Məhkəmə qərarları › İş №2(102)-2691/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2691/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şika yətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova) qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instans iyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xxxx saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 4029 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instan siyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından görünür ki, “xxxx” İKB, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 % olmaqla 14000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin İddiaçı MMC isə kreditin məbləği, ondan istifadəyə görə hesablanmış faizlər, dəbbə pulu (cərimə və peniya), borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan “xxxx” İKB-nın kassa mədaxil orderlərinə və Cavabdeh hesabından çıxarışa əsasən İddiaçı MMC (həmin hüquqi şəxsin nümayəndələri) tərəfindən Cavabdeh hesabına xx xxxx 2013-cü il tarixdə 534 ABŞ dolları, xx xxx 2013-cü il tarixdə 544 ABŞ dolları, xx xxx 2013-cü il tarixdə 535 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 1781 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 544 ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə 527 ABŞ dolları, xx xxxxxxx 2013-cü il tarixdə 550 ABŞ dolları, xx xxxxxxx 2013-cü il tarixdə 521 ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə 538 ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə 535 ABŞ dolları, xx xxxxxx 2014- cü il tarixdə 535 ABŞ dolları, xx xxxx 2014-cü il tarixdə 550 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixdə 534 ABŞ dolları, xx xxx 2014-cü il tarixdə 524 ABŞ dolları, xx xxxx 2014-cü il tarixdə 534 ABŞ dolları, xx xxxx 2014-cü il tarixdə 541 ABŞ dolları, xx xxxx 2014-cü il tarixdə 535 ABŞ dolları, xx xxxxxxxx 2014-cü il tarixdə 527 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdə 1464 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixdə 2260 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdə 65 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan “xxxx” İKB-nın tərəfindən təqdim olunmuş Cavabdeh hesabından çıxarışa əsasən xx xxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hesablanmış 1546,76 ABŞ dolları məbləğində kompensasiya Cavabdeh hesabına mədaxil edilmiş və bununla xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi üçün ilk olaraq iddianın əsaslılığına hüquqi qiymət verilməlidir. Belə ki, L.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qə rarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv huquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Cavabdeh “xxxx” İKB ASC-nin qarşısında yaranmış borc un 4029 ABŞ dolları hissəsinin tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin tələblərinə əsasən İddiaçı MMC tərəfindən ödənilməsi iş üzrə müəyyən olunmuş hal kimi qəbul edilməlidir. Belə ki, cavabdeh tərəf kreditin göstərilən hissəsinin iddiaçı tərəfindən deyil, onun (və ya üçüncü şəxs) tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi ü çün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov sa xlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Hazırki iş üzrə İddiaçı MMC zaminlik müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-nin qarşısında yaranmış borcunu ödəsə də, A zərbaycan Respublikası Mülki Məcəlləsinin 474.2-ci maddəsinə uyğun bu barədə borclunu xəbərdar etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin banka qarşı olan etirazlarını iddiaçıya qarşı da irəli sürmək hüquq olmuşdur. Cavabdehin etirazı isə iddia müddətinin tətbiqi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcə llənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia m üddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutul an əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını va xtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin iddia müddətinin ötürülməsinə görə iddia tələbinin rədd olunmasına dair qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və hazırki işdə iddia müddətin in axımı kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətin bitdiyi tarixdən, yəni birinci müqavilə üzrə xx xxxxxx 2016-cı il tarixdən hesablanmalıdır. Belə ki, cavabdeh borcalanla bank arasında olan müqavilə münasibətlərinə 3 illik iddia müddəti şamil olunur və cavabdeh Azərbaycan Respublikası MM-in 474.3-cü maddəsinə əsasən həmin müddətin tətbiqini tələb etmək hüququna malikdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə xx xxx 2019-cu il tarixdə, yəni qanunvericiliklə müəyyən olunmuş 3 illik iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmiş və məhkəmə araşdırılması zamanı Cavabdeh xx xxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə müraciət edərək, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri, ap elyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar