Belə ki, iddiaçı onun şirkətə ziyan vurmasını onunla əsaslandırmışdır ki, güya o, direktor olduğu dövrdə zavodun anbarında olan məhsulun (əhəngin) daşınaraq, açıq hava şəraitində yığılmasına göstəriş vermiş, daha sonra zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, o, Şirkətdə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək istehsalat müdiri vəzifəsində, ondan sonra əmək müqaviləsinə xitam verilənədək direktor vəzifəsində işləmişdir. Qeyd edilən məhsullar isə ölkə rəhbərliyinin zavodun açılışına gəlməsi nəzərə alınmaqla, 2019cu ilin sentyabr ayında açıq əraziyə daşınmışdır. Həmin vaxt Şirkətin müdiri Tolga Sarı olmuş və həm ambarda, həm də zavodun həyətində olan məhsulların açıq əraziyə daşınıb yığılmasına da göstərişi həmin şəxs vermişdir. Lakin sonradan zavodun açılışı təxirə salınmış və açılışın nə vaxt olacağı qeyri-müəyyən olduğundan məhsullar daşındığı yerdə saxlanılmışdır. Nəhayət zavodun açılışı 03 mart 2020-ci il tarixdə baş tutmuşdur. Altı aydan artıq müddətdə yağışlı havada açıq hava şəraitində qalan əhəng artıq daşlayaraq, yararsız hala düşmüşdür. Hətta həmin məhsullar qapalı şəraitdə anbarda saxlansa belə, onun yararlıq müddəti altı ay olduğundan yenə də yararsız məhsul olacaqdır. Bu səbəbdən açılışdan sonra həmin məhsulların geri anbara yığılması ilə bağlı X6 tərəfindən hər hansı göstəriş verilməmişdir. Əslində zavodun açılışından sonra həmin malların anbara geri yığılma sı barədə göstəriş verilə bilməzdi. Belə ki, anbarda yalnız satışa yararlı məhsullar yığılıb oradan birbaşa satışa göndərilirdi. Bu məhsulların anbara geri daşınması aylarla yağışlı havada və nəm şəraitdə qalaraq, yararsız hala düşmüş əhəngin istelakçılara satılması olardı ki, bu da qanunla yolverilməzdir. Beləliklə, göründüyü kimi, məhsulun açıq əraziyə daşınması və altı aydan artıq müddətdə açıq hava şəraitində saxlanılması və bunun nəticəsində yararsız hala düşməsi onun direktor təyin edildiyi xx.xx.2021-ci il tarixədək baş vermişdir. Başqa sözlə, məhsulların açıq havaya daşınması və ya onun geri yığılması ilə bağlı məsələlər onun səlahiyyətində olmamışdır. Bu səbəbdən məhsulların onun təqsiri üzündən yararsız hala düşməsi barədə işəgötürənin qənaəti əsassızdır. İddiaya əlavə edilmiş ya zışmaların məzmunundan göründüyü kimi, işçilər həmin malların hazır məhsul anbarına yığılması barədə tədbir görülməsini deyil, əksinə, təkrar istehsalata yararsız hesab edilərək, anbar qalığından silinməsi barədə tədbir görülməsini xahiş edirlər. O, isə yararsız məhsulların təkrar istehsalata verilməsi göstərişini vermiş və zavoda dəyən zərərin həcmini azaltmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, Şirkət ziyanın əvəzinin ödənilməsini tələb edərkən, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən və işin hallarından göründüyü kimi, məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından başlayaraq, 2020-ci ilin mart ayınadək olan müddətdə baş vermişdir. Tam maddi məsuliyyət haqqında müqavilə isə onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlanmışdır. Bu baxımdan da iddia ərizəsi üzrə tələb edilən maddi ziyanın təmin edilməsi istisna edilir. Bu səbəbdən maddi ziyanın tutulması ilə bağlı iddia əsassızdır. Bundan başqa, o, 04 dekabr 2020-ci il tarixdə Şirkət tərəfindən Gürcüstan Respublikasına ezam olunmuş və 20 mart 2021-ci il tarixədək ezamiyyətdə olmuşdur. Lakin Şirkət tərəfindən ezamiyyə xərci ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əsasən Gürcüstan Respublikası üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. 107 gün ezamiyyətdə olduğuna görə ümum ilikdə ona 15.000 (107 x 140 +20) ABŞ dollar ezamiyyə xərci ödənilməli olduğu halda, bu günədək işəgötürən tərəfindən ödənilməmişdir. Ona görə də həmin məbləğ Şirkətdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, ezamiyyə xərci vaxtında ödənilməməsi səbəbindən gecikdirilən hər gün üçün həmin məbləğin ödənildiyi günədək üzərinə faizlər də hesablanmalıdır. İşəgötürən tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətlər onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən ona dəymiş mənəvi zərər də işəgötürən tərəfindən kompensasiya edilməlidir.

16. İşə əlavə edilmiş 29 avqust 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının adından olan 05 yanvar 2021-ci il tarixli, 41M saylı əmrinin sonunda “Yakup Çimen” yazılarından aşağıdakı imza Yakup Çimen tərəfind ən icra olunmuşdur. İddiaçının direktoru olmuş Çimen Yakup Şahmettin oğlu 03 dekabr 2020-ci ildən 01 yanvar 2021-ci il tarixədək (30 gün, 29 gecə) Gürcüstan Respublikasına ezam olunması nəzərə alınmaqla, ona orada olduğu 29 gecə üçün hesablanmalı olan ezamiyyə xərcləri 4.060 ABŞ dolları (140 ABŞ dolları x 29 gecə), köçürülmüş ezamiyyə xərcləri 4.213 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa, cavabdehə 05 yanvar 2021-ci ildən 31 yanvar 2021-ci il tarixədək 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin yanvar ayında 27 təqvim günü əmək məzuniyyətində olmuş, həmin ay üzrə hesablanmış məzuniyyət haqqı 883,03 manat təşkil edir. Bundan başqa “iş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci il in fevral, mart və aprel ayları üzrə faktiki iş günləri üzrə işləmiş və onun bankda olan əmək haqqı hesabına 2021-ci ilin fevral ayı üzrə 899 manat, mart ayı üzrə 899 manat, aprel ayı üzrə 899 manat əmək haqqı köçürülmüşdür. Cavabdehlə bağlanmış əmək müqaviləsinə 08 may 2021-ci il tarixdə xitam verildiyi nəzərə alınmaqla, ona hesablanmalı olan və hesablanmış son haqq-hesab 1.216,93 manat təşkil edir (istifadə edilməmiş 37 gün əmək məzuniyyətinə görə pul əvəzi). DSMF-yə, tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı tutulmaları nəzərə alınmaqla ödənilməli məbləğ 1.090,99 manat və həmin vəsait işçinin bank hesabına köçürülmüşdür. Beləliklə, bütün qeyd edilənlərə əsasən 03 dekabr 2020-ci ildən 08 may 2021-ci il tarixədək olan müddət üçün işçiyə “iş vaxtının tabeli” məlumatlarına əsasən əmə k haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq – hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür.

17. Birinci instansiya məhkəməsində dindirilmiş ekspert X4 tərtib etdiyi 29 avqust 2022ci il tarixli ekspert rəyini müdafiə etmiş və verilmiş suallara cavab olaraq göstərmişdir ki, cavabdehin ezamiyyətdə olmasının hesablanması üçün əmrlər və əmrlər kitabı araşdırılır. İşçi ezamiyyətdə olubsa ezamiyyətdən qayıdanda ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərlərin məbləğini təsdiq edən avans hesabatı təqdim edilməlidir. Təqdim olunmayıbsa artıq bu məsələdə xüsusi biliyə ehtiyac qalmır. Sadəcə olaraq kalkulyator götürüb hesablamaq lazımdır. Hesablamar da məhz təqdim edilmiş sənədlər əsasında aparılmış və rəy verilmişdir. Məhkəmənin 18 iyun 2022-ci il tarixli məktubu il ə ekspertizaya 20 iyun 2022-ci il tarixli əlavə sənədlər daxil olmuşdur. Təqdim edilmiş əmrə əsasən, cavabdeh 03 dekabr 2020-ci ildən 01 yanvar 2021-ci il tarixə kimi 29 gecə 30 gün müddətində ezamiyyətdə olmuşdur. Vəsaitlərin köçürülməsini təsdiq edən elan məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlarda ezamiyyə xərci olaraq 4.213 ABŞ dollarının köçürülməsi göstərilmişdir. İş materiallarında olan tabel məlumatlarına əsasən, cavabdeh 2021-ci ilin yanvar ayında 1 gün işə çıxmış, sonra isə 05 yanvardan 31 yanvar 2021-ci ilədək 27 təqvim günü məzuniyyətdə olmuşdur. Həmin dövr üçün hesablanmış məzuniyyət haqqı 888 manat, iş günü üzrə hesablanmış əmək haqqı isə 43,48 manat təşkil edir və bu məbləğ Bank vasitəsilə ona ödənilmişdir. Bu barədə işdə hesabdan çıxarış da vardır.

18. Bakı şəhəri Bi nəqədi Rayon məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)265/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilərək, cavabdehdən 204.977,36 manatın tutularaq iddiaçıya ödənilməsi, habelə qarşılıqlı iddianın qismən təmin edilərək, Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət üçün ödənilməmiş ezamiyyə xərcinin iddiaçı tərəfindən hesablanmaqla cavabdehə ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, həm zavodun direktoru, həm də istehsalat şöbəsinin müdiri vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda iddiaçıya heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, iddiaçının rəhbərliyə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür.

20. Digər tərəfdən, həmin məhsulların daşınması ilə bağlı iddiaçının qanuni təmsilçisi cavabdehə hər hansı tapşırıq verməmişdir. Belə ki, ilk olaraq məhz cavabdeh iddiaçının qanuni təmçilçisinə elektron poçt vasitəsi ilə müraciət edərək, zavodun açılışı ilə bağlı 4.500 ton hazır məhsu lun daşınmasına icazənin verilməsini xahiş etmişdir. İddiaçının qanuni təmsilçisi isə tapşırıq deyil, buna razılıq vermişdir. Bu işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı iddiaçının qanuni təmsilçisinə cavabdeh tərəfindən müraciət edilərdi. Başqa sözlə, qeyd edilən vəziyyətdə məhz cavabdeh öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Bu baxımdan qeyd edilən işin cavabdeh tərəfindən görülməsinin fors major halın yaranması ilə bağlı olması barədə fikirlər də əsassızdır. Hər bir halda, fors major (hazırki vəziyyətdə daha düzgün ifadə gücləndirilmiş iş rejimi ifadəsidir) hal yaranmışdırsa da, bu halın bütün zavod heyətinə, o cümlədən hazır məhsul anbarı müdirinə və logistik menecerinə aidiyyəti olmuşdur. Başqa sözlə, zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Cavabdeh də zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir.

21. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin, həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə). Bunu bilmək üçün xüsusi biliyə malik olmağa hər hansı eytiyac yoxdur, sadə məntiqə sığınaraq, bu qənaətə gəlmək olar. Bundan əlavə, cavabdehin özü tərəfindən təqdim edilmiş yazışmadan görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılma sı barədə məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Əhəngin açıq havaya daşınması zamanı artıq yararsız halda olması ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh bu mövqedən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Əhən gin daşınması dövründə aparılmış elektron poçt yazışmalarında belə bir fikir əks olunmamışdır. Hər bir halda hazırda bu mövqedən çıxış edən cavabdeh zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu ildə iddiaçının qanuni təmsilçisi Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq iddiaçının qanuni təmsilçisi Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, cavabdeh buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Lakin göründüyü kimi etməmişdir. İddiaçının qanuni təmsilçisi Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır. O da qeyd olunmalıdır ki, cavabdeh məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir.

22. Lakin təqdim edilmiş şəkillərdən görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə şəklində yığılmışdır. Bununla da zavodun rəhbərliyi nəzarəti altında olan bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini ( xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilib) tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. X9 Şahmet tin oğlu tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, cavabdeh məhkəmədə bildirmişdir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə a id olmadığından cavabdeh zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, “Azerlime” zavodunda istehsal edilməklə 15 oktyabr 2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə m əlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan cavabdehin vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində təsisçiyə maddi ziyan dəymişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi ondan Şirkətin xeyrinə tutulmalıdır.

23. Məhkəmə maddi ziyan məbləğinin tələb edilməsi üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik müddətin ötürülməsini və bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qarşı tərəfin ərizəsi ilə bağlı qeyd etmişdir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yar arsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdeh məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Hazırkı iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddia müddəti tətbiq edilməklə rədd oluna bilməz.

24. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş aktları mötəbər hesab edərək belə qənaətə gəlmişdir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə məhz 204.977,36 manat tutulmalıdır.

25. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh zavod müdiri vəzifəsindən İstehsalat müdiri vəzifəsinə keçirilmiş, 2020-ci ilin may ayında isə iddiaçının qanuni təmsilçisi təyin edilmişdir. Lakin onun məhsulun təkrar istehsalata verilməsi barədə təklifi də artıq 2020-ci ilin noyabr ayına aiddir (bu məsələdə də təşəbbüskar olmamış, ona edilmiş müraciətə uyğun təklif vermişdir). Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən a zı 2020-ci ilin may ayında Şirkətə direktor təyin edildikdən sonra Şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. İlk iddianın təmin edilməsi, Çimen Yakup Şahmettin oğlu ilə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlməyə əsas verir və qarşılıqlı iddianın “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” hissəsində rədd edilməsini şərtləndirir.

26. Məhkəmə, ey ni zamanda qeyd etmişdir ki, əmrin rəsmiləşdirilməsi zamanı da əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, o cümlədən iddiaçı tərəfindən cavabdehə müraciət edilərək, izahat verilməsi (xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli elektron poçt yazışması) təklif edilmişdir.

27. Məhkəmə qarşılıqlı iddia tələbinin “ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh, 03 dekabr 2020-ci ildən 20 mart 2021- ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu və bu müddət üçün ona ezamiyyə xərclərinin ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını iddia etsə də, bu halı təsdiq edə bilməmişdir.

28. Belə ki, cavabdeh rəsmi olaraq, yəni işəgötürənin müvafiq əmrləri ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüst an Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək məzuniyyətdə olmuşdur. Bu dövr üçün ona həm məzuniyyət, həm də ezamiyyət haqqının ödənildiyi, habelə məzuniyyət barədə əmrin onun tərəfindən imzalandığı işdə olan sübutlarla, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən və qəbul edilən ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh ona göndərilən pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Həmin pullar da ona köçürmə yolu ilə iddiaçının müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir. Bu şəxsin eyni zamanda məzuniyyətdə və ezamiyyətdə olması əmək qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. Lakin, cavabdeh 31 yanvar 2021-ci ildən 20 mart 2021-ci il tarixədək Gürcüstan R espublikasına ezam edilməsi rəsmiləşdirilməmişdir. Halbuki, onun bu ölkədə məhz Şirkətin rəhbərliyinin tapşırığı əsasında ezamiyyətdə olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapır. Hər bir halda, bu şəxs bir neçə ay Azərbaycanda, o cümlədən iş yerində olmamış, lakin işə gəlməməyə görə onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Bu da bir daha onun öz xidməti vəzifələrini əsas iş yerindən kənarda icra etməsini təsdiq edir. Hər bir halda, bu hal Şirkət tərəfindən rəsmiləşdirilibrəsmiləşdirilməməsindən asılı olmayaraq, cavabdeh qeyd edilən dövr ərzində Şirkətin işləri ilə bağlı Gürcüstan Respublikasında olmuşdur. Bu səbəbdən də 31 yanvar 2021-ci ildən 20 mart 2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi Şirkət tərəfindən ona ödən ilməlidir.

29. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Gürcüstan Respublikası üzrə ezamiyyə xərcinin 1 günü 140 ABŞ dolları təşkil edir. Lakin nəzərə alınmalıdır ki, Gürcüstan Respublikasında kirayə əsaslarla Şirkətin istifadəsində mənzil mövcuddur. Həmin mənzil məhz bu əsaslarla istifadə edilir (ezamiyyətdə olan əməkdaşların qalması). Bu səbəbdən cavabdehə ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Onun başqa bir yaşayış sahəsi tutması və həmin yaşayış sahəsinə görə hər ay kirayə haqqı ödəməsi (1.500 ABŞ dolları) ezamiyyə xərcinin tam məbləğdə tələb etməsi üçün əsas ola bilməz. Hər bir halda, tərəflər arasında bu məsələnin razılaşdırılması ilə bağlı hər hansı yazışma mövcud deyil. Eyni zamanda, qeyd edilən dövr üçün cavabdehə əmək haqq ı ödənilmişdir, habelə ekspert rəyinə əsasən ona 4.060 ABŞ dolları ezamiyyə xərci ödənilməli olduğu halda, 4.213 ABŞ dolları ödənilmişdir. Qeyd edilən əmək haqqı, habelə artıq ödənilmiş ezamiyyə xərci də ezamiyyə xərcləri ödənilərkən nəzərə alınmalıdır (ödənilən ezamiyyə xərcindən silinməlidir).

30. Eyni zamanda, məhkəmə, qarşılıqlı iddianı “gecikdirilən dövr üçün bir faiz hesablanmaqla ödəncin tutulması” hissəsində əsassız hesab edərək və bu tələbin rədd edilməsi qənaətinə gəlmişdir.

31. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71, 72, 83, 172, 186, 187, 191, 192, 199, 200, 202, 203, 205 və 300-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

32. Ca vabdeh, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2818/2023 nömrəli iş üzrə 2 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov sədrlik edən, məruzəçi, Xəyal Sarıyev və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə kollegiyası mübahisə predmeti olan yararsız hala düşmüş əhəngin 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınması və zavodun açı lışından sonra təkrar anbara geri yığılmaması ilə bağlı səlahiyyətli şəxs olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində “məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayınadək olan müddətdə baş verməsi, tam maddi məsuliyyət haqqında müqavilənin isə cavabdehin direktor təyin edildiyi 20 may 2020-ci il tarixdə bağlanılması, bu baxımdan iddia ərizəsində irəli sürülən maddi ziyan tələbinin istisna edilməsi” qeyd edilsə də, sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də Şirkətin direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqın da müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda Şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, Şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlar verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icrası həmçinin özlüyündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınması nı ehtiva edir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhsulların açıq əraziyə daşınması üçün cavabdeh tərəfindən Şirkətin rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtında təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı Şirkət rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur.

36. Birinci instansiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, bu işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı Şirkətin direktoruna onlar tərəfindən müraciət edilə rdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Cavabdeh zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir.

37. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lak in həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə).

38. Bundan başqa, cavabdehin özü tərəfindən təqdim edilmiş yazışmadan görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarınd a olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Hər bir halda hazırda bu mövqedən çıxış edən cavabdeh zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tol ğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, cavabdeh buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, bu tarixdən xx.xx.2020-ci il tarixədək Şirkətin İstehsalat və Anbarlar Departamentinin direkoru vəzifəsini tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı bir tədbir görməmişdir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun zamanında hər hansı tədbir görməmişdir.

40. Belə ki, 0 2 aprel 2020-ci ildə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat vermiş, lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verilməsini təsdiq edən sübut yoxdur. Yalnız, 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər cavabdehin qeyd olunan məhsulla maraqlanması öz təsdiqini tapmır.

41. Bundan başqa, cavabdeh məhkəmədə bildirmişdir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə bir məsələ ilə b ağlı müraciət etmək səlahiyyəti isə məhz zavodun menecerinə məxsusdur. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olar ki, səlahiyyətlərinə aid olmadığından cavabdeh zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyil. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, “Azerlime” zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan cavabdehin vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunmaması nəticəsində maddi ziyan dəymişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, cavabdehdən zərərin əvəzinin tutulması üçün Əmək Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş hər 3 şərt mövcudd ur yəni, ziyanın həqiqətən vurulduğu aşkardır, cavabdehin əməli- hərəkətsizliyi qanuna ziddir, cavabdeh əmək və tam maddi məsuliyyət haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi– zərər arasında səbəbli əlaqə mövcuddur. Məhz bu şərtlərin mövcud olması cavabdehin maddi məsuliyyətinin yaranmasının əsasını təşkil edir.

44. Apellyasiya şikayətinin digər dəlilləri, yəni iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi və iddiaçının təsisçisi Elxan Bəşirovun 08 may 2021ci il tarixli əmrinə əsasən, mülkiyyətçiyə maddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bu dəlil onunla əsaslandırılır ki, mülkiyyətçi Elxan Bəşirovdur, bu halda maddi ziyanı tələb etmək hüququ da ona (maddi ziyan də yən şəxsə) məxsusdur.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd etmişdir ki, Elxan Bəşirov şirkətin təsisçisidir, zərər isə iddiaçıya vurulmuşdur, yəni, zərərin vurulmasının əsasını məhz Şirkətin mülkiyyətində olan malların yararsız vəziyyətə düşməsi təşkil edir.

46. Apellyasiya şikayətinin digər dəlilini iddianın qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilməsi təşkil edir və cavabdeh zavod müdiri olduğu vaxtda istehsal müdiri vəzifəsi, istehsal müdiri işlədiyi vaxtda isə zavod müdiri olmamışdır, yəni, məhsulların vəziyyəti ilə bağlı həm məsul şəxs, həm də Şirkət rəhbərliyinə məlumat verməli olan şəxs onun özü olmuşdur. Cavabdeh tərəfindən tədbir görülmədiyi, məlumat verilmədiyi halda, zərərin vurulmasını müəyyən etmək mümkün dey il. Buna görə də qanunvericilikdə müddət tətbiqi üçün əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” – yəni, Şirkət rəhbərliyinə zərərin vurulmasının məlum olduğu vaxt hesab olunmalıdır. Birinci instansiya məhkəməsi, bununla bağlı qeyd etmişdir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh belə bir təkliflə bu t arixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında Şirkətə direktor təyin edildikdən sonra Şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. Hazırkı iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq oluna bilməz.

47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir və əmrin rəsmiləşdirilməsi ilə bağlı da iddiaçı tərəfindən hər hansı normanın pozulmasına yol verilməmişdir.

48. Apellyasiya şikayətinin digər dəlili qətnamənin əsaslandırıcı hissəsində cavabdehə ezamiyyə xərci ödənilərkən, qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmasının qeyd olunması ilə bağlıdır. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamənin nəticəvi hissəsində məhkəmə “Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi” iddiaçı tərəfindən hesablanmaqla cavabdehə ödənilsin” qənaətinə gələrkən qalma (yaşama) xərclərinin həmin ödənişdən çıxılması ilə bağlı nəticəyə gəlməmişdir və cümlən in məzmunundan göründüyü kimi ezamiyyə xərcinin ödənilməmiş hissəsinin hesablanması qətnamənin qanuni qüvvəyə mindiyi təqdirdə icra mərhələsində həyata keçirilməli olan prosesdir.

49. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 71.3, 72, 83.2, 172.4, 172.5, 186.2, 187.1, 191.2, 192.1, 193.1, 193.2, 199, 200.1, 200.2, 202.1, 203.1, 203.2, 205.2, 296.5 və 300.1-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

50. Cavabdeh, kassasiya şikayəti verərək (Vəkil1), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarıl masını xahiş etmişdir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)-4026/2023 saylı qərarı ilə (hakimlər Ə.Nurməmmədov (məruzəçi), A.Hüseynov və Z.Babayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi qismən, yəni ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə “əmək müqaviləsinə xitam verilməsi barədə 8 may 2021-ci il tarixli, 202 saylı əmrin ləğv edilməsi, cavabdehin işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə mülki yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

52. Kassasiya ins tansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin məhkədə verdiyi izahatından məlum olur ki, “Qazax Əhəng zavodun”da 2019-cu ilin may ayından etibarən məhsul istehsalı başlanmış, istehsal olunmuş hazır məhsul anbara təhvil verilmişdir. 2019-cu ilin oktyabr ayında anbarda yer olmadığından və dövlət səviyyəsində zavodun açılış mərasiminin keçirilməsi nəzərdə tutulduğundan, hazır məhsulun bir hissəsi zavodun həyətində, açıq hava şəraitində yığılmış və məhsulun açıq havada qalması qısa müddət üçün nəzərdə tutulmuşdur. Lakin zavodun açılış mərasimi xx.xx.2020-ci ildə baş tutduğundan əhəng məhsulları 5 aydan artıq müddətdə açıq havada qalmış, nəticədə istifadəyə yararsız hala düşmüşdür. Məhsulun anbardan çıxarılıb açıq hava şəraitində zavodun həyətində yığılm asında, yığılmanın texniki şərtlərə əməl olunmadan həyata keçirilməsində, məhsulun istifadəyə yararsız vəziyyətə düşməsində cavabdehi təqsirli bilən apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu vəziyyətdən təkcə cavabdeh deyil, həm də Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Şirkətin Loqistika üzrə meneceri, Şirkətin təsisçisi də məlumatlı olmuş, onlar zavodun dövlət səviyyəsində açılışını təşkil etmiş, məhsulun uzun müddət açıq hava şəraitində qalmasının qarşısının alınması üçün tədbirlər görməmişlər.

53. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhsulun cavabdehdən asılı olmayan səbəblərdən, yəni zavodun açılışının təxirə salınması səbəbindən baş verməsini də nəzərə almamışdır. Belə ki, işdən görünür ki, cavabdeh, istifadəyə yararsız vəziyyətə düşən m əhsulların açıq havada saxlandığı müddətdə, yəni 18 mart 2019-cu ildən 01 noyabr 2019-cu il tarixə kimi zavodun direktoru vəzifəsində, 01 noyabr 2019-cu ildən 20 may 2020-c il tarixə kimi zavodun İstehsal müdiri vəzifəsində işləmişdir.

54. Baş vermiş hadisəyə görə cavabdehin zavod direktoru kimi məsuliyyət daşıması qənaətinə gələn məhkəmə kollegiyası məhsul anbardan çıxarılandan sonra onun cəmi 16 gün həmin vəzifədə olmasını diqqətdən qaçırmış, 01 noyabr 2019-cu il tarixdən sonra zavod direktoru vəzifəsini icra edən şəxsin məsuliyyətdən kənarda qalmasını əsaslandırmamış, əgər hər iki halda, yəni cavabdeh həm zavod direktoru, həm də istehsal müdiri kimi məsuliyyət daşımalı idisə, eyni vaxtda onunla bərabər İstehsal müdiri və ya zavod direktoru işləmiş şəxslərin də məsuliyyətdən kənarda qalm asının səbəbləri müəyyən edilməmişdir. 55. “Tam maddi məsuliyyət barədə” müqavilələrə əsasən cavabdehin iddiaçı qarşısında dəymiş zərərə görə məsuliyyət daşıması qənaətinə gələrkən, apellyasiya instansiyası məhkəməsi səhvə yol vermişdir. Belə ki, iş materiallarına görə zavodda istehsal olunmuş hazır məhsulun saxlanmaq və başqa məqsədlər üçün cavabdehə təhvil verilməsi, sonuncunu belə bir öhdəlik götürməsi barədə hər hansı rəsmi sənəd mövcud deyil, hazır məhsul anbara təhvil verilmişdir, cavabdeh anbarda saxlanılan və anbardarın hesabında olan əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə məsul deyil, buna görə maddi məsul şəxs olan anbardar məsuliyyət daşımalıdır.

56. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən qan unla müəyyən edilmiş 1 illik iddia müddətinin ötürülməməsi barədə qənaəti də işin hallarına uyğun olmamışdır. İşdə olan yazışmalardan, xüsusilə zavodun direktor əvəzi Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən 03 iyun 2020-ci il tarixdə tərtib edilmiş akta görə zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Bundan başqa, zavodun dövlət səviyyəsində açılışında iştirak etmiş Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Loqistika üzrə meneceri və Şirkətin təsisçisinin zavodun ərazisində yığılmış hazır məhsulun vəziyyətini görməmələri, onlara bu barədə məlumat verilməməsi də inandırıcı deyil.

57. Apellyasiya instansiyası məhkəməsi, iddia müddətinin axımının vaxtını müəyyən edən zaman göstərilən halları diqqətdən qaçırmışdır. Cavabdeh, məhkəmə iclaslarında verdiyi izahatlarında suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsulların anbar şəraitində saxlama müddətinin 6 aydan çox olmadığını, zavodun ərazisində yığılmış məhsulun istifadə müddətinin keçməsi ilə əlaqədar yararsız hala düşdüyünü göstərmiş və bu məsələnin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdır.

58. Lakin, məhkəmə kifayət qədər əsas olmadan cavabdehin qeyd olunan vəsatətini təmin etməmiş, əhəng və söndürülmüş əhəngin hansı müddətdə yararlı halda saxlanmasının mümkünlüyünü müəyyən etməmişdir.

59. Kassasiya instansiyası məhkəməsi şərh olunan halları nəzərə alaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın təmin olunması gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz, ona görə də qətnamə həmin hissədə ləğv edilməlidir.

60. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin Şirkətin 08 may 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun həmin Şirkətdəki işinə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq onun xeyrinə tutulması barədə qarşılıqlı iddiasının ilk iddianın təmin olunubolunmamasından bilavasitə asılı olduğundan, həmin hissədə də qarşılıqlı iddianın rədd olunması barədə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz. Qarşılıqlı iddia ərizəsində irəli sürülmüş həmin tələblərin əsaslılığı ilk iddia tələbi ilə birlikdə yoxlanılm alıdır, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hissə də ləğv edilməlidir.

61. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin qarşılıqlı iddiasının “ezamiyyə xərclərinin və həmin xərcinin ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanmaqla Şirkətdən onun xeyrinə tutulması barədə” hissəsini qismən təmin etməkdə birinci instansiya məhkəməsi və qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşlar. Məhkəmələr düzgün olaraq cavabdehin Gürcüstan Respublikasında ezamiyyətdə olduğu 31 yanvar 2021-ci ildən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin Şirkət tərəfindən hesablanmaqla cavabdehə ödənilməsini təmin etmiş, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət etmişlər. Bu məsələnin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. Kassasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 71.3, 72, 83.2, 172.4, 172.5, 186.2, 187.1, 191.2, 192.1, 193.1, 193.2, 199, 200.1, 200.2, 202.1, 203.1, 203.2, 205.2, 296.5 və 300.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci i craat 63. “X2” MMC-in xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, Analitik Mərkəzə təqdim edilmiş nümunə üzrə aparılmış fiziki-kimyəvi analizin 03 mart 2025-ci il tarixli raportundan görünür ki, istifadəyə yararsızdır. Propilen kisələrdə qablaşdırılmış, üzərinə sellofan keçirilmiş və paddonlara yığılmış əhəng və sönmüş əhəng məhsulları açıq havada (günəş şüaları, külək və yağış altında) yararlı vəziyyətdə 6 aya qədər saxlanıla bilər. “Azerlaime” suvaq üçün əhəng və “Azerlaime” söndürülmüş əhəng məhsulları “Tikinti əhəngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin və istehsalçının “Azerlaime” əhəng məhlulunun saxlanılmasına dair verilmiş texniki şərtlərinə görə, hidrotasiyalı (söndürülmüş) əhəngin nəmliyi 5%-dən artıq olmamaqla, quru şəraitdə (yəni nəmlikdən qorunan şəraitdə), bir-birinin üstü ndə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər. “Tikinti əhəngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin 6.2-ci bəndinin tələblərinə görə, istehlakçıya göndərildikdən sonra əhəngin zəmanətli saxlama müddəti 30 gündür. Tədqiqata təqdim edilmiş “Əmək müqavilələrinin” (kontraktlarının) və onlara əlavə olunmuş “Tam maddi məsuliyyət haqqında müqavilələrin” şərtlərinə (yəni keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərini işləyib hazırlayır, yüksək keyfiyyətli məhsul istehsalını təmin edir, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və s.) görə, 15 dekabr 2019-cu il tarixdə zavodun açılışı olmadığı üçün məhsulların dərhal təhlükəsiz yerə daşınmasının təşkil edilməsi Şirkətin Qazax əhəng zavodunun direktoru (istehsalat müdiri) olmuş iş üzrə cavabdehin səlahiyyətlərinə daxildir.

64. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-148/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (M.Vəkil3 (sədrlik edən, məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

65. Məhkəmə kollegiyası öz mövqeyini icraat zamanı alınmış ekspert rəyinə istinadən onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar məhkəmədə sübuta yetirilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də Şirk ətin direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, iddiaçıya heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, iddiaçının rəhbərliyinə vaxtlıvaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icrası həmçinin özlüy ündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınmasını ehtiva edir. Həmçinin məhsulların açıq əraziyə daşınması üçün cavabdeh tərəfindən iddiaçının rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtında təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı iddiaçının rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur.

66. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilmiş işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı Şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Cavabdeh də zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydi yyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə).

67. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Lakin təqdim edilmiş şəkillərdən görünür ki, əhəng kisələri üstüstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 oktyabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra bu tarixdən 20 may 2020-ci il tarixədək Şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direktoru vəzifəsini (01 noyabr 2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında h ər hansı tədbir görməmişdir.

68. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avil Qurbanov cavabdehə elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. Lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, cavabdeh bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər cavabdehin qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmamışdır.

69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarında n görünür ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün ol an məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra Şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi.

70. İşin hallarından müəyyən edilir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Şirkət isə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da, müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir.

71. Məhkəmə kollegiyası, ilk iddia üzrə iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı Ali Məhkəmənin Mülki kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 28 noyabr 2023-cü il tarixli qərarında əks olunmuş mövqeyə uyğun olaraq iş üzrə araşdırma apararaq müəyyən etmişdir ki, zavodun direktor əvəzi olmuş Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən 03 iyun 2020-ci il tarixdə akt tərtib edilərək, aktda qeyd edilmişdir ki, zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Təbiidir ki, həmin akt Şirkətin rəhbərliyinin diqqətinə çatdırlmışdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin dövrdə (08 may 2021-ci il tarixədək) Şirkətin rəhbəri (direktoru) məhz cavabdeh özü olmuşdur və onun Şirkətin adından özünə qarşı iddia qaldırmaması anlaşılandır.

72. İşin hallarından həmçinin müəyyən edilmişdir ki, Şirkətin təsisçisi (mülkiyyətçisi) cavabdeh tərəfindən Şirkətə ziyanın vurulmasını cavabdeh ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ərəfəsində, yəni Daxili Audit və Nəzarət Şöbəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə təqdimat verdikdən sonra məlum olmuş və yalnız bundan sonra Şirkət ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir.

73. Cavabdeh, Şirkətin bildirdiyi məbləği mübahisələndirmir, çünki onun mövqeyinə görə Şirkətin iddiası tamamilə əsassızdır. Buna baxmayaraq vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə ilk iddianın rədd edilməsi üçün əsaslar olmadığından məhkəmə kollegiya sı cavabdehdən Şirkətin xeyrinə tutulmalı olan məbləğlə bağlı qeyd etmişdir ki, Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində Şirkətə 204.977,36 manat zərər dəymişdir. Həmin aktları sübhə altına ala biləcək sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

74. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, Rayon Məhkəməsi həmin aktları etibarlı sübut kimi qəbul etməkdə və aktlar əsasən cavabdehdən Şirkətin xeyrinə həmin məbləğin tutulmasını qət etməkdə haqlı olmuşdur.

75. İlk iddianın əsaslı olması qənaətinə gəlmiş məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ilk iddia tələbinin əsaslılığından asılı olan cavabdehin qarşılıqlı iddiasının apellyasiya baxışının predmeti olan hissəsinin rədd edilməsi barədə Rayon M əhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğundur.

76. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 29 avqust 2022-ci il tarixli, 4/860-9/4136 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Şirkət, onunla cavabdeh arasında bağlanmış “Əmək müqaviləsinə” əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Əmrin verilməsi zamanı Əmək Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmir. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Şirkət tərəfindən verilmiş əmrin ləğv edilməsi, cavabdehin işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə Şirkətdən cavabdehin xeyrinə pulun tutulması üçün əsaslar yoxdur. Rayon Məhkəməsi bu tələbləri təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsi nin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

77. Bundan əlavə, yuxarıda qeyd edilən sübutlara əsasən həmçinin müəyyən edilir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianın “ezamiyyə xərclərinin ödənilməsi barədə” hissəsinin bir qismini təmin etməməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh Şirkətin əmrinə əsasən 03 dekabr 2020-ci ildən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə, 05 yanvar 2021-ci ildən 31 yanvar 2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Məzuniyyət barədə əmr onun tərəfindən imzalanmışdır. Cavabdeh, ona ezamiyyə xərclərinin Şirkət tərəfindən ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş dir. Qeyd edilən məzuniyyət və ezamiyyət haqqının Şirkət tərəfindən cavabdehə ödənilməsi işdə olan sənədlərdən və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh, ona göndərilmiş pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin pullar cavabdehə köçürmə yolu ilə Şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir.

78. Buna görə də qəbul edilməlidir ki, qarşılıqlı iddianın müzakirə edilən bu hissəsi əsaslı deyil. Rayon Məhkəməsi eyni əsasla bu tələbi təmin etməməklə iş üzrə əsaslı nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.

79. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71.2, 71.3, 72, 83.2, 172.4, 172.5, 186.2, 187.1, 191.2, 192.1, 193.1, 193.2, 199, 200.1, 200.2, 202.1, 203.1, 203.2, 205.2, 296.5 və 300.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

80. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

81. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 20 may 2020-ci il tarixli əmək müqaviləsinə 18 mart 2019-ci il və 01 noyabr 2019-cu il tarixli əmək müqavilələri əsasında zavod müdiri və istehsalat müdiri vəzifələrində işlədi yi dövrdə baş verən hadisəyə görə xitam verilmişdir. Halbuki, təsisçi ilə direktor arasında bağlanmış 20 may 2020-ci il tarixli əmək müqaviləsi əvvəlki əmək müqavilələri əsasında yaranmış əmək münasibətlərindən irəli gələn pozuntulara görə ləğv edilməsi yolverilməzdir. Bundan əlavə, məhkəmə əhəng kisələrinin üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmasını əsas gətirərək icranın qüsurlu olması qənaətinə gəlmiş və səhvə yol vermişdir. Belə ki, məhkəmənin özünün mötəbər sübut kimi yanaşdığı mütəxəssis rəyinin 5-ci səhifəsinin 3cü abzasında qeyd edilmişdir ki, “…tədqiqata təqdim edilmiş fotoşəkillərdən və videoçəkilişlərdən görünür ki, əhəng məhsulu açılmamış kisələrdə, taxta paletlərin üzərində, üst-üstə 2 ədəd palet, yəni üst-üstə 20 ədəd (hər paletdə 10 ədəd olmaqla) açıq havada yığılmışdır…”. Göründüyü kimi, əhəng məhsulları açıq hava şəraitində yığılarkən hər paletin üzərinə 10 kisə yığılmışdır. Belə ki, açıq ərazidə kifayət qədər yer olmadığı və daha çox yer tutmaması üçün hər paletin üzərinə 10 kisə yığılmış, onun üzərinə yenə palet əlavə edilərək həmin paletin də üzərinə 10 kisə məhsul yığılmışdır. Nəticə etibarilə üstüstə ancaq 10 kisə əhəng olmuşdur. Məhkəmə isə bunu 20 kisə üst-üstə yığılma kimi qəbul edərək işin hallarını təhrif etmişdir. Hər paletin üzərinə üst-üstə 10 kisənin yığılmasını iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən də asanlıqla müəyyən etmək mümkündür. Bundan əlavə, məhkəmənin mötəbər hesab etdiyi mütəxəssis rəyinin nəticə hissəsində 1 və 2-ci suallara cavab verilərək əhəng məhsullarının qapalı şəraitdə saxlanılması zamanı 10 kisə üst-üstə yığılması şərti göstərilsə də, açıq ərazidə saxlanılan əhəng məhsulu üçün belə bir yığılma qaydası göstərilməmişdir. Belə ki, həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, “..Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəzi”nə təqdim edilmiş nümunə üzrə aparılmış fiziki-kimyəvi analizin 03 mart 2025-ci il tarixli raportundan görünür ki, analizə təqdim olunmuş nümunə daşlaşmış formadadır, nəmliyi 6.2% olduğuna görə istifadəyə yararsızdır. Propilen kisələrdə qablaşdırılmış, üzərinə salafan keçirilmiş və paddonlara yığılmış əhəng və sönmüş əhəng məhsulları açıq havada (günəş şüaları, külək və yağış altında) yararlı vəziyyətdə 6 (altı) aya qədər saxlanıla bilər. “Azərlaime” suvaq üçün əhəng və “Azərlaime” söndürülmüş əhəng məhsulları“Tikinti əhə ngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin və istehsalçının “Azərlaime” əhəng məhsulunun saxlanılmasına dair verilmiş texniki şərtlərinə görə, hidrotasiyalı(söndürülmüş) əhəngin nəmliyi 5%-dən artıq olmamaqla, quru şəraitdə (yəni nəmlikdən qorunan şəraitdə), birbirinin üstündə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər. “Tikinti əhəngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin 6.2. bəndinin tələblərinə görə, istehlakçıya göndərildikdən sonra əhəngin zəmanətli saxlama müddəti 30 gündür...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ilk iddia üzrə iddiaçının xeyrinə olan hissələrdə rəydə göstərilənləri nəzərə alsa da, əleyhinə olan məqamlarda isə görməzlikdən gələrək işin hallarını təhrif etmişdir. Söndürülmüş əhəng məhsullarının açıq ərazidə rütubətli şəraitdə yararlı vəziyyətdə saxlanılması mümkün d eyildi. Bu səbəbdən iddiaçı şirkətin rəsmi internet səhifəsində söndürülmüş əhəng məhsulunun ancaq qapalı şəraitdə saxlanılması qaydası və müddəti göstərilmişdir. Yəni ki, əslində açıq və rütubətli hava şəraitində onun necə yığılmasının heç bir əhəmiyyəti yoxdur. Başqa sözlə, yararlı qalması üçün üstə-üstə 10 kisə yığılması ancaq qapalı şərait üçün nəzərdə tutulmuş yığılma qaydasıdır. Bundan başqa, kisələr açıq hava şəraitinə 15 oktyabr 2019-cu il də daşınmış, 01 noyabr 2019-cu il tarixdə isə cavabdeh istehsalat müdiri vəzifəsinə təyin edilmiş və həmin vaxtdan 20 may 2020-ci il tarixədək o, əhəng məhsullarının istehsalı ilə bağlı əmək funksiyalarını icra etmişdir. İstehsalat müdiri vəzifəsini icra edərkən onun zavod içərisində istehsalatdan başqa digər işləri, o cümlədən açıq ərazidə yığıl mış kisələrlə bağlı tədbir görmək səlahiyyəti olmamışdır. İşdən görünür ki, kisələr açıq əraziyə daşınandan sonra o, zavod müdiri vəzifəsində 16 gün olmuşdur. Ona görə də zavodun açılışı təxirə salındıqdan sonra 20 may 2020-ci il tarixədək hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən bu mənzərəni gördüyü halda cavabdehin kisələrin başqa yerə daşınması və ya salatmatlığının təmin olunması üçün hər hansı tədbir görəməməsi və bu hərəkətəsizliyin nəticəsində ziyan dəyməsi barədə apellyasiya məhkəməsinin qənaəti tamamilə səhvdir. Həmçinin, məhkəmə bu mövqeyini açıqlayarkən cavabdehin 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən 20 may 2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direktoru vəzifəsini tutduğunu və bunu 01 noyabr 2019-cu il tarixli əmrdən müəyyən etdiyini göstərmişdir. Məhkəmə iş üçün çox əhəmiyyətli olan bu halı da bilə-bilə təhrif etmişdir. Belə ki, həmin əmrin məzmunu belədir: “...cavabdeh 01 noyabr 2019-cu il tarixdən iddiaçının İstehsalat və Anbarlar Departamentinin Zavod Direktoru Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən İstehsalat şöbəsinə İstehsalat müdiri vəzifəsinə keçirilsin...”. Göründüyü kimi, məhkəmənin özünün istinad etdiyi əmrdə açıq və anlaşılan, heç bir qeyri-müəyyənlik yaratmayan tərzdə cavabdehin İstehsalat şöbəsinə İstehsalat müdiri vəzifəsinə təyin edilməsi göstərilmişdir. Bununla bərabər 01 noyabr 2019-cu il tarixli əmək müqaviləsi, əmək müqaviləsinin qeyd alınması bildirişi və tam maddi məsuliyyət müqaviləsində də cavabdehin vəzifəsi istehsalat müdiri kimi göstə rilmişdir. Görünür, məhkəmə öz mövqeyini əsaslı etmək üçün əmrin məzmununu təhrif etmişdir. Halbuki, nəzərə almamışdır ki, hətta əmrin məzmununda elə yazılsaydı belə, işçinin vəzifəsi və əmək funksiyaları birətərəfli qaydada işəgötürən tərəfindən tərtib edilmiş əmr əsasında deyil, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtləri əsasında müəyyənləşdirilir. 01 noyabr 2019-cu il tarixli əmək müqaviləsində cavabdehin əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının içərisində ancaq istehsalatla bağlı öhdəliklər müəyyən edilmiş və cavabdehin hazır məhsul anbarında olan və ya oradan çıxarılan malları qorumaq və onların salamatlığını təmin etmək kimi vəzifə öhdəliyi olmamışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, məhsullar hazır məhsul anbarından çölə daşınan zaman Şirkətin direktoru Tolga Sarı (onun razılığı ilə daşınmış), zavodun açılışından sonra 2020-ci ilin mart ayında şirkətin direktoru Fuad Bəşirli qeyd olunan mübahisəli məsələlər üzrə tam səlahiyyətli (qərarverici) şəxslər olmasına baxmayaraq, məhkəmələr nədənsə qeyd olunan məsələlərin kimin səlahiyyətində olmasını müəyyən edərkən onları araşdırmadan kənarda saxlamış və iddianın düzgün olmayan şəxsə yönəlməsinə diqqət yetirməmişdir. Başqa sözlə, məhsulların yararsız hala düşdüyü dövrdə həmin məhsullar barədə qərarlar qəbul etmək səlahiyyətinə malik şəxslər Tolqa Sarı və Fuad Bəşirli olduğuna görə ziyan həmin şəxslər tərəfindən vurulmuş və bu iddiaya cavab verməli olan şəxslər də onlardır. Bundan başqa, işin mübahisəsiz halıdır ki, sözügedən məhsullar məhz zavodu n açılışı üçün rəhbərliyin razılığı ilə çölə daşınmış və zavod açılış üçün hazır vəziyyətə gətirilmişdir. Açılışın təxirə salınması səbəbinə görə 2020-ci ilin mart ayınadək həmin məhsulları hazır məhsul anbarına geri yığmaq mümkün olmamışdır. Açılışdan sonra isə məhsullar artıq yararsız hala düşmüşdür. Çünki, quru şəraitdə saxlanılmasının maksimum müddəti 6 ay olan və 5 ay müddətində açıq hava şəraitində yağışın altında qalan məhsulun yararsız hala düşəcəyini rəhbərlik də bilirdi və ona görə açılışdan sonra da həmin məhsulların hər hansı yerə daşınması barədə şirkətin direktoru Fuad Bəşirli göstəriş verməmiş, ümumiyyətlə bununla bağlı heç kəsə, o cümlədən cavabdehə irad tutulmamışdır. Dövlət başçısının iştirak edəcəyi tədbir olduğuna görə bütün bu proseslər şirkətin təsisçisi Elxan Bəşirli nin (mülkiyyətçinin) nəzarətində baş vermiş, o da həmin məhsulların yararsız hala düşdüyünü bilmiş, onun tərəfindən cavabdehə heç bir irad bildirməmiş, əksinə yaxşı işlədiyi üçün cavabdehi vəzifədə irəli çəkərək şirkətə direktor vəzifəsinə təyin etmiş, hətta Gürcüstanda açılan zavodun da qurulmasını ona həvalə etmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb edən bu dəlil üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 28 noyabr 2023cü il tarixli qərarında qeyd edilmişdir ki, “... apelyasiya məhkəməsi nəzərə almamışdır ki, bu vəziyyətdən təkcə cavabdeh deyil, həm də iddiaçı Şirkətinin direktoru, bu sahəyə cavabdeh olan şirkətin Logistika üzrə meneceri, Şirkətin təsisçisi də məlumatlı olmuş, onlar zavodun dövlət səviyyəsində açılışını təşkil etmiş, məhsulun uzun müddət açıq hava şəraitində qalmasının qar şısının alınması üçün tədbirlər görməmişlər...” Göründüyü kimi, əsas səlahiyyətli şəxslər, yəni direktor və təsisçi məhsulların açıq havada qalmasını bildiyi halda, bununla bağlı tədbir görülməsi üçün hər hansı göstəriş verməmişlər. Apellyasiya instansiyası məhkəməsi göstərir ki, “... 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avil Qurbanov cavabdehə elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. Lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur...” Halbuki, məhkəmə nəzərə almamışdır ki, həmin vaxt Çimen Yakup Şahmettin oğlu istehsal müdiri vəzifəsini icra etmiş və onun mübahisə predmeti olan məhsullara dair hər hansı tədbir görməsi, onların təkrar is tehsala göndərilməsi və s. bu kimi hərəkətlər etməsi barədə səlahiyyəti olmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi həm də qeyd edir ki, “... yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, cavabdeh bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər cavabdehin qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır...” Əslində məhkəmənin qeyd etdiyi bu faktlar açıq-aşkar göstərir ki, cavabdeh öz əmək funksiyalarının icrasında heç bir pozuntuya yol verməmiş, əksinə, özündən əvvəlki şirkət direktorlarından fərqli olaraq mübahisə predmeti olan məhsullarla bağlı tədbirlərin görülməsində maksimum məsuliyyətli davranmışdır. Belə ki, 02 aprel 2020-ci il tarixdə Avil Qurbanov tər əfindən cavabdehə mübahisə predmeti olan məhsullara dair tədbirlərin görülməsi haqqında müraciət edilərkən o, istehsalat müdiri olması ilə əlaqədar olaraq səlahiyyətli olmadığına görə heç bir tədbir görməsə də, 2020-ci ilin noyabr ayında, şirkət rəhbəri olarkən həmin məhsulların təkrar istehsala göndərilməsi barədə tədbirlər görmüşdür. Yəni, mübahisələndirilən zərər cavabdehdən daha öncə şirkət rəhbəri olmuş şəxslərin öz əmək funksiyalarını məsuliyyətsiz icra etməsinin nəticəsi olmuşdur. Qeyd edilən məsələ üzrə apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmələrin səhvini təkrar etmiş, heç bir araşdırma aparmamış, əksinə qeyri-adi mövqe sərgiləyərək qeyd etmişdir ki, istehsalat müdiri olarkən də, zavod müdiri olarkən də, şirkətin direktoru olarkən də şirkətdə yararsız hala düşən məhsulla ra görə məsuliyyəti ancaq cavabdeh daşımışdır. Bu isə nə qanunvericiliyə, nə əmək müqaviləsinin şərtlərinə, nə də ki məntiqə uyğun hesab edilə bilməz. Cavabdeh onu da qeyd etmişdir ki, işçi və işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hazırkı işdə işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılsa da, yararsız hala düşmüş məhsullar saxlanmaq və ya digər məqsədlər üçün cavabdehə təhvil verilməmiş və onun isə həmin məhsulların salamatlığını təmin etmək öhdəliyi olmamışdır. Halbuki, əmək qanunvericiliyinə görə, ziyan vurulan əmlaka görə işçi o halda tam maddi məsuliyyət daşıya bilər ki, həmin əmlak saxlanmaq və digər məqsədlər üçün işçiyə təhvil verilmiş olsun. Həmçinin, apellyasiya məhkəməsi bu məsələ ilə bağ lı kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini də nəzərə almamışdır. Halbuki, daha əvvəl bu işə baxan Ali Məhkəmənin Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...tam maddi məsuliyyət barədə müqavilələrə əsasən də cavabdehin iddiaçı şirkət qarşısında dəymiş zərərə görə məsuliyyət daşıması qənaətinə gələrkən də apellyasiya məhkəməsi səhvə yol vermişdir. İş materiallarına görə zavodda istehsal olunmuş hazır məhsulun saxlanmaq və başqa məqsədlər üçün cavabdehə təhvil verilməsi, sonuncunu belə bir öhdəlik götürməsi barədə hər hansı rəsmi sənəd mövcud deyil, hazır məhsul anbara təhvil verilmişdir, cavabdeh anbarda saxlanılan və anbardarın hesabında olan əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə məsul deyil, buna görə maddi məsul şəxs olan anbardar məsuliyyət daşımalıdır...”. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin məcburi sayılan göstərişini nəzərə almaq əvəzinə, məhz istədiyi qərarı çıxarmaq üçün özünün həll etməli olduğu hüquqi sualı (15 oktyabr 2019-cu il tarixdə zavodun açılışı olmadığı üçün məhsulların dərhal təhlükəsiz yerə daşınmasının təşkil edilməsi Şirkətin Qazax əhəng zavodunun direktoru (müdir) Çimen Yakup Şahmettin oğlunun səlahiyyətlərinə daxildirmi?) qeyri-hüquqşünas mütəxəssisə ünvanlamış və sonda isə həmin mütəxəssisin müqavilələr əsasında gəldiyi nəticəsinə istinad etmişdir. Həmçinin, maraqlı məqam odur ki, kassasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsindəki mövqelərlə razılaşmayaraq çölə daşınan məhsulların anbardarın hesabında olan əmlak olmasın ı qeyd edib əsaslandırdığı halda, apellyasiya instansiyası məhkəməsi yenidən o məsələyə hüquqi qiymət verərkən yenə kassasiya instansiyası məhkəməsinin razılaşmadığı mövqeni təkrarlayaraq “anbardar” sözünün təhlili ilə mövqeyini əsaslandırmağa çalışmışdır. Kassasiya şikayətinin digər dəlilinə görə, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...apellyasiya instansiyası məhkəməsinin Şirkət tərəfindən qanunla müəyyən edilmiş 1 ililk iddia müddətinin ötürülməməsi barədə qənaəti də işin hallarına uyğun olmamışdır. İşdə olan yazışmalardan, xüsusilə zavodun direktor əvəzi Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən 03 iyun 2020-ci il tarixdə tərtib edilmiş akta görə zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Bu ndan başqa zavodun dövlət səviyyəsində açılışında iştirak etmiş Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Loqistika üzrə meneceri və Şirkətin təsisçisinin zavodun ərazisində yığılmış hazır məhsulun vəziyyətini görməmələri, onlara bu barədə məlumat verilməməsi də inandırıcı deyil. Məhkəmə iddia müddətinin axımının vaxtını müəyyən edən zaman göstərilən halları diqqətdən qaçırmışdır...”. Yenidən işə baxan apellyasiya instasiyası məhkəməsi yuxarı məhkəmənin mövqeyini və göstərişlərini nəzərə almamış və apellyasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyini təkrarlayaraq qeyd etmişdir ki, “...zavodun direktor əvəzi olmuş Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən 03 iyun 2020-ci il tarixdə akt tərtib edilərək aktda qeyd edilmişdir ki, zavodun ərazisində yığıl mış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Təbiidir ki, həmin akt Şirkətin rəhbərliyinin diqqətinə çatdırlmışdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin dövrdə (08 may 2021-ci il tarixədək) Şirkətin rəhbəri (direktoru) məhz cavabdeh özü olmuşdur və onun Şirkətin adından özünə qarşı iddia qaldırmaması anlaşılandır. İşin hallarından da müəyyən edilir ki, Şirkətin təsisçisi (mülkiyyətçisi) cavabdeh tərəfindən Şirkətə ziyanın vurulmasını cavabdeh ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ərəfəsində, yəni Daxili Audit və Nəzarət Şöbəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə təqdimat verdikdən sonra məlum olmuş və yalnız bundan sonra Şirkət ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir...”. Apellyasiy a instansiyası məhkəməsinin bu mövqeyindən açıq-aşkar görünür ki, məhkəmə işi birtərəfli aparmış və hüquqi qiyməti ona uyğun vermişdir. Hər hansı bir ağlabatan açıqlaması olmadığına görə məhkəmə kassasiya instansiyası məhkəməsinin “zavodun dövlət səviyyəsində açılışında iştirak etmiş Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Loqistika üzrə meneceri və şirkətin təsisçisinin zavodun ərazisində yığılmış hazır məhsulun vəziyyətini görməmələri, onlara bu barədə barədə məlumat verilməməsi də inandırıcı deyildir” mövqeyinə ümumiyyətlə münasibət bildirməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, məhsullar çölə daşınarkən şirkətin rəhbəri direktor Tolqa Sarının razılığı ilə daşınmış, yəni həmin vaxt şirkət rəhbəri bundan məlumatlı olmuşdur. Çöldə, açıq hava şəraitində saxlanılan məhsulla rın yararsız hala düşəcəyi bu sahənin mütəxəssisi olan direktor Tolqa Sarıya məlum idi (açılışa görə məcburiyyətdən daşınmışdı). Sonradan 2019-cu ilin dekabr ayında direktor təyin edilən Fuad Bəşirli şirkəti təhvil alarkən məhsullar açıq hava şəraitində olmuşdur. X6 şirkəti təhvil alarkən mövcud vəziyyəti görmüş və bilmişdir və ya ən azından bilməli olmuşdur. Çünki, şirkəti təhvil alan direktorun şirkətin mövcud vəziyyətinin necə olmasını öyrənmək və hansı vəziyyətdə təhvil aldığını bilmək öhdəliyi olmuşdur. Bir sözlə, direktor Tolqa Sarı çöl şəraitində yararsız hala düşəcəyini bilə-bilə əhəngin açıq havaya daşınmasından, sonradan direktor təyin edilən Fuad Bəşirli isə əhəng məhsullarının 2 aydan artıq müddətdir ki, çöldə yağışlı və küləkli hava şəraitində saxlanılmasından məlumatlı olmuşd ur. Bundan əlavə, zavodun açılışı ölkə başçısının iştirakı ilə keçiriləcəyinə görə həm X6, həm də təsisçi Elxan Bəşirli açılışa qədər hazırlıqla əlaqədar dəfələrlə zavodda olmaları, vəziyyəti təftiş etmələri, 03 mart 2020-ci il tarixdə zavodun açılışı zamanı hər ikisinin zavodun açılışında iştirak etməsinə görə hər ikisinin də məhsulların çöldə açıq hava şəraitində yığılmasını, hətta onların yararsız hala düşməsini görməsi və bilməsi istisna oluna bilməz. Əgər hər hansı işçinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı və özbaşına hərəkəti nəticəsində kifayət qədər böyük həcmə malik 4500 ton məhsulun yararsız hala düşməsini görən rəhbərlik ən geci zavodun açılışı ərəfəsində öz hüquqlarının pozulmasını bilməli idi. Çünki, şirkətin özünün rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əh əng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Zavodun açılış tarixində artıq 5 ay idi ki, məhsullar açıq havada, yağışın, küləyin altında saxlanılırdı və Fuad Bəşirli də həmin məhsulların satışa yararlı olmadığını bilirdi. Odur ki, açılışdan sonra həmin məhsulların geri yığılması barədə Fuad Bəşirlinin göstəriş verməməsi də məhsulların yararsız hala düşməsi və onun nəticələrinin rəhbərlik tərəfindən də qəbul edilməsini göstərir. Göründüyü kimi, zavodun açılışı ilə əlaqədar hər kəsin görə biləcəyi yerdə çölə yığılan bu qədər böyük həcmdə məhsulun yararsız hala düşməsini şirkət rəhbərliyinin görməməsi və bilməməsi qətiyyən mümkün deyildir. Buna baxmayaraq apellyasiya məhkəməsi rəhbərliyin bundan məlumatsız olmasının nə dərə cədə ağlabatan olmasını araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya məhkəməsi aşağıda qeyd olunanları da nəzərə almamışdır. Belə ki, iddiaçı şirkətlə cavabdeh arasında üç dəfə əmək müqaviləsi bağlanmışdır. 18 mart 2019-cu il tarixli əmək müqaviləsi ilə “zavod müdiri” vəzifəsinə, 01 noyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə “istehsalat müdiri” vəzifəsinə, 20 may 2020-ci il tarixli əmək müqaviləsi ilə “şirkətin direktoru” vəzifəsinə təyin edilmişdir. İddiaçı isə cavabdehin “zavod müdiri” vəzifəsində işlədiyi dövrdəki hərəkətləri (16 oktyabr 2019-cu il tarixdə məhsulların çölə yığılması) nəticəsində iddiaçıya zərər vurulduğunu iddia edir. Lakin, işdən göründüyü kimi, həmin hərəkətlərdən sonra cavabdeh 01 noyabr 2019-cu il tarixli əmək müqaviləsi ilə isteh salat müdiri vəzifəsinə, 20 may 2020-ci il tarixli əmək müqaviləsi ilə şirkətin direktoru vəzifəsinə təyin edilmişdir. Bu zaman cavabdehlə həm yeni əmək müqavilələri, həm də tam maddi məsuliyyət haqqında müqavilələr bağlanılmışdır. Tam maddi məsulyyət haqqında müqavilələrin 2-ci bəndinin “v” yarımbəndində göstərilmişdir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən maddi ziyan tələbi ilə bağlı 1 illik iddia müddətinin ötürülməsi dəlilinə də düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qanunvericilikdə müddət tətbiqi üçün əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” nəzərə alınmalı olmasını göstərsə də, “bilməli olduğu vaxtı”, yəni şirkət rəhbərliyinə ziyanın vurulmasının məlum olduğu vaxtı düzgün müəyyən etməmişdir. Belə ki, məhsullar çölə daşınarkən şirkətin rəhbəri direktor Tolqa Sarının razılığı ilə daşınmış, yəni həmin vaxt şirkət rəhbəri bundan məlumatlı olmuşdur. Çöldə, açıq hava şəraitində saxlanılan məhsulların yararsız hala düşəcəyi bu sahənin mütəxəssisi olan direktor Tolqa Sarıya məlum idi. Sonradan 2019-cu ilin dekabr ayında direktor təyin edilən Fuad Bəşirli şirkəti təhvil alarkən məhsullar açıq hava şəraitində olmuşdur. X6 şirkəti təhvil alarkən mövcud vəziyyəti görmüş və bilmişdir və ya ən azından bilməli olmuşdur. Çünki, şirkəti təhvil alan direktorun şirkətin mövcud vəziyyətinin necə olmasını öyrənmək və hansı vəziyyətdə təhvil aldığını bilmək öhdəliyi olmuşdur. Bir sözlə, direktor Tolqa Sarı çöl şəraitində yararsız hala düşəcəyini bilə-bi lə əhəngin açıq havaya daşınmasından, sonradan direktor təyin edilən Fuad Bəşirli isə əhəng məhsullarının 2 aydan artıq müddətdir ki, çöldə yağışlı və küləkli hava şəraitində saxlanılmasından məlumatlı olmuşdur. Bundan əlavə, zavodun açılışı ölkə başçısının iştirakı ilə keçiriləcəyinə görə həm X6, həm də təsisçi Elxan Bəşirli açılışa qədər hazırlıqla əlaqədar dəfələrlə zavodda olmaları, vəziyyəti təftiş etmələri, 03 mart 2020-ci il tarixdə zavodun açılışı zamanı hər ikisinin zavodun açılışında iştirak etməsinə görə hər ikisinin də məhsulların çöldə açıq hava şəraitində yığılmasını, hətta onların yararsız hala düşməsini görməsi və bilməsi istisna oluna bilməz. Əgər hər hansı işçinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı və özbaşına hərəkəti nəticəsində kifayət qədər böyük həcmə malik 4.500 ton məhsulun yararsız hala düşməsini görən rəhbərlik ən geci zavodun açılışı ərəfəsində öz hüquqlarının pozulmasını bilməli idi. Çünki, şirkətin özünün rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, birbirinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Zavodun açılış tarixində artıq 5 ay idi ki, məhsullar açıq havada, yağışın, küləyin altında saxlanılırdı və Fuad Bəşirli də həmin məhsulların satışa yararlı olmadığını bilirdi. Odur ki, açılışdan sonra həmin məhsulların geri yığılması barədə Fuad Bəşirlinin göstəriş verməməsi də məhsulların yararsız hala düşməsi və onun nəticələrinin rəhbərlik tərəfindən də qəbul edilməsini göstərir. Göründüyü kimi, zavodun açılışı ilə əlaqədar hər kəsin görə biləcəyi yerdə çölə yığılan bu qədər böyük həcmdə məhsulun yararsız hala düşməsini şirkət rəhbərliyinin görməməsi və bilməməsi qətiyyən mümkün deyildir. Bundan başqa, iddia ərizəsində və məhkəmənin mötəbər sübut kimi istinad etdiyi aktlarda guya zavodun rəsmi açılışından sonra rəhbərlik tərəfindən cavabdehə məhsulların geri daşınması barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən ekspertizanın keçirilməsi üçün nümunənin götürülməsi zamanı nə məhkəmənin, nə də ki, cavabdeh və ya onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Bu səbəbdən həqiqətən belə bir nümunə götürülməsi, həmin nümunənin məhz mübahisə predmeti olan əhəng məhsullarına aid olması və Analitik Mərkəzə təqdim olunması sual altı ndadır. Yəni qeyrimüəyyən şəraitdə götürülən nümunələr əsasında aparılan analizlərin nəticəsi və onun əsasında da verilən rəy mötəbər sayıla bilməz. Dördüncüsü, qərardadda sualların tədqiq edilib cavablandırılması“X2” MMC-nə həvalə edilmişdir. Rəydən görünür ki, onu X3 “X2” MMC-nin direktoru kimi, X1 isə Mərkəzi Bankın yanında "xxxx" MMC-nin baş mütəxəssisi kimi imzalamışdır. Göründüyü kimi rəyin verilməsində “mütəxəssis” funksiyasını Fərhad Mahmudov icra etmişdir. Fərhad Mahmudov isə “X2” MMC-nin deyil, Mərkəzi Bankın yanında "xxxx" MMC-nin mütəxəssisi olmuşdur. Yəni, nəticə etibarı ilə qərardadla sualların cavablandırılması “X2” MMC-nin mütəxəssislərinə həvalə edilmiş olsa da, həmin suallar həmin MMC-yə aidiyyəti olmayan başqa bir MMC-nin mütəxəssisi tərəfindən cavablandırılmışdır. Bunun la yanaşı, Qərardaddan görünür ki, qoyulan suallar “Azerlaime” suvaq üçün əhəng və söndürülmüş əhəng məhsullarının açıq hava şəraitində hansı müddətə yararsız hala düşməsi, həmin məhsulların hansı sayda üst-üstə yığılmasının onların yararsız hala düşməyəcəyinə səbəb olması və məhsulların təhlükəsiz yerə daşınmasında məsul şəxsin cavabdeh olub-olmaması ilə bağlıdır. Mütəxəssis rəyindən görünür ki, Şükür Hüseynovun ixtisası “tikinti-texniki obyektlərin tədqiqi”nə, Fərhad Mahmudovun ixtisası isə “əmək təhlükəsizliyinin tədqiqi”, “dəmiryol texniki hadisələrin tədqiqi” və “yanğın və texnoloji partlayışların tədqiqi” nə aid olmuşdur. Yəni mütəxəssis qarşısında qoyulmuş sualların tələb etdiyi ixtisasla mütəxəssislərin ixtisaslarının bir-biri ilə heç bir əlaqəsi yoxdur. Mütəxəssis rəyi sualların c avablandırılması üçün zəruri biliklərə malik olmayan şəxslər tərəfindən verilmişdir. Başqa sözlə, rəyi verən şəxslər həmin rəydə göstərilən məlumatlar üzrə müvafiq ixtisaslara və biliklərə maik olmayan şəxslərdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

82. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

83. Maddə

10. Maddə Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: “a” bəndi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

84. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan ha llarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

85. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

86. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

87. Maddə

72. Aşağıdakı hall ar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) bəndi. əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

88. Maddə 83, 2-cü hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

89. Maddə 172, 4-cü hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

90. Maddə 172, 5-ci hissə. Əm ək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

91. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: “a” bəndi töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, a ylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; “ç” bindi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

92. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

93. Maddə 191, 2-ci hissə. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

94. Maddə 192, 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

95. Maddə 192, 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

96. Maddə 193, 1-ci hissə. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.

97. Maddə 193, 2-ci hissə. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında öd ənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

98. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.

99. Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə b ilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

100. Maddə 200, 2-ci hissə. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

101. Maddə 202, 1-ci hissə. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

102. Maddə 203, 1-ci hissə. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

103. Maddə 203, 2-ci hissə. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

100. Maddə 205, 2-ci hissə. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənil ə bilər.

101. Maddə 296, 5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

102. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcbu ri iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

103. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

104. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

105. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

106. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

107. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

108. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

109. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

110. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdu dlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

111. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

112. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəm əsi onun bu dəlilləri ilə razılaşmır.

113. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının ilk iddia tələblərinin əsası kimi istinad etdiyi hallar məhkəmədə sübuta yetirilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də iddiaçının direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, iddiaçıya heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, iddiaçının rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icrası həmçinin özlüyündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınmasını ehtiva edir.

114. Həmçinin məhsulların açıq əraziyə daşınması üçün cavabdeh tərəfindən iddiaçının rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtı nda təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı iddiaçının rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur.

115. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, yuxarıda göstərilən işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı iddiaçının qanuni təmsilçisinə onlar tərəfindən müraciət edilərdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edərdi. Cavabdeh zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi.

116. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Lakin, həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həv alə edilməmişdirsə).

117. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Lakin təqdim edilmiş şəkillərdən görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da cavabdehin rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 oktyabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, bu tarixdən 20 may 2020-ci il tarixədək Şirkətin İstehsalat və Anbarlar Departamentinin direktoru vəzifəsini (01 noyabr 2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir.

118. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avil Qurbanov cavabdehə elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat vermişdir. Lakin işdə, cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübutlar yoxdur. Yalnız, 16 noyabr 2020-ci il tarixdə qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, cavabdeh bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər cavabdehin qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmamışdır.

119. Apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilmişdir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci i lin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh, belə bir təkliflə bu tarixdən bir il əvvəl, 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, cavabdeh ən azından 2020-ci ilin may ayında Şirkətə direktor təyin edildikdən sonra Şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi.

120. Göründüyü kim i, sözügedən məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi 2020-ci ilin noyabr ayına aiddir, iddiaçı isə cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə 14 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bununla da, müəyyən olunur ki, iddiaçı iddia müddətini də ötürməmişdir.

121. Apellyasiya instansiyası məhkəməsi həmçinin ilk iddia ərizəsi üzrə iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, Zavodun direktor əvəzi olmuş Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev 03 iyun 2020-ci il tarixdə akt tərtib edərək Zavodun ərazisinə yığılmış əhəngin istifadəyə yararsız hala düşdüyünü müəyyən etmiş və bu barədə tərtib edilmiş akt Şirkətin rəhbərliyinin diqqətinə çatd ırılmışdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin dövrdə (08 may 2021-ci il tarixədək) Şirkətin rəhbəri (direktoru) məhz cavabdeh özü olmuşdur və onun Şirkətin adından özünə qarşı iddia qaldırmaması anlaşılandır.

122. İşin hallarından həmçinin müəyyən edilmişdir ki, Şirkətin təsisçisi (mülkiyyətçisi) cavabdeh tərəfindən Şirkətə ziyanın vurulmasını cavabdeh ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ərəfəsində, yəni Daxili Audit və Nəzarət Şöbəsi tərəfindən 30 aprel 2021-ci il tarixdə təqdimat verdikdən sonra məlum olmuş və yalnız bundan sonra Şirkət ilk iddia ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir.

123. Cavabdeh, iddiaçının iddia etdiyi məbləği də mübahisələndirmir, çünki onun mövqeyinə görə ilk iddia ərizəsi tam ə sassızdır. Buna baxmayaraq vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ilk iddianın rədd edilməsi üçün əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı da qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya 204.977,36 manat zərər dəymişdir və həmin aktları sübhə altına ala biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

124. Buna görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan aktları etibarlı sübut kimi qəbul etməkdə və həmin aktlara əsasən cavabdehdən iddiaçının xeyrinə həmin məbləğin tutulmasını qət etməkdə haqlı olmuşdur.

125. İlk iddianın əsaslı olması qənaətinə gəlmiş apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ilk iddia tələbinin əsaslılığından asılı olan cavabdehin qarşılıqlı iddiasının apellyasiya baxışının predmeti olan hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğundur.

126. Belə ki, işə əlavə edilmiş sübutlar, o cümlədən ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Əmrin verilməsi zamanı Əmək Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmir. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh ilə bağlanmış “əmək müqaviləsinə” xitam verilməsi barədə işəgötürənin əmrinin ləğv edilməsi, cavabdehin əvvəlki işinə bərpa edilməsi və məcbu ri iş buraxmaya görə onun xeyrinə pulun tutulması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi bu tələbləri təmin etməməkdə haqlı olmuşdur.

127. Bundan başqa, işə əlavə edilmiş digər sübutlara əsasən həmçinin müəyyən edilir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın “ezamiyyə xərclərinin ödənilməsi barədə” hissəsinin bir qismini təmin etməməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh işəgötürənin əmrinə əsasən 03 dekabr 2020-ci ildən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə, 05 yanvar 2021-ci ildən 31 yanvar 2021-ci il tarixədək məzuniyyətdə olmuşdur. Cavabdeh, ona ezamiyyə xərclərinin iddiaçı tərəfindən ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını bildirsə də, bu halı təsdiq edə b iləcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, qeyd olunan məzuniyyət və ezamiyyət haqqının iddiaçı tərəfindən cavabdehə ödənilməsi işdə olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh, ona göndərilmiş pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin pullar cavabdehə köçürmə yolu ilə iddiaçının müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir.

128. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

129. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Çimen Yakup Şahmettin oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 aprel 2025-ci il tarixli, 2(103)-148/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar